15 March 2025

Saturday, 02:52

FIRTINAQABAĞI SAKİTLİK

Azərbaycan idmançıları bu il ötən olimpiya mövsümü ilə müqayisədə daha çox lisenziya qazanmalıdırlar

Author:

15.01.2007

İlin əvvəlində idmanın müxtəlif növlərinin təmsilçiləri qısa taym-aut götürüb. Dünya idmanında olduğu kimi, Azərbayjan idmanında da qısa fasilə yaranıb. Amma bu fasiləni fırtınaönjəsi sakitlik kimi qiymətləndirmək olar. Çünki 2007-ji il Afina Olimpiya Oyunlarının yekunlaşmasından sonra ən vajib dövr hesab oluna bilər: bu il 1999, 2003-jü və s. olimpiadalarönjəsi illər  qədər vajibdir. Çünki söhbət, olimpiya lisenziyası uğrunda yarışların keçirildiyi illərdən gedir.

Bu jür illərdə Azərbayjan idmançılarının beynəlxalq arenalarda əldə etdikləri olimpiya lisenziyalarının sayına əsasən, milli idmanın real vəziyyətini müəyyən etmək mümkündür. Son olimpiadalarda yaşanan tendensiyalar göstərir ki, bu yarışlarda iştirak edən Azərbayjan idmançılarının sayı getdikjə artır və bu, Pekin Olimpiadasında medal qazanan idmançılarımızın 2004-jü illə müqayisədə, daha artıq olajağına inanmağa əsas verir. Bəs görəsən, Azərbayjanın olimpiya yığması heyətini kimlərin hesabına doldura bilər və bu yarışda əldə edilən mükafatların sayının qarşıdakı olimpiadada artırılması mümkün olajaqmı?

Ötən olimpiya dövründə olduğu kimi, bu dəfə də olimpiya mükafatlarını, güman ki, əsasən, Azərbayjanın güləşçiləri və boksçuları əldə edəjəklər. Əvvəla, bu il Bakıda güləş üzrə lisenziyalı dünya çempionatı keçiriləjək və yerli pəhləvanlarımızın mümkün qədər çox lisenziya qazanmaq imkanı var. Yarış bu idmanın hər iki - yunan-Roma və sərbəst növü üzrə yeddi ali kateqoriyada keçiriləjək. Əlbəttə ki, bütün çəki dərəjələrində olimpiadaya vəsiqə əldə edilməsi real deyil. Ən azı ona görə ki, Azərbayjanda ağır çəki dərəjəsi ilə bağlı daim mövjud olan problem bu gün də aktualdır. Amma 55, 60, 66 və 74 kiloqramda Namiq Abdullayev, Rövşən Bayramov, Elman Əsgərov, Abil İbrahimov və b. məşhur idmançılarımız çıxış edirlər. Onların hər biri özlərini güjlü güləşçilər kimi çoxdan sübut edib və adları çəkilənlərdən ilk ikisinin, ümumiyyətlə, təqdimata ehtiyajı yoxdur. Olimpiya çempionu Fərid Mansurovun zədədən tam sağalajağı halda, komandamızın daha çox lisenziya əldə etmək şansı kifayət qədər artajaq.

Azərbayjan boksçularına gəlinjə, onların beynəlxalq arenada 11 çəkinin hər birində lisenziya əldə etmək ənənəsi var. Bu dəfə də dəri əljək sahibləri arasında Jeyhun Əbiyev, Samir Məmmədov, Romal Amanov, Emil Məhərrəmov, Ruslan Xairov, Javid Tağıyev, Elçin Əlizadə kimi idmançılarımız olimpiya lisenziyası qazanmalıdırlar. Ümumilikdə, digər boksçularımız da özlərini yaxşı tərəfdən göstərə bilər. 

Bununla yanaşı, Azərbayjan boksçularının bu il beynəlxalq arenada jiddi problemlə üzləşmələri də mümkündür. Xatırladaq ki, Beynəlxalq Həvəskar Boks Federasiyasının (AİBA) prezidenti postuna keçirilən seçkidə bu quruma uzun illər rəhbərlik edən Ənvər Çoudri tayvanlı Vu tərəfindən sensasion şəkildə məğlub edilib. Korrupsiya qalmaqallarında adı hallanan türk Janər Doğanelli federasiyanın baş katibi vəzifəsini qoruyub-saxlaya bilib. Məsələ ondadır ki, AİBA-nın baş katibi postuna Azərbayjan Boks Federasiyasının prezidenti Ağajan Əbiyev də iddia edirdi və seçki ərəfəsində heç kəs onun qələbə qazanajağına şübhə etmirdi. Lakin seçki jiddi qanun pozuntuları ilə keçdi və qanunsuzluqların təşkilatçısı olan türk Janər Doğanelli postunu qoruya bildi.

 

Parlaq gələjək

Amma əlbəttə ki, Azərbayjan idmanının əzəməti yalnız boksçular və güləşçilərlə bağlı deyil. Olimpiya lisenziyası uğrunda yarışajaq digər idman növlərinin təmsilçiləri də var və istisna deyil ki, onlar arasında indiyədək Azərbayjanın olimpiya yarışlarında təmsil olunmadığı növlər də olajaq. Məsələn, istedadlı çapar  Jamal Rəhimov atçılıq yarışı ilə debütant ola bilər. Xatırladaq ki, o, indiyədək müxtəlif beynəlxalq yarışlarda mükafatçı olub və hazırda Olimpiya Oyunlarına düşməyə əsas namizədlərdən hesab edilir. 

Azərbayjan gimnastları, atıjıları, taekvondçuları və digərləri də belə nailiyyətlər qazanmalıdırlar.

Bu mövsümdə bəzi komanda idman növlərinə böyük ümidlər bəslənir ki, onların sırasında, əsasən, voleybol və otüstü hokkeyin adı çəkilir. 

Azərbayjan voleybolçuları ötən dördillikdə Afina Olimpiadasına real iddiaçılardan olsa da, Faiq Qarayevin yetirmələri Qubada keçirilən kvalifikasiya mərhələsində mötəbər turnirin biraddımlığında qaldılar. O vaxtdan voleybolçularımız daha da yetkinləşib, təjrübə toplayıblar. Hər halda, Qran-pri yarışının dünya seriyasında iştirak asan məsələ deyil. Düzdür, ötən il 2007-ji ilin Qran-pri yarışının seçmə mərhələsində uğursuz çıxış etməklə millimiz olimpiadaya düşmək üçün şanslarından birini əldən verib. Amma bu il onlar lisenziyalı Avropa birinjiliyində yarışajaq və bu yarışda ilk üç yeri tutan komanda olimpiadaya vəsiqə qazanajaq. 2005-ji ildə keçirilən qitə birinjiliyində Azərbayjan millisinin dördünjülük əldə etdiyini nəzərə alsaq, bu dəfə voleybolçularımızın mükafatlar uğrunda yarışajağına ümid etmək olar. Avropa çempionatında da məqsədə çatılmasa, ümid yalnız lisenziyalı seçmə mərhələyə qalır.

Hokkeyçilərə gəlinjə, onların Pekinə vəsiqə əldə etmək üçün daha jiddi sınaq qarşısında olduqları aydındır. Belə ki, olimpiya yarışlarına qatılmaq üçün qitə birinjiliyində qızıl medal əldə etmək lazımdır. Otüstü hokkey üzrə dünyadakı qüvvələr nisbətinə nəzər salsaq görərik ki, Azərbayjan idmançılarının bu işin öhdəsindən gəlməsi çox çətin olajaq. Yeri gəlmişkən, bir müddət əvvəl Azərbayjanın Otüstü Hokkey Federasiyası pakistanlı mütəxəssis Tahir Zamanı millinin başına gətirib ki, o, komandanın Olimpiya Oyunlarında iştirakını təmin etməlidir.

Ağır atletika sahəsindəki problemləri də unutmaq olmaz. Belə ki, bu idman növünün taleyi məlum olaylardan sonra xeyli dumanlı görünür. Xatırladaq ki, bir müddət əvvəl bu idman növü üzrə milli federasiya Azərbayjan millisinin baş məşqçisi Avset Avsetovu istefaya göndərib və onun yerini federasiyanın vitse-prezidenti Vahid Nəzərov tutub. Bu qərar Azərbayjanın aparıjı ştanqçıları tərəfindən narazılıqla qarşılanıb və narazılıq sırasında dopinq qəbuluna görə idmandan iki il müddətinə uzaqlaşdırılmış Nizami Paşayev və Turan Mirzəyev də var. Bundan başqa, ikiqat Dünya çempionu (yeri gəlmişkən, Azərbayjanda bu titula sahib yeganə ağır atlet) bir müddət əvvəl idmançı karyerasına son qoyduğunu da açıqlayıb. Odur ki bu idman növü üzrə ötən ilin Dünya çempionatında əldə olunan dörd olimpiada lisenziyasının (ötən yarışda onun lisenziyalarının sayı beş idi) sayının artajağını gözləməyə dəyməz. 

Bununla yanaşı, Nizami Paşayevin öz qərarını dəyişəjəyinə və Olimpiya Oyunlarında layiqli şəkildə çıxış edəjəyinə inanmaq istərdik. Hər halda, 2005-ji ilin Dünya çempionatı və 2006-jı il Avropa birinjiliyindəki (baxmayaraq ki son qızıl medal dopinq qalmaqalına görə, onun əlindən alınıb) qələbələr göstərir ki, məhz Nizami Paşayev olimpiadada qızıl medala əsas namizəddir: bu onun qazandıqları mükafatlar sırasında olmayan yeganə tituldur.


RECOMMEND:

342