8 May 2024

Çərşənbə, 12:01

XÜSUSİ STATUS

Qorşenin İnstitutunun (Ukrayna) vitse-prezidenti Viktor SOKOLOV ilə müsahibə

Müəllif:

16.09.2014

Uk­ray­na pre­zi­den­ti Pyotr Po­ro­şen­ko Do­netsk və Lu­qansk re­g­i­on­la­rı­na Uk­ray­na­nın tər­ki­bin­də "xüsu­si sta­tus" hüqu­qu ve­rən qa­nun lay­i­hə­si­ni Ali Ra­da­nın müza­ki­rə­si­nə tə­q­dim edəcəy­i­ni açıq­layıb. Uk­ray­na­da pre­zi­den­tin bu qə­ra­rı bir­mə­na­lı qar­şı­lan­mayıb. Bə­zi­lə­ri söz­üg­e­dən bö­lg­ə­lə­rə xüsu­si sta­tu­sun ve­ril­mə­si­ni sa­dəcə ka­pi­tulya­siya sayır, di­g­ər­lə­ri isə onu müha­ri­bə­dən ləy­a­qət­lə çıx­maq im­ka­nı he­sab edir. Uni­tar öl­kə­də re­g­i­o­na xüsu­si sta­tu­sun ve­ril­mə­si­nin nə­lə­ri nə­zər­də tu­ta bi­ləcəy­i­ni müstə­qil araş­dır­ma­çı qu­rum olan Qor­şe­nin İn­sti­tu­tu­nun (Uk­ray­na) vit­se-pre­zi­den­ti Vik­tor Sokolovdanöy­­rən­­məyə ça­lış­mı­şıq.

- Kiy­ev se­pa­rat­çı an­k­lav­la­ra han­sı "xüsu­si sta­tus"u tə­q­dim et­məyə ha­zır­dır?

- Sentya­b­rın 5-də Minskdə müna­qi­şə tə­rə­f­lə­ri ara­sın­da im­za­lan­mış ba­rı­şıq sa­zi­şi­nin hüqu­qi sta­tu­su ilə bağlı bir çox şübhə­lər var. Ora­da qiy­a­m­çı re­g­i­on­la­ra xüsu­si sta­tu­sun ve­ril­mə­si nə­zər­də tu­tu­lur. Mə­sə­lə on­da­dır ki, bir tə­rəf­dən pro­to­ko­lu Uk­ray­na­nın rə­s­­mi nümay­ən­də­si im­za­la­dığı hal­da, müna­qi­şə tə­rə­fi ki­mi sə­nə­də im­za atmış qar­şı tə­rə­fin ki­mi təm­sil et­diyi ay­dın dey­il. Bi­rinci­si, pro­to­kol­da "DXR" və "LDR" an­layış­la­rı­na rast gə­lin­mir, ikinci­si, da­nı­şıq­lar­da Do­net­ski və Lu­qan­skı təm­sil edən şəx­slər tez-tez dəy­i­şir. Da­ha bir vacib mə­qam hə­min sə­nəd­də Ru­siya tə­rə­fi­nin, şəx­sən pre­zi­dent Vla­di­mir Pu­ti­nin di­lə gə­tir­diyi bir çox ar­zu­lar əks olu­nub. Bun­lar­dan bi­ri Uk­ray­na­nın fe­de­ral­laş­dı­rıl­ma­sı­dır. Uk­ray­na­nın de­sen­t­ra­li­za­siy­a­sı ha­q­da çoxdan ­da­nı­şı­lır və bu­ra­da söh­bət re­g­i­on­la­ra ge­niş iq­ti­sa­di azad­lığın ve­ril­mə­sin­dən ge­dir. Ru­si­y­a­­nın an­layı­şın­da isə Uk­ray­na­nın fe­de­ral­laş­dı­rıl­ma­sı bir sı­ra re­g­i­on­la­rın Uk­ray­na­dan ay­rıl­ma­sı­nı, da­ha so­nra Kiy­e­­vin müstə­qil subyek­t­lər­lə ye­ni qar­şı­lıq­lı müna­si­bət­lər ha­q­da da­nı­şıq­la­ra baş­la­ma­sı­nı nə­zər­də tu­tur. Sə­nəd­də ha­­zır­da Uk­ray­na hö­ku­mə­ti tə­rə­fin­dən re­al­laş­dı­rıl­ma­q­da olan de­sen­t­ra­li­za­siya mad­də­si Ru­siya ilə Uk­ray­na ara­sın­da kom­pro­mi­sin özünə­məx­sus for­mu­lu­dur. Hə­lə­lik bu­nun qa­nun­ve­rici­lik­lə necə re­al­laş­dı­rı­lacağı bəl­li dey­il. Hö­ku­mə­tin bu qa­nu­nun qə­bu­lu ilə bağlı tək­li­fi­ni Uk­ray­na­nın heç də bütün si­y­a­si qüvvə­lə­ri də­s­tək­lə­mir. Onun qə­bu­lu prob­lem ya­ra­da bi­lər. Bu hal­da or­taya əsas­lı su­al­lar çı­xacaq: re­g­i­on­lar­dan bi­ri­nə xüsu­si sta­tus ve­ri­lir­sə, di­g­ər re­g­i­on­lar nə­dən ey­ni sta­tu­su əl­də edə bil­məz­lər? Xüsu­si sta­tus ki­mə ve­ri­lir? Bütünlükdə Do­netsk və Lu­qansk re­g­i­on­la­rı­na, yox­sa yal­nız işğ­al al­tın­da­kı zo­na­la­ra? Xüsu­si hüquq­lar ki­mə ve­ri­lir? Bu re­g­i­on­la­rı kim təm­sil edəcək? Se­pa­rat­çı qrup­lar ara­sın­da öz ara­la­rın­da düşmən­çi­lik edən­lər var, səh­ra ko­man­dir­lə­ri, Ru­siya və­tən­daş­la­rı və sa­ir var.

Bir mə­qa­mı qeyd et­mək vaci­b­dir ki, Ru­siya Krım­dan fər­q­li ola­raq, Do­netsk və Lu­qan­skın işğ­a­lın­da ma­raq­lı dey­il. Mos­k­va bu re­g­i­on­la­rın Uk­ray­na­nın tər­ki­bin­də qal­ma­sı­nı is­təy­ir. Bu, Ru­siy­a­nın müha­ri­bə­dən dağıl­mış bu bö­lg­ə­lə­rin dir­çəl­dil­mə­si­nə iq­ti­sa­di im­kan­la­rı­nın ol­ma­ma­sı ilə bağlı­dır. Don­ba­sın so­si­al-iq­ti­sa­di prob­lem­lə­ri­ni Uk­ray­na­nın üzə­ri­nə qoy­maq­la Mos­­k­va, ey­ni za­man­da is­təy­ir ki, uk­ray­na­nın bu his­sə­si Kiy­e­vin qə­bul et­diyi qə­rar­la­ra müəyyən ve­to hüqu­qu qa­zan­sın. Ru­siya Uk­ray­na­nın cə­nub-şərq re­g­i­on­la­rı­nın işğ­al al­tın­da olan bö­lg­ə­lər sta­tu­su da­şı­ma­sı­nı yox, mux­ta­riy­yət sta­tu­su ilə qal­ma­sı­nı is­təy­ir. Bu hal­da hə­min mux­ta­riyyat­lar va­si­tə­si­lə Kiy­e­vin Av­ro­pa İt­ti­fa­qı­na və NATO-ya üzvlük ki­mi qə­rar­la­rı­nın qar­şı­sı­nı al­maq mümkün olacaq. Baş­qa söz­lə, on­lar Uk­ray­na əra­zi­sin­də Ru­siya tə­rə­fin­dən ida­rə olu­nan əra­zi­lər olacaq­lar. Da­ha bir vacib mə­qam - Do­netsk və Lu­qansk mux­ta­riyyət əl­də et­mək­lə, Uk­ray­na­nın həm­sər­həd bö­lg­ə­lə­rin­də se­pa­ra­tiz­min yayıl­ma­sı üçün əl­ve­riş­li mə­ka­na çe­v­ri­ləcək­lər. Bu, Mos­k­va­nı da­ha çox ma­raq­lan­dı­rır. Söh­bət, ilk növ­bə­də, Xar­kov­dan, Dne­p­ro­pe­t­rovsk­dan, Za­po­ro­jet­sdən, Ni­ko­lay­evsk­­dən, Her­sonskdan ge­dir.

Bi­zə mə­lum­dur ki, bu bö­lg­ə­lər­də se­pa­rat­çı­lığın yayıl­ma­sı is­ti­qa­mə­tin­də fə­al iş apa­rı­lır, se­pa­rat­çı hə­rə­kat­la­ra cid­di də­s­tək ve­ri­lir. Uk­ray­na hö­ku­mə­ti əlin­də olan im­kan­lar­dan is­ti­fa­də edə­rək, be­lə hal­la­rın qar­şı­sı­nı al­mağa ça­lı­şır. Tə­əssüf ki, Minskdə imza­lan­mış pro­to­ko­lun məz­mu­nu uzun müd­dət icti­ma­iyyət­dən giz­lə­di­lib. Ora­dakı zid­­diyyət­lər Uk­ray­na­nın şər­qin­də Dnestrya­nı və Dağlıq Qa­ra­bağ müna­qi­şə­lə­ri ki­mi prob­le­min ya­ran­ma­sı­na apa­rıb çı­xa­ra bi­lər. Bəl­kə də bu, uzun illər ərzin­də "don­du­rul­muş qa­lacaq" müna­qi­şə­lər olacaq. Əl­də olun­­muş ba­rı­şıq çox eti­bar­sız­dır.

- Gü­man ki, Kiy­ev "xüsu­si sta­tus"da se­pa­rat­çı­la­ra şa­qu­li müna­si­bət­lər tək­lif edir...

- Hə­lə­lik bu re­g­i­on­la­rın necə ida­rə olu­nacağı ilə bağlı ay­dın me­xa­nizm yox­dur. Böyük eh­ti­mal­la, Uk­ray­na hö­ku­mə­ti on­lar­la şa­qu­li müna­si­bət­lər qur­mağa ça­lı­şacaq. Bəl­kə də Kiy­ev re­­g­i­on­la­rın bər­pa­sı üçün oraya və­sa­it yö­nəl­dəcək, re­g­i­on­lar isə büdcəyə heç nə ödə­məy­əcək­lər. Düşünürəm ki, ra­zı­laş­ma pro­se­si çox ağrı­lı ke­çəcək.

- Bəs "xüsu­si sta­tus"lu re­g­i­on­la­ra gö­rə mə­su­liyyə­ti kim öz üzə­ri­nə götürəcək? Pre­zi­dent, par­la­ment, yox­sa ümum­xalq re­fe­ren­du­mu ke­çi­ri­ləcək?

- Uk­ray­na­nın əra­zi qu­ru­lu­şu mə­sə­lə­si Ali Rada­nın sə­la­hiyyət­lə­ri­nə aid dey­il. Ümu­mu­k­ray­na re­fe­ren­du­mu da ke­çi­ril­məy­əcək, çünki bu, Po­ro­şen­ko ha­ki­miyyə­ti­nə qar­şı mən­fi re­ak­siy­a­la­ra sə­bəb  olacaq. Krım­da ol­duğu ki­mi, Do­netsk və Lu­qanskda da si­lah­lı­la­rın təzyi­qi ilə psev­do­re­fe­ren­dum­lar­ ke­çi­ri­lib. Pre­zi­dent Po­ro­şen­ko, çə­tin ki, bu sə­nə­di im­za­la­maq is­tə­sin. Çünki bu hal­da o, bütün mümkün fə­sad­la­ra gö­rə mə­su­liyyə­ti öz üzə­ri­nə götürmə­li olacaq. Gü­man­ ki, mə­sə­ləni par­la­men­t­­­lə ra­zı­laş­dır­mağa ça­lı­şacaq. Am­ma  par­la­men­ta­ri­lər də öz­lə­ri­ni təhlükə al­tı­na qoy­maq is­tə­məy­əcək­lər və qa­nun ­lay­i­hə­si if­la­sa uğray­acaq. Bu­nun ar­dınca ye­ni qar­şı­dur­ma, ye­ni hər­bi əmə­liyyat­lar baş­lay­acaq.

Be­lə hal­lar ar­tıq olub. Mə­sə­lən, Ru­siya Mol­do­vaya Ko­zak me­mo­ran­du­mu­nu zor­la qə­bul et­dir­məyə ça­lı­şır­dı. Ora­da söh­bət Dnestrya­nı müna­qi­şə­nin Mol­do­va­nın fe­de­ral­laş­dı­rıl­ma­sı yo­lu ilə həl­lin­dən ge­dir­di. Bu sə­nəd Dnestrya­nı bö­lg­əyə mux­ta­riyyət sta­tu­su­nun ve­ril­mə­si­ni, Mol­do­va­nın si­lah­sız­laş­dı­rıl­ma­sı­nı, Mol­do­va əra­zi­si­nə Rusiya hərbçi­lə­ri­nin yer­ləş­di­ril­mə­si­ni və s. nə­zər­də tu­tur­du. Ko­zak me­mo­ran­du­mu im­za­lan­sa da, ona əməl edil­mə­di. Don­bas­la bağlı ra­zı­laş­ma­da be­lə va­ri­an­tın or­taya çıx­ma­sı müm­kün­dür. Nə­ticə­də, müna­qi­şə "don­du­rul­muş" mər­hə­ləyə ke­çir, Kiy­e­vin xa­rici siy­a­sə­ti qə­ra­rın­dan ası­lı ola­raq o, ya fə­al­la­şır, ya da ye­ni­dən "don­du­ru­lur". Dağlıq Qa­ra­bağda, Ab­xa­ziy­a­da və di­g­ər bö­lg­ə­lər­də, təx­mi­nən, ey­ni və­ziyyət­dir.

- Av­qu­s­tun son­la­rın­da Po­ro­şen­ko Uk­ray­na­nın xa­rici təcavüzə mə­ruz qal­dığı­nı bəy­an et­sə də, be­lə hal­lar­da ol­duğu ki­mi, öl­kə­də hər­bi və­ziyyət elan olun­ma­dı...

- Hə­qi­qə­tən­ də pre­zi­dent Po­ro­şen­ko Uk­ray­na­nın Ru­siya tə­rə­fin­dən təcavüzə mə­ruz qal­dığı­nı bəy­an edir­di­sə, hər­bi və­ziyyət ela­n o­lun­ma­lı idi. Am­ma di­g­ər yan­dan, bu hal­da Ru­si­y­a­nın əlin­dən ko­zırı düşəcək­di. Bu hal­da Mos­k­va­nın Uk­ray­naya nə hər­bi kon­ti­ng­ent ye­rit­mə­si­nə və Kiy­e­və doğru hücum­la­ra baş­la­ma­sı­na heç nə ma­ne ol­may­aca­q­dı. Uk­ray­na­da icti­mai rəy iki ye­rə bölünmüşdü - hər­bi və­ziyyət elan olun­ma­sı­nın tə­rəf­dar­la­rı və əley­h­dar­la­rı. Fi­k­rimcə, müna­qi­şə zo­na­sın­da hər­bi və­ziyyət elan olun­ma­lı  idi. Üstə­lik, Ma­ri­u­pol ray­o­nun­da ar­tıq hər­bi və­ziyyə­tin ay­rı-ay­rı ele­men­t­lə­ri müşa­hi­də olu­nur­du: hə­rə­kət məhdud­laş­dı­rıl­mış­dı,  ko­men­dant sa­a­tı elan olun­muş­du və s. Bütün bun­la­rın Lu­qansk və Do­netskdə də tə­k­rar­lan­ma­sı vacib idi. Tə­əssüf ki, Uk­ray­na hö­ku­mə­tin­də föv­qə­la­də və­ziyyət­lə­rə da­ir qə­rar qə­bul et­mək iq­ti­da­rın­da olan şəx­slər az­dır. Üstə­lik, növ­bə­dənkə­nar par­la­ment seç­ki­si­nin ke­çi­ri­ləcək ol­ma­sı öl­kə­də hər­bi və­ziyyə­tin elan olun­ma­sı­na im­kan ver­mir. Ək­sər siy­a­sət­çi­lər elek­to­ra­tın föv­qə­la­də və­ziyyə­tin ela­n o­lun­ma­sı­na mən­fi müna­si­bət gö­s­tə­rəcəy­in­dən eh­tiy­at­la­nır­lar.

- Bəs par­la­ment seç­ki­si ha­di­sə­lə­rin ge­di­şi­nə necə tə­sir gö­s­tə­rəcək? Uk­ray­na­lı siy­a­sət­çi­lə­rin şərhlə­rin­dən be­lə çı­xır ki, ye­ni Ra­da­nın se­çil­mə­si, az qa­la, öl­kə­nin şər­qin­də su­ve­ren­liy­in bər­pa­sı­nın əsas şər­ti­dir.

- Prob­lem on­da­dır­ ki, ha­zır­kı par­la­ment özündə Uk­ray­na cə­miyyə­ti­nin struk­tu­ru­nu qə­tiyyən əks et­dir­mir. Ora­da yer­lə­rin 50%-ni Re­g­i­on­lar Par­tiy­a­sı­nın üzvlə­ri tu­tur. So­si­o­lo­ji so­rğu­lar isə bu par­tiy­a­nı əha­li­nin cə­mi 2%-nin də­s­tək­lə­diy­i­ni gö­s­tə­rir. Av­ro­may­dan­dan və Ya­nu­ko­vi­çin öl­kə­dən qa­çı­şın­dan so­nra par­la­ment­də­ki de­pu­tat­la­rın ço­xu ar­tıq heç bir qüvvə­ni təm­sil et­mir. Bu üzdən ­də par­la­ment seç­ki­si la­zım­dır.

Bəs an­ti­ter­ror əmə­liyyat­la­rı­nın həy­a­ta ke­çi­ril­diyi bir vaxtda par­la­ment seç­ki­si­nə eh­tiy­ac var­mı? Bu, baş­qa mə­sə­lə­dir. Uk­ray­na­da­kı ha­zırkı ağır dö­nəm­də par­la­men­tə eh­tiy­ac var. Ha­zırkı Ra­da vacib siy­a­si, iq­ti­sa­di və hər­bi qə­rar­lar qə­bul et­mək iq­ti­da­rın­da dey­il.

 

 

BİZİM ARAYIŞ 

*Qorşenin İnstitutu müstəqil, qeyri-kommersiya analitik-araşdırma mərkəzidir. O, Ukraynada və dünyada baş verən ictimai və siyasi proseslərin öyrənilməsi ilə məşğuldur


MƏSLƏHƏT GÖR:

645