Müəllif: Abbas AXUNDOV Bakı
Son illər Azərbaycanda iqtisadi siyasətin əsas nailiyyətlərindən biri də milli valyutanın möhkəmlənməsi, onun stabilliyinin təmin olunması, manatın nəinki ölkədə, həm də regionda əhəmiyyətinin artması oldu. Yəni qlobal maliyyə cəhətdən bu gün ölkədə pul prosesləri əksər halda xarici faktorlardan qorunub. Milli əsginazların vizual görünüşü haqda da söz ola bilməz - bəzən onların tez köhnəlməsi ilə bağlı narazılıq yaranır, yeni nominallı sikkə və əsginazların buraxılmasının zəruriliyindən, saxta pul kəsənlərlə bağlı risklərdən danışılır. Hərçənd Mərkəzi Bankda əmin edirlər ki, bu məqamlar daim nəzarət altında saxlanılır, problemlər isə operativ şəkildə həll olunur.
Pul qocalığı
Azərbaycanda saxta pul kəsilməsi səviyyəsi orta dünya göstəricisindən nisbətən xeyli aşağıdır. Əgər Avropada dövriyyədə olan hər 20 min əsginaza 1 müsadirə olunmuş saxta banknot düşürsə, Azərbaycanda bu göstərici hər 250 min əsginaza 1 saxta əsginaz bərabərindədir. Belə ki, Mərkəzi Bank 2013-cü ilin birinci yarısında bazardan müsadirə edərək, məhv etmək üçün 600-dən çox saxta əsginaz çıxarıb. Lakin AMB-nin Nağd Pullar Departamentinin direktoru Hacıbaba Məsimovun sözlərinə görə, Azərbaycanda artım istiqamətində təhlükəli trend mövcuddur. "Lakin saxta pul kəsənlər çox aşağı səviyyəli texnika və üsullardan istifadə edirlər. Tez-tez onlar sadəcə olaraq əsginazların surətini çıxarırlar. Ona görə da saxta pulları aşkar etmək çətin deyil", - deyə H. Məsimov iddia edir. Belə ki, hazırkı halda saxta pul kəsmək - cinayət əməlidir, onun qarşısının alınması prosesinə müvafiq hüquq mühafizə orqanları da qoşulurlar ki, bu da birgə səylərlə vəziyyəti nəzarətdə saxlamağa imkan verir.
Bank əsginazlarının "nüfuz"una ikinci təhlükə onların tez köhnəlməsidir. Mövcud qanunvericiliyə əsasən, banklar deformasiya olunmuş və köhnəlmiş əsginazları qəbul eləməli və onları yeniləri ilə mübadilə etməlidirlər. Eyni zamanda üzü 60%-dən artıq qorunub saxlanan, eləcə də bir neçə hissədən ibarət olan əsginazlar, lakin birlikdə onların üzünün 100%-i təşkil edənlər qəbul olunur. Saxta pullar, əlbəttə ki, qəbul olunmurlar.
Yeri gəlmişkən, köhnəlmiş əsginazlar da AMB-yə təqdim oluna bilərlər. "Mərkəzi Bank əhalidən yeniləri müqabilində deformasiya olunmuş və köhnəlmiş əsginazlar qəbul edir. Orta hesabla AMB ildə nağd pul kütləsinin 10-20%-ni müsadirə edir. Bu, dünya üzrə normal orta göstərici hesab olunur", - deyə H. Məsimov bildirib. Həmçinin əsginazların köhnəlməsi üzrə ümumi statistikaya hazırda böyük yükün bir və beş manatlıq əsginazların üzərinə düşməsi faktı da təsir edir. Onların hə-yat dövrləri 1,5-2 il təşkil edir ki, bu da onların daha çox istifadə olunması ilə bağlıdır.
Qəpiklərin cingiltisi
Ölkədə ən çox yayılmış 1 manatlıq əsginazı dövriyyədən çıxarmaq və onun əvəzinə eyni nominalda dövriyyəyə yeni sikkələr buraxmaq lazımdırmı? Mərkəzi Bank artıq neçə ildir bu məsələni nəzərdən keçirir. Xatırladaq ki, ödəniş vasitəsi qismində denominasiya prosesinin yekunlaşmasından sonra, yəni 2007-ci ildən ancaq yeni pul nişanları istifadə olunur: 6 metal qəpik (1, 3, 5, 10, 20, 50 qəpik nominalında) və 6 əsginaz (1, 5, 10, 20, 50, 100 manat). Hərçənd beynəlxalq praktikaya uyğun olaraq dövriyyəyə 7-8 əsginaz, eləcə də eyni miqdarda qəpik buraxmaq olar.
İqtisadiyyatın inkişafı və həyat səviyyəsinin yüksəlməsi ilə mütəmadi olaraq dövriyyədən aşağı nominallı qəpiklərin çıxarılması və iri nominalda olan qəpiklərin buraxılması zərurəti yaranır. Məsələn, Avropada bir və iki avro, İsveçrədə isə bir və beş İsveçrə frankı nominallı metal sikkələr var. Lakin Azərbaycan Mərkəzi Bankı hələlik bu addımı atmağa tələsmir. Eyni zamanda nizamlayıcı hazırda bu yeniliyin məqsədəuyğun olmayan bir neçə faktorlarını sadalayıb.
Deməli, H.Məsimovun sözlərinə görə, bu, logistik problemlər, yəni çox miqdarda qəpiklərin toplanması və daşınması ilə bağlı çətinliklər yarada bilər. "Yeni sikkələrin buraxılması saxta pul kəsilməsinin genişlənməsi riskini artırır, belə ki, qorunma dərəcəsinə görə sikkələr, əsginazlarla müqayisədə saxtalaşdırmaya qarşı daha zəifdirlər. Həm də aşağı dəyərinə görə əhali saxta sikkələri vermirlər, onlar da dövriyyədə qalmaqda davam edir", - deyə H.Məsimov bildirib. Məsələn, Avropda bir və iki avro nominallı saxta pulların həcmi artır ki, bu da iqtisadiyyat üçün müəyyən problemlər yaradır.
Mərkəzi Bank digər vacib faktor kimi sosial ödənişlər zamanı yarana biləcək çətinlikləri hesab edir. Əgər 1 manatlıq qəpiyə çevrilərsə, onda pensiyaçılar bankomatdan pensiyanın bütün məbləğini beş və ya ona (məlum olduğu kimi bankomat sikkə çıxarmır) bölünməyənə qədər onun hamsını çıxara bilməyəcəklər. Bu məbləğ, əlbəttə ki, hesabda qalacaq, lakin əhalinin bu kateqoriyasının belə hallara həssaslığını nəzərə alaraq, bu qərar heç də asan deyil.
Bundan başqa, Mərkəzi Bank dünya praktikasına əsaslanaraq dövriyyədə paralel olaraq 1 manat nominallı əsginaz və sikkənin olmasını ağlabatan hesab etmir. Əks halda, insanlar daha çox əsginaz işlətməyə meyilli olacaqlar ki, bu da sikkəyə olan tələbatı kəskin azaldacaq.
Yeni əsginazlar
Lakin bununla bərabər bütün bu risklər o demək deyil ki, yeni nominallı sikkə və əsginazların buraxılması gündəmdən çıxarılıb. Əksinə, Mərkəzi Bankda bildiriblər ki, belə planlar var, lakin müəyyən vaxta qədər təxirə salınıb. Bu iri nominallı əsginazlara da aiddir.
Belə ki, son illər dövriyyədə olan iri nominallı əsginazların (50 və 100 manatda) xüsusi çəkisi əhəmiyyətli dərəcədə artıb ki, bu da dövlət üçün böyük maliyyə yükü hesab olunur. Xatırladaq ki, pul kütləsinin məhz strukturunun dəyişməsi üçün Mərkəzi Bank 2013-cü ilin 1 fevral tarixindən kommersiya banklarına verilən hər 100 manatlıq əsginaza görə 0,3% komissiyanın tətbiq edilməsi haqda qərar qəbul edib. Məsələ burasındadır ki, Mərkəzi Bankın məlumatlarına görə, son 7 ildə dövriyyədə 100 manatlıq əsginazların xüsusi çəkisi 75%-ə kimi artıb ki, bu da beynəlxalq təcrübədən xeyli çoxdur. ABM-də qeyd edildiyi kimi bu qərarın yekun nəticəsi nağd pullarla əməliyyatların effektivliyinin artırılması, pul nişanlarının nominal strukturlarının optimizasiyası, hesablamalarda nağd pullardan istifadənin azaldılması və nağdsız ödəniş sisteminin stimullaşdırılması olmalı idi. "Bu addım dövriyyədə olan 100 manat dəyərində əsginazların xüsusi çəkisini azaldacaq. Bu da dövriyyədə olan nağd pulların strukturunun optimallaşdırılmasına imkan verəcək", - deyə Mərkəzi Bankda təsdiq ediblər.
Etiraf etmək lazımdır ki, qərar öz effektivliyini kifayət qədər tez göstərdi. Əgər əvvəllər 100 manatlıq əsginazlar digərlərini sıxışdırıb çıxarırdılarsa, indi onların bazar payı daha kiçik nominallı əsginazların payının artması hesabına azaldı. Həmçinin metal sikkələr də paylarını artırdılar. "Bununla da, 200 və 500 manat dəyərində əsginazların buraxılması ideyası hazırkı anda öz aktuallığını bir qədər itirib", - deyə Hacıbala Məsimov bildirib. Baxmayaraq ki, Mərkəzi Bank bu prosesi 2013-cü ildən sonrakı dövrə təxirə salıb, təklif hələ də qüvvədədir. Mərkəzi Bankın hesablamalarına görə, 200 və 500 manat nominalında olan əsginazların dövriyyəyə buraxılması yaxın beş ildə 10 mln. avroya kimi qənaət etməyə imkan verəcək.
Bir sözlə, Azərbaycan manatı ətrafında islahatlar hələ də davam edir, hərçənd artıq tam inamla demək mümkündür ki, mövcud olduğu qısa müddət ərzində o, stabil və etibarlı valyuta qismində yaxşı perspektivi ilə regional əhəmiyyətli valyutaya çevrilməklə mövqelərini xeyli möhkəmləndirib.
MƏSLƏHƏT GÖR: