25 Noyabr 2024

Bazar ertəsi, 08:36

BƏRƏKƏTLİ İL

İri aqrokomplekslər məhsuldarlığı artırmağa və dənli bitkilərin istehsalının maya dəyərini aşağı salmağa imkan verəcək

Müəllif:

30.07.2013

Qeyri-neft sektorunun daha çox inkişaf etmiş sahələrindən biri olan kənd təsərrüfatı artıq çoxdan istehsal artımına görə stabil mövqe tutur. Bunu statistika da sübut edir: cari ilin altı ayı ərzində kənd təsərrüfatı məhsullarının istehsalının həcmi 5% artıb, bitkiçilik istiqamətinin sırası üzrə bu göstərici iki dəfə çox olub.

 

Məhsulun növləri

Ölkədə artıq beş ildir ki, ərzaq təhlükəsizliyinin təmin olunmasına yönəlmiş aqrar-sənaye kompleksi islahatlarının kompleks planı reallaşdırılır. Hökumət fermerlərə dotasiya və güzəştli kreditlər ayırmaq yolu ilə kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasını hərtərəfli stimullaşdırır. "2003-2013-cü illərdə subsidiyalar şəklində kənd təsərrüfatı istehsalçılarına birbaşa dövlət dəstəyi çərçivəsində 587 mln. manatdan artıq vəsait ayrılıb. Bu 10 il müddətində  "Aqrolizinq" səhmdar cəmiyyətinə kənd təsərrüfatı texnikası, xüsusi avadanlıqlar, cins heyvanların ölkəyə gətirilməsi, eləcə də sahələrin müasir maddi-texniki bazasının formalaşdırılmasına 427 mln. manatdan artıq vəsait təqdim olunması deməkdir",- deyə bu yaxınlarda kənd təsərrüfatı naziri İsmət Abasov qeyd edib. Bununla belə, kənd təsərrüfatı istehsalçılarına icarəyə lizinq sxemləri üzrə 50%-lik güzəştlə girovun geri alınması imkanları ilə kifayət qədər böyük maşın parkı da təqdim olunur ki, bu da istehsalın istər bitkiçilik, istərsə də heyvandarlıqda əhəmiyyətli artımını təmin edən kiçik fermer təsərrüfatlarının əsas kütləsinin dəstəklənməsinin önəmli faktoruna çevrildi.

Aqrar sektorun inkişafının sürətlənmiş templərinə bir çox hallarda həm də Sahibkarlığa Yardım Milli Fondunun (SYMF) aktiv fəaliyyəti də səbəb olub. Belə ki, qurum ötən on il ərzində, təxminən, 1,1 mlrd. manat güzəştli kredit ayırıb. Keçən illər ərzində yığılan təcrübəyə görə ayrılan vəsaitlərin 80%-i kənd təsərrüfatı regionlarının payına düşür, eyni zamanda güzəştli borcların dörddə üçü fermer təsərrüfatı və kənd təsərrüfatı məhsullarının emalçılarına təqdim olunur.

Hökumətin bu çoxtərəfli fəaliyyətinin nəticəsi hər il artan aqrar sahədə istehsalın həcmində əks olunur. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, cari ilin yanvar-iyun aylarında ölkədə, təxminən, 2,123 mlrd. manat məbləğində kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bu da ötənilki göstəricini 4,9% üstələ- yir. Xüsusən, heyvandarlıq sahəsində 5,15% artım təmin olunub, bitkiçili-yin istehsalında isə həcmlər orta hesabla 4,5% artıb. Ümumilikdə, Kənd Təsərrüfatı Nazirliyinin proqnozlarına görə, ilin sonuna kimi aqrar istehsalın 6-7%-lik artımına nail olmaq olar, həm də yüksək artım tempi ilə sahənin daha mühüm istiqamətləri əhatə olunub.

Tərəvəzçilər və "ikinci çörək" istehsalçılarının məhsulunun növləri daha müsbət olub: ötən ilin analoji dövrü ilə müqayisədə kartof istehsalı 11,8%, tərəvəz - 8,8% yaşıl çay yarpaqları- 4% artıb.

Bu il ölkədə, təxminən, 850 min ton meyvə və 1 mln. ton tərəvəz istehsalı proqnozlaşdırılır, nəticədə bu, ötənilki göstəriciləri 7-9% üstələyəcək. Nəzərə alsaq ki, ölkənin təzə meyvələrə orta illik tələbatı 450 min ton çərçivəsində qiymətləndirilirsə, təbii olaraq istehsal olunan məhsulun yarısı gələcək ixrac perspektivi ilə emal müəssisələrinə göndərilə bilər.

 

Taxıl bolluğu  

Lakin cari ilin ən əsas nailiyyəti 2,9 mln. tondan çox taxıl məhsulunun yığılması ola bilər ki, bu da ötən ildəkindən 100 min tondan artıqdır. Diqqətə layiqdir ki, ölkədə iri aqrokomplekslərin yaradılması üzrə layihələr qısa müddət ərzində tam şəkildə taxılla özünün təmin olunmasına imkan verəcək, yəni 5 il bundan öncə qəbul edilmiş ölkənin ərzaq təhlükəsizliyi dövlət proqramının mühüm məqsədlərinin icra olunmasına dəstək olacaq.

"Son illər Azərbaycan ərzaq təhlükəsizliyi sahəsində xeyli uğura nail olub - bəzi pozisiyalara görə biz özünü təminatın 100 faizlik səviyyəsinə yaxınlaşırıq. Bu sahələrdən biri taxıl istehsalı olmalıdır. Bizim hələ də kənd təsərrüfatı dövriyyəsinə cəlb olunmamış torpaqlarımız var və burada mərhələli şəkildə meliorativ və digər aqrotexniki tədbirlər həyata keçirilir. Dövriyyəyə artıq, təxminən, 5 min hektar torpaq daxil edilib, orda məhsuldarlıq sahələr üzrə orta göstəricilərdən iki dəfə çoxdur", - deyə Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin bu yaxınlarda keçirilən iclasında bildirib.

Ölkədə ixtisaslaşdırılmış  taxıl aqrokomplekslərinin yaradılması üçün, təxminən, 200-300 min hektar ayrılıb. İlk bu cür təsərrüfat keçən il Beyləqan və Ağcabədi rayonları ərazisində yaradılıb. Burada sahəsi 4800 hektar ayrılmış torpaq sahəsində müasir meliorasiya və irriqasiya texnologiyaları tətbiq olunur, Yuxarı Qarabağ irriqasiya kanalından su gətirilməsi üçünsə onlarla km-lik suvarma kanalları çəkilib, kompleks meliorativ işlər yekunlaşıb, müasir damcı suvarma sistemi tikilir. Xüsusən, gün ərzində 100 min hektar sahəni suvaran Amerika istehsalı olan mobil çiləmə cihazlarından istifadə olunur. Bu üsul nəinki su, gübrə, yanacaq və enerjiyə qənaət edəcək, həm də torpağın eroziyasının qarşısını almağa, xəstəliklər və alağa görə məhsul itkisi ehtimalını azaldacaq. Sadalanan infrastruktur işləri başlıca olaraq dövlət investisiyaları hesabına həyata keçirilir.

İnvestisiya layihələrinə uyğun olaraq aqrokompleksin ərazisində taxıl elevatoru qurulub, heyvandarlıq kompleksi, bitki yağlarının istehsalı üzrə minifabrikin tikintisi davam edir, aqroxidmət müəssisələri yaradılır. Görülən tədbirlərin müsbət nəticələri çox özünü gözlətmədi: artıq bu ilin iyun ayının sonunda, təxminən, 1,9 ha sahədən 10 min tondan çox yüksək keyfiyyətli buğda yığılıb, bununla da, məhsuldarlığın rekord səviyyəsinə nail olunub-bir hektardan 55 sentner. İxtisaslaşdırılmış taxıl aqrokomplekslərindən yığılan məhsulun böyük hissəsi Dövlət Taxıl Fondunun ehtiyatlarına veriləcək.

Dünya praktikasının göstərdiyi kimi iri mal təsərrüfatları, bir qayda olaraq, məhz dənli bitkilərin istehsalı sahəsində daha rentabellidir və bu gün onların payına taxılın dünya istehsalının 65%-dən çoxu düşür. İri təsərrüfat üçün pul, lizinqlə yüksək istehsal qabiliyyətli texnika almaq və daha sonra iri partiyalarla taxıl satmaq asandır. Aqrotexniki tədbirlər iri sahələrdə həyata keçirilirsə, taxıl sahələrinin kombayn və traktorlarla becərilməsi, irriqasiya tədbirlərinin  maya dəyəri nəzərəçarpacaq dərəcədə aşağı ola bilər. Tam ərzaq təhlükəsizliyinin təmin olunması üçün Azərbaycanda yaxın bir -iki il müddətində 40-50 bu cür iri özəl taxıl təsərrüfatları yaradılıb. İri komplekslərin yaradılması ilə paralel olaraq dövlət ərzaq buğdasının becərilməsi ilə məşğul olan kiçik təsərrüfatları da stimullaşdırmağa davam edir. Həm də maliyyə dəstəyinin həcminin artırılması, ilk növbədə, buğdanın keyfiyyətli (sabit) növlərinin istehsalını təmin edən və bu məhsula müvafiq keyfiyyət sertifikatları olan təsərrüfatlara toxunacaq. Bütün bu tədbirlər bir əsas məqsədi güdür - ölkənin taxıl sahəsini 1 mln. hektara qədər çatdırmaq və illik ərzaq buğdasının stabil illik məhsulunu iki mln. tondan da çox artırmağa nail olmaqdır.

Kənd Təsərrüfatı Nazirliyinin proqnozlarına əsasən, iri aqrokomplesklərin işə düşməsi hər il 3,5 mln. tondan çox dənli bitkilərin tədarükü imkanlarını yaradacaq, bu isə o deməkdir ki, yaxın bir-iki ildə ölkədə istehsal həcmi proqnozlaşdırılan - təxminən, 3 mln. ton taxıl - ərzaq təhlükəsizliyi həddini aşacaq.



MƏSLƏHƏT GÖR:

540