Müəllif: Elçin HÜSEYNOV
Monako, daha doğrusu Monte-Karlo haqqında ilk dəfə uşaq vaxtı - sovet dövründə, 1970-ci illərin sonlarında eşitmişdim. Bu, Monte-Karlo radiosu idi və nədənsə yayda Abşerondakı bağlarda ona qismən qulaq asmaq olurdu. Xatırladım ki, SSRİ-də müasir (o dövr üçün) xarici estrada musiqilərinin efirə verildiyi televiziya və radio verilişləri praktiki olaraq yox idi. Temperaturun aşağı düşdüyü yay axşamlarında bəzən Monte-Karlo radiosuna qulaq asmaq olurdu. Nədənsə məhz həmin vaxt müdaxilələr daha az olurdu. Bu radionun siqnalları və uzun dalğalarda dinlədiyim hər mahnının sevinci hələ də yadımdadır. Həmin vaxt “uşaq ağlıma” yalnız belə bir fikir gəlirdi: “Bura haradır ki, bu ölkədə xoşbəxt sakinlər belə mahnıları hər gün və maneəsiz dinləyə bilirlər?”
Yalnız bir neçə onillikdən sonra bu və bir çox digər suallara cavab tapmaq mümkün oldu. Bu cırtdan dövləti ziyarət etmək və görmək arzusu yalnız 2024-cü ildə gerçəkləşdi.
Moneqaskları ziyarət etmək
Aralıq dənizi sahilində, Nitsa yaxınlığında yerləşən Monako Knyazlığı həqiqətən kiçikdir və cəmi 2,02 мин kvadratkilometr ərazini əhatə edir. Buna baxmayaraq, o, möhtəşəm mənzərələri, əla kurort iqlimi, milyonerlərin dəbdəbəli həyatı, nüfuzlu «Formula 1» avtoyürüşləri və ölkənin ən böyük bölgəsində - Monte-Karloda yerləşən, dünyanın ən məşhur kazinolarından biri sayəsində bütün dünyada tanınır.
Bu gün Monakonun iqtisadiyyatı əsasən turizm, mərc oyunları, yeni və çox bahalı rezidensiyaların inşası hesabına inkişaf edir. Qəribə səslənsə də, burada hətta knyazlıq ailəsinin həyatını işıqlandıran KİV-lərin vəsaitlərindən də gəlir əldə edilir. Ölkə həm də dünyada adambaşına düşən milyonçuların və milyarderlərin sayına görə birinci yerdədir. Knyazlıq dünyanın hər yerindən varlı insanları cəlb edir, çünki mənfəət, dəbdəbə və ya kapitala vergi yoxdur. Hətta vergi gəlirlərinin olmamasına baxmayaraq, Monako bu gün adambaşına düşən ÜDM-ə görə dünyanın ən zəngin ölkələrindən biri hesab olunur.
Maraqlıdır ki, boş torpaq sahəsi ilə bağlı defisit olduğuna görə bu ölkədə kənd təsərrüfatı praktiki olaraq yox dərəcəsindədir. Buna baxmayaraq, knyazlıq ərzaq və sənaye xammalı, maşınqayırma məhsulları, kimya sənayesi, xidmətlər və kapital ixrac etməyi bacarır.
Monakonun yerli əhalisinə moneqask deyilir. Onların sayı çox azdır: 8 min nəfərə qədər. Bu, knyazlığın əhalisinin 20 faizindən bir qədər çoxunu təşkil edir. Milli tərkibdə fransızlar üstünlük təşkil edir (təxminən 30%), ikinci yerdə italyanlar (20%-dən az) gəlir. Bu da başa düşüləndir - axı, Monako faktiki olaraq Fransanın ərazisində yerləşir və İtaliyadan buraya təxminən 30 kilometr məsafə var.
Monte-Karlo dünya şöhrəti qazanmasında krallığı iflasdan və maliyyə resurslarını itirməkdən xilas edən Knyaz III Karla borcludur. 1865-ci ildə kritik siyasi və iqtisadi vəziyyət zamanı o, boş, səhralıq ərazidə kazino inşa etdirdi. Bu kazino hələ də fəaliyyət göstərir və knyazlığa xeyli gəlir gətirir. 1911-ci ildən isə Monako faktiki olaraq konstitusiyalı monarxiyadır. Bu ölkəyə Qrimaldi ailəsinin nəslindən olan, Knyaz III Renye və Knyaginya Qreysin oğlu, suveren Knyaz II Albert rəhbərlik edir.
Bütün yollar Nitsadan keçir
Bir çox insan hələ də maraqlanır: Monako ilə Monte-Karlo arasındakı fərq nədir? Monako şəhəri eyniadlı knyazlığının kiçik paytaxtıdır. Dünyanın kazino mərkəzlərindən biri sayılan kiçik Monte-Karlo şəhəri (və ya rayonu) knyazlığın paytaxtının bir hissəsidir.
Monakonun məhdud ərazi imkanlarına görə burada hava limanı yoxdur. Ancaq burada Nitsa hava limanına müntəzəm uçuşların həyata keçirildiyi helikopter meydançası var. Buna görə də, knyazlığa turistlərin əsas axını Monakodan cəmi 22 kilometr məsafədə yerləşən Nitsadakı “Kot d'Azur” beynəlxalq hava limanından keçir. Baxmayaraq ki, knyazlığa İtaliya vasitəsilə də çatmaq olar. Məsələn, Genuйa hava limanına çatmaq və buradan qatar, avtobus və ya avtomobillə Monakoya gəlmək olar. Siz həmçinin sərhəd şəhəri olan San-Remoya və ya İtaliyanın Ventimiliya şəhərinə qatarla gedə və oradan Monakoya başqa qatar, avtobus və ya avtomobillə keçə bilərsiniz. Buradan məsafə cəmi 25-30 kilometrdir.
Hər halda, bir çox turist Nitsa marşrutunu seçir. Birbaşa “Cote d'Azur” hava limanından gün ərzində hər saat yola düşən 110 nömrəli ekspress avtobusa minə bilərsiniz. Səfər vaxtı bir saatdan azdır - məsafə cəmi 33 kilometrdir.
Siz həmçinin tramvayla (7 kilometr) Nitsanın mərkəzinə və oradan Monakoya avtobus və ya qatarla yollana bilərsiniz. Ən ucuz variant (təxminən 3 avro) Nitsa hava limanından hər 20-25 dəqiqədən bir yola düşən avtobusla (602 və 607 nömrəli) Monakoya çatmaqdır. Monakaya çatmaq üçün ən sürətli variant qatarlardır. Onlar “Nice Riquier” dəmiryol stansiyasından yola düşür və Monakonun yeganə dəmir yolu stansiyasına – “Monte-Karlo”ya çatırlar. Səyahət təxminən 20 dəqiqə çəkəcək, lakin biletin qiyməti bahadır - təxminən 5-6 avro.
Siz həmçinin avtomobilin pəncərəsindən “Kot d'Azur”un gözəl mənzərələrindən zövq alaraq Nitsadan Monakoya taksi ilə gedə bilərsiniz. Amma bu marşrut taksi sürücüsünün insafından asılı olaraq, təxminən 95-150 avroya başa gələcək.
Monakonun gözəllikləri
Turistlər adətən çimərlik kurortu kimi Monakonun bütün gözəlliklərindən zövq almaq üçün iyul və avqust aylarında buraya tətilə gəlirlər. Bu zaman havanın temperaturu +28 dərəcəyə, dəniz isə +23 dərəcəyə qədər isti olur. Əgər əksər turistlər kimi, knyazlığı araşdırmaq, rahat gəzintilərdən zövq almaq və ictimai şənliklərdə parlamaq istəyirsinizsə, yazın sonu və payızın əvvəlində, yəni temperaturun çox olmadığı zamanlar səfər edə bilərsiniz.
Monakonun kiçik ölçüsünə baxmayaraq, burada çoxlu sayda görməli yerlər var. İlk növbədə “Köhnə şəhər” adlanan əraziyə - Monako-Villə baş çəkin. Təpədə yerləşən bu əraziyə 10-15 dəqiqəyə qalxa bilərsiniz. Buraya getmək üçün ictimai avtobuslardan və ya turist vaqon qatarından da istifadə edə bilərsiniz. Buradakı əsas görməli yer əsası 1191-ci ildə qoyulmuş Knyaz Sarayıdır. Onun ərazisindən yaxtaların olduğu dəniz və limana gözəl mənzərə açılır. Əlbəttə ki, burada xatirə üçün gözəl fotolar çəkə bilərsiniz.
Knyaz Sarayı Monako ahzadəsinin rəsmi iqamətgahıdır. O, Genuйa qalasının xarabalıqları üzərində ucaldılıb və 1297-ci ildən Qrimaldi ailəsinə məxsusdur. Siz yalnız yayda binaya baş çəkə və onun interyerindən zövq ala bilərsiniz. Qalan vaxtlarda turistlər yalnız sarayın qarşısında dayanan keşikçilərin dəyişdirilməsi mərasiminin fotosunu çəkə bilirlər. Bu mərasim hər gün 11:55-də baş verir. Sarayın qarşısında bir neçə kafe və suvenir mağazaları var. Burada siz qəhvə, dondurma və yerli şirniyyatları dada bilərsiniz.
Daha sonra Köhnə Şəhərdə gəzintiyə çıxa bilərsiniz. Bura dar küçələr, səliqəli evlər və çoxlu sayda tarixi abidələr ilə ziyarətçiləri qarşılayan, zəngin tarixə malik olan ərazidir. Knyazlığın hökumət binası, Müqəddəs Nikolay meydanı və şəhərin ən mühüm dini binası olan Müqəddəs Məryəm kafedralı da burada yerləşir. Qeyd edək ki, kafedrala giriş pulsuzdur.
Monakonun Okeanoqrafiya Muzeyi də yaxınlıqda yerləşir. Bu muzey (14 avro) qonaqlara 6500 kvadratmetrlik məkanda 6 mindən çox “dəniz sakini”nə baxmağı təklif edir. Buraya köpək balıqları, tısbağalar, Aralıq dənizi və tropik balıqlar, hətta 1989-cu ildən bu sularda uğurla böyüyən mərcan rifi daxildir.
Bundan sonra tərəvəz bazarı və kafelərin olduğu Kondamin rayonunu ziyarət etməyə dəyər. Bura çox sayda kafe, restoran və mağazaların olduğu Port Erkyul meydanına yaxındır. Bundan başqa, yaxınlıqda tarixi villalar, çoxlu yaşıllıqlar və uşaqlar üçün oyun meydançaları olan Moneqetti rayonu yerləşir. Bu, ənənəvi Monako haqqında məlumat toplamaq və bir neçə kilometr məsafədə yerləşən Liquriyadakı ləhcələrə bənzər moneqask dialektini eşitmək üçün əla fürsətdir.
Əlbəttə ki, Monakonun əsas görməli yerlərindən və elit simvollarından biri Monte-Karlo kazinosudur. Bura bahalı yaxtaların olduğu Erkyul limanından çox da uzaqda deyil. Kazino xurma ağacları olan əzəmətli fəvvarə və dəbdəbəli avtomobillərin olduğu eyniadlı meydanda yerləşir.
Kazino binası Paris Operasının (“Opéra de Paris”) memarı tərəfindən layihələndirilib. Daxili dekorasiya qızıl və mərmər materialları ilə bəzədilib. Burada həmçinin çoxsaylı heykəl və freskalar var. Kazinoda çəkilən filmlər arasında agent 007 haqqında “Heç vaxt heç vaxt demə”, “Qızıl göz” və “Ouşenin 12 dostu” kinoları var. Nahardan əvvəl adi bir muzey kimi kazinoya baş çəkə bilərsiniz, girmək üçün sadəcə bilet almaq lazımdır – “dress kod” tələb olunmur. Maraqlıdır ki, kazinoda yalnız Monakonun qonaqları mərc oyunları oynaya bilər. Onun vətəndaşlarına orada “pul xərcləmək” qadağandır.
Kazino binasının yanında 1879-cu ildə təntənəli şəkildə açılış mərasimi keçirilmiş Monte-Karlo Opera Evi yerləşir. Onu memar Şarl Qarnyenin şərəfinə “Opera Qarnye” də adlandırırlar. 524 nəfər üçün nəzərdə tutulmuş teatr 8,5 aya tikilib. Maraqlı fakt ondan ibarətdir ki, bütün strukturu dəstəkləyən sütunlar Eyfel qülləsinin yaradıcısı Qustav Eyfel tərəfindən hazırlanıb.
Kazino kompleksinə həmçinin dəbli və bahalı ticarət mərkəzi olan “İşıq Xiyabanı” qalereyası (“Les Allées lumières de Monaco”) daxildir.
Özünüzü kübar məclislərin üzvü kimi hiss edin və kazinonun qarşısındakı meydanda yerləşən knyazlığın ən qədim (1868) restoranlarından biri olan “Cafe de Paris”ə baş çəkin. Kafe turistlər arasında çox populyardır, çünki orada knyazlığın avtoxton subyektlərinin mum fiqurlarını görə bilərsiniz. Çox gözəl xidmətdən zövq ala bilməyiniz üçün burada sadəcə kofe (3-5 avro) və ya isti şokolad (5,50 avro) sifariş etməyiniz kifayətdir. Yeməklərə gəlincə, ən sadə yeməklərin qiyməti 30 avrodan başlayır.
Ümumiyyətlə, Monako mətbəxinə Fransa və İtaliya ənənəvi yeməklərinin ən yaxşıları daxildir: balıq və molyusklar, pesto souslu spaэetti, sцzet blinləri, pendir, nisuaz salatы, dəniz ilbizi və dadlı desertlər.
Yerli moneqask yeməyi olan barbajuanı (“barbagiuan”) dadmağı unutmayın. Bu, balqabaq, kəsmik və reyhanla doldurularaq qızardılmış kiçik raviolidir. Bu, şəkərburalara bənzəyir, lakin daha kiçikdirlər. Şirniyyatlar arasında ən məşhuru fuqasdır: portağal və ъиря ətirli, üzərinə badam, şəkər tozu və şam qozu səpələnmiş bulkalar.
Monakonun görməli yerləri arasında həm də Ekzotik Bağ (Şahzadə Qreysin qızılgül bağı), Monakonun köhnə və yeni milli muzeyləri var. Kiçik dövləti Fransa Rivierasının qeyri-rəsmi paytaxtı olan Nitsa ilə birləşdirən magistral yolu da qeyd etmək lazımdır. Magistral yolun unikallığı ondan ibarətdir ki, o, dəniz səviyyəsindən 200 metr (!) hündürlükdə dəniz sahili boyunca uzanır.
Qısaca əsas məsələ haqqında
Monakoya getməzdən əvvəl, knyazlığın özündə hotelləri seçməyin sərf edib-etməməsi və ya yaxınlıqdakı şəhərlərdə daha ucuz olanları tapmağın daha yaxşı olub-olmaması barədə düşünün. Belə ki, knyazlığın mərkəzində turistlər üçün xüsusi hotel seçimi və ucuz yaşayış yeri yoxdur. Məsələn, Monte-Karloda 30-a yaxın щotel var. Qiymətlər kifayət qədər yüksəkdir: ən ucuzu 150 avrodan başlayır. Orta hesabla hotellərin qiyməti iki nəfər üçün gündəlik 300-400 avroya çatır. Buna görə də, bələdçilər və səyahət agentlikləri, adətən, Nitsada 70-80 avroya yaşayış yeri tapa biləcəyiniz və Monakoya təxminən 30 dəqiqəyə çata biləcəyiniz hotel nömrələrini sifariş etməyi tövsiyə edirlər.
Ancaq Monakoda qalmaq istəyirsinizsə, bu barədə bir neçə ay əvvəldən maraqlanmalısınız. Bu halda əmin olmalısınız ki, gecələmək üçün hər hansı bir yer var və qiymət bir qədər aşağı olacaq.
Nitsa və ya Monakoda hotel seçməyinizdən asılı olmayaraq, səyahətiniz zamanı böyük emosiyalar yaşaйаcaqsınız.
Xoş səyahətlər!
MƏSLƏHƏT GÖR: