25 Noyabr 2024

Bazar ertəsi, 07:37

ŞƏFFAF PULLAR

Azərbaycan EITI-nin tətbiqi sahəsində lider mövqeyini saxlamaqda davam edir

Müəllif:

01.10.2013

10 il bundan əvvəl Azərbaycan mədən ölkələri arasında neft gəlirlərinin xərclənməsində şəffaflıq prinsiplərinə sadiqliyini elan etdi, bu yolu iqtisadi tərəqqisinin əsas leytmotivi seçdi. Prezident İlham Əliyevin bilavasitə iştirakı ilə istər dünya ictimaiyyətinin, istərsə də öz vətəndaşlarının gözlərində  ölkənin nüfuzunun əhəmiyyətli artımını şərtləndirən mahiyyətinə görə tarixi addım ataraq, Azərbaycan Mədən Sənayesinin Şəffaflığı Təşəbbüsünə (Extractive Industries Transparency Initiatives - EITI) qoşulduğunu elan etdi. 

EITI reallaşmasında pioner olaraq, Azərbaycan onun təşəkkülündə onillik yolunda dəfələrlə yeni tələblər və çağırışlara operativ reaksiya verərək, digər təşəbbüs iştirakçıları arasında fərqlənib. Ölkə rəsmi olaraq həm EITI-nin yeni standartlarının reallaşdırılmasında, həm də artıq bu ilin sonuna kimi onların tətbiqinə dair memorandumun imzalanmasında da birinciliyə hazır olduğunu bildirib.

 

Hər zaman birinci 

Sirr deyil ki, çıxarma sektoru Azərbaycanın ÜDM-nin formalaşmasına önəmli töhfə verir. Neft gəlirləri büdcə gəlirlərinin 70%-nı, 94%-ə qədər qeyri-neft məshulları təşkil edir və təxminən, 84% birbaşa xarici investisiyalar sənayenin çıxarma sahəsinə yönəldilir. 

Bununla yanaşı, bugünkü gün inflyasiyanı bir səviyyədə saxlamaq, işsizlik və yoxsulluğun səviyyəsinin aşağı salınması, iri infrastruktur layihələrinin reallaşması, qaçqın və məcburi köçkünlərin sosial-yaşayış şəraitlərinin yaxşılaşdırılması kimi bir çox problemlərin həlli çıxarma sənayesindən əldə olunan gəlirlərin idarə olunmasının effektliyindən asılıdır. 

Ona görə də EITI haqda irəli sürülən ideya - sənayenin çıxarma sahələrindən əldə olunan gəlirlərin idarə olunması üçün hökumətin vətəndaşları qarşısında hesabatlılığını təmin edən özünəməxsus model, demək olar ki, Azərbaycan tərəfindən dərhal dəstək alıb. "Ümumilikdə, hazırda iqtisadiyyatda rol oynayan nailiyyətlərimizdən biri şəffaflıqdır. Biz energetika sektorunda tam şəffaflığa nail olmuşuq", - deyə ölkə prezidenti İlham Əliyev 2012-ci ilin yanvar ayında Davos forumunda Azərbaycana həsr olunmuş  interaktiv sessiyanın gedişində bildirib.  

Bundan başqa, həmin vaxt Azərbaycan üçün mühüm olan korrupsiya ilə mübarizədə iradəsini sübut etmək idi  ki, təəssüf ki, çox vaxt böyük gəlirlərin əsas yoldaşı da o, çıxış edir. Qeyd etmək lazımdır ki, EITI-nin qəbul olunmasına qədər Azərbaycanda heç də hər neft şirkəti ayrılıqda illik fəaliyyəti haqda hesabatlarını nəşr etmirdilər, onlar bunu kommersiya sirri hesab edərək, müqavilə şərtlərinin pozulmasına gətirib çıxardığını düşündülər. Lakin hökumətin qətiyyəti şirkətləri də təşəbbüsdə iştirak etmək məsələsini ciddi nəzərdən keçirməyə məcbur etdi.  Bununla da EITI dövlət orqanlarının nümayəndələri, sənaye şirkətləri və qeyri-neft təşkilatlarının bir masa arxasına toplanmasına və çıxarma sənayesindən əldə olunan gəlirlərin idarə olunması məsələlərini müzakirə etmək üçün unikal imkan açdı. 

"2004-cü ildə QHT və çıxarma şirkətlərinin qrupları ilə konstruktiv əlaqələrin qaydaya düşməsi üçün hökumət komissiyası yaradıldı ki, 2005-ci ildə dünyada EITI üzrə ilk hesabat nəşr olundu ", - deyə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru, EITI üzrə hökumət komissiyasının sədri Azərbaycanda təşəbbüsün reallaşdırılmasının 10 illiyinə həsr olunmuş konfransda xatırladıb. O, əlavə edib ki, 2007-ci ildə ARDNF EITI-nin tətbiqi sahəsində BMT-nin "Dövlət xidmətinə görə" nüfuzlu mükafatına layiq görülüb. 2009-cu ildə yoxlama prosesindən sonra ölkə çıxarma sənayesində şəffaflıq Təşəbbüsünün ilk tamhüquqlu üzvü statusunda təsdiqləndi. 

Hazırda Azərbaycan EITI üzrə hesabla 17-ci hesabatını nəşr edib. Hesabatlarda şirkətlərin həyata keçirdikləri ödənişlər və dövlətin çıxarma sənayesindən əldə etdiyi gəlirlərə dair məlumatlar yer alıb. "10 il müddətində respublika Şəffaflıq Təşəbbüsünün inkişafı çərçivəsində son dərəcə çətin yol keçib, ciddi uğurlara nail olub", - deyə EITI-nin beynəlxalq katibliyinin rəhbəri Yonas Moberq bildirib. 

 

Tarixin yeni mərhələsi

Halbuki EITI dinamik inkişaf edən təşəbbüs kimi nəzərdə tutulmuşdu. Bu o deməkdir ki, ölkələr bu gün qəbul olunan meyarlardan daha da irəli getməyə hazır olmalıdırlar. Ona görə də üzv-ölkələr 2013-cü ilin may ayında Sidneydə keçirilən qlobal konfransda təşəbbüsün reallaşması üzrə illik hesabatda çıxarma şirkətlərinin hökumətə ümumi ayrılmaları deyil, mineral resursların hasilatı ilə məşğul olan hər bir şirkət tərəfindən ayrılıqda qeyd olunmasına uyğun olaraq EITI üzrə yeni standart qəbul edilib. 

Şirkətlər ayrılmalar üzrə məlumatlarını hökumətə təqdim etməkdən imtina edə bilməzlər, belə ki, bu, Təşəbbüsün üzvü olan hər kəs üçün məcburidir. Bununla da təşəbbüs çərçivəsində yeni standartlar daha çox şəffaflığın təmin olunmasına və çıxarma sənayesində layihələr üzrə daha ətraflı və zəruri informasiyanın təqdim olunmasını təmin edəcək.

"Bütün iri şirkətlər EITI üzrə yeni standartı tətbiq etməli olacaqlar, ələlxüsus da onlar Şəffaflıq Təşəbbüsündə təkcə Azərbaycanda deyil, həm də qlobal səviyyədə iştirak edirlər. Ümumilikdə isə EITI üzrə yeni standartın tətbiqi Şəffaflıq Təşəbbüsünün iştirakı olan bütün 40 ölkəni əhatə edəcək", - deyə Ş. Mövsümov qeyd edib.

Bir sözlə, Azərbaycan bu dəfə isə EITI-nin yenilənmiş standartları üzrə yenidən pioner olmağa çalışır. Ş. Mövsümovun sözlərinə görə, hökumət komissiyası artıq müvafiq memorandum hazırlayır. "Yeni standartın qəbulu ilə bağlı bütün şərtləri daxil edəcək sənədin layihəsinin hazırlanması üzrə işçi qrup yaradılıb. Biz 2013-cü ilin sonuna kimi mədən şirkətləri və qeyri-dövlət təşkilatları ilə memorandumun şərtlərini razılaşdırmaq və onu imzalamaq istəyirik",  - deyə o, bildirib. 

Mövsümov hesab edir ki, memorandumun imzalanması 2014-cü ildən yeni standartın tətbiqininin başlanmasına və onlara uyğun hesabatın aparılmasına imkan verəcək. "Biz güman edirik ki, memorandumun qaralama variantı artıq oktyabrda hazır olacaq", - deyə o, əlavə edib. 

EITI üzrə Beynəlxalq Katibliyin rəhbəri Yonas Moberq öz növbəsində bildirib ki, EITI üzrə  yeni standartın tətbiqi yeni ildən nəzərdə tutulub. "Dövlət Neft Fondunun müəllifi olduğu Azərbaycanda Şəffaflıq Təşəbbüsünün reallaşması üzrə illik hesabatı əvvəlkindən daha geniş və ətraflı idi. Gələn ildən EITI üzrə yeni standartın tətbiqi barədə heabatlar daha ətraflı olmaldır. Məsələn, siz "bp", "Statoil" və ya "Shell"in "PSA" kimi müqavilələr çərçivəsində nə qədər ödədyini görə biləcəksiniz", - deyə o, qeyd edib. Onun fikrincə, yeni standartın tətbiqi, həmçinin SOCAR şirkətində hazırlanmış ayrılmalara və Neft Fondunun özündə ayrılmaları açıq şəkildə görməyə imkan verəcək. Bununla da, Şəffaflıq Təşəbbüsünün reallaşması üzrə lider rolunu saxlamağa davam etməklə, iqtisadiyyatın şəffaf idarəetmə prinsiplərini dəstəkləyən ölkə qismində öz mövqelərini möhkəmləndirəcək ki, bu da mübahisəsiz ölkənin nüfuzunun və reytinqinin dünya miqyasında möhkəmlənməsinə müsbət addım olacaq.


MƏSLƏHƏT GÖR:

540