25 Noyabr 2024

Bazar ertəsi, 08:37

TREND

Azərbaycan sənayeləşməni genişləndirir və qeyri-neft ixracını artırır

Müəllif:

23.07.2013

Son illər Azərbaycanda sənayenin rəqabətqabiliyyətli sahələrinin stimullaşdırılması və yerli məhsulların dünya bazarlarına çıxarılması üçün obyektiv şəkildə bir çox tədbirlər görülür. Bu siyasətin müvəffəqiyyətini təkcə qeyri-neft məhsulunun ixrac həcmlərinin artımı de-yil, həm də əlavə olunan dəyərin yüksək səviyyəsi ilə malların payının artırılması hesabına onun strukturunun dəyişilməsi də sübut edir. Ölkənin ixrac potensialının inkişafına reklam və promouşn-siyasətin aktivləşdirilməsi üzrə hökumətin səyləri də çox mənada təsir edir. 

 

Qeyri-neft təmayülü  

"Milli iqtisadiyyatın diversifikasiya olunması məqsədilə yaxın illərdə ölkə ÜDM-nin 80%-ni qeyri-neft sektoru hesabına formalaşmasını təmin etmək lazımdır. Bununla belə, əsas diqqət ixracyönümlü məhsulun istehsalına ayrılır: ötən 10 ildə onun buraxılışı 23% artıb və yaxın bir neçə ildə daha 20 faizlik artım gözlənilir", - deyə İqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova ehtimal edir.

Bu yaxınlara kimi yerli qeyri-neft məhsulunun beynəlxalq ticari həcmi, orta hesabla, ölkə ümumi ixracından 5%-nı keçmirdi. Bu gün qeyri-neft ixracının ümumi payı 8%-ə yaxınlaşır və son illərin əsas trendi Azərbaycandan ixrac olunan malların strukturunda ciddi dəyişikliklər olmasıdır. Hökumətin ölkənin yeni sənayeləşməsi, texnoparkların və sənaye şəhərciklərinin inkişafı üzrə səylərinin nəticəsi yerli ağır, yüngül və qida sənayesi ilə istehsal olunan malların payının nəzərəçarpacaq dərəcədə artması oldu. Ümumilikdə, ötən 4 il ərzində ölkədə 200 mindən artıq müəssisə işə salınıb, onlardan, təxminən, 400-nü iri və orta kateqoriyaya aid etmək olar. 90-dan artıq yeni zavod və fabrikin tikintisi davam edir, tezliklə gəmiqayırma və karmabid zavodu, eləcə də ölkənin şimal-qərb hissəsində iri poladtökmə kompleksi işə düşəcək.

İKT sektoru müəssisələrinin inkişafının sürətlənməsi məqsədilə vergi imtiyazlarının tətbiqolunma rejimi tez bir zamanda, təxminən, 15 zavodun təsis edilməsinə və nəticədə kommunikasiya avadanlığı, kompüterlər, periferiya qurğuları, eləcə də İT-biotibb avadanlığı, alternativ və bərpaolunan enerji sahəsi üçün avadanlıq, optik linzalar, şüşə-bazalt liflər, yüksək həcmli akkumulyatorlar və s. ixracına imkan verəcək.

"Yerli sənayenin mərhələli modernləşməsinin nəticəsi keçən il qeyri-neft mal və xidmətlərin ixrac həcminin  5 mlrd dollar səviyyəsində artması oldu. Nəzərəçarpacaqdır ki, 2008-ci ildən bu göstərici, təxminən, 2 dəfə artıb", - deyə Mərkəzi Bankın sədri Elman Rüstəmov qeyd edib.

Bu gün ixrac siyahısında müxtəlif elektrik avadanlıqları, kabel və energetikada tətbiq olunan komplektləşmiş məmulatlar var, bu yaxınlarda bu siyahıya alternativ energetikada istifadə olunan modul və suqızdırıcılar daxil edilib. Polimer sənaye üçün kimyəvi xammal və yarımfabrikatların ixracı dəfələrlə artıb: bu proseslərin katalizatoru, xüsusən, Türkiyənin İzmir şəhərində yerləşən və SOCAR-a məxsus kimyəvi zavodun xammalla təchiz olunması oldu.

Yeni tarixdə ilk dəfə olaraq Azərbaycan tikinti materialları - plastik borular, gipsokarton, quru qarışıqlar, izolyasiya və polimer materiallarının da ixracatçısı kimi çıxış edir, bu yaxınlarda isə sərnişin liftlərinin ixracı təklif olunub. Bu məhsul Rusiyanın cənub regionları, Ukrayna, Gürcüstan və bir sıra Mərkəzi Asiya dövlətlərində uğurlu şəkildə satılır.

 

İmkan daxilində kömək 

Hələ bu yaxınlarda postsovet məkanında Azərbaycan təzə meyvə və tərəvəz, eləcə də digər kənd təsərrüfatı xammalı tədarükçüsü rolunda başlıca olaraq çıxış edirdi. Bu günsə sənayenin yerli aqrar və meşə sahəsi iplik və hazır parçalar, aşılanmış dəri, ayaqqabı və hətta mebel ixrac edir. Lakin ən böyük irəliləyişə emal olunmuş və paketlənmiş ərzaq məhsullarının ixracında nail olunub: söhbət, ilk növbədə, konservləşdirilmiş meyvə-tərəvəz məhsulları və şirələri, üzüm şərabları və brendləri, bitki yağı, şəkər və paketləşdirilmiş çaydan gedir. Sadalananların hamısı nisbi yüksək əlavəli maliyyət məhsulları kateqoriyasına aid edilir və nəinki indiki postsovet dövlətlərinin bazarlarına, həm də bir çox hallarda uzaq xarici ölkələrə də ixracı reallaşdırılır.

Misal qismində pambığın ixrac strukturunda dəyişikliklər etmək olar. Belə ki, hələ bir neçə il bundan öncə yerli təmizləyici fabriklərin əsas hissəsi pambıq xammalı təşkil edirdi. Lakin ötən il Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, pambıq sapların ixracı ilk dəfə idi ki, ümumi pambıq tədarükünün 50%-ni ötmüşdü. İpliklər 8,155 mln dollar həcmində ixrac edilmişdi ki, bu da ixracı 2011-ci ildə 1,9 dəfə artırır. Eyni zamanda, bu yaxınlarda Bakı, Sumqayıt və Saatlı rayonlarında  tikilən bir neçə iplik və tekstil fabriklərində istehsal olunmuş hazır parçaların ixrac həcmi dəfələrlə artıb.

Bənzər dəyişikliklər şəkər istehsalı sahəsində də baş verdi: Xəzəryanı regionda şəkər istehsalına görə İmişili rayonunda 2006-cı ildə ən iri zavodun tikintisinə kimi Azərbaycan bu məhsulun təmiz idxalçısı idi. Bu günsə "şirin" məhsulun 20%-dən artıq hissəsi nəinki postsovet məkanının, həm də Yaxın Şərq ölkləri, ABŞ və s. bazarlarına ixrac olunur.

"Hazırkı mərhələnin əsas məqsədi - məhsulun rəqabətqabiliyyətliliyini genişləndirmək və bizim  sürətlə inkişaf edən qeyri-neft sektorunun xarici bazara çıxmasını təmin etmək üçün maksimum səy göstərməkdir. Azərbaycanda ən müasir texnologiya və təcrübə tətbiq olunmalıdır", - deyə Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Azərbaycanın ixracının nomenklaturası və coğrafiyasının genişlənməsində əsas rol Xarici İşlər Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi, xüsusilə də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən aparılır. Bu strukturların təşəbbüsü ilə ölkədə və xaricdə yerli dairələrin əcnəbi şirkət və təşkilatlarla əlaqələrinin qurulmasını təmin edən onlarca biznes-forum və sərgilər təşkil olunur, dünya şəbəkəsində promouşn və reklamın interaktiv formaları tətbiq olunur. Belə ki, AZPROMO-nun səyləri sayəsində 3 il bundan öncə ABŞ-da "West Coast Connection" idxal-ixrac şirkəti yaradıldı. Onun vasitəsilə Los-Ancelesin nüfuzlu dükanları sırasında bu gün "Made in Azerbaijan" markalı müxtəlif məhsullar reallaşdırılır.

Ərzaq məhsullarının, xüsusən də köhnə dünyanın dövlətlərində  dəniz məhsullarının ixracının genişlənməsi bir neçə il bundan qabaq MER və Dövlət Standartının dəstəklənməsi üçün TACIS - tvinninq-proqramı çərçivəsində reallaşdırılan sertifikatlaşdırılmış laboratoriyaların inkişafına yardım etdi.

Hazırkı pozisiya sisteminin son dərəcə önəmli elementi 2008-ci ildə Azərbaycanın marketinq cəmiyyətinin dəstəyi ilə hazırlanmış ilk Azərbaycan ixrac kataloqunun formalaşdırılması oldu. Bu yaxınlarda - keçən il - çapdan çıxan kataloqun 4-cü nəşrinin nəticələri yekunlaşdırıldı, eləcə də "AEC-2013"ün 5-ci nəşri təqdim olundu. Kataloqun xaricdə irəliləməsinə böyük yardımı XİN edir ki, bu da nəşrin 40%-lik nümunələrinə malikdir. Qurum səfirliklər və ölkəmizin digər diplomatik nümayəndəlikləri vasitəsilə bu kataloqu yayır.

Bir sözlə, rəqabətli, yüksək texnologiyalı aqrar və sənaye istehsalını idxallaşdıran və yerli məhsulların dünya bazarına mərhələli çıxışına dair vəzifələrin yerinə yetirilməsinə kifayət qədər çox idarə və təşkilat qoşulub ki, bu da onun tez bir zamanda həyata keçəcəyinə əminlik yaradır.


MƏSLƏHƏT GÖR:

632