
ERMƏNİSTAN: NASİZMİN İCAZƏLİ OLDUĞU ÖLKƏ - I HISSƏ
«Region plus» rusiyalı tarixçi və hüquqşünas Oleq Kuznetsovun SSRİ xüsusi xidmət orqanlarının məxfi sənədlərinə əsaslanan silsilə məqalələrinin dərcinə başlayır
Müəllif: Oleq KUZNETSOV, Moskva
Uinston Spenser Çörçilin dahiyanə fikri var: «Tarixdən yalnız bir dərs çıxarmaq olar - tarixdən heç vaxt heç kəs heç bir dərs çıxarmır». Keçmiş SSRİ dövlət təhlükəsizlik orqanlarının erməni millətçiliyi, ekstremizmi və terrorçuluğu ilə mübarizəyə dair sənədlərilə hər tanış olduqda insanın ağlına məhz bu fikir gəlir. Təəssüf ki, müasir Rusiyanın siyasi sinfi də (üstəlik, yalnız Rusiyanın deyil, dərin antifaşizm ənənələrinə malik digər dövlətlərin) bunu ya unudub, ya da bu haqda nəyisə xatırlamaq, bilmək istəmir. Bununla da, sivilizasiyanın müasir Ermənistanın dövlət ideologiyasının formalaşmasına təsiri qanunauyğun olaraq, birdəfəlik yox olub.
«Region Plus» rusiyalı tarixçi və hüquqşünas Oleq Kuznetsovun tamamilə SSRİ dövlət təhlükəsizlik orqanlarının məxfi sənədlərinə əsaslanan silsilə məqalələrinin dərcinə başlayır. Görünən odur ki, bu orqanlar Cənubi Qafqazda tarixən Rusiya dövlətçiliyinə (imperiya, bolşevizm və sovetlər) kimi əsas və davamlı düşmən olduğunu hər zaman bilib. Və ən yeni tarixdə Kremldə Böyük Qafqazdakı vəziyyətə çekistyana baxışdan fərqli yanaşma yaranan kimi, bu ölkə regiondakı geosiyasi mövqelərini ardıcıl olaraq itirməyə başlayıb.
2016-cı ilin ikinci yarısında və bütünlükdə 2017-ci ildə dünyanın ən müxtəlif ölkələrinin rusdilli mətbuatında, həmçinin digər KİV-də İrəvanın mərkəzi meydanlarından birində erməni millətçiliyinin əsas ideoloqu olmuş Qaregin Njdeyə (Ter-Arutunyan) abidə ucaldığı mövzusu geniş müzakirələrə səbəb olmuşdu.
Bu müzakirələr informasiya məkanını iki cəbhəyə bölmüşdü. Ermənistan mətbuatı Njdeni erməni xalqının milli qəhrəmanı, Ermənistanın dövlətçilik ideologiyasının banisi, Rusiya, Azərbaycan, Özbəkistan və digər postsovet ölkələrinin KİV-i isə faşist adlandırır, Hitlerin əlaltısı olmuş şəxsin Ermənistanda qəhrəmanlaşdırılmasına qarşı çıxırdı. Bununla yanaşı, Moskva və Avropanın bir çox paytaxtları, həmçinin Amerika baş verənləri rəsmi olaraq «Ermənistanın daxili işi» kimi qiymətləndirirdi.
Lakin Rusiyada məsələ özünü daha qabarıq göstərib. Baltikyanı ölkələrdə, Ukraynada nasizmin, faşizmin istənilən təzahürünün qəhrəmanlaşdırılmasına hər zaman sərt etiraz edən ruslar Ermənistana qarşı eyni mövqedən çıxış etməyib. Moskva, bununla, Cənubi Qafqazdakı yeganə müttəfiqinin «xətrinə dəymək»dən çəkinirdi. Üstəlik, alman nasizmi və italyan faşizmi ilə mübarizədə 50 milyon vətəndaşını itirmiş keçmiş antihitler koalisiyasının üzvü olmuş dövlətlər də Rusiyaya baxaraq, eyni mövqedən çıxış edib.
Bu gün abidəsi Ermənistan hökumətinin binası qarşısında ucaldılmış Qaregin Njde tarixdə dinc müsəlman əhalinin kütləvi qətliamı ilə iz qoyub: 1-ci və 2-ci Balkan müharibələri zamanı (1912-1913) Bolqarıstan ordusunun sıralarında Frakiyanın müsəlman əhalisinə, Birinci Dünya müharibəsi zamanı rusların Qafqaz cəbhəsində Osmanlı imperiyasının vətəndaşlarına (1914-1918), daşnakların Ermənistan Respublikasına məxsus qüvvələrin tərkibində Azərbaycan və Şimali İranın dinc əhalisinə (1918-1920) qarşı və s. O, Tseqakron nəzəriyyəsinin banisi kimi də xatırlanır. Məhz bu üzdən İrəvanda Njdeyə abidə ucaldılmasının faşizmin qəhrəmanlaşdırılması olub-olmadığına dair diskussiyalar meydana çıxmışdı. Ədalət naminə qeyd etmək lazımdır ki, bu mövzuda debatlar hələ 2004-cü ildə, bu yaxınlaradək Ermənistanda hakim olmuş Respublika Partiyasının «Qaregin Njde və onun təlimləri» adlı broşür buraxdığı zaman başlamışdı. Üzərində Respublika Partiyasının emblemi olan broşürdə Njdenin nəzəriyyəsinin məğzi izah olunur, üstəlik, o, ölkənin rəsmi dövlət ideologiyası kimi göstərilirdi. Başqa sözlə, Njdenin abidəsi Ermənistanın siyasi isteblişmenti tərəfindən erməni xalqının şüuruna Tseqakron postulatlarının yeridilməsi istiqamətində 15 il davam etmiş prosesin məntiqi nəticəsi, bu ideologiyanın qələbəsinin aşkar sübutu idi.
Bu nəzəriyyənin əsas mahiyyəti «Vikipediya»dakı eyniadlı məqalədə ətraflı izah olunur. Orada bildirilir ki, «bu milli ideologiyaya əsasən, şəxslər üçün ən yüksək dəyər onun xalqıdır və insan bu xalqdan kənar mövcud ola bilməz. Tseqakronizmin hədəfi bütün erməni xalqının vahid Ermənistan adlı tarixi vətənində bir araya gətirilməsidir». Tseqakron nəzəriyyəsi yaradıcısı tərəfindən fəlsəfi traktat və ya hər hansı başqa konseptual nəşr halına salınmayıb. O, silsilə məqalələr şəklindədir. Yuxarıda qeyd etdiyimiz «Qaregin Njde və onun təlimləri» broşürünün anonim müəllifi yazır ki, bu nəzəriyyə italyan faşizmi, alman nasizmi və yəhudi sionizmi ilə qarışdırılmamalıdır. O, xüsusi olaraq erməni xalqı üçün yaradılmış müstəqil intellektual məhsuldur.
Bu ideologiyanın Ermənistan ictimaiyyətində yaşamaqda olduğunu hazırda «Vikipediya»da yer alan daha bir məqalə təsdiqləyir («Armenoid tipi»). Məqalədə bildirilir ki, ermənilər artıq semit qruplarına aid xalqlardan biri deyil, az qala ayrıca irqdir və onun kökləri minilliklərlə keçmişə gedib çıxır («armenoid»lər haqda ilk dəfə 1933-cü ildə fransalı antropoloq J.Mantodon danışıb. Bu, məhz Njdenin öz Tseqakron nəzəriyyəsini yaratmağa başladığı dövrdür).
Lakin Rusiya hökuməti və onun nəzarətində olan media, daha sonra isə dünyanın digər ölkələrinin institusional strukturları tərəfindən həvəslə qəbul olunan bu yanaşma daim eyni cür olmayıb. İdeyanın yeni yaranmağa başladığı 1930-cu illərdə SSRİ-də ona münasibət tamamilə fərqli idi.
Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının Xalq Daxili İşlər Komissarlığının Dövlət Təhlükəsizliyi İdarəsinin Azərbaycan SSR ilə bağlı sənədlərilə tanış olduğum zaman diqqətimi vaxtilə «tam məxfi» qrifli olmuş 138 saylı direktiv daha çox cəlb edib. 7 aprel 1935-ci il tarixli sənəd diqqəti kifayət qədər həcmli arxiv işinin ilk səhifələrində yer alması ilə çəkirdi. Bu işdə yerlərdə icra ilə bağlı hesabatlara əsas diqqət ayrılmışdı, yəni material Zaqafqaziya çekistlərinin miqyaslı əməliyyatlarından biri haqda ətraflı məlumat verirdi. Direktiv problemin detalla təhlililə başlayır və qeyd olunur ki, bu problemlərin həlli üçün regionun təhlükəsizlik orqanları bütün qüvvələrini səfərbər etməlidirlər: «Daşnakların XII qurultayından sonra istər xaricdəki, istərsə də ölkə daxilindəki fəaliyyətində son zamanlar faşizm çalarları duyulmaqdadır. Bolşevizmlə barışmaz mübarizəsinə sadiq qalan «Daşnaksutyun» bu mübarizəni faşizm formasında aparmağa başlayıb və o, öz nüfuzunu gücləndirməyin, döyüş ruhu yaratmağın yeganə yolunu məhz bunu görür. Daşnak ideoloqları faşizmə keçidin «davamlı» olması üçün erməni xalqına məşhur arilər nəzəriyyəsini tətbiq etməyə çalışır. Bu məsələlər «Daşnaksutyun» partiyasının Avropadakı böyük nümayəndələri tərəfindən daha dəqiq ifadə edilir. Məsələn, Njde «Yetişməkdə olan erməni nəslinə sözüm» adlı məqaləsində yazır:
"...Dinimiz ucalır - bu, ermənilərin həyatını canlandıran və ruhumuzu ona yad olan mühitdə ölümə qarşı qoyan yeni bir dalğadır…».
«…Erməni ruhu Leninin millətlər üçün məhvedici hücumlardan uzaq tutulmalıdır».
«…Bolşevizm deyir ki, sinfin yaşaması üçün xalq məhv olmalıdır… Faşizm isə xalqın yaşaması üçün sinfin məhvini tələb edir».
Faşist tendensiyaları gizli daşnak aktivinin yanaşmalarında da hiss olunur:
«...Əgər «Daşnaksutyun» özünün yarımçıq sosializm proqramı ilə hakimiyyətə yiyələnsə, hər birimiz partiyanı tərk edəcəyik. Nəhayət, Hitlerdən qətiyyətli olmağı öyrənmək lazımdır».
Njdenin «yetişməkdə olan erməni nəsli»ni «Hitler kimi olmağa» çağırması o dövr üçün kifayət qədər simptomatik sayıla bilər. O zaman hələ məşhur «Büllur gecə» - Almaniyada yəhudilərə qarşı 1938-ci ilin kütləvi talanları baş verməmiş, Auşvis-Birkenau «ölüm fabriki»nin qaz kameraları, krematorii sobaları cəhənnəm fəaliyyətinə başlamamışdı. Lakin «yəhudi məsələsinin birdəfəlik həlli» nəzəriyyəsi hazırlanaraq elan olunmuş, SS unterşturmfüreri baron Leopold İs Edlar fon Mildenşayn Baş İdarənin strukturunda ayrıca «yəhudilər» şöbəsini yaratmış, Otto Adolf Eyxman isə artıq Teodor Qerselin «Yəhudi dövlətçiliyi» kitabına resenziya yazaraq, «reyxin düşməni» olan yəhudilərin kütləvi şəkildə məhvini tövsiyə etmişdi. Başqa sözlə, Njde davamçılarını türklərə və ümumilikdə müsəlmanlara qarşı tezliklə hitlerçilərin əvvəlcə Almaniyada, daha sonra isə Avropanın bütün işğal olunmuş ölkələrində yəhudilərə qarşı davranacağı kimi davranmağa səsləyirdi. Üstəlik, bu, şəxsən onun özü üçün yenilik deyildi. Njde 4 müharibədə bu işi «uğurla» görmüşdü.
Sözügedən direktivdə yer almış fikirlərdən göründüyü kimi, Qaregin Njdenin erməni millətçiliyilə bağlı düşüncələri sovet Zaqafqaziyasının dövlət təhlükəsizlik orqanları tərəfindən faşizmə bərabər tutulurmuş. Müasir Rusiyanın və bir çox digər ölkənin bu məsələyə indiki yanaşması haqda isə eyni fikri söyləmək olmaz. Onlar baş verənləri «Ermənistanın daxili işi» kimi qiymətləndirməklə, bu ideologiyanın daşıyıcılarını dəktəkləyir və təşviq edir. SSRİ dövründə faşist nəzəriyyəsi sayılmış tseqakron qaydaları ilə yaşamaq istəməyən ermənilər 2018-ci ilin aprelində azadlıq, ləyaqət, demokratiya uğrunda mübarizə, millətçilik, faşizm buxovundan xilas olmaq məqsədilə küçələrə çıxdıqda isə Rusiya siyasətçiləri və ictimai xadimləri bunu hiddətlə qarşılayıb. Onlar hadisələrin bu cür inkişafını Rusiyanın milli maraqlarına təhdid sayır. Bu halda ortaya məntiqli sual çıxır: Rusiyanın siyasi sinfi Qafqazdakı əsas müttəfiqini necə görmək istəyir: aşkar nasist ölkəsi, yoxsa demokratik respublika kimi?
Qeyd olunan direktivdə daha sonra sovet Azərbaycanının təhlükəsizlik orqanlarının fəaliyyətindəki nailiyyətlər və qüsurlar sadalanır (ikincilərin sayı daha çoxdur). Real vəziyyətin təhlili dəhşətli etirafla bitir: «Əksər periferiya orqanları rayonlarında diqqətə alınmalı obyektin (söhbət daşnaklardan gedir) peyda olması haqda xəbərlərə çox diqqətsiz, bəzən isə cinayətkarcasına səhlənkar yanaşırlar».
Bu tənqid Gəncə şəhər şöbəsinə, Şamxor (Şəmkir), Touz (Tovuz), Ağdam və digər yerli şöbələrə yönəldilib. Sənədin sonunda isə müvafiq tapşırıqlar yer alır: bütün agentura yenidən nəzərdən keçirilsin və şəbəkə ballastdan, perspektivsiz agenturadan təmizlənsin, agentura ilə tərbiyəvi iş gücləndirilsin, hələ də toxunulmaz qalan, sürgündən qayıtmış, Ermənistandan və digər rayonlardan gəlmiş daşnak kadrlara qarşı sayıqlıq artırılsın. Rayonlardan heç birində daşnakların dəqiq uçotu aparılmır. Odur ki, bu işə son dərəcə diqqətli yanaşılsın və tapşırıqlarımıza ciddi əməl olunsun…» (ardınca əvvəl verilmiş sərəncamların rekvizitləri sadalanır).
Sadə dildə desək, erməni millətçiləri və «Daşnaksutyun» faşizmə sadiqliklərini aşkar bəyan edənədək, sovet dövlət təhlükəsizlik xidmətinin yerli orqanlarında bu ideologiyanın daşıyıcılarına loyal, hətta mərhəmətlə yanaşılıb. Yalnız onların alman millətçi-sosializminə tam uyğun olan «erməni xalqının ariliyi» haqda danışmağa başlamasından sonra partiya üzvlərinə qarşı planlı kütləvi repressiyalara hazırlıq başlayıb. Başqa sözlə, daşnaklar partiyanın XII qurultayınadək də eyni ideologiyanın daşıyıcısı olmalarına rəğmən, SSRİ-də diqqət çəkməyib. Aşkar şəkildə nasist ariliyi mövqeyinə keçər-keçməz isə dərhal nəinki maraq obyektinə çevrilib, həm də dövlət təhlükəsizlik orqanlarının ciddi müqavimətilə üzləşiblər.
Sovet Zaqafqaziyası respublikalarının dövlət təhlükəsizlik orqanları daşnakların uçotunu 3 meyar əsasında aparırdı: 1) Partiya üzvü; 2) «1921-ci ilin daşnak avantürası»nın iştirakçısı (söhbət ermənilərin Sovet İttifaqına qarşı 1921-ci ilin yazında daşnak Ermənistanının son baş naziri, respublikanı əvvəlcə Osmanlı qoşunlarına, sonra isə bolşeviklərə təslim etmiş Simon Vrasyanın başçılığı ilə qaldırdıqları qiyamdan gedir); 3) Rəğbət bəsləyənlər.
2 il sonra - 1937-ci ildə ilk iki kateqoriyaya aid şəxslərin planlı və sistematik şəkildə güllələnməsinə, sonuncuların isə Xalq Daxili İşlər Komissarlığının əmək düşərgələrinə «yenidən tərbiyə almağa» göndərilməsinə başlanılıb.
Sovet Zaqafqaziyasının dövlət təhlükəsizlik orqanları 1937-ci ildə daşnaklara qarşı repressiyanı onların erməni, millətçi, ideyaca bolşevizmin əleyhinə, yaxud antisovet olduqları üçün aparmırdı. Repressiyalara səbəb yalnız daşnak liderlərinin özlərini Hitlerin, onun insanlara nifrət ideologiyasının tərəfdarı elan etməsi idi. Bir sözlə, Zaqafqaziya çekistlərinin SSRİ-dəki etnik ermənilərin əhəmiyyətli bir hissəsinə qarşı siyasi repressiyalara start verməsinin yeganə səbəbi Qaregin Njde və onun tseqakron ideologiyası olub.
Bu gün isə İrəvanda onun abidəsi ucalır. Bu, Ermənistanda nasizmin qəhrəmanlaşdırılması deyilsə, bəs, nədir? Faşistlərlə dostluq istənilən halda əxlaq qaydalarına ziddir və ona heç bir siyasi məqam haqq qazandıra bilməz. Necə deyərlər, «dostunu göstər, kim olduğunu deyim».
P.S. 2013-cü il dekabrın 18-də BMT Baş Assambleyasının LXVII (67-ci) sessiyasında «Nasizmin qəhrəmanlaşdırılması, müasir irqçiliyə yol açan, irqi ayrı-seçkiliyi, ksenofobiyanı və bunlarla əlaqəli dözümsüzlükləri canlandıran digər hallarla mübarizə» adlı qətnamə qəbul edilib (A/RES/68/150). Qətnamənin 23-cü maddəsinə görə, aşkar nasist ideologiyası olan tseqakronun banisi Qaregin Njdenin abidəsinin ucaldılması «müəyyən dəri rənginə və ya etnik mənsubiyyətinə malik bir irqin və ya qrupun üstünlüyünə» əsaslanan müasir təbliğat vasitələrindən biridir. Bu da öz növbəsində, irqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında Beynəlxalq Konvensiyanın 4-cü maddəsinin pozulması deməkdir. Yenə də həmin sənədin 12-ci maddəsi «insan haqları və demokratiyaya ekstremist siyasi partiyalar, hərəkatlar və qruplardan gələn ça
MƏSLƏHƏT GÖR: