25 Noyabr 2024

Bazar ertəsi, 07:54

PUL BİZNESİ

Azərbaycan manatının dərəcəsi haqda məlumat nüfuzlu beynəlxalq agentliyin terminalları ilə yayılmağa başlayıb

Müəllif:

06.08.2013

Bütün inkişaf etmiş bazarda istənilən əhəmiyyətli nəinki iqtisadi, həm də siyasi, sosial hadisələr ölkənin iqtisadi rifahının özünəməxsus indikatoru qismində çıxış edən fond və valyuta birjalarındakı vəziyyətə təsirini göstərir. 

Azərbaycanda valyuta bazarında tərəddüdlər hər il milli valyutanın kursunun qorunub saxlanılması üçün müəyyən vəsaitlər yönəldən Milli Bankın (AMB) səyləri ilə ciddi şəkildə nizamlanır. 2013-cü ilin I yarım ilində Azərbaycanın ödəmə balansında əhəmiyyətli profisit fonunda valyuta bazarında təklif tələbatı üstələyib, manatın kursunun stabilliyinin qorunub saxlanılması məqsədilə AMB valyuta bazarında 1,3 mlrd. dollar məbləğində xarici valyuta alıb.

Bununla bərabər, valyuta bazarında vəziyyət 20 il qabaq yaradılması başlanğıcda da mütəşəkkil valyuta bazarını formalaşdırmaq məqsədi güdən Bakı Banklararası Valyuta Birjası ("Bakı Banklararası Valyuta Birjası" - BBVB) çərçivəsindəki hərraclardan da asılıdır. Maliyyə xidmətləri spektrinin genişlənməsi gələcəkdə birja meydançası formalaşmasının universallıq prinsipini öncədən müəyyənləşdirib.

 

Qafqazda ilk dəfə

Bazarın nizamlanması və birja sövdələşmələrinin keçirilməsinin xaotik və sadə üsullarından təkamül edərək, ötən dövr ərzində Azərbaycan valyuta bazarı maliyyə bazarının yeni seqmentlərinin daha çox miqdarının cəlb edilməsinə və BBVB-nin ümumi ticarət dövriyyəsi dollar ekvivalenti ilə 15 mlrd.-a qədər çatdırılmasına qədər artdı. Və sonuncu mühüm detal bu ilin iyul ayından "Bloomberg" agentliyinin maliyyə terminalları vasitəsilə "BakiBID" və "BakiBOR" pul indikatorları haqda məlumatların yayılmasının başlanması oldu.

Bununla belə, Azərbaycanda ilk və hələ ki, yeganə valyuta  birjasının fəaliyyətinin başlanğıcında onun yaradılmasının məqsədəuyğun olmasına və ümumiyyətlə, ölkənin valyuta bazarının, elə manatın özünün də perspektivinə dair bir çox şübhələr var idi. Etiraf etmək lazımdır ki, göstərilmiş seqmentlərin inkişafı ölkə iqtisadiyyatının möhkəmlənməsi və bazarın potensial iştirakçıları tərəfindən birja oyunlarına daha çox marağın yaranması ilə bağlı idi. Ona görə əgər başlanğıcda birja meydançada oyunçuların nümayəndəsinin bilavasitə olmasını tələb edən sadə "səs hərracları", dərəcələr haqda ərizələrin uzunmüddətli gözlənilməsi və s. istifadə edirdisə, artıq tezliklə BBVB pul bazarında ilk banklararası kredit hərracları və valyuta bazarında universal ticarət-hesablaşma birja kompleksini buraxdı. Sonuncu 2002-ci ildə istismara buraxılmış Qafqazda ilk Birja Elektron Ticarət Sisteminin (BETS) nümunəsi oldu. BETS-in yaradılması Azərbaycanın daxili valyuta bazarının likvidliyini əhəmiyyətli dərəcədə artmasına imkan verdi. Bununla da, ölkənin valyuta bazarı keyfiyyət etibarilə yeni inkişaf mərhələsinə keçdi.

BETS bazarın iki sektorunu əhatə edir: Birja valyuta bazarı (Forex) və mütəşəkkil banklararası kredit bazarı (Money-Market). Sektorların hər biri sərbəst fəaliyyət göstərir və bir-birindən maliyyə instrumentlərinin toplusu, istifadəçilər və ticarət sessiyalarının müxtəlif reqlamentlərilə fərqlənirlər. BETS-in informasiya terminalları sayəsində kredit müəssisələrinin xəzinədarları, holdinqlərin maliyyə direktorları, eləcə də KİV ölkənin maliyyə bazarının real vaxt rejimində seqmentlərin monitorinqinin aparılması imkanlarını əldə edirlər.

 "R+"a BBVB-nin rəhbəri Fərhad Əmirbəyovun dediyi kimi, BBVB-nin 20-ci ildönümünə BETS-in pul bazarının inkişafı üzrə yeniliklərlə tamamlanmış yeni versiyasını buraxıblar. 

Pul bazarının yeni versiyası dörd seqmentdən ibarət olacaq: birinci seqmentdə BakiBID, BakiBOR (bank-marketmeykerlərin milli və xarici valyutalarda elan edilən orta faiz dərəcəsi) pul indikatorları  formalaşır, ikinci seqment - burada iştirakçı qismində kommersiya bankları ilə yanaşı, sığorta şirkətlərinin çıxış edə bildikləri depozit auksionu seqmenti,  üçüncü seqment - pul vəsaitlərinin yerləşdirmə və cəlb edilməsi üzrə limitli pul bazarı seqmenti, dördüncü seqment isə - zəmanətli pul bazarı seqmentidir.

 

Yeni əlaqələr

Bundan başqa, hərraclar sisteminin yenilənməsi, həmçinin sığorta şirkətlərinin pul bazarında iştirakını təmin etmək üçün nəzərdə tutulub. Sığortaçıların cəlb edilməsi üzrə işlərə hələ 2013-cü ilin aprel ayında başlanılıb və bu gün BBVB 3 şirkət, eləcə də ölkənin yeganə təkrar sığorta şirkəti ilə razılıq əldə edib, digərlərilə isə danışıqlar davam etdirilir.

F.Əmirbəyovun sözlərinə görə, birja belə imkanı son bir neçə ildə nəzərdən keçirirdi.

"Biz, təxminən, son 5 il müddətində sığorta xidmətləri bazarının inkişafını müşahidə edirdik və ehtimalımıza görə gec və ya tez hansısa anda keyfiyyətli dəyişikliklər baş verəcək, sığorta şirkətləri kapitallaşacaqlar, yığılmış sığorta pullarını əhəmiyyətli dərəcədə artıracaqlar. Bu sıçrayış 2011-ci ildə baş verdi. Keçən il bir neçə ay ərzində biz aparıcı sığortaçılarla görüşdük. Hesab edirik ki, sığorta sahəsi bir hissəsi daxili pul bazarına yönələ biləcək son dərəcə zəruri maliyyə resursları toplamaq vəziyyətindədir", - deyə F. Əmirbəyov bildirib.

Birinci mərhələdə sığorta şirkətləri BETS-ə ancaq kreditorlar qismində qoşulmuşdular. Onun sözlərinə görə, banklar, sözsüz ki, əlavə likvidlik kanalının yaranmasında maraqlıdırlar. "Axı, axır-əvvəl şirkətlərlə işləmək daha rahat və ucuz başa gəlir, burada reklam kampaniyalarına ehtiyac yoxdur, filial və ya elektron məhsul qismində satış nöqtələrinin olması da lazım deyil. Prosesin maya dəyəri çox aşağıdır, mənfəəti isə tamamilə göz qabağındadır. Bu,  yüz minlərlə manatla ölçülən əhəmiyyətli pullardır.

Bu məbləği fərdi şəxslərin depozitlər bazarından götürmək üçün böyük vaxt lazımdır. Burada sığorta şirkətləri üçün qazanc ondan ibarətdir ki, onlar bir dəfəyə bütün banklara daxil olmaq, öz təklifləri, yerləşdirmələri üzrə daha yaxşı qiymətlər əldə etmək imkanını qazanırlar", - deyə F. Əmirbəyov bildirib.

BETS (bank və sığorta şirkətlərindən sonra) istifadəçilərinin yeni, üçüncü kateqoriyasını qeyri-bank kredit təşkilatları təşkil edir. Bu ilin payızında BBVB QBKT (Qeyri-bank kredit təşkilatı) ilə danışıqlara başlayacaq. Birjada BEST sisteminin imkanları haqda artıq QBKT-nin nümayəndələri ilə görüş keçirilib.

"Hesab edirəm ki, QBKT pul bazarının tamhüquqlu iştirakçısı ola bilər, yəni həm borc alan qismində, həm də kreditor qismində işləmək. QBKT də banklar kimi Mərkəzi Bank tərəfindən nizamlanır, onlar da belə hesablar planı tətbiq edirlər, yəni kommersiya bankları üçün şəffafdırlar. Bu, artıq payızda işləməyə başlayacağımız BETS-in institusional istifadəçilərinin üçüncü sinfi olacaq. Elə bunda da onların sistemə qoşulmaq və onun bilavasitə iştirakçısı olmaq müddətləri məlum olacaq", - deyə F. Əmirbəyov əlavə edib.

Bununla da, valyuta bazarı iştirakçılarının siyahısı keyfiyyət və kəmiyyətcə genişlənəcək, bu isə təkcə bazarın deyil, həm də birjaya cəlb edilmənin maliyyə möhkəmliyinin yeni mərhələsi olacaq sığortaçıların özləri və QBKT-nin xeyrindən xəbər verir.

 

Manat dünyaya çıxır

Yuxarıda qeyd edilən "Bloomberg" agentliyi ilə əməkdaşlığa gəldikdə isə bu, şübhəsiz, Azərbaycan manatının beynəlxalq səviyyəyə çıxarılması üçün son dərəcə əhəmiyyətli hadisədir. Xatırladaq ki, maliyyə terminalları vasitəsilə bu ilin iyul ayından BBVB "BakiBID" və "BakiBOR" tarifləri haqda məlumatlar yaymağa başladı.

"Bu indikatorlar bizim ticarət sistemində, ilk növbədə, manat və dollarla yaranırlar. Biz kifayət qədər uzun müddət danışıqlar apardıq, lakin bu ilin iyul ayından tariflər dünyaya açıqlandı. Biz "BakiBID" və "BakiBOR"un davamlılığına, reprezentativliyinə daha da nail olmaq istəyirik", - deyə F. Əmirbəyov bildirib.

Onun sözlərinə görə, BBVB və kommersiya banklarının birgə layihəsi olan "Bloomberg"in terminallarına qoşulmaq manata olan marağı maliyyə aləti kimi artırmağa imkan verəcək. "Dünyada manata olan maraq, xüsusilə də bizim ticarət tərəfdaşlarımız arasında artacaq. Manatın beynəlmiləlləşməsi Azərbaycanın maliyyə bazarının perspektivli inkişaf istiqaməti olacaq. Bu, uzun sürən işdir, o, sistemlilik və səbr tələb edir", - deyə     F. Əmirbəyov vurğulayıb.

Bir sözlə, Azərbaycanın valyuta bazarının sonrakı stabil inkişafı üçün iqtisadi zəminlər göz qabağındadır ki, bu da manatın dünya bazarlarında populyarlaşması üçün əlavə stimul olacaq.


MƏSLƏHƏT GÖR:

661