23 Dekabr 2024

Bazar ertəsi, 10:28

BİR EVDƏ BİR DÜNYA

İçərişəhərdə Azərbaycan foto-salnamə ənənələrini davam etdirən məbəd açılıb

Müəllif:

01.03.2019

İçərişəhərdə Foto Sənəti Evi açılıb. Bu hadisə peşəkar və həvəskar fotoqraflar, şəhər sakinləri və qonaqlar üçün əsl bayrama çevrilib. İşıqlı, isti və qonaqpərvər bir məkanda yerləşir – sovet dövrünə qədər o evi "Zəncirli ev" adlandırırdılar: düz Qoşa qala qapısının qarşısında yerləşir! Bakıya bu gözəl hədiyyəni – komfortlu məkanı «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi təqdim edib.

Bu Ev şəhərə niyə lazımdır? Birincisi, şəhərin və ölkənin həyat salnaməsini fotolarda saxlamaq ənənəsini davam etdirmək, ikincisi isə, müxtəlif təhsil proqramları vasitəsilə çağdaş dünya bədii fotoqrafiyasını tanıtmaq üçün. Üçüncüsü isə, fotoqrafiyaya həyatın bir anının qeydə alınması kimi yanaşmanı dəyişdirmək, onun önəmini təsviri incəsənət əsərləri səviyyəsinə qaldırmaq vacibdir.

 

Ötən günlərdə

Azərbaycanda ilk fotostudiya XIX əsrin sonlarında yaranıb. 1910-cu ildə yalnız Bakıda onların sayı artıq 45 idi! Fotoqrafiya ilə məşğul olan şəxslərin sayı isə bir qədər də çox olub. Manaf Süleymanov "Eşitdiklərim, oxuduqlarım, gördüklərim" kitabında yazır ki, neftxudalar, mülkədarlar, zəngin tacirlər, gəmi sahibləri və yüksək çinli məmurlar arasında ən məşhur fotoqraflar Quliyev, Kokovixin və Rostomyan olub. Mənim uzaq qohumum Sergey Feyzulinin nənəsi Mariya Vladimirovna Tolstaya danışırdı ki, ötən əsrin 20-ci illərində həm də «Əzizbala» (Əzizbala Məmməd Əli oğlu Hacıyev) fotostudiysı məşhur idi. Anası onu və bacısını ora aparıbmış, indi ailə arxivində qalmış nəhəng fotoşəkildən art-dekor üslubunda geyinmiş iki gənc xanım bizə boylanır.

Müəllif A.Popov tərəfindən yazılmış"Rusiya fotoqrafları. Lüğət-sorğu kitabı (1839-1930)" adlı kitabda Azərbaycanda fotoqrafiyanın populyarlaşması barədə maraqlı məlumatlar tapmaq olar.

 

«İçərişəhər»

Foto Sənəti Evi açılışı "İçərişəhər" sərgisi ilə açıldı. Bu bir yaradıcılıq təqdimatı idi. "İçərişəhər" adı bu Evin meneceri, indiki və gələcək sərgilərin yaradıcı proqramlarının bədii rəhbəri Sənan Ələsgərov tərəfindən düşünülmüş çox dəqiq və çox konseptual bir addır.

Bu ad İçərişəhərin keçmişi və bu günü arasında əlaqəni mümkün qədər yaxşı şəkildə vurğulayır – bu, gerçəkliyin qeydə alınmış anıdır və tarixin sənədli faktına çevrilib. Bu, XIX əsrin əvvəllərində Şirvanşahlar sarayının yarısı məhv edilmiş girişidir, amma bu isə indiki gündür. Bax, bu, XIX əsrin sonlarına yaxın taxta balkonları olan dar əyri küçədir, bu isə onun bugünkü halıdır! Sərgidə saatlarla gəzmək, fotoşəkillərdə qeyd olunan yerlər, çəkilişin aparıldığı nöqtə və İçərişəhərin memarlıq irsinin obyekti barədə düşüncələrə dalmaq olar! Burada ziyarətçilər zallarda gəzirlər, fotoşəkillərdə əks olunmuş keçmişdə və günümüzdə dolaşırlar, bəzi fotoşəkillərə təkrar-təkrar qayıdırlar: şəhərin və ölkənin tarixi keçmişini xatırlayırlar, obyektlərin maraqlı sirləri barədə əllərində olan məlumatları bölüşürlər, şəhərin mənzərəsindən uzun illər öncə silinmiş bu və ya başqa obyektin haqqında yaddaşlarının dərinliklərindən məlumatları çıxarmağa çalışırlar.

Burada şəhərə belə çox sayda gözəl mülklər vermiş xeyriyyəçi neftxudaların da xatirəsi yaşayır, onların mülkləri təkrar sıx cizgi kimi şəhərə unudulmazlıq bəxş edir. Boş yerə deyil ki, həyatında ən azı bir dəfə Bakıda olmuş hər kəs yenidən buraya qayıtmağı arzulayır!

 

Quş uçuşundan

Quş uçuşu baxışından çəkilmiş köhnə fotoşəkillər qızğın müsahibələrə səbəb oldu. Kim, necə və haradan çəkilib? Gənc bir oğlan bu şəkillərin bir fotoqraf tərəfindən təyyarədən çəkilə biləcəyini ehtimal edirdi. Bu ehtimal, təsəvvür edin ki, yarım saat boyunca müzakirə olundu! Yetkin insanlar və gənclər öz versiyalarını irəli sürərək, müxtəlif mənbələrdən əldə etdikləri məlumatlara istinad edirlər.

Düşünürsən: şəhərimizdə daha bir yer yaranıb və orada qeyri-rəsmi şəkildə ünsiyyət quraraq məlumatları bölüşmək, ünsiyyətdən zövq almaq mümkündür! Fotorəssam Sənan Ələsgərovla rəssam, kolleksiyaçı və fotoqrafiya tarixi tədqiqatçısı Bəhruz Hüseynzadənin yaradıcılıq talelərinin kəsişməsi təsadüfi olmayıb. Sərgidə məhz onun keçmişə aid fotoşəkilləri təqdim olunur. Hüseynzadə son 15 ildə fotoları yığır. Kolleksiya XIX əsrin sonlarına - XX əsrin əvvəllərinə aid yüzlərlə orijinal fotoşəkildən ibarətdir.

Sənan Ələsgərova gəldikdə isə, düz 40 ildir ki, "İçərişəhər" tarixi kompleksinin memarlıq mənzərəsinin Zamanda əksini qeyd edir. Onun çoxsaylı seriyalarından biri – ekspozisiyanın şərti olaraq "İçərişəhər. XXI əsr" adlandırıla biləcək hissəsidir.

 

Foto Sənəti Evi haqqında

Daldalanacaq bir yer, qeydiyyat ünvanı, Azərbaycanda fotoqrafiyanı inkişaf etdirmək və tanıtmaq imkanı! Fotoqrafiya Evi yaradıcılıq yerinə və mərkəzinə çevriləcək. Kameranın obyektivi vasitəsilə dünyaya baxmaq üçün böyük istəyi olanlara yaradıcılıq imkanı. Amma 21-ci əsr kamerasının rəqəmsal imkanlarına deyil, öz gözünə, öz baxışına, dünyanı başqalarının gördüyündən fərqli görmək istedadına arxalananlar üçün yaradıcılıq imkanı.

Bura yalnız dünyanı fotoobyektiv vasitəsilə görməyin sirlərini və gizlinlərini öyrənməyə başlayanlar gəlmir, həm də burada dünya səviyyəli çağdaş fotoqrafiya ustadlarının təlim məşğələlərinə ehtiyac duyanlar gələcəklər; burada mütəmadi olaraq informasiya mühazirələri və peşəkarlar üçün master-klasslar keçiriləcək və əlbəttə, müəllif fotosu sərgiləri təşkil olunacaq! İştirakçılar yalnız Azərbaycan fotoqrafları deyil, həm də beynəlxalq səviyyədə yüksək ustalıq səviyyəsinə çatmış sənətkarlar da olacaq. Və bu, Fotoqrafiya Evinin maarifçilik fəaliyyətinin daha bir cizgisi olacaq! Bakı Fotoqrafiya Evinin yolverilən üsullarından istifadə edərək öz ölkəsinə populyarlıq və şöhrət gətirmək üçün perspektivi var! Bu üsullar çağdaş Azərbaycan mədəniyyətinin təbliği yolu ilə bizim həyat fəaliyyətimizin, indimizin və keçmişimizin sənədli inikasıdır.

Planlar möhtəşəmdir. Amma möhtəşəm uğurların gerçəkləşdirilməsi, şöhrətlə bağlı bütün plan və arzuların həyata keçirilməsi üçün Azərbaycan fotoqrafiyasına maddi dəstək lazımdır! Bizdə Hacı Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev və ya İsabəy Hacınski kimi ölkədə baş verənlərə laqeyd olmayan insanlar var. Onlar öz sələfləri kimi Vətəni yolverilən üsullarla şöhrətləndirmək üçün istedadlara kömək etməkdə maraqlıdırlar.



MƏSLƏHƏT GÖR:

332