17 May 2024

Cümə, 07:15

TÜRK YÜKÜ

Beynəlxalq Strateji Perspektivlər İnstitutunun prezidenti Yusuf Çinar: "İndiki şəraitdə Ankara son dərəcə ehtiyatlı olmalıdır"

Müəllif:

28.10.2014

- Türkiyə bir ne­çə şə­hər­də küçə iğti­şaş­la­rı­na çe­v­ril­miş eti­raz ak­siy­a­la­rın­dan so­nra ye­nicə özünə gə­lib. Hə­min ha­di­sə­lər on­larca in­sa­n həy­a­tı­na son qoy­ub. Üstə­lik, toq­quş­ma­lar po­li­slə nüma­y­iş­çi­lər ara­sın­da yox, Kürd Fəh­lə Par­tiy­a­sı­nın An­ka­ra­nın Ko­ba­ni­də kürdlə­ri müda­fiə et­mə­mə­sin­dən qə­­zəb­lə­nən tə­rəf­dar­la­rı ilə is­la­m­çı, ye­nə də əsa­sən, kürdlər­dən iba­rət Hür Dava Partiyası (HÜDAPAR) tə­rəf­dar­la­rı ara­sın­da baş ve­rib. Bu iğti­şaş­la­rı necə xa­rak­te­ri­zə edər­di­niz?

 - Ko­ba­ni eti­raz­la­rı kürd siy­a­si li­der Sə­la­həd­din Də­mir­ta­şın tə­rəf­dar­la­rı­nı Su­riy­a­nın Ko­ba­ni şə­hə­ri­nin İŞİD tə­rə­fin­dən işğ­al olun­ma­sı təh­lükə­si ilə əla­qə­dar küçə­lə­rə çıx­mağa çağır­ma­sı­nın nə­ticə­si olub. Bu şə­hər kürdlər üçün 2 sə­bə­b­dən vaci­b­dir.

Bi­rinci­si, Ko­ba­ni kürd li­de­ri Ab­dul­lah Öca­la­nın tək­lif et­diyi mux­ta­riyyətin re­al­laş­dı­rıl­dığı şə­hər­dir. 2012-ci il­də Su­riy­a­nın kürdlə­rin mə­s­­kun­laş­dığı Ar­fin, Ko­ba­ni və Cə­zi­rə şə­hər­lə­ri "de­mo­kra­tik mux­ta­riyyət" sta­tu­su qa­za­nıb. Türkiy­ə­nin kürd si­y­a­­si hə­rə­ka­tı qar­şı­sı­na analo­ji hə­də­fi qoy­ub. İn­di İŞİD Ko­ba­ni­ni ələ ke­çi­rər­sə, türk mux­ta­riyyəti üçün nümu­nə ola bi­ləcək mo­del itəcək.

İkinci­si, Ko­ba­ni kürdlər üçün rəm­­zi əhə­miyyət da­şıyır və bu, PKK-nın ya­ra­dıl­ma­sı ilə bağlı­dır. Vax­ti­lə Öca­lan Türkiyə hö­ku­mə­ti­nin tə­qib­lə­rin­dən xi­las ol­maq üçün məhz Ko­ba­niyə qa­ç­mış­dı.

HÜDAPAR ilə PKK ara­sın­da­kı toq­­quş­ma­la­ra gə­lincə, on­la­rın düş­mən­­çi­liy­i­nin kök­lə­ri 90-cı il­lə­rə ge­dib çı­xır. O za­man HÜDAPAR-ın sə­lə­f­lə­ri - kürdlər, ra­di­kal is­la­m­çı­lar PKK-nın bir çox li­de­ri­ni məhv et­miş, PKK-çı­lar da on­la­ra ey­ni yol­la ca­vab ver­miş­di­lər.

2002-ci il­dən so­nra kürdə­sil­li is­la­m­çı ya­raq­lı­lar si­lah­lı də­s­tə­lə­rin ləğv edil­diy­i­ni və siy­a­si fə­a­liyyə­tə baş­la­dıq­la­rı­nı bəy­an et­di­lər. HÜDAPAR tə­rəf­dar­la­rı və İŞİD ter­ror­çu­la­rı is­la­mın sünni məz­hə­bi­nə aid ol­duq­la­rın­dan, PKK tə­rəf­dar­la­rı par­tiy­a­nı İŞİD-i də­s­tək­lə­mək­də gü­nah­lan­dı­ra­raq hücum­la­ra baş­la­dı­lar. Nə­ticə­də, toq­quş­ma­lar baş ver­di, hər iki tə­rəf­dən 40 nə­fər hə­lak ol­du; ban­k­­lar, mək­təb­lər, di­g­ər döv­lət mül­kiyyət­lə­ri dağı­dıl­dı. Baş ve­rən­lə­rə gö­rə əsas mə­su­liyyət Də­mir­ta­şın üzə­­ri­nə düşür. Çünki tə­rəf­dar­la­rı­nı kü­çə eti­raz­la­rı­na məhz o çağı­rıb.

- Bə­zi ana­li­tik­lər he­sab edir­lər ki, bu ha­di­sə­lər­dən so­nra Türkiyə hö­ku­mə­ti­nin mil­li az­lıq­la­ra ge­niş hüquq­lar ver­mək tə­şəbbüsü day­an­dı­rı­la, hət­ta ümu­miyyət­lə, ləğv edi­lə bi­lər. Həb­sxa­na­da PKK li­de­ri Ab­dul­lah Öcala­nın sax­lan­ma şə­ra­i­ti­nin yax­şı­laş­dı­rıl­ma­sı tə­lə­bi­nə hö­ku­mə­tin sərt re­ak­siy­a­sı bu eh­ti­mal­la­rı tə­s­diq­ləy­ir. Bu ha­q­da nə deyə bi­lər­si­niz?

 - Türkiyə üçün de­mo­kra­tik tə­şəbbüslər pro­se­si o qə­dər vaci­b­dir ki, ona eti­raz ak­siy­a­la­rı ilə son qoy­maq mümkün dey­il. Bu gün ha­kim Əda­lət və İn­ki­şaf Par­tiy­a­sı öl­kə­nin kürdlər ya­şay­an şərq və cə­nub-şərq re­g­i­on­la­rın­da ən böyük elek­to­ra­ta ma­lik­dir. Kürd əha­li­nin ək­sə­riyyə­ti de­mo­kra­tik dəy­i­şik­lik­lə­rin dinc yol­la həy­a­ta ke­çi­ril­mə­si­ni də­s­tək­ləy­ir. Bu pro­se­sin türk xal­qı tə­rə­fin­dən də­s­tək­lən­mə­si Türkiyə rəh­bər­liy­i­nə bun­dan im­ti­na et­mək im­ka­nı qoy­mur. Döv­lə­tin si­lah­lı müna­qi­şəyə son qoy­ul­ma­sı məq­sə­di­lə qiy­a­m­çı­lar­la apar­dığı da­nı­şıq­lar­da möv­qeyi bir­mə­na­lı­dır. La­kin sülhə na­il olun­ma­sı eh­ti­ma­lı o qə­dər də yüksək dey­il. Güc qiy­a­m­çı qrup­la­rın tə­rə­fin­də olacaq­sa, prob­le­min sülh yo­lu ilə həll eh­ti­ma­lı da­ha da aza­lacaq. Bu gün PKK ilə da­nı­şıq­lar­da Türkiyə döv­lə­ti­nin şan­s­la­rı­nın yüksək ol­duğu­nu söy­lə­mək mümkün dey­il. Tə­rə­f­lə­rin hər bi­ri za­man-za­man gücünü nümay­iş et­dir­məyə ça­lı­şır. PKK tə­rəf­dar­la­rı­nın küçə eti­raz­la­rı bu­nun­la iz­ah olun­ma­lı­dır. Bu, müəyyən mə­na­da xə­bər­dar­lı­q­dır. San­ki Ko­ba­ni işğ­al olu­nacağı tə­q­dir­də, Türkiyə Ordu­su­na qar­şı hər­bi əmə­liyyat­lar bər­pa edi­lə bi­lər. An­ka­ra kürdlə­rin hər­bi də­s­tə­lə­ri olan peş­mə­rg­ə­nin öz əra­zi­sin­dən Su­riy­aya ke­ç­mə­si­nə ica­zə ver­mək­lə böh­ra­nı ara­dan qal­dı­ra bi­lib. La­kin Qər­bin ar­tan İŞİD təhlükə­si ilə müba­ri­zə məq­sə­di­lə PKK-nı və "De­mo­kra­tik İt­ti­faq" par­tiy­a­sı­nı (PKK-nın Su­riya qa­na­dı) si­lah­la tə­min et­mək is­təyi An­ka­ra ilə si­lah­lı kürd qiy­a­m­çı­la­rı ara­sın­da da­nı­şıq­la­ra mən­fi tə­sir gö­s­tə­rə bi­lər. Bu pro­se­s­də Türkiyə son də­rəcə eh­tiy­at­lı ol­ma­lı­dır.

Öca­la­nın həb­sxa­na şə­ra­i­ti­nin yax­şı­laş­dı­rıl­ma­sı mə­sə­lə­si­nə gə­lincə, fi­k­­rimcə, ya­xın gə­ləcək­də bu eh­ti­mal az­dır. 2015-ci ilin av­qu­s­tun­da Türki­y­ə­də par­la­ment seç­ki­si ke­çi­ri­ləcək və bu ad­dım bir tə­rəf­dən, elek­to­ra­tın ha­kim par­tiy­aya ina­mı­nı azal­dacaq, di­g­ər yan­dan, müxa­li­fət par­tiy­a­la­rı­na seç­ki­qa­bağı təb­liğat üçün "ko­zır" ve­rəcək. Uzaq per­spek­tiv­də isə kürd siy­a­si hə­rə­ka­tı­nın atacağı ad­dım­lar­dan ası­lı ola­raq (mə­sə­lən, kürd ya­raq­lı­la­rı­nın tərk-si­la­hı və cə­miyyə­tə re­in­te­q­ra­siy­a­sı), Öca­la­nın sax­lan­ma şə­ra­i­ti­nə ba­xı­la, o, hət­ta ev du­s­taq­lığı ilə əvəz­lə­nə bi­lər.

- İŞİD-ə ya­xın in­for­ma­siya ag­en­t­­lik­lə­rin­də, hə­m­çi­nin ter­ror təş­ki­la­tı­nın Twitter mi­k­ro­blo­qun­da­kı ak­ka­un­tun­da Türkiy­ə­nin ünva­nı­na hə­də­lər yer alır. Fi­k­ri­nizcə, İŞİD İraq və Su­riy­a­dan so­nra Türkiy­əyə is­ti­qa­mət ala və ona PKK-dan da­ha ar­tıq təhlükə ya­ra­da bi­lər­mi?

 - İŞİD ABŞ-ın 2003-cü il­də İra­qa gir­mə­si­nin nə­ticə­si­dir. Ame­ri­ka­lı­lar İra­q­da iş­lək qa­bi­liyyət­li döv­lət qu­ra bil­mə­di­lər. On­la­rın kö­məyi ilə ya­ra­dıl­mış şi­ə­pə­rəst hö­ku­mət sün­ni­lə­ri ha­ki­miyyət or­qan­la­rın­dan kə­nar­laş­dır­dı, be­lə­lik­lə də, İŞİD-in so­si­al ba­za­sı­nın bir his­sə­si­nə çe­vir­di. Bu­nun­la əla­qə­dar ola­raq, bu gün əv­vəl­ki İra­qın ge­ri qayı­dacağı eh­ti­ma­lı, de­mək olar ki, yox­dur. ABŞ və di­g­ər Qərb döv­lət­lə­ri­nin yal­nız avia­zər­bə­lər­dən iba­rət gecik­miş hər­bi əmə­liyyat­la­rı isə İŞİD-in əl­də et­diyi uğur­­la­rın əsas sə­bəb­lə­rin­dən bi­ri­dir. İŞİD-i day­an­dır­maq üçün Qərb PKK-nın Su­riya qa­na­dı olan "De­mo­kra­tik İt­ti­faq" par­tiy­a­sın­dan və Şi­ma­li İra­q­dan olan kürd peş­mə­rg­ə­lər­dən is­ti­fa­də et­məyə ça­lı­şır. Ha­zır­da İŞİD-in qar­şı­sı alı­nıb və o, de­mək olar ki, Ko­ba­ni­dən çı­xa­rı­lıb. Bu kon­tek­s­də Türkiyə üçün ən böyük təhlükə PKK ya­raq­lı­la­rı və onun ağır tex­ni­ka ilə təchiz olun­muş Su­riya qa­na­dı­dır. Son ha­di­sə­lə­ri nə­zə­rə al­saq, de­mək olar ki, PKK rəh­bər­liy­in­də "qı­rğı­lar" par­tiy­a­sı for­ma­la­şıb. On­lar Türkiyə ilə sülh ar­zu­la­mır­lar. Onu da nə­zə­rə al­saq ki, bu gün kürdlər İŞİD-lə müba­ri­zə üçün ağır si­lah­lar əl­də edir, İŞİD-dən so­nra on­la­rın hə­də­fi, böyük eh­ti­mal­la, Türkiyə ola bi­lər.

- Bu gün müza­ki­rə olu­nan mə­sə­lə­lər­dən bi­ri Türkiy­ə­nin İŞİD-ə qar­şı Qərb ko­a­li­siy­a­sı­na qo­şul­ma­sı­dır. An­ka­ra­nın ko­a­li­siy­aya qo­şul­maq üçün ABŞ qar­şı­sın­da dörd şərt irə­li sürəcəyi mə­lum­dur. Bu­fer və uçuş­suz zo­na­lar, Su­riy­a­nın si­lah­lı müxa­li­fə­ti­nə tə­lim­lə­rin ke­çil­mə­si və ye­kun hə­dəf ki­mi, Əsəd re­ji­mi­nin de­v­ril­mə­si. ABŞ rəh­bər­liy­i­nin Əsə­də qar­şı əv­vəl­ki sərt siy­a­sə­tin­dən im­ti­na et­diy­i­ni nə­zə­rə al­saq, bu şər­t­lə­rin qə­bu­le­dil­mə eh­ti­ma­lı nə qə­dər­dir?

- "Ərəb ba­ha­rı" kon­tek­s­tin­də Türkiyə Qər­bin Bə­şər Əsəd re­ji­mi­nin de­v­ril­mə­si mə­sə­lə­sin­də onu tam də­s­tək­lə­diy­i­ni düşünürdü. La­kin za­man keç­dikcə, An­ka­ra Əsəd­lə müba­ri­zə­də tək qal­dığı­nı an­la­dı. Türkiy­ə­nin İŞİD-ə qar­şı eh­tiy­at­lı da­v­ra­nı­şı­nın sə­bəb­lə­rin­dən bi­ri - Əsəd­lə müba­ri­zə­də ol­duğu ki­mi, bu təş­ki­lat­la müba­ri­zə­də ye­nə də tək qal­maq is­tə­mə­mə­si­dir. Ha­zır­da Türkiy­ə­də İraq və Su­riy­a­dan 2 milyon qaç­qın var. An­ka­ra ar­tıq on­la­ra 4 milyard dol­lar xərclə­y­ib. Türkiy­ə­nin bu­fer və uçuş­suz zo­na­lar tə­ləb et­mə­si­nin re­al sə­bə­bi bey­­nəl­xalq bir­liy­in qaç­qın­la­ra yar­dım gö­s­tə­ril­mə­si üçün cid­di cəh­dlər et­mə­mə­si­dir. Bu­nun­la əla­qə­dar ola­raq, bu­fer­zo­na pro­se­sə BMT-dən hu­ma­ni­tar yar­dım­la­rın cəl­bi­nə kö­mək edə­cək, nə­ticə­də, Türkiy­ə­nin yükü aza­lacaq. An­ka­ra­nın Su­riya böh­ra­nı za­ma­nı ABŞ-ın xa­rici siy­a­sə­tin­dən kə­na­ra çıx­maq cəh­dlə­ri Va­şinq­to­nun hə­­y­əcan­lı re­ak­siy­a­sı­na sə­bəb olub. La­kin Türkiy­ə­nin İŞİD-ə qar­şı ko­a­li­siy­aya qo­şul­ma­ma­sı onun la­zı­mi də­rəcə­də ef­fek­tiv ol­ma­sı­na im­kan ver­mə­diy­in­dən, ABŞ kom­pro­mi­sə get­mək qə­ra­rı­na gə­lib. Məhz bu üzdən Va­şinq­ton Türkiy­əyə mö­tə­dil Su­riya müxa­li­fə­ti­nə tə­lim­lər ke­çil­mə­si­nə ra­zı­lıq ver­mək fi­k­ri­nə düşüb. Fi­k­rimcə, ABŞ bun­dan so­nra da Əsəd re­ji­mi­nin de­v­ril­mə­sin­də fə­al rol oy­na­may­acaq. Hə­lə Su­riy­a­da və­tən­daş müha­ri­bə­si­nin baş­la­dığı dövrlər­də Bə­şər Əsəd Qər­bə xə­bər­dar­lıq edə­rək, ha­ki­miy­yət­dən ge­dəcəyi tə­q­dir­də Su­riy­aya "Əl-Qa­idə" ya­raq­lı­la­rı­nın rəh­bər­lik edə­cəy­i­ni bil­dir­miş­di. Bu gün İŞİD-in mey­da­na çıx­ma­sı Əsə­din pro­qnoz­la­rı­nı doğrul­dur və Qər­bin gözündə onu da­ha az təhlükə­li qüvvəyə çe­vi­rir. Türkiyə isə son­da ko­a­li­siy­a­nı də­s­tək­ləy­əcək, la­kin güman ki, əvə­zin­də tə­ləb et­dik­lə­ri­nin heç də ha­mı­sı­nı ala bil­məy­əcək.

- Ötən yay Er­mə­ni­s­tan pre­zi­den­ti Serj Sarqsyan Türkiyə pre­zi­den­ti­ni növ­bə­ti il üçün Er­mə­ni­s­ta­na sə­fə­rə, ora­da qon­dar­ma er­mə­ni soy­qı­rı­mı­nın yüzüncü il­dönümü ilə bağlı ke­çi­ri­ləcək təd­bir­lər­də iş­ti­ra­ka də­vət et­miş­di. Fi­k­ri­nizcə, Tür­kiyə pre­zi­den­ti bu də­və­ti qə­bul edə­cək­mi və əg­ər edəcək­sə, bu, han­­­sı nə­ticə­lə­ri ve­rəcək?

- Baş na­zir Əh­məd Da­vu­doğlu "qon­şu­lar­la sı­fır prob­lem", o cümlə­dən Er­mə­ni­s­tan­la müna­si­bət­lə­rin yum­şal­dıl­ma­sı siy­a­sə­ti­nin müəl­li­fi­dir. Da­vu­doğlu­nun xa­rici siy­a­si dok­tri­na­sı və əsas ba­xı­şı "uzan­mış əlin sı­xıl­ma­sı"dır. Türkiy­ə­nin Er­mə­ni­s­tan is­ti­qa­mə­tin­də at­dığı bir sı­ra müsbət ad­dım­la­ra bax­may­a­raq, İrəvan bu mə­sə­lə­də çox lə­ng da­v­ran­dı. Türkiyə Er­­mə­ni­s­ta­na əl uzat­sa da, onun əli hə­lə ha­va­da qa­lıb. Er­mə­ni­s­tan­dan xoş­­­niyyət ad­dım­lar göz­ləy­ən An­ka­ra əvə­zin­də ünva­nı­na bir­ba­şa it­ti­ham­lar alır. Bu, şübhə­siz, iki döv­lət ara­sın­da müna­si­bət­lə­rin yum­şal­dıl­ma­sı pro­se­si­nə mən­fi tə­sir gö­s­tə­rəcək. Bu ba­xım­dan, he­sab edi­rəm ki, Türkiyə pre­­zi­den­ti­nin "er­mə­ni soy­qı­rı­mı"nın yüzüncü il­dönümü ilə bağlı təd­bir­lə­rə qa­tıl­ma­sı mümkün dey­il. Di­g­ər tə­rəf­dən, bütün bun­lar Türkiy­əyə Qa­ra­bağ mə­sə­lə­sin­də Er­mə­ni­s­ta­na qar­şı da­ha sərt siy­a­sət yürütməyə im­kan ve­rə bi­lər.


MƏSLƏHƏT GÖR:

579