26 Noyabr 2024

Çərşənbə axşamı, 01:32

ETİBARLI TƏRƏFDAŞ VƏ YALANÇI MÜTTƏFİQ

Rusiyanın Azərbaycan və Ermənistanla münasibətlərində yeni konfiqurasiya yaranır

Müəllif:

15.09.2018

Azərbaycanla Rusiya arasında bərabərhüquqlu tərəfdaş dialoqu regional geosiyasətin əsas amillərindən birinə çevrilir. Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyəsi və ciddi inkişaf perspektivləri İrəvan-Moskva münasibətlərində bu gün yaşanmaqda olan ciddi problemlər fonunda daha aydın görünməyə başlayıb. Avrasiyanın strateji əhəmiyyətli kəsişməsindəki bu reallıq sentyabrın ilk ongünlüyündə baş vermiş iki hadisə ilə bir daha təsdiqlənib. Söhbət Azərbaycan Prezidentinin Rusiyaya rəsmi, Ermənistanın baş nazirinin isə işgüzar səfərinin nəticələrindən gedir.

 

Bərabərhüquqlu tərəfdaşlıq

Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyəsi Azərbaycan Prezidenti İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putinlə sentyabrın 1-də Soçidə baş tutmuş görüşündə bir daha təsdiqlənib. Tərəfdar arasında danışıqların yekunu olaraq, dövlətlərarası əməkdaşlığın, demək olar ki, bütün sahələrinə, o cümlədən iqtisadi və hərbi-texniki sahələrdə əməkdaşlığa dair 16 sənəd imzalanıb.

İki prezident ilk dəfə olaraq, uzunmüddətli gündəliyi ortaya qoyublar. İlham Əliyev ilə Vladimir Putin bəyanatlarında ikitərəfli «inteqrasiya əlaqələri»nin genişləndirilməsinin, «sıx tərəfdaşlığa» nail olunmasının vacibliyini bildiriblər. Tərəflər 2024-cü ilədək «yol xəritəsi» şəklində fəaliyyət planına da imza atıb. O, qarşılıqlı faydalı iqtisadi-ticari və investisiya əməkdaşlığın genişləndirilməsi üçün ticarətdə daha əlverişli mühitin yaradılmasını, beynəlxalq nəqliyyat dəhlizlərinin Rusiya-Azərbaycan hissələrində tranzit-nəqliyyat potensialının intellektual nəqliyyat sistemlərindən istifadə ilə daha da artırılmasını, milli iqtisadiyyatın şaxələndirilməsi üçün perspektivli sahələrdə birgə istehsalın və ixracın təminini, innovativ inkişaf sahəsində işlərin görülməsini və s. nəzərdə tutur.

Ekspertlər düşünür ki, 2025-ci ilədək olan perspektivdə yeni texnologiyalar və rəqəmsal inqilab sayəsində Moskva ilə Bakı dövrün ruhuna uyğun müasir layihələr həyata keçirə, yeni növ istehsal sahələri yarada, müxtəlif sahələrdə, o cümlədən aqrar sahədə uzun illərdən bəri davam edən əməkdaşlıq səviyyəsini daha da möhkəmləndirə biləcək.

Azərbaycan-Rusiya əməkdaşlığının əsas məğzi onun, həqiqətən də, bərabərhüquqlu, qarşılıqlı etibara əsaslanan dialoqa əsaslanmasıdır. Burada söhbət hər iki tərəfin maraqlarına cavab verən dialoqdan gedir.

Rusiya ilə münasibət Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir. Bununla yanaşı, ölkəmiz regionda Rusiyanın əsas tərəfdaşıdır. Hər halda, Azərbaycan iqtisadiyyatına yatırılmış Rusiya investisiyasının az qala 4 milyard dollara çatdığını xatırlatmaq kifayətdir. Bununla yanaşı, Azərbaycan biznesi Rusiya iqtisadiyyatına 1 milyard dollardan artıq investisiya yatırıb. Son ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 35% artaraq, 2,5 milyard dollara çatıb.

Bütün bunların fonunda Rusiya prezidenti Vladimir Putinin Bakıya sentyabrın 25-də edəcəyi səfərdən sonra ikitərəfli əməkdaşlığın daha böyük impuls qazanacağına heç bir şübhə yoxdur.

Bakı-Moskva münasibətlərinin iki ölkə liderlərinin də tez-tez dediyi kimi, «nümunəvi» olması bir daha təsdiqləyir ki, Ermənistanın Azərbaycana təcavüzünə, onun beynəlxalq birlik tərəfindən tanınmış ərazisinin 20%-ni işğal etməsinə baxmayaraq, Azərbaycan özünü Cənubi Qafqaz regionunun lideri kimi təsdiqləyib, o, Avropa ilə Asiyanın, Qərblə Şərqin, Şimalla Cənubun kəsişməsində inteqrasiya proseslərinin əsas bəndidir.

Bakı-Moskva münasibətləri son dövrlərdə o qədər yüksək səviyyəyə, əsl müttəfiqlik dərəcəsinə çatıb ki, KİV-də Azərbaycanın KTMT-yə üzvlüyü məsələsi belə, müzakirə olunur. Yeri gəlmişkən, Ermənistan özünü guya hadisələrin bu cür inkişafını əngəlləmək gücündə olan ölkə kimi göstərməyə çalışır. Lakin aydındır ki, Moskva ilə Bakı arasında bu məsələyə dair prinsipial razılıq əldə olunarsa, İrəvanın fikrini soruşan olmayacaq. Üstəlik, KTMT-də Rusiya ilə Ermənistandan başqa, Azərbaycanla dost olan Qazaxıstan, Belarus, Qırğızıstan və Tacikistan da yer alır.

Amma məsələ Azərbaycanın postsovet Avrasiyasına aid strukturlarda, o cümlədən KTMT və ya Avrasiya İqtisadi İttifaqında (Aİİ) yer alıb-almayacağında deyil. Burada söhbət ondan gedir ki, Bakı Cənubi Qafqazda özünü real olaraq Rusiyanın əsas və etibarlı tərəfdaşı kimi təsdiqləyib. İndi Moskva prinsipcə Azərbaycandan öz siyasətinə, təhlükəsizliyinə zidd hər hansı təxminedilməz gediş gözləmir. Özünü dolandırmaq gücündə olan Azərbaycanın Rusiya ilə əməkdaşlığına bütün nüfuzunu itirmiş, regional inteqrasiya proseslərindən kənarda qalmış, dağılmış iqtisadiyyata malik, əhalisi daha yaxşı həyat axtarışı ilə xaricə qaçmaqda olan Ermənistan heç cür mane ola bilməz.

 

«Münasibətlər artıq əvvəlki deyil»

Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvaya sentyabrın 8-də baş tutmuş səfəri Rusiya-Ermənistan münasibətlərinin kifayət qədər çətin dönəmdən keçdiyini bir daha təsdiqləyib. Bunu Paşinyanın kənardan nikbin təsir bağışlayan bəyanatları da inkar etmir, çünki bu açıqlamalar, olsa-olsa, real vəziyyəti ört-basdır etmək məqsədi güdür.

Paşinyan Rusiya prezidenti V.Putinlə görüşünün yekununda bildirib ki, ölkəsinin Rusiya ilə münasibətləri «əla»dır və bu münasibətlərdə «heç bir istiqamət üzrə hər hansı problem yoxdur».

Lakin bu məqamda Ermənistanın «Qraparak» qəzetinin yazdıqları kifayət qədər maraqlıdır: «Rusiya kluarlarından əldə etdiyimiz məlumata görə, Nikol Paşinyan Vladimir Putinin inamını qazanmaq, onu niyyətinin təmizliyinə inandırmaq üçün əlindən gələni edib. O, birbaşa və ya dolayısı ilə qardışurmaya getmək niyyətində olmadığını, əməkdaşlığa hazır olduğunu, bütün problemli məsələlərdə güzəştə hazır olduğunu Putinə çatdırmağa çalışıb».

Lakin siyasətçilər və ekspertlər arasındakı Rusiya-Ermənistan münasibətlərinin «əvvəlki kimi olmadığı» haqda müzakirələr onların dialoqunda ciddi problemlərin yarandığını təsdiqləyir. Bu gün ermənipərəst rusiyalı ekspertlər belə, Ermənistanın yeni rəhbərliyi tərəfindən yürüdülən siyasətin Rusiya ilə müttəfiqlik münasibətlərinə zərbə olduğunu təsdiqləyir. Onların fikrincə, bu siyasət Moskvanı özünün regional maraqlarında İrəvanın yerini bir daha nəzərdən keçirməyə vadar edir. Belə düşünmək üçün, həqiqətən də, ciddi əsaslar var.

Paşinyan və ətrafı hələ hakimiyyətə gəlməzdən əvvəl Rusiyanın «erməni meydanı»ndan sıxışdırılıb çıxarılması tərəfdarı kimi çıxış edib. Qərbin geosiyasi mərkəzlərinin hərtərəfli dəstəyini alan bu qüvvələr Ermənistanda məqsədyönlü və miqyaslı antirusiya təbliğatının aparılmasına hərtərəfli dəstək verib. Paşinyan yalnız hakimiyyətə gəldikdən sonra antirusiya ritorikasını azaldıb. Lakin Moskvada, təbii ki, bunun sadəcə, siyasi maraqların təmini məqsədilə edildiyini yaxşı anlayırlar. Yəni Paşinyan və komandanı Rusiya ilə hesablaşmağa məcburdur. Əslində isə onlar Ermənistanın tezliklə Rusiyanın nüfuz dairəsindən çıxarılması, tamamilə Qərbin nəzarətinə keçilməsi arzusu ilə alışıb-yanırlar.

Bunun əlamətləri ortadadır: «məxməri inqilab»dan sonra Ermənistanda Rusiya biznesi sıxışdırılır, ölkəyə Rusiyanın mədəni təsiri tamamilə aradan qaldırılır, Kremlə qarşı təbliğat isteriyası kulminasiya həddinə çatıb. Artıq Ermənistanda Moskvaya yaxınlığı ilə tanınan siyasətçilər də təqib olunur.

Paşinyanın görüşdə Putini inandırmaq cəhdləri, əlbəttə ki, Kreml sahibinin Ermənistan rəhbərliyinin antirusiya əməllərilə bağlı fikirlərini qarışdırmaq gücündə deyil. Beləliklə, Paşinyanın dəstəklənməsi üçün heç bir əsasın olmadığını görən Kremlin İrəvana təzyiqləri artıracağına heç bir şübhə yoxdur. Moskvanın Ermənistanın daxili siyasətində Paşinyan hakimiyyətinə qarşı əks cəbhənin yaradılması üçün «məxməri inqilab»ın düşmənlərinə dəstək verəcəyi də bəllidir.

Bütün bunlarla yanaşı, söhbətin şəxslərlə bağlı olmadığı bəllidir. İstənilən fövqəldövlət kimi, Rusiya da ənənəvi olaraq nüfuz dairəsində yerləşən dövlətlərdə ən azı ona loyal, ən əsası isə təxminedilməz addımlar atmayacaq hakimiyyətlərin olmasında maraqlıdır. Əlacsızlıqdan və sosial-iqtisadi böhrandan inqilab eyforiyasına girmiş indiki Ermənistanınsa təxminedilməz addımlar atmayacağını düşünmək mümkün deyil.

Bununla yanaşı, Ermənistanın üzləşdiyi əlacsızlıq onun Azərbaycana qarşı artıq az qala 30 ildir davam edən təcavüzünün nəticəsidir. Ölkənin inqilab eyforiyasında olan bugünkü hakimiyyəti də Bakı ilə əməkdaşlıq olmadan sistem böhranını çözmək iqtidarında deyil.

 

Qarabağ amili

Hələ də özünü Rusiyanın «regiondakı yeganə müttəfiqi» kimi göstərməyə çalışan Ermənistanın «təhlükəsizliyinin qarantı» olan Moskva, təbii ki, bu reallıqları hər kəsdən yaxşı bilir. Kreml onu da bilir ki, İrəvanı tam antirusiya xətti götürməkdən bir sıra amillər, o cümlədən Qarabağ amili saxlayır.

Ermənistanın «Rusiya hökmranlığı ilə mübarizə» şüarını əsas götürmüş hazırkı hakimiyyəti Azərbaycan ərazilərinin işğalını davam etdirmək niyyətini onunla heç cür uyğunlaşdıra bilmir. Çünki «Rusiyadan xilas olmaq» kursu Ermənistanı Moskvanın «təhlükəsizliyin qarantı» çətirindən məhrum edəcək. İrəvan Qərbin qucağına atılmaq, lakin eyni zamanda Kremldən bundan sonra da «təhlükəsizlik qarantı» kimi istifadə etmək istəyir. Bununla da, o, Azərbaycana məxsus Qarabağın qanunsuz işğalını bundan sonra da davam etdirmək fikrindədir. Lakin bu planın həyata keçirilməsinin mümkünsüzlüyü baş nazir Paşinyanın qapalı dairə içərisində qalmasına səbəb olub. İndi onun Qarabağ münaqişəsinin həlli prosesini uzatmaq üçün yeni variantlar tapmaqdan başqa yolu qalmayıb. O, gah danışıqların davam etdirilməsi üçün ilkin şərt kimi nə Azərbaycanın, nə də beynəlxalq vasitəçilərin qəbul edəcəyi tələb («DQR»in danışıqlarda tərəf kimi iştirakı) irəli sürür, gah da «Dağlıq Qarabağın gələcəkdə Ermənistana birləşdirilməli olduğuna» dair bəyanat səsləndirməklə, sülh prosesinə mane olmağa çalışır. Paşinyan Rusiyaya son səfəri zamanı da məhz belə fikirlərlə yadda qalıb. Erməni əsilli rusiyalı biznesmenlərlə görüş zamanı Paşinyan bildirib ki, Ermənistan Dağlıq Qarabağla bağlı heç bir güzəştə getmək fikrində deyil. Bununla da, o özünün «formalaşmamış siyasətçi» olduğunu bir daha təsdiqləyib, hərçənd, onun hakimiyyətə gəlişi bəzi dairələrdə İrəvanın siyasətinin konstruktiv məcraya yönələ biləcəyinə dair bəzi gözləntilər yaratmışdı.

Bir sözlə, «məxməri inqilabi» rejim Ermənistanın əvvəlki hakimiyyətinin qoyub getdiyi dırmığı tapdamaqdadır. İrəvanın Azərbaycan ərazilərinin işğalına son qoymaq istəməməsi Cənubi Qafqazın ən yoxsul dövlətinin vəziyyətini daha da ağırlaşdırır. Halbuki o, layiqli inkişafdan məhz bu işğalçı siyasətinə görə məhrum olub. Hər kəsə aydındır ki, Ermənistanın Azərbaycana məxsus Qarabağı nəzarətdə saxlamağa göstərdiyi ümidsiz və tamamilə perspektivsiz cəhdlər sonda İrəvanın beynəlxalq arenada qalan nüfuzunu da itirməsilə nəticələnəcək. Bununla da, o, öz müstəqilliyini sözün birbaşa mənasında bu və ya digər qlobal mərkəzə satmalı olacaq. Və bu gün Ermənistanın Rusiyadan Qərbə «qaçmaq» cəhdi də bu alverin göstəricisidir. Bu, həm də Rusiyanı bir daha əmin etməlidir ki, təhlükəsizliyini cidd-cəhdlə qoruduğu «müttəfiqi&



MƏSLƏHƏT GÖR:

365