Müəllif: Ənvər MƏMMƏDOV Bakı
Azərbaycanın rekreasiya sektoru ölkədə iqtisadi prioritetlərin, habelə regionda turizm vektorlarının dəyişməsi ilə şərtləndirilmiş inkişafın yeni fazasına daxil olur. Bu dəyişikliklər nəqliyyat komponenti, turizm agentliklərinin giriş və çıxış turizmi, otellərin tarif siyasəti və əlbəttə ki, sahənin tənzimlənməsinə dair ümumi yanaşmalar da daxil olmaqla, əsas sahələrə toxunur. Milli turizmin inkişafında yeni trendlər bu yaxınlarda yekunlaşan "Turizm və səyahətlər" - "AITF-2016" XV Beynəlxalq Sərgidə təqdim olunub.
Sərfəli problemlər
Yaranma mərhələsini geridə buraxmaqla artıq geniş otel və müvafiq servis potensialını formalaşdıraraq, Azərbaycanın rekreasiya sektoru son illər dünya turizm xəritəsində sabit mövqe tuta bilib. Lakin turizm infrastrukturunun inkişafına baxmayaraq, milli mehmanxana sektoru və sərnişin aviasiyası son illər qiymət və təqdim edilən xidmətlərə nisbətdə qonşu Türkiyə və Gürcüstana xeyli uduzurdu. Məhz bu vəziyyət xarici turist axınının dinamik artımına mane olaraq, ölkənin kurortlarının regional və dünya əhəmiyyətli hablara çevrilməsinə əngəl törədirdi.
Buna baxmayaraq, son yarım ilin energetika böhranı və 2015-ci ildə manatın devalvasiyası dayanıqlı trendlərin mühüm şəkildə dəyişməsinə gətirib çıxardı. Xüsusən, manatın məzənnəsinin ikiqat düşməsi giriş turizm (incoming) sahəsində məşğul olan yerli şirkətlərin xidmətlərini xarici turistlər üçün daha münasib etdi. Yaranmış vəziyyət hazırda ölkəyə turist axınını 20-25% artırmaq imkanı təqdim edir. Bu isə son dərəcə bahalaşan çıxış (outgoing) turizmi seqmentində itkiləri kompensasiya etməyə imkan verəcək.
Azərbaycanda xarici turistlərin sayının artması üçün ilkin şərt yaradan, əhəmiyyətinə görə ikinci amil postsovet regionunun turizm bazarında ciddi disbalansla bağlıdır. Söhbət, əsasən, Misir və Türkiyəyə kütləvi Rusiya turizminin, demək olar ki, tamamilə dayanmasına gətirib çıxaran, Yaxın Şərq regionundakı siyasi qarşıdurmadan gedir. Bununla əlaqədar, rusiyalı turizm agentlikləri Azərbaycan da daxil olmaqla, yaxın ölkələrdə münasib alternativlərin axtarışlarını fəallaşdırdı. İrandan beynəlxalq sanksiyaların götürülməsi də ölkələr arasında turist mübadiləsinə dinamika verdi.
Cari ildə daha bir mühüm qərar da qəbul olundu - ölkəyə uçuşlara diskaunt-aviaşirkətlər cəlb edildi. Burada söhbət daha aktual istiqamətlərə aşağıbüdcəli uçuşlar təşkil edən AZALJET (AZAL-ın bölməsi) yeni şirkətin yaradılmasından gedir. Cari ilin mart ayından Bakı və Qəbələ hava limanlarına da digər iki "low cost" aviadaşıyıcılarının - Macarıstanın "WizzAir" və Türkiyənin "Pegasus" reysləri yerinə yetirilir. Bazarda "low cost" şirkətlərin yaradılmasından 1 aydan az vaxt keçib, lakin büdcəli reyslərin yerinə yetirilməyə başlamasının artıq ilk günlərindən daha populyar turizm istiqamətlərinə biletlərin üçdəbirindən çoxu alınıb.
Bu vəziyyət çıxış turizmi sahəsində fəaliyyət göstərən yerli turizm şirkətlərinin böhrandan çıxmasına, eyni zamanda, "incoming" turizmi stimullaşdıraraq, Azərbaycanın kurort məkanlarına girişi ucuzlaşdıraraq, böyük dəstək oldu. Sadalanan amillər sayəsində ölkədə büdcəli, kütləvi istirahətin inkişafı üçün əlverişli şərait yarandı. Ekspertlərin fikrincə, bu, xaricdən turist axının artmasına səbəb olmalıdır.
Ucuzlaşan məzənnə
Yerli turizm sektorunda yeni tendensiyaları daha əyani şəkildə hər il keçirilən AITF profil sərgilərində müşahidə etmək olar. On beş il müddətində bütün Xəzəryanı regionda turizm sənayesinin ən mühüm ekspozisiya mərkəzinə çevrilmiş bu forum dünyanın 40 ölkəsindən, təxminən, 2,2 min şirkət qəbul edib. Bu günlərdə bu işin təşəbbüskarları - "Iteca Caspian" Şirkəti, Mədəniyyət və Turizm Nazirliyi "Baku Expo Centre" sərgi-kompleksində "AITF-2016"nın yubiley sərgisini keçirdi. Cari ildə sərgidə iştirak etmək üçün rekreasiya sahəsinin 80 istiqamətini təklif edən, dünyanın 29 ölkəsindən 330 şirkət gəlmişdi. İştirakçıların, təxminən, üçdəikisi əcnəbi şirkətlər və milli stendlərlə təqdim edilmişdi. Turizm forumu çərçivəsində, həmçinin "Hər şey otel, restoranlar və supermarketlər üçün" adlı X beynəlxalq "HOREX Caucasus-2016" və supermarketlər üçün avadanlıqlar və inventar sərgisi keçirilib.
Turizm forumunun fəxri qonaqları növbəti dəfə Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva olublar. Sərginin açılışında çıxış edən Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev bildirib ki, bu gün Azərbaycanda 250-dən artıq turizm şirkəti və 570 otel fəaliyyət göstərir. Ölkəyə turist axını son 10 ildə 5 dəfə artıb. "Dünyada böhran proseslərinə və regionda maliyyə problemlərinə baxmayaraq, bizim turizm sektoru inkişafın müsbət dinamikasını saxlaya bilib. Onun inkişafına bundan sonra da böyük diqqət ayrılacaq və yaxın zamanlarda turizm haqqında yeni strategiya və qanun qəbul ediləcək", - Ə. Qarayev qeyd edib.
Nazirin sözlərinə görə, bu gün Azərbaycana turlar dünya səviyyəsində fəal şəkildə təşviq edilir və bu iş müsbət nəticələrini verir. Qonşu Ermənistanın ölkəmiz barədə mənfi imic yaratmaq cəhdlərinə baxmayaraq, Azərbaycan kurort məkanlarında istirahət dünyanın bütün regionlarının turistləri üçün tamamilə təhlükəsiz və komfortlu olaraq qalır. Buna ilbəil səyahətçilərin artan sayı sübutdur.
Turizm idarəsinin rəhbərinin sözlərinə görə, rekreasiya şirkətlərinin fəaliyyətinin optimallaşdırılması, habelə bazarda rəqabətin güclənməsi istiqamətində ötən ildən atılan addımlar Azərbaycanda qiymətlər və xidmətin keyfiyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırdı. "AITF-2016" sərgisində turizm agentlikləri və mehmanxanaların təqdim etdikləri təkliflər sübut edir ki, bu gün ölkənin regionlarında ongünlük istirahəti, uşaqlar üçün üç dəfə qidalanma ilə 250 manat məbləğinə yerləşdirmək olar. Əsasən, Masallının istirahət mərkəzlərində səhər yeməyi də daxil olmaqla, sutkada 15 manata istirahət etmək olar”, - Ə. Qarayev qeyd edib.
Bu gün manatın məzənnəsinin düşməsi amili nəzərə alınaraq, xaricdən qonaqların sayının artmasını gözləmək olar. Belə ki, bir ildən azca əvvəl dəyəri 1 000 manat olan turpaket qonaqlara 1 200 dollara başa gəlirdisə, indi o, yarıbayarı ucuzdur. "Manatın məzənnəsi düşəndən sonra, xarici valyuta ilə yenidən hesablayanda otellərn, restoranlar, rekreasiya servisləri, əyləncələr və s. xidmətləri xeyli ucuzlaşdı. Bundan başqa, bazarın son araşdırması mehmanxana və istirahət zonalarının böyük əksəriyyətinin manatla olan tariflərin artırılmadığı faktını təsdiq edir. Rekreasiya sahəsində süni artım müşahidə olunmayıb. Ancaq bəzi hallarda mehmanxana xidmətlərinə daxil olan qida məhsullarının dəyərinin artması ilə bağlı cüzi 10-15% bahalaşma qeydə alınıb", - "R+"a Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov bildirib.
Rusiya və İran turistlərinə ümid
N.Bağırovun sözlərinə görə, ciddi sıçrayışı Rusiya istiqamətində gözləmək lazımdır. Bu yaxınlarda nüfuzlu "Travel.ru" turizm servisi Bakını uşaqlarla yaz istirahəti üçün populyar - 10 xarici şəhərin siyahısına daxil edib. "Travel. ru"nun ekspertləri də pronqozlaşdırırlar ki, cari ildə Bakı "F1" avtoyarışları sevən rusiyalılar üçün ən çox səyahət edilən şəhərlərin (Soçi və Barselona daxil olmaqla) top üçlüyünə daxil olacaq. Bu trendin üstünlüyü Mədəniyyət və Turizm Nazirliyini Moskvada turizm nümayəndəliyi açmağa vadar etdi. Bizim üçün nümayəndə Azərbaycan üzrə ilk ixtisaslaşmış turoperator "Tour a Vent" Rusiya şirkəti olacaq. Onun mütəxəssisləri bu gün Azərbaycana gələn xarici qonaqların, təxminən, üçdəbirini təşkil edən rusiyalı turistlər üçün Bakının görməli yerləri, "Şahdağ" və "Tufan" dağ-xizək bazaları, Naftalanın kurortları və Xəzərin sahilində istirahət də daxil olmaqla, müxtəlif turlar hazırlayıblar.
"İncoming" turizm üçün İran istiqaməti də az əhəmiyyət kəsb etmir: "AzTa"nın hesablamalarına görə, cari ilin mart ayı qonşu ölkədən səyahətçilərin kəskin artımı ilə yadda qaldı.
Bakı və Azərbaycanın digər şəhərlərinə Novruz Bayramı ərəfəsində İslam Respublikasından, təxminən, 50 min qonaq gəlmişdi. “Ölkələrimiz arasında turizm əlaqələri dinamik şəkildə inkişaf edir: 2015-ci ildə İranı 1,2 mln. Azərbaycan vətəndaşı ziyarət edib, onların, təxminən, dörddəbir hissəsi istirahət və səyahət məqsədilə gəlib. Öz növbəsində, İslam Respublikasının vətəndaşları Türkiyədən sonra Azərbaycanı daha cəlbedici istiqamət kimi nəzərdən keçirirlər", - İranın investisiyalar üzrə "Maku" ATZ meneceri İbrahim Cəlil bildirib. İrandan gələn turistlərin artım sayı xeyli dərəcədə iki dövlətin məzənnə mübadiləsinin dəyişməsi ilə izah edilir: bir qədər əvvəl 1 manat 4 min tümən idi, bugünkü məzənnə 2 minə qədər düşüb və bu, iranlı sə-yahətçilər üçün mühüm arqumentdir.
"İranlı turistlərin böyük əksəriyyəti Bakını ziyarət istiqaməti götürür. Turları, ancaq otellərlə razılaşdıran, paytaxt istiqamətində çalışan İslam Respublikasının turizm şirkətlərinin möhkənlənmiş yanaşmalarının inyersiyasını aradan qaldırmaq lazımdır", - Nahid Bağırov hesab edir. - "Azərbaycan regionlarının böyük potensialını açmaq üçün iranlı səyahətçilərin axının yaranma prosesinə Azərbaycan turizm agentliklərini qoşmaq lazımdır". Burada üstünlük tamamilə aydındır. Belə ki, otellərlə bağlanan razılaşmalara görə, yerli travel-şirkətlər xarici qonaqlara daha ucuz və müxtəlif turpaketlər verə bilərlər. Xüsusən, cari ilin may ayında "AzTa"nın təşəbbüsü ilə İslam Respublikasına turoperatorlar və otelçilərdən ibarət nümayəndə heyətinin səfəri gözlənilir. Orada profil İranın assosiasiyası ilə memorandumun imzalanması gözlənilir.
Bu müqavilə qarşılıqlı turizm axınını genişləndirib və diversifikasiya edərək, İran və Azərbaycan turoperatorlarının birbaşa əlaqələrinin yaranmasına imkan verəcək.
"Münasib qiymətlər, regionlarda beşulduzlu otellər və büdcəli aviauçuşların təşkili Fars körfəzi ölkələrindən turist axınını təmin edəcək", - turizm naziri Ə.Qarayev hesab edir. Belə ki, bu yaxınlarda Azərbaycan nümayəndə heyətinin Qətər və Küveytə səfərləri ölkəmizə turların artımına səbəb oldu. AZAL-ın bu ölkələrə birbaşa reys-lərinin təşkili barədə də danışıqlar aparılır. Avropa və dünyanın başqa regionlarından turistlərin müəyyən axınını, həmçinin cari ilin iyun ayında Bakıda keçiriləcək "Formula -1" sinfində avtoyarışlar üzrə Avropa Qran Prisi də təmin edəcək. Bu barədə ətraflı məlumatlar sərgidə ayrıca stenddə təqdim edilmişdi.
"AITF-2016" sərgisi iqtisadi nizamsızlığın olmasına baxmayaraq, yerli turizm sektoru manatın məzənnəsinin düşməsi, aviauçuşların ucuzlaşması və qonşu ölkələrdə əlavə tələbat hesabına turist cəlb eləmək üçün yeni imkanlara iddia etməyə əsas verir.
MƏSLƏHƏT GÖR: