6 May 2024

Bazar ertəsi, 03:12

DƏNİZ PAYI

MDBMİ-nin Postsovet Araşdırmaları İnstitutunun direktoru, fövqəladə və səlahiyyətli elçi, tarix elmləri doktoru Stanislav ÇERNYAVSKİ ilə müsahibə

Müəllif:

17.03.2015

- Bu ya­xın­lar­da Ba­kı­da Xə­zə­rin hüqu­qi sta­tu­su­nun mü­əy­yən­ləş­di­ril­mə­si üzrə iş­çi qru­pun növ­bə­ti görüşü ke­çi­ri­lib. Ek­s­per­t­lər gə­ləcək bəy­an­na­mə­də yer alacaq 6 mad­də­nin ra­zı­laş­dı­rıl­ma­sı məq­sə­di­lə ay­da 1-2 də­fə görüşmək qə­ra­rı­na gə­lib­lər. Xə­zə­rin hüqu­qi sta­tu­su ilə bağlı az qa­la 15 il­dir da­vam edən da­nı­şıq­lar niyə bu qə­dər çə­tin ge­dir? Əsas prob­lem nə­dən iba­rət­dir?

- Ru­siya, Azər­baycan və Qa­za­xı­s­tan ara­sın­da Xə­zə­rin hüqu­qi sta­tu­su­nun müəyyən­ləş­di­ril­mə­si mə­sə­lə­sin­də fi­kir ay­rı­lığı yox­dur. Mə­sə­ləyə fər­q­li ya­na­şan­lar İran və Türkmə­ni­s­tan­dır. Ha­zır­kı mər­hə­lə­də müəyyən qüvvə­lə­rin çox­say­lı cəh­dlə­ri­nə bax­may­a­raq, Mos­k­va, Ba­kı və As­ta­na ara­sın­da­kı müna­si­bət­lə­rə ziy­an vur­maq mümkün ol­mayıb. Ru­siya Azər­baycan­la və Qa­za­xı­s­tan­la ra­zı­lıq əl­də et­məyə müvəf­fəq olub. Əl­bət­tə, bir sı­ra vacib tex­ni­ki mə­sə­lə­lər hə­lə də çözülmə­miş qa­lır. He­sab edi­rəm ki, Xə­zərya­nı döv­lət­lər bu gü­nə­dək ki­fay­ət qə­dər vacib sə­nəd­lə­rə im­za atıb­lar. Hə­min sə­nəd­lər on­la­ra irə­li­lə­mək im­ka­nı ve­rir və də­ni­zin hüqu­qi sta­tu­su­na da­ir kon­ven­siy­a­nın qə­bu­lu­na tə­lə­s­mə­mək də olar. Mə­sə­lən, sa­hilya­nı döv­lət baş­çı­la­rı­nın 2010-cu il noy­a­b­rın 18-də Ba­kı­da ke­çi­ril­miş 3-cü sam­mi­tin­də Xə­zər­də təhlükə­siz­lik sa­hə­sin­də əmək­daş­lığa da­ir im­za­lan­mış ra­zı­laş­ma çər­çi­və­sin­də Xə­zər də­ni­zin­də sa­bit­liy­in qo­run­ma­sı üçün re­al im­kan­lar var. Sa­dəcə, bu ra­zı­laş­ma­nı re­al­laş­dır­maq la­zım­dır. Xə­zər­də eko­lo­ji təhlükə­siz­lik­lə bağlı isə 2006-cı il­də Teh­ran­da Çər­çi­və Kon­ven­si­y­a­sı im­za­la­nıb. O, Xə­zə­rin də­niz mü­hi­ti­nin qo­run­ma­sı­nı nə­zər­də tu­tur. Bu kon­ven­siya Xə­zər­də neft ha­si­la­tı za­ma­nı müxtə­lif kimyə­vi mad­də­lə­rin də­ni­zə axı­dıl­ma­sı­na yol ve­rən şir­kət­lə­rə da­ha sərt ya­naş­mağa im­kan ve­rir. Yə­ni bu sə­nəd­də yer al­mış öh­də­lik­lə­rə əməl olun­ma­sı­na da­ha sərt nə­za­rət et­mək la­zım­dır.

Ru­siya üçün sər­hədya­nı əmək­daş­lığın fə­al­laş­dı­rıl­ma­sı da çox vaci­b­dir. Bu is­ti­qa­mət­də iş­lər apa­rıl­sa da, on­la­rın ki­fay­ət qə­dər fə­al get­diy­i­ni söy­lə­mək ol­maz. Ru­siy­a­nın Dağı­s­tan, Hə­ş­tər­xan vi­lay­ə­ti, Kal­mı­kiya ki­mi sa­hilya­nı obyek­t­lə­ri üçün Xə­zərya­nı döv­lət­lər­lə əmək­daş­lıq vacib rol oy­nayır. Xə­zər­də gə­mi­çi­liy­in in­ki­şa­fı, Xə­zə­rin də­niz li­man­la­rı­na xid­mə­tin gö­s­tə­ril­mə­si­lə bağlı hə­lə də həl­li­ni göz­ləy­ən tex­ni­ki prob­lem­lə­rin ara­dan qal­dı­rıl­ma­sı vaci­b­dir. Azər­bayca­nın Ələt qə­sə­bə­sin­də və Qa­za­xı­s­ta­nın Ak­tau li­ma­nın­da də­niz xab­la­rı­nın ya­ra­dıl­ma­sı bu mə­sə­lə­ni da­ha da ak­tu­al­laş­dı­rıb. Ru­siya də­fə­lər­lə Xə­zərya­nı döv­lət­lər ara­sın­da iq­ti­sa­di əmək­daş­lığın in­ki­şa­fı tək­li­fi­lə çı­xış edib. Ye­ri gəl­miş­kən, Xə­zər­də ye­ni bey­nəl­xalq iq­ti­sa­di bir­lik­lə­rin ya­ra­dıl­ma­sı­na da­ir də müxtə­lif tək­li­f­lər irə­li sürülüb. Mə­sə­lən, Xə­zər İq­ti­sa­di Əmək­daş­lığı təş­ki­la­tı­nın lay­i­hə­si də var idi. Am­ma bu ideya sa­hilya­nı döv­lət­lə­rin diq­qə­ti­ni çək­mə­di. Bu­nun, əl­bət­tə ki, ta­ma­mi­lə obyek­tiv sə­bəb­lə­ri var. Bi­rinci­si, Xə­zərya­nı öl­kə­lər müxtə­lif iq­ti­sa­di po­ten­si­a­la ma­lik­dir­lər. İkinci­si, on­lar ey­ni məh­sul­la­rın ix­racat­çı­sı­dır­lar və de­mək, obyek­tiv ola­raq həm də rə­qi­b­dir­lər.

Düşünürəm ki, növ­bə­ti sam­mit kon­ven­siy­a­nın qə­bu­lu is­ti­qa­mə­tin­də atı­lacaq ad­dım olacaq. Xə­zə­rin hüqu­qi sta­tu­su­na da­ir ra­zı­laş­ma­nın əl­də olun­ma­sı əv­vəl­lər düşünüldüyü ki­mi, xəy­al dey­il. Am­ma bi­la­va­si­tə kon­ven­siy­a­nın tez­lik­lə im­za­la­nacağı­nı göz­lə­mək də la­zım dey­il. Bu, tez­lik­lə baş ver­məy­əcək.

- Türkmə­ni­s­tan­la İra­nın fər­q­li möv­qeyi ha­q­da da­nış­dı­nız. Teh­ran­la Aş­qa­ba­dın möv­qey­i­ni or­taq mə­x­rəcə gə­tir­mək üçün han­sı ad­dım­la­rı at­maq olar?

 - Düşünürəm ki, Azər­baycan dip­lo­ma­tiy­a­sı bu çə­tin prob­le­mi həll et­mək iq­ti­da­rın­da­dır. Azər­bayca­nın ən təcrübə­li dip­lo­mat­la­rı bu is­ti­qa­mət­də çox­dan iş­ləy­ir­lər və bu zid­diyyət­lə­rin ara­dan qal­dı­rı­lacağı­na ümid et­mək üçün əsas­lar var.

 - Ru­siya, Qa­za­xı­s­tan və Azər­baycan də­ni­zi­nin hüqu­qi sta­tu­su ilə bağlı prob­lem həll olun­ma­dan da, Xə­zə­rin di­bi­ni bölüşdürüblər və ora­da neft-qaz ya­taq­la­rı­nın kəş­fiyya­tı­nı həy­a­ta ke­çi­rir­lər. Be­lə olan tə­q­dir­də, bi­zim öl­kə­lə­ri­miz üçün hüqu­qi sta­tu­sun müəyyən­ləş­mə­si nə də­rəcə­də vaci­b­dir?

 - Hər şey hüqu­qi sta­tus mə­sə­lə­si­nin həl­li­nin vacib­liy­i­nə han­sı tə­rəf­dən ya­naş­dığı­nız­dan ası­lı­dır. Bə­li, neft şir­kət­lə­ri ba­xı­mın­dan bu mə­sə­lə o qə­dər də ak­tu­al dey­il. On­la­rın kon­ven­siy­aya eh­tiy­acla­rı yox­dur və bu şir­kət­lər kon­ven­siya ol­ma­dan da ha­si­lat­la mə­şğ­ul­dur­lar. La­kin ba­lıq­çı­lıq, ba­lıq­çı­lıq sə­nay­e­si struk­tur­la­rı kon­ven­siy­a­nın qə­bu­lu­nu vacib sayır­lar. On­la­rın fi­k­rincə, də­ni­zin bio­re­sur­sla­rı­nın qo­ru­nub sax­la­nıl­ma­sı yal­nız bu hal­da mümkün olacaq. Sər­həd­çi­lər üçün də kon­ven­siya o qə­dər də vacib dey­il. On­lar ən azı han­sı əra­zi­nin ki­min nə­za­rə­tin­də ol­duğu­nu bi­lir­lər.

- Sər­hədya­nı əra­zi­lər­də­ki mü­ba­­hi­sə­li ya­taq­lar­la bağlı prob­le­mi də­ni­zin hüqu­qi sta­tu­su müəyyən­ləş­mə­dən də ara­dan qal­dır­maq olar­mı?

 - Bu da­ha çox iq­ti­sa­di ma­raq­la­ra bağlı mə­sə­lə­dir. Yə­ni neft şir­kət­lə­ri mə­sə­lə­nin hüqu­qi tə­rə­fi­ni nə­zə­rə al­ma­dan bu mə­sə­lə­lə­ri həll edə bi­lər­lər, ya yox? Bu, on­la­rın kom­mer­siya ma­raq­la­rı­na nə də­rəcə­də tə­sir gö­s­tə­rəcək? Am­ma da­ha bir ağrı­lı mə­sə­lə var - Xə­zər­də­ki bo­ru xət­lə­ri. Bu, çox çə­tin mə­sə­lə­dir. Çünki Xə­zər də­ni­zi sey­smik zo­na­dır. Üstə­lik, o, mə­sə­lən, Qa­ra də­niz qə­dər sa­kit də­niz dey­il.

- Xə­zə­rin şərq sa­hi­lin­dən qərb sa­hi­li­nə çə­kil­mə­si nə­zər­də tu­tu­lan Trans-Xə­zər qaz kə­mə­ri lay­i­hə­si­nə necə ya­na­şır­sı­nız?

- Bu lay­i­hə çox­say­lı prob­lem­lər­lə, ma­raq­la­rın müba­ri­zə­si­lə bağlı­dır. Bu­ra­da söh­bət həm Xə­zərya­nı döv­lət­lə­rin iq­ti­sa­di ma­raq­la­rın­dan ge­dir, həm lay­i­hə bo­ru xət­ti­nin də­ni­zin di­bi ilə çə­kil­mə­si­ni nə­zər­də tut­duğun­dan, eko­­lo­ji təhlükə­siz­lik mə­sə­lə­lə­rin­dən, həm də siy­a­si zid­diyyət­lər­dən. Çünki də­niz­də müba­hi­sə­li ya­taq­lar var və kim­sə sözünü qar­şı tə­rə­fə güc yo­lu ilə qə­bul et­dir­mək fi­k­ri­nə düşə bi­lər və sa­ir. Trans-Xə­zər qaz kə­mə­ri lay­i­­hə­si­nin re­al­laş­dı­rıl­ma­sı müəyyən mə­na­da Xə­zə­rin hüqu­qi sta­tu­su ilə əla­qə­li mə­sə­lə­dir.

- Sizcə, Xə­zə­rin hüqu­qi sta­tu­su­na da­ir kon­ven­siya nə za­man im­za­la­na bi­lər?

- Bu, tez­lik­lə baş ver­məy­əcək. Bütün tə­rə­f­lə­rin or­taq mə­x­rəcə gəl­mə­si üçün çox iş­lə­mək la­zım­dır. Ən azı qar­şı­dan gə­lən sam­mit­də kon­ven­siy­a­nın im­za­la­nacağı­nı göz­lə­mək ol­maz.


MƏSLƏHƏT GÖR:

764