25 Noyabr 2024

Bazar ertəsi, 08:39

RƏQƏMSAL BƏRABƏRLİK

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi İKT-nin inkişafının yeni səkkizillik Dövlət Proqramı layihəsini hazırlayıb

Müəllif:

03.09.2013

Düz, 10 il bundan öncə Azərbaycan dünyada birincilərdən biri və Cənubi Qafqazda yeganə olaraq informasiya cəmiyyətinə keçid - "Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları üzrə inkişafı milli strategiyası (2003 - 2012-ci illər)" uzunmüddətli planını təsdiqlədi. Daha sonra ona dəstək olaraq İKT-nin 2005-2012-ci illərdə inkişafı üzrə dövlət proqramı hazırlandı. Bu proqramın əsas məqsədi müasir rabitə infrastrukturu və onun qlobal İP-şəbəkələrə qoşulması, eləcə də İT-istehsal sektorunun inkişafından ibarət olan e-government inkişaf sistemi vasitəsilə qlobal informasiya cəmiyyətinə irəliləməsi idi. Baxmayaraq ki, Milli Strategiya və Dövlət Proqramının nəticələrinin yekun tamamlanması tədbirlər bloku, o cümlədən sərgi və konfranslarla sentyabrın 15-dən ok- tyabrın 15-nə qədər olan müddətə planlaşdırılıb, ölkədə İKT-nin bugünki vəziyyətinin hətta səthi təhlili belə əmin olmağa imkan verir ki, qoyulmuş məqsədlərə 100% nail olunub.

 

Yaxşı başlanğıc 

Prezident İlham Əliyevin təşəbbüsü ilə elan edilmiş İKT ilində sahənin bütün ayrı komponentləri üzrə nailiyyətlərdən tez-tez danışırlar. Və həqiqətən də fəxr ediləsi məqamlar var: ölkə postsovet məkanında ilk dəfə olaraq informasiya cəmiyyətinin inkişafı və rabitə infrastrukturunun modernləşməsi sahəsində bir neçə mühüm tapşırıqları yekunlaşdırdı. Onların sırasında ölkənin bütün kənd yaşayış məntəqələrinin tam telefonlaşdırılması, həmçinin yeddi rəqəmli sistemə keçməklə mövcud ATS-lərin "rəqəmsallaşdırılması" var idi. Azərbaycan MDB-də bu gün ölkənin əhali məskunlaşmış hissəsinin 93%-ni əhatə edən "DVB-T" və "MPEG-4" rəqəmsal TV yayım standartını ilk tətbiq edənlərdəndir.  Milli peykin buraxılması və kosmik texnologiyaların inkişafı ilə Azərbaycan rəqəmsal yayım və rabitə xidmətlərini beynəlxalq səviyyədə göstərməyə başladı. Ölkəmiz üçüncü və dördüncü nəsil mobil şəbəkələrin inkişafı sahəsində də öncül yerləri tutur, belə ki, hər 100 nəfərə 110-dan çox mobil telefon düşür. 

Həmçinin genişzolaqlı İnternetə də kütləvi giriş təmin olunub: hələ keçən il Azərbaycanda internet istifadəçilərinin sayı ölkə əhalisinin 70%-a çatırdı, bununla belə qlobal şəbəkəyə qoşulmanın yarısından çoxu isə sürətli, genişzolaqlı giriş sayəsində həyata keçirilir.  

Həmçinin vahid milli strategiya çərçivəsində qəbul edilmiş digər mühüm dövlət proqramı -"Elektron Azərbaycan" çəriçivəsində - ölkədə vahid e-government portal sistemi yaradılıb, elektron imza sistemi tətbiq olunub, dövlət informasiya və interaktiv internet-resursları yaradılıb. Bütün bu məqamlar sektorun maliyyə göstəricisinin artımında əks olunub.

RİTN-nin məlumatlarına əsasən, 2003-2012-ci illərdə sahənin orta illik artım tempi 20-25% həddində saxlanılıb,  bununla belə hər 3 ildən bir İKT sektorunun bazar tutumu 2 dəfə artırdı. Ötən ilin nəticələrinə görə, on il müddətində 6 dəfədən çox artan gəlirlər təxminən 2 mlrd dollara çatıb, amma onlarda özəl sektorun payı isə bu gün 80% təşkil edir. Son 10 ildə İKT sektoruna, təxminən 2,5 mlrd dollar sərmayə yatırılıb, onun 72%-ı yerli biznes-strukturları və onların əcnəbi tərəfdaşlarının yatırımına düşür.

 

Yeni hədəflər

 Nailiyyətlər nə qədər ruhlandırsalar da, unutmaq olmaz ki, İKT - dünyada ən sürətli inkişaf edən sahədir. Nəticə etibarı ilə regional lider adını saxlamaq üçün yeni strateji layihələr lazımdır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) yekunlaşdırdığı 2013-2020-ci illəri əhatə edən yeni Dövlət Proqramı məhz elə bunu nəzərdə tutur.

Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun sözlərinə görə, "Bu sənəd çərçivəsində yerinə yetirilməsi qarşıda duran əsas vəzifələrdən biri bütün əhalinin yüksəksürətli İnternet və yeni nəsil telekommunikasiya xidmətlərinə maksimum şəkildə keçməsini təmin etməkdir". 

Bu məqsədlə müəssisə hər evə genişzolaqlı xidmətləri "fiber to home" texnologiyası ilə çatdırmağı planlaşdırır. 2013-2015-ci illərdə bu tapşırığın yerinə yetirilməsi üçün Dövlət Neft Fondundan 433 mln manat ayırılıb. Layihə 18 min km optik-lif kabelinin çəkilməsini, həmçinin telekommunikasiya şəbəkəsinin müvafiq modernləşdirilməsini nəzərdə tutur. Nəticədə, ölkədə İnternetə giriş kənd yerləri və rayon mərkəzlərində 30 Mbit/s və iri şəhərlərdə isə 100 Mbit/s sürət təmin olunacaq,  genişzolaqlı İnternetə ümumi giriş səviyyəsi isə artıq 2017-ci ilə 85%-ə qədər artacaq.

Dördüncü nəsil internetə mobil giriş xidmətinin inkişaf etdirilməsi yeni Dövlət Proqramının əsas məqsədi olacaq. "Bu gün LTE (4G) texnologiyası üzrə xidmətləri mobil abonentlərin yarısına xidmət edən ancaq tək bir mobil rabitə operatoru göstərir, amma tezliklə 4G texnologiyasına digər mobil rabitə operatorları da yiyələnəcəklər", - deyə      Ə. Abbasov qeyd edib.  Bu texnologiyalar smartfonlar, mobil modemlərin köməyi ilə həmçinin biznesin idarə olunması, distant təhsil, elek- tron kommersiya xidmətləri, yüksək dəqiqlik standartı Full-HD televiziya verilişlərinə baxılması üçün noutbuklar və planşetlər, fasiləsiz video və digər "ağır" kontentin istifadə olunmasına imkan verir. Verilənlərin daha sıx paketdə ötürülməsi hesabına İP-rabitənin nəzərə çarpacaq ucuzlaşmasına da şərait yaradır.

Prioritetlər sırasına həmçinin elmtutumlu istehsalın inkişafı və innovasiya məhsullarının ixracı, yeni texnologiyalar əsasında İKT-nin tətbiqi coğrafiyasının modernləşməsi və genişləndirilməsi, şaxələndirilmiş təhsil sisteminin yaradılması vasitəsilə insan resurslarının inkişafı daxildir. Xüsusən rezidentlərinə geniş vergi və gömrük preferensiyaları təqdim olunacaq İKT-texnoparkaları,  eləcə də regional informasiya zonalarının digər elementləri, o cümlədən İnformasiya Texnologiyaları Universiteti, ixtisaslaşdırılmış ETİ və təcrübə laboratoriyalarının yaradılması nəzərdə tutulub.

 

Maliyyə qazancı 

"Start-up" layihələrin sərmayələşdirilməsi daxil olmaqla, innovasiya sahibkarlığının maliyyələşdirilməsi, yeni dövlət proqramında İKT-nin İnkişaf Fondu qeyd edilib. "Start-up kompaniyaların inkişafı üçün müxtəlif güzəştlər nəzərdə tutulub, biz çalışacağıq ki,  yaxın on ildə bizneslə məşğul olmaq istəyən sahibkarlar innovasiya xarakterli layihələr həyata keçirmək imkanı əldə etsinlər", - deyə Rabitə Nazirliyinin rəhbəri Ə. Abbasov bildirib. 

Müşahidə olunan səkkiz ildə İKT-nin İnkişaf Fondu innovasiya biznesinin fəaliyyət spektrini nəzərəçarpacaq dərəcədə genişləndirəcək. Ölkə tarixində ilk dəfə fond vençur maliyyələşdirməsi ("kiçik innovasiya hüquqi şəxslərin" fəaliyyətində uzunmüddətli və riskli investisiyalar), eləcə də kiçik start-up layihələr üçün qrantların verilməsi hüququna sahib oldu. Bu cür əvəzsiz yardımı layihənin reallaşmasının üç ili ərzində istər fiziki, istərsə də hüquqi şəxslər ala bilər, bununla belə bir layihəyə ayrılan qrantın maksimum qiyməti 300 min manata çatır.

Azərbaycan hökuməti İKT sahəsində, təxminən 3,5 mlrd dollar büdcə sərmayəsi yatırmağı planlaşdırır. İKT sektorun sonrakı islahatlar aparılması və liberallaşması, güzəştli investisiya rejminin təmin olunmasını nəzərə alsaq, bura özəl investisiyalar böyük həcimdə cəlb oluna bilər. Sadalananlara əsaslanaraq, RİTN ekspertləri proqnozlaşdırırlar ki, 2025-ci ilə kimi informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə edilən gəlirlər neft sahəsinin inkişafından əldə edilən gəlirlərlə müqayisə edilə, nəticədə hətta onları üstələyə biləcək. Yeni Dövlət Proqramı çərçivəsində layihələrin uğurlu şəkildə reallaşdırılması dövlət və ictimai təşkilatlara yeni inkişaf pilləsinə keçməyə və qısa vaxt ərzində dünyanın aparıcı dövlətləri ilə "rəqəmsal bərabərlik"ə nail olmağa imkan verəcək.



MƏSLƏHƏT GÖR:

667