24 Noyabr 2024

Bazar, 11:54

MÜHARİBƏN İN YENİ TƏRƏFLƏRİ

Səfərbərlik və «referendum»lar Rusiya-Ukrayna probleminin yeni hərəkətverici qüvvəsinə çevrilib

Müəllif:

15.10.2022

Son dövrlərdə Ukrayna ətrafındakı hərbi-siyasi proseslərə ciddi təsir göstərən əsas hadisə Rusiya prezidenti Vladimir Putinin sentyabrın 21-də elan etdiyi qismən səfərbərlik, həmçinin Moskvanın nüvə silahından istifadə edə biləcəyinə dair xəbərdarlığıdır. Televiziya vasitəsilə xalqa müraciət edən Putin müharibənin davam edəcəyi, Qərb tərəfindən Rusiya üçün ekzistensional təhlükənin yaranacağı təqdirdə nüvə silahına əl atacaqlarını istisna etməyib. Bununla yanaşı, Rusiya prezidenti əsas düşmən kimi növbəti dəfə, ABŞ-ın başçılıq etdiyi NATO-nu göstərib, nüvə silahından istifadə oluna biləcəyi haqda danışarkən blef etmədiyini söyləyib.

 

Səfərbərlik amil kimi

Ukraynanın uğurlu əks-hücum əməliyyatları fonunda Rusiyanın səfərbərlik elan etməsi Moskvanın qarşıya qoyulmuş hədəflərə nail olması üçün hərbçi çatışmazlığı yaşadığını, Rusiya Silahlı Qüvvələri şəxsi heyətinin ciddi itki verdiyini göstərir. Bu qərarın ardından Rusiya KİV-i ölkə vətəndaşlarının yaxın xaricə, gediş-gəlişin vizasız olduğu dövlətlərə qaçmaq üçün kütləvi şəkildə aviabilet aldığını yazmağa başlayıb. Bu isə potensial çağırışçılar arasında müharibə əleyhdarlarının çoxluğunu, insanlarda anti-müharibə əhvalının artdığını göstərir. Yerlərdən hazırlanan reportajlardan bəlli olur ki, saysız-hesabsız insan ölkəni avtomobil vasitəsilə də tərk etməyə çalışır.

Güman ki, Rusiya ictimaiyyəti hadisələrin bu cür inkişafına hazır deyilmiş. İnsanların əksəriyyəti hərbi əməliyyatlar zonasında peyda ola biləcəyindən narahatlığını ifadə edir. Belə bir vəziyyətdə etirazçı əhvalın da artdığı müşahidə olunur. İndi Rusiyanın Ukrayna müharibəsinə etiraz edən rusların sayı getdikcə çoxalır. Əvvəllər ruslar baş verənlərə miqyaslı olsa da, peşəkar hərbçilərin iştirakı ilə aparılan spesifik hərbi kampaniya kimi yanaşırdılarsa, bu gün söhbət hərbi hazırlığı olan hər bir Rusiya vətəndaşının bilavasitə iştirakçısına çevrilə biləcəyi əsl müharibədən gedir. Bu isə bütün ölkə boyu yüz minlərlə insan deməkdir.

Prezident Putin müraciətində açıq şəkildə bildirib ki, Rusiya Ukrayna ilə deyil, kollektiv Qərblə savaşır. Və söhbət müharibədən gedirsə, Rusiya rəhbərliyinin ehtiyatda olan insanların prosesə cəlb edilməsi ilə bağlı qərarına savaşın yaratdığı şəraitin tələbi kimi baxılmalıdır.

Ukraynadakı hərbi əməliyyatların isə sonu görünmür. O, getdikcə daha uzunmüddətli xarakter almaqdadır. Min kilometrdən artıq olan cəbhə xətti əks-hücuma başlamış Ukrayna ordusu tərəfindən eyni zamanda bir neçə istiqamətdə yarıla bilər. Və yeni səfərbər olunanlar müdafiəni gücləndirmək üçün rus ordusunun qabaqcıl hissələrindəki boşluqları doldurmaq problemini həll etməlidirlər.

Lakin hər şey göründüyü qədər sadə deyil. Qısa zamanda bütün yeni çağırışçıları lazımi yerlərə yerləşdirmək fiziki baxımdan mümkün deyil. Bundan başqa, onları müasir şəraitdə müharibə aparmağa hazırlamaq da lazımdır. Buna isə aylarla vaxt lazım gələ bilər. Hazırlıqsız döyüşçüləri ön cəbhəyə yollamaq onları dərhal ölümün cənginə atmaq deməkdir ki, bunun da ciddi sosial fəsadları ola bilər. Üstəlik, onlara ölkə sərhədlərini qoruduqlarını izah etmək çox çətindir, çünki bu sərhədlər faktiki olaraq, ölkənin şərq sərhədlərindən yüz kilometrlərlə aralıdadır.

 

«Referendum»un haqqı

Ola bilsin ki, tanınmamış «DXR» və «LXR»in, o cümlədən Xerson və Zaporojye vilayətlərinin Rusiyanın nəzarətində olan hissələrinin rəhbərliyi bu üzdən Rusiyaya biləşmək haqda «referendum» keçirəcəklərini bəyan ediblər. Vladimir Putin sentyabrın 21-dəki müraciətində bildirib ki, Moskva «Donetsk və Luqansk xalq respublikalarının, Zaporojye və Xerson vilayəti sakinlərinin əksəriyyətinin öz gələcəklərilə bağlı verəcəkləri qərarı dəstəkləyəcək». Beləliklə, görünən odur ki, Rusiya rəhbərliyi Ukraynanın bu ərazilərini öz ərazisi elan edəcəksə, Ukrayna Silahlı Qüvvələrinin onların azad olunması cəhdini ölkənin ərazi bütövlüyünə təcavüz kimi qiymətləndirəcək. Bu isə Ukraynaya müharibə elan olunmasına formal səbəb verəcək, daha çox Rusiya vətəndaşının hərbi əməliyyatlara cəlb olunmasının əsaslandırılması üçün amilə çevriləcək. Beləliklə, Rusiya hökuməti gələcəkdə artıq qismən deyil, tam səfərbərlik elan etmək imkanı qazanacaq.

Maraqlıdır ki, Moskvanın müttəfiqi olan Belarusun lideri Aleksandr Lukaşenko belə bir vaxtda səfərbərlik elan etmək və «müharibəyə qarışmaq» niyyətində olmadığını açıq şəkildə dilə gətirib. «Biz yalnız o zaman döyüşəcəyik ki, öz evimizi, öz torpağımızı qorumağımıza ehtiyac yaransın», - deyə o, qeyd edib. Bununla, Lukaşenko göstərib ki, Minsk üçün «qırmızı xətt»in yeri dəqiq bəllidir və onlar sonadək bu prinsipə sadiq qalacaqlar. Bütün bu deyilənlərdən gəlinəcək yeganə qənaət isə budur ki, müharibənin ən gərgin mərhələləri hələ qarşıdadır və vəziyyətin getdikcə gərginləşməsi qaçılmazdır.

Bütün bunların fonunda kütləvi qırğın silahlarından istifadə ehtimalı da artır. Qərbin Moskvaya qarşı siyasətini getdikcə sərtləşdirməsi isə «stavka»nı daha da yüksəldir. Aİ-nin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin birliyin XİN başçılarının Nyu-Yorkda keçirilmiş qeyri-formal görüşünün sonunda səsləndirdiyi bir fikir də bunu təsdiqləyir. O, Donbas, Zaporojye və Xerson vilayətlərinin Rusiyaya birləşdirilməsinə dair referendumların təşkilinə cavab olaraq, Moskvaya yeni sanksiyalar paketinin tətbiq ediləcəyini bildirib. «Rusiyaya qarşı əlavə məhdudlaşdırıcı tədbirlər dərhal, tərəfdaşlarımızla koordinasiyalı şəkildə mümkün qədər tez görüləcək», - deyə o, bildirib. Aİ-nin enerji məsələləri üzrə komissarı Kadri Simson isə yeni sanksiyaların hələ ki, enerji resurslarına toxunmayacağını deyib. Aİ üzvü olan ölkələr bir neçə həftədir ki, Rusiya qazına vahid qiymət müəyyənləşdirməyə çalışırlar. Lakin Aİ-nin bəzi aparıcı üzvləri buna qarşıdır. Onların arasında Almaniya da var. Berlində hesab edirlər ki, maksimal qiymət yalnız Aİ tərəfindən müəyyən ediləcəksə, digər istehlakçılar buna getməyəcəksə, qaz başqa alıcılara satılacaq, Aİ isə bu halda tədarükün azalması və defisitlə qarşı-qarşıya qalacaq.

Amma bu halda belə, planlaşdırılan sanksiyalar onsuz da yaxşı günlərini yaşamayan Rusiya iqtisadiyyatına ciddi təsir göstərəcək. Hər halda, referendumla bağlı məlumata Rusiya Fond Bazarının reaksiyası özünü çox gözlətməyib. O, müharibənin başlamasından bu yana ən ciddi geriləməni yaşayıb. Sentyabrın 20-də Moskva birjası 10,7%-lik geriləmə göstərib, RTS indeksi 10,5% azalıb. «Sberbank»ın səhmləri 5,35%, «LUKoyl»un səhmləri 9%, «Qazprom»unku 8, «Yandeks»inki 8,9%, «Nornikel»in səhmləri 2% ucuzlaşıb. Elə həmin gün Rusiyanın Aİİ-dəki müttəfiqlərindən olan Ermənistan «Mir» kartlarının xidmətini dondurub. Ermənistanadək eyni addımı Türkiyə və Qazaxıstanın nəhəng bankları da atmışdı.

 

Vasitəçilik hələ də aktualdır

Bütün bu hadisələrin fonunda diqqətəlayiq olan daha bir olay yaşanıb. Söhbət Rusiya ilə Ukrayna arasında ötən ayların ən miqyaslı əsir mübadiləsindən gedir. Bu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə mümkün olub. Bu addım bütün məsələlərdə olmasa da, son dərəcə həssas mövzularda vasitəçiliyin aktuallığının göstəricisi sayıla bilər. Hadisəyə münasibət bildirən Ərdoğan deyib ki, «əsirlərin Türkiyənin vasitəçiliyi ilə baş tutan mübadiləsi müharibənin dayandırılması istiqamətində vacib addımdır». Bu mübadilə çərçivəsində 50 əsir, o cümlədən keçmiş xalq deputatı, «Ukrayna seçimi» hərəkatının lideri Viktor Medvedçuk Rusiyaya qaytarılıb. Ukrayna isə aralarında «Azov» batalyonunun komandirləri Denis Prokopenko («Redis») və Svyatoslav Palamara («Kalina») da olmaqla, 215 vətəndaşını geri alıb. Beləliklə, bu, Rusiya ilə Ukrayna arasında «taxıl razılaşması»ndan sonra əldə edilmiş ən böyük, bəlkə də mümkün siyasi nəticələri nəzərə alınmaqla, daha əhəmiyyətli kompromisdir.

Ən maraqlısı isə yenə də əsas vasitəçi və razılaşmaların yerinə yetirilməsinin qarantı kimi, Türkiyənin çıxış etməsidir. Bu, Türkiyənin nüfuzunun göstəricisidir – bu gün o, nəinki Rusiya ilə Ukraynanı bir masa arxasına əyləşdirə bilən, həm də onlar arasında konkret razılaşmaların əldə edilməsinə nail olan dövlətdir.

Belə bir hadisənin fonunda qonşu dövlət olan İran əksinə, ciddi səhvə yol verib. Öz pilotsuz uçuş aparatlarını hərbi məqsədlərlə istifadə edilməsi üçün Rusiyaya verən Tehranın rəsmiləri üstəlik, fəxr dolu bəyanatla çıxış da ediblər: bu aparatlar o qədər etibarlıdır ki, dünyanın fövqəldövlətlərindən biri onları almaq qərarına gəlib.

Nəticədə, Ukrayna Xarici İşlər Nazirliyi İranın Kiyevdəki səfirinin akkreditasiyasını ləğv edib və səfirliyin diplomatik personalının azaldılması tələbini irəli sürüb. Amma İran tərəfinin Rusiyaya dronlar satdığı haqda bəyanatı, yəqin ki, heç Moskvanın da ürəyincə olmayıb. Hər halda, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu faktı təsdiqləməkdən boyun qaçırıb. Beləliklə, bu epizodda İran diplomatiyası yumşaq desək, pis vəziyyətə düşüb.

Ukrayna ətrafında gərginliyin daha da artacağının gözlənildiyi bir vaxtda daha bir siqnal ABŞ-dan gəlib. «ABŞ Rusiya ilə qarşıdurmaya can atmır və Ukrayna ucbatından gərginliyin daha da artmasını istəmir», - deyə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib. Bunun Putinin nüvə silahına əl atıla biləcəyi haqda xəbərdarlığına cavab olub-olmadığını söyləmək çətindir. Lakin beynəlxalq məsələlərin bu qədər qarışdığı bir vaxtda belə ümidverici ismarışların eşidilməsi faktı münaqişənin sülh yolu ilə həllinə cüzi də olsa, ümidlərin qaldığını göstərir.Son dövrlərdə Ukrayna ətrafındakı hərbi-siyasi proseslərə ciddi təsir göstərən əsas hadisə Rusiya prezidenti Vladimir Putinin sentyabrın 21-də elan etdiyi qismən səfərbərlik, həmçinin Moskvanın nüvə silahından istifadə edə biləcəyinə dair xəbərdarlığıdır. Televiziya vasitəsilə xalqa müraciət edən Putin müharibənin davam edəcəyi, Qərb tərəfindən Rusiya üçün ekzistensional təhlükənin yaranacağı təqdirdə nüvə silahına əl atacaqlarını istisna etməyib. Bununla yanaşı, Rusiya prezidenti əsas düşmən kimi növbəti dəfə, ABŞ-ın başçılıq etdiyi NATO-nu göstərib, nüvə silahından istifadə oluna biləcəyi haqda danışarkən blef etmədiyini söyləyib.

 

Səfərbərlik amil kimi

Ukraynanın uğurlu əks-hücum əməliyyatları fonunda Rusiyanın səfərbərlik elan etməsi Moskvanın qarşıya qoyulmuş hədəflərə nail olması üçün hərbçi çatışmazlığı yaşadığını, Rusiya Silahlı Qüvvələri şəxsi heyətinin ciddi itki verdiyini göstərir. Bu qərarın ardından Rusiya KİV-i ölkə vətəndaşlarının yaxın xaricə, gediş-gəlişin vizasız olduğu dövlətlərə qaçmaq üçün kütləvi şəkildə aviabilet aldığını yazmağa başlayıb. Bu isə potensial çağırışçılar arasında müharibə əleyhdarlarının çoxluğunu, insanlarda anti-müharibə əhvalının artdığını göstərir. Yerlərdən hazırlanan reportajlardan bəlli olur ki, saysız-hesabsız insan ölkəni avtomobil vasitəsilə də tərk etməyə çalışır.

Güman ki, Rusiya ictimaiyyəti hadisələrin bu cür inkişafına hazır deyilmiş. İnsanların əksəriyyəti hərbi əməliyyatlar zonasında peyda ola biləcəyindən narahatlığını ifadə edir. Belə bir vəziyyətdə etirazçı əhvalın da artdığı müşahidə olunur. İndi Rusiyanın Ukrayna müharibəsinə etiraz edən rusların sayı getdikcə çoxalır. Əvvəllər ruslar baş verənlərə miqyaslı olsa da, peşəkar hərbçilərin iştirakı ilə aparılan spesifik hərbi kampaniya kimi yanaşırdılarsa, bu gün söhbət hərbi hazırlığı olan hər bir Rusiya vətəndaşının bilavasitə iştirakçısına çevrilə biləcəyi əsl müharibədən gedir. Bu isə bütün ölkə boyu yüz minlərlə insan deməkdir.

Prezident Putin müraciətində açıq şəkildə bildirib ki, Rusiya Ukrayna ilə deyil, kollektiv Qərblə savaşır. Və söhbət müharibədən gedirsə, Rusiya rəhbərliyinin ehtiyatda olan insanların prosesə cəlb edilməsi ilə bağlı qərarına savaşın yaratdığı şəraitin tələbi kimi baxılmalıdır.

Ukraynadakı hərbi əməliyyatların isə sonu görünmür. O, getdikcə daha uzunmüddətli xarakter almaqdadır. Min kilometrdən artıq olan cəbhə xətti əks-hücuma başlamış Ukrayna ordusu tərəfindən eyni zamanda bir neçə istiqamətdə yarıla bilər. Və yeni səfərbər olunanlar müdafiəni gücləndirmək üçün rus ordusunun qabaqcıl hissələrindəki boşluqları doldurmaq problemini həll etməlidirlər.

Lakin hər şey göründüyü qədər sadə deyil. Qısa zamanda bütün yeni çağırışçıları lazımi yerlərə yerləşdirmək fiziki baxımdan mümkün deyil. Bundan başqa, onları müasir şəraitdə müharibə aparmağa hazırlamaq da lazımdır. Buna isə aylarla vaxt lazım gələ bilər. Hazırlıqsız döyüşçüləri ön cəbhəyə yollamaq onları dərhal ölümün cənginə atmaq deməkdir ki, bunun da ciddi sosial fəsadları ola bilər. Üstəlik, onlara ölkə sərhədlərini qoruduqlarını izah etmək çox çətindir, çünki bu sərhədlər faktiki olaraq, ölkənin şərq sərhədlərindən yüz kilometrlərlə aralıdadır.

 

«Referendum»un haqqı

Ola bilsin ki, tanınmamış «DXR» və «LXR»in, o cümlədən Xerson və Zaporojye vilayətlərinin Rusiyanın nəzarətində olan hissələrinin rəhbərliyi bu üzdən Rusiyaya biləşmək haqda «referendum» keçirəcəklərini bəyan ediblər. Vladimir Putin sentyabrın 21-dəki müraciətində bildirib ki, Moskva «Donetsk və Luqansk xalq respublikalarının, Zaporojye və Xerson vilayəti sakinlərinin əksəriyyətinin öz gələcəklərilə bağlı verəcəkləri qərarı dəstəkləyəcək». Beləliklə, görünən odur ki, Rusiya rəhbərliyi Ukraynanın bu ərazilərini öz ərazisi elan edəcəksə, Ukrayna Silahlı Qüvvələrinin onların azad olunması cəhdini ölkənin ərazi bütövlüyünə təcavüz kimi qiymətləndirəcək. Bu isə Ukraynaya müharibə elan olunmasına formal səbəb verəcək, daha çox Rusiya vətəndaşının hərbi əməliyyatlara cəlb olunmasının əsaslandırılması üçün amilə çevriləcək. Beləliklə, Rusiya hökuməti gələcəkdə artıq qismən deyil, tam səfərbərlik elan etmək imkanı qazanacaq.

Maraqlıdır ki, Moskvanın müttəfiqi olan Belarusun lideri Aleksandr Lukaşenko belə bir vaxtda səfərbərlik elan etmək və «müharibəyə qarışmaq» niyyətində olmadığını açıq şəkildə dilə gətirib. «Biz yalnız o zaman döyüşəcəyik ki, öz evimizi, öz torpağımızı qorumağımıza ehtiyac yaransın», - deyə o, qeyd edib. Bununla, Lukaşenko göstərib ki, Minsk üçün «qırmızı xətt»in yeri dəqiq bəllidir və onlar sonadək bu prinsipə sadiq qalacaqlar. Bütün bu deyilənlərdən gəlinəcək yeganə qənaət isə budur ki, müharibənin ən gərgin mərhələləri hələ qarşıdadır və vəziyyətin getdikcə gərginləşməsi qaçılmazdır.

Bütün bunların fonunda kütləvi qırğın silahlarından istifadə ehtimalı da artır. Qərbin Moskvaya qarşı siyasətini getdikcə sərtləşdirməsi isə «stavka»nı daha da yüksəldir. Aİ-nin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin birliyin XİN başçılarının Nyu-Yorkda keçirilmiş qeyri-formal görüşünün sonunda səsləndirdiyi bir fikir də bunu təsdiqləyir. O, Donbas, Zaporojye və Xerson vilayətlərinin Rusiyaya birləşdirilməsinə dair referendumların təşkilinə cavab olaraq, Moskvaya yeni sanksiyalar paketinin tətbiq ediləcəyini bildirib. «Rusiyaya qarşı əlavə məhdudlaşdırıcı tədbirlər dərhal, tərəfdaşlarımızla koordinasiyalı şəkildə mümkün qədər tez görüləcək», - deyə o, bildirib. Aİ-nin enerji məsələləri üzrə komissarı Kadri Simson isə yeni sanksiyaların hələ ki, enerji resurslarına toxunmayacağını deyib. Aİ üzvü olan ölkələr bir neçə həftədir ki, Rusiya qazına vahid qiymət müəyyənləşdirməyə çalışırlar. Lakin Aİ-nin bəzi aparıcı üzvləri buna qarşıdır. Onların arasında Almaniya da var. Berlində hesab edirlər ki, maksimal qiymət yalnız Aİ tərəfindən müəyyən ediləcəksə, digər istehlakçılar buna getməyəcəksə, qaz başqa alıcılara satılacaq, Aİ isə bu halda tədarükün azalması və defisitlə qarşı-qarşıya qalacaq.

Amma bu halda belə, planlaşdırılan sanksiyalar onsuz da yaxşı günlərini yaşamayan Rusiya iqtisadiyyatına ciddi təsir göstərəcək. Hər halda, referendumla bağlı məlumata Rusiya Fond Bazarının reaksiyası özünü çox gözlətməyib. O, müharibənin başlamasından bu yana ən ciddi geriləməni yaşayıb. Sentyabrın 20-də Moskva birjası 10,7%-lik geriləmə göstərib, RTS indeksi 10,5% azalıb. «Sberbank»ın səhmləri 5,35%, «LUKoyl»un səhmləri 9%, «Qazprom»unku 8, «Yandeks»inki 8,9%, «Nornikel»in səhmləri 2% ucuzlaşıb. Elə həmin gün Rusiyanın Aİİ-dəki müttəfiqlərindən olan Ermənistan «Mir» kartlarının xidmətini dondurub. Ermənistanadək eyni addımı Türkiyə və Qazaxıstanın nəhəng bankları da atmışdı.

 

Vasitəçilik hələ də aktualdır

Bütün bu hadisələrin fonunda diqqətəlayiq olan daha bir olay yaşanıb. Söhbət Rusiya ilə Ukrayna arasında ötən ayların ən miqyaslı əsir mübadiləsindən gedir. Bu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə mümkün olub. Bu addım bütün məsələlərdə olmasa da, son dərəcə həssas mövzularda vasitəçiliyin aktuallığının göstəricisi sayıla bilər. Hadisəyə münasibət bildirən Ərdoğan deyib ki, «əsirlərin Türkiyənin vasitəçiliyi ilə baş tutan mübadiləsi müharibənin dayandırılması istiqamətində vacib addımdır». Bu mübadilə çərçivəsində 50 əsir, o cümlədən keçmiş xalq deputatı, «Ukrayna seçimi» hərəkatının lideri Viktor Medvedçuk Rusiyaya qaytarılıb. Ukrayna isə aralarında «Azov» batalyonunun komandirləri Denis Prokopenko («Redis») və Svyatoslav Palamara («Kalina») da olmaqla, 215 vətəndaşını geri alıb. Beləliklə, bu, Rusiya ilə Ukrayna arasında «taxıl razılaşması»ndan sonra əldə edilmiş ən böyük, bəlkə də mümkün siyasi nəticələri nəzərə alınmaqla, daha əhəmiyyətli kompromisdir.

Ən maraqlısı isə yenə də əsas vasitəçi və razılaşmaların yerinə yetirilməsinin qarantı kimi, Türkiyənin çıxış etməsidir. Bu, Türkiyənin nüfuzunun göstəricisidir – bu gün o, nəinki Rusiya ilə Ukraynanı bir masa arxasına əyləşdirə bilən, həm də onlar arasında konkret razılaşmaların əldə edilməsinə nail olan dövlətdir.

Belə bir hadisənin fonunda qonşu dövlət olan İran əksinə, ciddi səhvə yol verib. Öz pilotsuz uçuş aparatlarını hərbi məqsədlərlə istifadə edilməsi üçün Rusiyaya verən Tehranın rəsmiləri üstəlik, fəxr dolu bəyanatla çıxış da ediblər: bu aparatlar o qədər etibarlıdır ki, dünyanın fövqəldövlətlərindən biri onları almaq qərarına gəlib.

Nəticədə, Ukrayna Xarici İşlər Nazirliyi İranın Kiyevdəki səfirinin akkreditasiyasını ləğv edib və səfirliyin diplomatik personalının azaldılması tələbini irəli sürüb. Amma İran tərəfinin Rusiyaya dronlar satdığı haqda bəyanatı, yəqin ki, heç Moskvanın da ürəyincə olmayıb. Hər halda, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu faktı təsdiqləməkdən boyun qaçırıb. Beləliklə, bu epizodda İran diplomatiyası yumşaq desək, pis vəziyyətə düşüb.

Ukrayna ətrafında gərginliyin daha da artacağının gözlənildiyi bir vaxtda daha bir siqnal ABŞ-dan gəlib. «ABŞ Rusiya ilə qarşıdurmaya can atmır və Ukrayna ucbatından gərginliyin daha da artmasını istəmir», - deyə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib. Bunun Putinin nüvə silahına əl atıla biləcəyi haqda xəbərdarlığına cavab olub-olmadığını söyləmək çətindir. Lakin beynəlxalq məsələlərin bu qədər qarışdığı bir vaxtda belə ümidverici ismarışların eşidilməsi faktı münaqişənin sülh yolu ilə həllinə cüzi də olsa, ümidlərin qaldığını göstərir.



MƏSLƏHƏT GÖR:

136