25 Noyabr 2024

Bazar ertəsi, 08:21

DİVERSİFİKASİYA OLUNMUŞ İXRAC

"Blokda olmayan" dövlətlər ilk dəfə Azərbaycanın əsas kommersiya kontragentləri oldular

Müəllif:

10.09.2013

Dövlət  Gömrük Komitəsinin məlumatlarına görə, ötən 7 ay ərzində Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi keçən ilin müvafiq göstəricilərini 3,4% üstələyib. Ölkə əvvəlkitək xarici ticarətdə ciddi müsbət saldonu saxlayır. Eyni zamanda tələb olunan dövrdə Azərbaycan ixracının coğrafi əhatəsi hissedilən dəyişiklilərə məruz qalıb.

 

Ümumi konturlar

Azərbaycanın xarici tərəfdaşları və ticarət həcmi son 10 ildə nəzərəçarpacaq dərəcədə artıb. Belə ki, mal dövriyyəsi 8,8 dəfə, xarici ixracın ümumi dövriyyəsi 11, qeyri-neft məhsullarının ixracı isə 6,5 dəfə artıb. "İxrac coğrafiyasından danışarkən, qeyd etmək lazımdır ki, hələ 10 il bundan öncə Azərbaycan 80 ölkə ilə əməkdaşlıq edirdisə, indi onların sayı 155-ə çataraq praktiki olaraq iki dəfə artıb", - deyə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət  Məmmədov məlumat verib. 

Gətirilmiş statisika qısa zaman kəsiyində Azərbaycana beynəlxalq əmək bölməsində layiqli iştirak etməsini təmin edən və planetin son dərəcə uzaq guşələrində satış bazarlarını öyrənməyi bacaran yerli sənayenin uğurlarını sübut edir. Obyektiv səbəblərə görə yerli ixracın ən yaxşı hissəsi bu gün, əsasən, Avropaya göndərilən enerji resurslarının payına düşür. Hazırkı coğrafi ixrac istiqamətində son onilliyin bütün iri beynəlxalq nəqliyyat layihələri qəbul edilib, Azərbaycana və gələcəkdə digər Xəzəryanı region dövlətlərinə geniş və stabil satış bazarları həvalə edərək, Köhnə Qitənin uzunmüddətli enerji təhlükəsizliyini təmin etmək iqtidarında olan Transanadolu (TANAP) və Transadriatik (TAP) qaz kəmərlərinin tikintisi üzrə bu yaxınlarda əldə olunan razılaşma da elə bu məqsədlərə xidmət edir. Eyni zamanda, son illər Azərbaycan dinamik inkişaf  etməkdə olan Cənub-Şərqi Asiya regionunda irəli gedərək, eyni vaxtda bir sıra Yaxın Şərq dövlətlərində stabil satış bazası formalaşdıraraq neft ticarətinin coğrafiyasını genişləndirib.  

Qeyri-neft məhsullarının xarici ticarəti ayrıca müzakirə tələb edir: onların ixracın ümumi həcmində payı hələ ki azdır və əsasən, aqrar sənaye, emal və kimyəvi sənaye, tikinti materialları, postsovet məkanında yerləşdirilmiş satış bazalarından ibarətdir. Azərbaycanın xarici strukturunun yuxarıda göstərilən ümumi konturları açıq şəkildə Dövlət Gömrük Komitəsinin statistik məlumatlarını təsdiq edir. Belə ki, Azərbaycan yanvar - iyul aylarında 141 dövlətlə ümumi miqdarı 20,045 mlrd dollar həcmində ixrac-idxal əməliyyatları həyata keçirib. Müsbət saldonun (7,682 mlrd dollar) xarici ticarətin ümumi həcminə olan nisbət əmsalı və onun payının ümumi ÜDM-yə olan nisbəti üzrə Azərbaycan hələ də postsovet məkanında ən yaxşı göstəricilərdən birini nümayiş etdirir. Ötən 7 ayın nəticələrinə görə, xarici ticarətin 5/6 həcmindən çoxu əsasən, uzaq xarici dövlətlər - ilk növbədə, İtaliya, İndoneziya, Rusiya, Almaniya, Tailand, Türkiyə, daha sonra Fransa, Hindistan, İsrail və Yunanıstanın payına düşüb.

 

Coğrafi səpələnmə

Göründüyü kimi, ixracın coğrafi səpələnməsi kifayət qədər genişdir. Və yuxarıda qeyd edildiyi kimi, "bloka daxil olmayan", yəni AB və ya MDB dövlətlərindən olmayanlarla kommersiya əlaqələrinin görünməmiş həddə artması xüsusi diqqətəlayiqdir. Burada söhbət təkcə yanacaq balansının xeyli hissəsi Azərbaycan enerji resurslarının ixracı hesabına formalaşan İsraildən getmir. Bu kontekstdə, ilk növbədə, İndoneziya, Tailand və qismən də Cənubi Koreya, Vyetnam, Sinqapur və Koreya limanlarında yaradılmış Azərbaycan Dövlət Neft Şirkətinin törəmə müəssisəsi - "SOCAR Trading"in neft terminalları vasitəsilə Azərbaycan enerjidaşıyıcılarını aktiv şəkildə əldə edən digər qonşu dövlətləri qeyd etmək lazımdır. İlk dəfə olaraq Cənub-Şərqi Asiya ölkələrinin payına son vaxtlar 9 mlrd dollardan artıq və ya 45%-dən çox ölkəmizin xarici ticarət dövriyyəsi düşüb.  Bu trend - hökumətin seçdiyi xarici ticarətin diversifikasiyası, yəni onun Hind-Çin və Cənub-Şərqi Asiyanın dinamik inkişaf edən ölkələri istiqamətində yerdəyişmə kursunun doğruluğunun parlaq sübutudur. 

 Bu istiqamətin Azərbaycanın ixrac strategiyası üçün perspektivi İndoneziyanın timsalında misal gətirmək olar. 2013-cü ilin 7 ayının nəticələrinə görə, birgə ticarət ölkəmizin ümumi dövriyyəsinin 8%-dən artığını təmin edərək 1,629 mlrd dollara çatıb. 2011-ci ildə Azərbaycan İndoneziyaya 1,7 mlrd dollar həc-  mində xam neft tədarük edib, keçən il isə onun həcmi 2 mlrd dollara çatıb - bununla da Azərbaycan Səudiyyə Ərəbistanından sonra Cakartanın enerji təhlükəsizliyini təmin edən ikinci tədarükçü olub. "Yaxın gələcəkdə Azərbaycanla İndoneziya arasında mal dövriyyəsi 2-3 mlrd dollara çata bilər. Bakının İndoneziyada neft emal edən zavodun tikinti layihəsində iştirak edəcəyi təqdirdə, birgə ticarət həcmi daha da arta bilər", - deyə İndoneziyanın Azərbaycandakı səfiri Prayono Atiyanto ehtimal edir.

Lakin bu o demək deyil ki, Azərbaycan ixrac bazarının aksentini köklü şəkildə dəyişir: əvvəlki illərdə olduğu kimi, Avropa Birliyi qabaqkı kimi mühüm ticarət tərəfdaşı olaraq qalır. Ötən ildən AB ilə müşahidə edilən mal dövriyyəsinin azalmasına baxmayaraq, Köhnə Qitə regionunun payına Azərbaycanın bütün xarici ticarətinin 8,67 mlrd dolları və ya 43%-dən çoxu düşür. Ölkə 7 ay ərzində AB ölkələri ilə ticarəti 9,3% artırıb, ticarət balansının (4,520 mlrd dollar) müsbət saldosunu inamla saxlayır.

"Bu gün AB Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Son 10 ildə Avropa İttifaqı ölkələrinin Azərbaycanda əsas kapitala yönəlmiş enerji sahəsi və qeyri-neft sektoruna qoyulmuş birbaşa investisiyaların ümumi xarici investisiyalarda xüsusi çəkisi müvafiq olaraq 51% və 36,5%  təşkil edib", - deyə Azərbaycanın Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının IV iclasında çıxışı zamanı iqtisadi inkişaf naziri, Azərbaycan Respublikasının Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayev qeyd edib.

Onun sözlərinə görə, Avropa İttifaqının 20 üzv ölkəsi ilə Azərbaycan arasında ikiqat vergitutmanın aradan qaldırılması, 17 üzv ölkə ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalanıb, 13 üzv ölkə ilə Hökumətlərarası Komissiya yaradılıb. Avropa ölkələri ilə bütün bu çoxsaylı razılaşmalar nəinki qarşılıqlı ticarət əlaqələrinin genişlənməsini stimullaşdıracaq, həm də Azərbaycanın sərmayəsini Köhnə Qitə dövlətlərinə qoymasına yardım edəcək. 

Əhəmiyyətinə görə Azərbaycan xarici ticarət dövriyyəsinin sabit istiqamətlərindən üçüncüsü postsovet dövlətlərinin ənənəvi bazarlarıdır. Bu ilin ilk 7 ayında birlik ölkələri ilə mal dövriyyəsinin həcmi ölkənin xarici ticarətinin ümumi həcminin 2,389 mlrd dollarını və ya 11,5%-nı təşkil edib. Diqqətəlayiqdir ki, Azərbaycan bu istiqamətdə ixracın həcmini 29,77% artıra bilib. Sonuncu, çox mühüm olanı əgər diqqət etsək, görərik ik, bizim MDB bazarlarına ixracın əsasını ənənəvi olaraq qeyri-neft sektorunun məhsulları təşkil edir. Xüsusən burada alkoqollu içkilər, şirələr, mineral sular, eləcə də konservləşdirilmiş təbii meyvə-tərəvəz məshulları, bitki yağları, pambıq lifi, alüminium, kimyəvi məhsulların ixracında artım qeydə alınıb.

Postsovet regionu hələ də qeyri-neft məhsullarının satış bazarı qismində dominantlıq edir, lakin son illər Azərbaycan müəssisələri ixrac coğrafiyasını genişləndirib. Bu, təkcə qonşu İran, Türkiyə və Yaxın Şərqin digər dövlətləri deyil, həm də ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya, Yaponiya, Cənubi Koreya və s. ölkələrin bazarlarıdır.

Qeyri-neft məhsullarının ixrac həcminin artması əsas və hələ də tam həcmdə istifadə olunmayan imkan olaraq qalır. Lakin bu trendin müşahidə edilən inkişafı - ötən ilin yanvar-iyul ayları ilə müqayisədə Azərbaycandan ümumi ixrac edilən qeyri-neft məhsullarının həcmi 9,9% artıb, zaman keçdikcə ölkəni dünya xammal konyukturasının təzadlarından asılılığını daha da azaldaraq, ölkənin ticarət imkanlarını köklü şəkildə dəyişəcək. Bu trendə uyğun olaraq, hökumətin son 4 ildə praktiki olaraq bütün qərarları iqtisadiyyatın qeyri-xammal sahələrinin inkişafına və ilk növbədə, istiqamətini təyin etmiş sənaye və kənd təsərrüfatı məhsullarının ixracına yönəlib. Məhz bu məqsədlərlə Azərbaycanda "yeni sənayeləşmə" planı reallaşdırılır ki, bunun çərçivəsində müxtəlif istiqamətli bir neçə texnopark yaradılıb, əlvan və qara metallurgiyanın müasir müəssisələri, sement zavodları tikilir, gəmiqayırma verfi qurulur, aqrar-sənayenin yeni emaledici istehsal obyektləri işə salınır və s. Bu siyasətin nəticələri artıq bu gün nəzərə çarpır: sadalanan sahələrin məhsulları nəinki təkcə idxal analoqlarını uğurlu şəkildə əvəz edir, həm də getdikcə daha fəal şəkildə dünya bazarlarına nüfuz edir.



MƏSLƏHƏT GÖR:

802