Müəllif: Valentina REZNİKOVA Bakı
Praqmatik dövrümüzdə cəmiyyətdə tez-tez təhsilin keyfiyyətindən söz açılır. Qəbul imtahanlarının nəticələrinə əsasən, analitik araşdırmaların qənaətbəxş olmayan yekunları insanda məyusluq hissi doğurur: qacetlərdən asılı nəsil intellektual inkişaf qabiliyyətini və marağını itirir. Belə vəziyyət bir çox ölkələr üçün oxşardır. Ona görə dünya alimləri bu problemini araşdırarkən belə bir qənaətə gəliblər ki, XXI əsrin insanının beyni, belə desək, “quruyur”. İşləməyən hüceyrələr ölməyə başlayır. Alimlər vəziyyəti problemin daxilinə nəzər salaraq, gözdən keçirirlər. Amma biz də uşaqlarımızın bilik səviyyəsinin sürətlə aşağı düşdüyünü görürük. Bəziləri milli təhsil sistemini günahlandırırlar və peşəkar müəllim kadrlarının olmadığını qeyd edirlər. Bolonya tədris sisteminin Sovet təhsil sistemindən yüz dəfə daha pis və uşaqlara sistemləşdirilmiş təhsil vermədiyini düşünənlər isə onun yararsız olduğunu hesab edirlər.
Uşaqlarını xüsusi məktəblərə qoymaqğa maddi imkanları olmayan valideynlərin şikayətləri də olduqca əsaslıdır. Təhsil sistemindəki çatışmazlıqlar uşaqlarımızı öz fikirlərini nə şifahi, nə də yazılı şəkildə bildirməyi bacarmayan, pəltək məxluqlara çevirir. Hətta son dərəcə çoxşaxəli biliklərə malik olanlar da bəzən öz fikirlərini, sadəcə, sözlə ifadə edə bilmirlər. Amma yenə də praqmatikliyə, hər şeyin maliyyə maraqları ilə ölçüldüyü cəmiyyətdə kommersiya münasibətlərinin yeni üslubuna baxmayaraq, qarşılıqlı əlaqələrin bir qədər başqa bir növündən istifadə edən insanlar da var: iş və ideya - hər şeydən üstündür. Bu, peşəkar cəhətdən şövqlü, vətənpərvər, seçdiyi işə sadiq olan insanlardır. Bu cür pedaqoq, öz işini səmimi və sonsuz dərəcədə sevən insanların olması çox yaxşıdır. Uşaqlarımızın nə və necə öyrəndikləri, materialı necə qavradıqları və bu bilikləri həyatda necə istifadə etdiklərinə biganə qalmayan insanlardır.
Oyun maarifləndirmə prosesi kimi...
Hələ yayın əvvəlində Azərbaycan Tarix Muzeyində “Qədim silah” şərti adı altında interaktiv sərgi açılmışdı. Təşəbbüskar qismində muzeyin elmi işçisi Fuad Ağayev və Bakı məktəblərindən birinin tədris hissə müdiri Namiq Rüstəmov çıxış edirdilər. Hər ikisi tarixçidir və hər ikisi qacetlərlə böyüyən nəslin maariflənməsinə biganə olmayan insanlardır. Sərgi sentyabrda da fəaliyyət göstərəcək və Tarix Muzeyinə gələn hər kəs nəinki eksponatlara toxuna, həm də əlində soyuq və odlu silah tuta bilər. Muzeyin unikal kolleksiyasının bir çox hissəsini Yaxın və Orta Şərqin, Cənub-Şərqi Asiyanın və Uzaq Şərqin silahları təşkil edir. İnteraktiv hərəkət tarixçi mütəxəssislərin iştirakı və nəzarəti altında keçiriləcək. Qədim silah - zamanın təsiri nəticəsində paslanmış dəmir deyil. Bu, hər zaman silahdır. Qılınclar, yaraq-əsləhə, bıcaqlar, muşketlər, dəbilqələr - qədim müharibələrin atributlarıdır. Bu da yaşından asılı olmayaraq, həmişə və hər kəsdə böyük maraq oyadır.
Sərgiyə giriş ödənişli olacaq, lakin əcdadlarımızın silahına baxmaq, toxunmaq və əldə tutmaq, nə vaxtsa bu silahı döyüşçünün tutduğunu təsəvvür etmək imkanını istənilən hər kəsə - təqdim edəcəklər. İnsanların sərgiyə girişi normalaşdırılmış şəkildə olacaq. Eksponatlarla bu cür interaktiv qarşılıqlı iş - yüksək ehtiyat və diqqət tələb edir. Bu oyunsayağı təhsil prosesi zamanı uşaqlar (elə böyüklər də!) məktəbdə darıxdırıcı və maraqsız görünən maarifləndirici məlumatlar əldə edəcəklər. Oyunun bu şərtləri nəinki maraq oyadır, həmçinin yaddaşı da fəallaşdırır. Bu zaman tarix elmi artıq darıxdırıcı, boz və maraqsız elm olmur. Və arxeologiya da, numizmatika da və mifologiya da böyük və kifayət qədər maraqlı elmin - tarixin bir hissəsi olacaq. Bu, Namiq Rüstəmovun sözügedən elmlərə maraq oyatmaq məqsədilə düşündüyü daha bir üsuldur!
İntellektualların klubu
Əslində, bu, klub deyil. Bu, “Alternativ” adlı elm mərkəzidir. Niyə məhz alternativ? Çünki tədris üsulu dövlət məktəblərində tətbiq olunandan çox fərqlənir. “Alternativ"in yaradılması fikrini pedaqoq, metodist, fikirlər generatoru, əyani və kiçik, orta məktəb yaşında olan uşaqlar üçün oyun vəsaitlərinin yaradıcıs Namiq Rüstəmov düşünüb. Bir dəfə fikir verib ki, uşaqların tarix dərsi zamanı gözləri işıldamır. Onda Namiq Rüstəmov fikirləşib: bunu sinifdə deyil, muzeydə, zaldan-zala keçərək, uşaqların diqqətini daş, dəmir, Tunc dövrü kimi müxtəlif zamanların əyani əşyalarına cəmləşdirsək, necə olar?
Yaxud da verilən fotofraqmentlə eksponatın axtarışı təşkil edilsə; məsələn, şagird eksponatın kiçik hissəsi olan fotonu götürür, bu ipucu vasitəsilə o, bütün eksponatı tapmalı və eksponatın mənsub olduğu zaman - dövr barədə bütün bildiklərini danışmalıdır. Bu ideya ilə tarixçi muzeyin direktoru Nailə xanım Vəlixanlıya müraciət edib və onun simasında yaradıcı və maraqlı insanın umduğu dəstəyi alıb. Beləliklə, uşaqlar məktəbdə interaktiv lövhələr əvəzinə, muzeydə interaktiv məkan və kitabdakı məlumatla işləmək bacarığı əldə ediblər.
Uşaqlara valideynləri yüngül açılıb-bağlanan masalar alıblar və onlarla birgə pedaqoqun maraqlı hekayələrinin arxasınca zaldan-zala keçirlər. Tarix də onlar üçün reallığa çevrilib. Bu da muzey işçilərinin çoxunun bu və ya digər şəkildə iştirak etdiyi böyük layihə yolunda ilk addım oldu. Çünki indi, dörd il keçəndən sonra, bu, ümumi bir iş olub. “Alternativ” ümumi humanitar mövzuya meyilliliyə malikdir və onu daimi olaraq 27-ci, 56-cı və Namiq Rüstəmovun dərs dediyi məktəblərin şagirdləri ziyarət edirlər.
Təhsil mərkəzində məşğələlərlə paralel olaraq, təşəbbüskar müəllimlər, həmçinin Rus Mədəniyyət İnformasiya Mərkəzini ziyarət edən tələbələr və böyük siniflərin şagirdlərinə seminarlar təşkil edirlər. Bu dərslərə təkcə tələbələr deyil, həmçinin müəllimlər, valideynlər, muzey əməkdaşları da gəlirlər. Layihə “İncəsənət barədə söhbətlər” adlandırılıb. Yay tətili öncəsi bir neçə seminarda, ehtimala görə, əslən Qazaxdan olan azərbaycanlı Vasili Vereşaginə, arxeoloq və rəssam İvan Şeblıkinə, şair Mirzə Ələkbər Sabirə və heykəltəraş Yakov Keylixisə həsr olunan materiallar araşdırılıb. Tədbirin tarixi barədə muzeyin saytı və feysbuk vasitəsilə elan verilir. Ona görə də arzu edənlər hər zaman qoşula bilərlər !
Pedaqogika - yaradıcılıqdır
Qədim Yunanıstanda pedaqoq (qədim yunanca “uşağı ötürən”) Afina ailələrində 7 yaşdan böyük uşaqlara baxmalı olan qula deyirdilər. Pedaqoqun vəzifələri sırasına yetirmənin fiziki və mənəvi təhlükələrdən qorunması, uşaq məktəbə daxil olana qədərsə, ona bilik öyrətmək daxil idi. Deyirlər ki, pedaqoqlar yetişmirlər, onlar sadəcə doğulurlar. Yəqin belədir. Lakin təkcə təhsil vermək, biliklərini başqalarına ötürmək, savadsızlığı aradan qaldıraraq, maarifləndirmək yetərli deyil. Burada ağlın və ürəyin işi də vacibdir. Bir də maarifləndirmə fikrinə böyük istək də olmalıdır.
“Təhsilin mahiyyəti maraqlı və məzmunlu insan olmaqdır. Və dərsə getməzdən əvvəl özümə hər dəfə sual verirəm: bu məlumat onlara həyatda necə kömək edəcək? Cavab varsa - deməli, mənim etdiyimin mənası da var...”, - deyə Namiq Rüstəmov bildirir.
Muzeyin kiçik elmi işçisi Fuad Əliyevlə tarixçi-pedaqoq Namiq Rüstəmov arasında yaxşı yaradıcı tandem yaranıb. Onlar təkcə savadsızlığın aradan qaldırılmasına və böyüyən nəslin dünyabaxışının genişlənməsinə, eyni zamanda, zövq, sevgi, axtarışlar və maarifləndirmə coşqusunun yaradılmasına yönələn unikal informasiya proqramları yaratmaqla bir-birini çox yaxşı tamamlayırlar. Bu, asan missiya deyil və onu öz çiynində Konfusinin “Müəllimin vəzifəsi - şagirdin düşüncələrinə yeni perspektivlər açmaqdır” ifadəsinə uyğun olan ictimai tapşırığı tamamilə dəqiq müəyyən edən iki müəllim daşıyır.
Perspektivlər, planlar və arzular...
“Alternativ" və “İncəsənət barədə söhbətlər"in perspektivində çoxlu müxtəlif mövzular var. Amma bundan əlavə, yeni tədris ilinin əvvəlində Tarix Muzeyinin bazasında “Geniş format” adlı kinoklub dərslərinin keçirilməsi də planlaşdırılır. Artıq Rejissorlar Gildiyası ilə danışıqlar aparılıb və təxmini planlar tərtib edilib. İnteraktiv hərəkətin tətbiqi ilə “Silah otağı” layihəsi yenidən işləniləcək. Bu arada istəyənlər təbərzinlə və ya əlində muşketlə selfi çəkib, sonradan onu feyzbukda yerləşdirə bilərlər. İnteraktiv oyunlar muzeydə sentyabrda davam etdiriləcək. Onların strukturu intellekti inkişaf etdirən “Ford Boyard” televiziya oyununun üslubu əsasında yaradılacaq. Üstəlik, onların natiqlik sənəti üzrə seminarlar təşkil etmək arzuları da var...
Gördüyümüz kimi, planlar, layihələr və arzuların sayı çoxdur. Onlar qazanc üçün deyil, çünki bütün bu məşğələlər şövq və yaradıcılıq prosesinə olan sevgi üzərində qurulub.
MƏSLƏHƏT GÖR: