Müəllif: Nurlanə QULİYEVA
Aprel ayının ilk yarısı regionun maliyyə bazarlarında olduqca narahat hadisələrlə yaddaqalan oldu - demək olar ki, eyni zamanda fond birjalarında Rusiya rublu və türk lirəsində eniş başladı. Baş verənlərin əsas səbəbinin bu ölkələrin ətrafında baş verən siyasi çaxnaşmalar olmasına baxmayaraq, valyuta gərginliklərinin iqtisadi rezonansı onların əsas ticarət tərəfdaşları olan ölkələrə təsirsiz ötüşə bilməzdi.
Buna görə, Azərbaycanda da bəzi narahatlıqlar səslənmişdi - toplumda yerindən manatın mümkün dəyərsizləşməsi ilə bağlı danışmağa başladılar. Bununla belə, həm bazarın tənzimləyiciləri, həm ekspertlər yekdilliklə bildirirlər ki, bu gün manatın məzənnəsinin zəifləməsi üçün heç bir səbəb yoxdur.
Rubl barədə lirə ilə
Türkiyə və Rusiya ətrafındakı geosiyasi gərginlik, nəticədə, gözlənildiyi kimi, hər iki ölkənin iqtisadiyyatını, maliyyə bazarlarını vurdu və milli valyutaların zəifləməsinə səbəb oldu.
Belə ki, 6 aprel tarixində ABŞ Maliyyə Nazirliyi 24 rusiyalını və 14 Rusiya şirkətini əhatə edən sanksiya siyahısını dərc etdi. Onların arasında - iş adamları Oleq Deripaska, Viktor Vekselberq, İqor Rotenberq və Süleyman Kərimov, VTB-nin rəhbəri Andrey Kostin və "Qazprom"un başçısı Aleksey Miller də var. Həm də «UC Rusal», «En + Group», "Bazovıy element", "Renova", "Rusal" şirkətlərinə qarşı da sanksiyalar tətbiq edilib. Bunun ardından, 9 aprel tarixində Rusiya fond birjası çökdü, eyni zamanda dollar və avronun məzənnəsində kifayət qədər artım oldu. ABŞ prezidenti Donald Trampın Suriyaya qarşı raket zərbələri barədə bəyanatları fonunda, avro 11 aprel günü 80 rubla, dollar isə 65 rubla yüksəldi.
Lakin sonradan bu çaxnaşma ekspertlərin təskinlik rəyləri ilə əvəz olundu ki, bəs, Rusiya rubluna yüksək neft qiymətləri kömək edəcək və dəfələrlə ucuzlaşmanı gözləmək hələ tezdir. Rusiya Mərkəzi Bankı hətta baş verənləri "şok" adlandırmaqdan imtina etdi və ehtiyatlı "məzənnənin dəyişməsi" termini ilə kifayətləndi. Ancaq beynəlxalq analitiklər hələ çox ümidli olmamağa çağırırlar və rublu sabit gəlirli alətlər bazarında "ən zəif həlqə" adlandırırlar. Ümumilikdə, yeni ABŞ sanksiyalarının tətbiqindən sonra bu günə qədər rublun düşməsi 6,3% təşkil edir və bu, Venesuela bolivarından sonra dünya valyutaları arasında ən pis nəticədir. İqtisadçıların fikrincə, yaxın gələcək üçün ən optimal variant 1 dollar üçün 66 rubl hesab edilə bilər.
Demək olar ki, Rusiya rublu ilə bərabər eyni vaxtda Türkiyə lirəsi də rekord səviyyəyə enib - dollar 4,1 lirəyə qədər qalxıb. İlin əvvəlindən lirənin avroya nisbətən məzənnəsi 9% azalıb - bu, Argentina pesosu istisna olmaqla, inkişaf etməkdə olan ölkələrin bütün valyutaları arasında maksimum dərəcədir.
Bunun səbəbləri yenə də siyasi amillərdir - ABŞ ilə əlaqələrin pisləşməsi, NATO ilə problemlər, Suriyadakı vəziyyət, ölkədə erkən prezident seçkilərinin keçirilməsi. Bununla yanaşı, qonşu dövlətdə uzun müddətdir inflyasiya müşahidə olunur ki, bu da müəyyən dərəcədə hakimiyyət orqanları tərəfindən dəstəklənir. Onlar düşünürlər ki, lirənin aşağı məzənnəsi iqtisadi artıma, turizm sektorunun və ixrac mallarının rəqabət qabiliyyətinin artmasına səbəb olur. Müəyyən mənada onlar haqlıdırlar, çünki tur operatorları deyərlər ki, 2018-ci ilin yay mövsümü üçün Türkiyə digər istiqamətlərdən özünə müştəri cəlb edib, hətta ölkəyə turların bronunda ikiqat artımdan danışırlar.
Bununla yanaşı, istənilən valyuta titrəməsi, hər şeydən öncə, bank bazarını "vurur", real sektorun kreditləşdirilməsinə və sərmayə qoyuluşlarına mənfi təsir göstərir. İnflyasiyanın artımından danışmağa belə dəyməz. Hər halda, məsələnin iki tərəfi var və dünyanın hər bir ölkəsində bu cür məzənnə titrəmələri narahatlıq və ehtiyat üçün səbəb sayılır.
Kak izvestno, i Turüiə, i Rossiə zanimaöt veduhie poziüii vo vneşnetorqovom oborote Azerbaydjana, sootvetstvenno, po idee, proisxodəhie tam sobıtiə moqut opredelennım obrazom otozvatğsə i na naşey gkonomike. Napomnim dlə statistiki, çto po itoqam I kvartala 2018 qoda Turüiə tretğə v spiske gksportnıx operaüiy Azerbaydjana (7,77% ot obheqo gksporta), Rossiə je vozqlavləet spisok operaüiy pri importe - 17,34% ot obheqo importa naşey stranı.
Azərbaycan 2015-2016-cı illərdə artıq devalvasiya şoku yaşayıb, onda manat dollarla müqayisədə 2 dəfədən artıq qiymət itirmişdi. Amma ötən il AMB tərəfindən həyata keçirilən sərt pul siyasəti nəticəsində manat dollara nisbətən 4% möhkəmlənib. Buna görə də, həm iqtisadi subyektlər, həm də əhali sabitləşmə dövrünün başlaması barədə düşünməyə başlayıb. Bununla yanaşı, qonşu ölkələrdəki valyuta titrəmələri yenə də sakitliyi pozdu, çaxnaşma əhvalına və gözləntilərinə səbəb oldu.
Məlum olduğu kimi, həm Türkiyə, həm də Rusiya Azərbaycanın xarici ticarət dövriyyəsində lider mövqeləri tuturlar, buna görə də onlarda baş verən hadisələr müəyyən şəkildə bizim iqtisadiyyatımıza da təsir edə bilər. Statistika üçün xatırladaq ki, 2018-ci ilin I rübündə, Türkiyə Azərbaycanın ixrac əməliyyatları siyahısında üçüncü olub (ümumi ixracın 7,77%-i onun payına düşüb), Rusiya isə idxal əməliyyatları siyahısına başçılıq edir və ölkənin ümumi idxalının 17,34%-i onun payına düşür.
Sakitlik, yalnız sakitlik!
Beləliklə, lirə və rublun başına gələnlərin təzyiqi altında manat sarsıla bilərmi?
Təəccüblü olsa da, bu məsələdə ekspertlərin və bazarın tənzimləyicilərinin fikri eynidir: qısamüddətli perspektivdə Azərbaycanın iqtisadiyyatı və valyutası hətta qonşu ölkələrdə baş verən mənfi xarici amillər nəzərə alınmaqla belə, öz balansını pozmayacaq.
"Dövlət büdcəsinin təmininin dayanıqlılığı və makroiqtisadi sabitlik prizmasından baxıldığı zaman, hazırda qarşımızda heç bir fundamental riskin olmadığını demək mümkündür", - deyə Azərbaycanın maliyyə naziri Samir Şərifov bununla bağlı bildirib.
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov isə, öz növbəsində, Azərbaycan manatının yeni devalvasiya ehtimalını istisna edib.
"Neft qiymətləri sabit qalır və ötən dövrə nisbətən 25% artıb. Qeyri-neft ixracatının həcmi də artıb, turizm inkişaf edir və turizm sektorundan gəlirlər artıb. Ümumiyyətlə, Azərbaycanda iqtisadi fəallıq müşahidə olunur. Belə makroiqtisadi mənzərədən bu qənaətə gəlmək olar ki, manatın devalvasiyası, onun zəifləməsi barədə söhbət belə ola bilməz. Bunun üçün ciddi arqumentlər yoxdur ", - deyə E.Rüstəmov jurnalistlərə bildirib.
AMB başçısı deyib ki, ümumiyyətlə, Azərbaycanda makroiqtisadi sabitlik müşahidə olunur, tədiyyə balansı müsbət zonadadır və ilin əvvəlindən ölkənin valyuta ehtiyatlarının artımı qeydə alınır.
"Biz bankların bütün tələbatını təmin edirik. Ölkəyə kifayət qədər nağd valyuta gətirilib. Valyuta məzənnəsinin titrəməsi üçün heç bir səbəb yoxdur. Mən bir daha əmin edirəm, iqtisadiyyat bütövlükdə sabit vəziyyətdədir", - deyə Mərkəzi Bankın rəhbəri əhalini sakitləşdirib.
"Biz əsas ticarət tərəfdaşlarımız olan qonşu ölkələrdə vəziyyətin monitorinqini aparırıq. Onların valyuta məzənnələrindəki dəyişikliklər bizdə psixoloji olaraq 0,2% və ya 0,3% səviyyəsində dəyişkənlik yarada bilər. Ancaq bunlar ciddi dəyişikliklər deyil - manatın rəsmi məzənnəsi sabitdir. Biz qonşu ölkələrdə vəziyyətin normallaşmasını ümid edirik",- deyə o vurğulayıb.
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) baş icraçı direktoru İbrahim Alışov da bildirib ki, MBNP tərəfindən aparılmış tədqiqatlar göstərir ki, Azərbaycan banklarının və valyutadəyişmə məntəqələrinin heç birində nağd valyuta problemi yoxdur. "Dollar alışının artımı əsasən əhali arasında müşahidə olunur. Bizim məlumatlara görə, son həftə ərzində bir ələ valyuta satışı, orta hesabla, 800-1300 dollar təşkil edib", - deyə İ.Alışov bildirib.
Onun sözlərinə görə, Mərkəzi Bank bankları valyuta ilə vaxtında təmin edir, cari monetar siyasət bu cür problemlərin həllinə imkan verir, buna görə, vahimə üçün heç bir səbəb yoxdur.
Azərbaycan Banklar Assosiasiyasının sədri (ABA) Zakir Nuriyev də əhalinin xarici valyutaya olan tələbatının tam əhatə olunduğunu təsdiq edib və bildirib ki, bəzi banklarda hətta təklif tələbi üstələyir. "Bu göstərir ki, bu gün ölkədə xarici valyutanın məzənnəsinin bahalanması üçün heç bir ön şərt yoxdur", - ABA-nın rəhbəri bildirib.
Hər şey yaxşı olacaq
Niyə tənzimləyicilər doğru danışır və bu dəfə manatın titrəməsi üçün gerçəkdən bariz görünən heç bir səbəb yoxdur? Birincisi, manatın məzənnəsini müəyyən edən aparıcı xarici amil hələ də neftin qiymətidir - o nə qədər yüksəkdirsə, dövlət büdcəsini kəsirsiz yerinə yetirmək üçün şans daha real olur və daha çox valyuta ehtiyatı toplanır, nəticədə, fors-major hallarında Mərkəzi Bankın məzənnənin sabit saxlanması üzrə manevr imkanları artır.
Dünya bazarında neftin qiyməti hazırda barelə görə 70 $-dan yüksəkdir ki, bu, dövlət büdcəsinin və Azərbaycan Dövlət Neft Fondunun büdcəsinin hesablamalarında barel üçün nəzərdə tutulmuş 45 $ qiymətində xeyli çoxdur. Beləliklə, 2018-ci ildə dövlət büdcəsinin icrası ilə bağlı problem olmamalıdır və bu, əlbəttə ki, milli valyutaya müsbət təsir göstərməlidir. Bundan əlavə, maliyyə eksperti Cəlal Nağıyevin bildirdiyi kimi, 2018-19-cu illərdə "Azəri - Çıraq - Günəşli" və "Şahdəniz" layihələrinin istismarı fəallaşdırılır ki, ölkə xarici tərəfdaşlarından bonuslar alır ki, bu da Azərbaycanın valyuta ehtiyatlarını artırır.
O, həmçinin Azərbaycanda turizm sektorunun və özəl sektorun irimiqyaslı artımına da diqqəti çəkib. "Kiçik və orta biznes layihələrinin inkişaf üzrə hökumətin müsbət addımlarını nəzərə alan sahibkarlar daha fəal şəkildə kredit üçün müraciət etməyə başlayıblar", - deyə mütəxəssis bildirib.
İqtisadçı ekspert Samir Əliyev öz növbəsində bildirib ki, artıq ardıcıl ikinci ildir ki, Azərbaycandan kapital axınının azalması qeyd edilir, həmçinin ixracın idxaldan üstünlüyü hesabına xarici ticarət balansının saldosu müsbətdir.
"AMB manatın güclü möhkəmləndirilməsini istəmir, lakin onun devalvasiyasına da imkan verməyəcək. Çünki devalvasiya iqtisadi baxımdan sərfəli deyil və bizim bankları təhlükə qarşısında qoya bilər ki, AMB və hökumət buna yol verə bilməz", - deyən ekspert əlavə edib ki, aprel ayında Rusiya Federasiyasında gedən proseslər fonunda Azərbaycanın bəzi bankları valyuta ajiotajında «çax-çux etmək» istədilər.
"Lakin AMB ölkədə valyuta ilə vəziyyəti tənzimləyir, manatın məzənnəsi sabitdir", - deyə S. Əliyev bildirib. Onun fikrincə, ilin sonuna kimi məzənnə dollara görə 1,70-1,72 manat səviyyəsində qalacaq.
Digər ekspert Cəfər İbrahimli maliyyə bazarında vəziyyətin sabitliyinin təsdiqi kimi Mərkəzi Bank tərəfindən uçot dərəcəsinin 13%-dən 11%-ə qədər azalmasını göstərib ki, bu, inflyasiya gözləntiləri azalması nəticəsində baş tutub.
"Biz əminliklə deyə bilərik ki, Mərkəzi Bank yumşaq pul siyasəti çərçivəsində pul kütləsini artırmağı qərara alıb. Mərkəzi Bank ciddi məlumat-analitik bazasına malikdir, əgər o, manata hər hansı bir təzyiq müşahidə etsəydi, uçot dərəcəsinin azalmasına getməzdi", - deyə C.İbrahimli əlavə edib.
Beləliklə, yaxın gələcəkdə manatın məzənnəsinin titrəməsi üçün, xüsusilə də azalma istiqamətində dəyişməsi üçün heç bir görünən iqtisadi səbəb yoxdur. Həmçinin qonşularda vəziyyətin sabitləşməsindən asılı olmayaraq, Azərbaycan valyutası "öz ayaqları üzərində" dayanmağı bacarır. Bu təməl üzərində bank sektorunun və iqtisadiyyatın real sektorları daha sürətli ola bilər.
MƏSLƏHƏT GÖR: