4 May 2024

Şənbə, 19:51

İRANIN QƏLƏBƏSİ

"R+"un suallarını Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun eksperti Yelena DUNAYEVA cavablandırır

Müəllif:

21.07.2015

- İran və "al­tı­lıq" öl­kə­lə­ri­nin Teh­ra­nın nüvə pro­qra­mı ilə bağlı ra­zı­lığa gəl­mə­sin­də, İra­na qar­şı tət­biq edil­miş san­k­siy­a­la­rın ara­dan qal­dı­rıl­ma­sı­na qə­rar ve­ril­mə­sin­də han­sı amil­lər həl­le­dici rol oy­na­dı?

- Ümu­mi­lik­də, İran­la da­nı­şıq­lar 10 il idi da­vam edir­di. Tə­rə­f­lər fi­niş xət­ti­nə İran­da Hə­sən Ru­ha­ni­nin ha­ki­miyyə­tə gə­li­şi ilə çat­dı­lar. Onun 2012-ci il­də açıq­la­dığı pre­zi­den­t­lik pro­qra­mı­nın əsas məq­sə­di məhz san­k­siy­a­la­rın ləğvi­nə na­il olun­ma­sı idi. İran hö­ku­mə­ti nüvə pro­qra­mı ilə bağlı ra­zı­lığın əl­də edil­mə­si üçün var gücünü or­taya qoy­muş­du. Bu­nun­la ya­na­şı, İran yal­nız san­k­siy­a­la­rın ləğvi­nə dey­il, həm də onun dincxa­rak­ter­li nüvə pro­qra­mı haq­qı­nın ta­nın­ma­sı­na ça­lı­şır­dı. Be­lə­lik­lə, san­k­siy­a­la­rın ləğvi ilə İran nüvə tex­no­lo­g­iy­a­la­rı in­ki­şaf­da olan öl­kə­lər klubu­nun üzvünə çe­v­ril­di. Bu, mü­əy­yən mə­na­da İra­nın qə­lə­bə­si­dir. "Al­tı­lıq" öl­kə­lə­ri ilə İra­nın ra­zı­lığa gəl­mə­si bir sı­ra amil­lər­lə bağlı­dır. Bu­ra­da Teh­ra­na 2006-cı il­dən siy­a­si, iq­ti­sa­di və ma­liyyə sa­hə­lə­rin­də tət­biq edil­miş san­k­siy­a­la­rın tə­si­ri, xüsu­si­lə onun 2011-ci il­dən eti­ba­rən üzləş­diyi sərt bey­nəl­xalq təcrid du­ru­mu da öz ro­lu­nu oy­nayıb. Bu­nun­la ya­na­şı, re­g­i­on­da li­der­lik ro­lu­na id­di­a­lı olan, vacib ge­o­s­t­ra­te­ji, ge­o­iq­ti­sa­di möv­qeyə ma­lik İran döv­lə­ti bey­nəl­xalq are­na­da ge­niş əmək­daş­lıq qur­ma­dan in­ki­şaf edə bil­məz­di. Ya­xın Şər­q­də qey­ri-sa­bit du­rum, re­g­i­on­da ek­s­t­re­mist is­la­m­çı əh­va­lın güclən­mə­si İra­nı və "al­tı­lıq" üzvlə­ri­ni ra­zı­lığa gəl­mə­yə sövq et­di. "İs­lam döv­lə­ti" (İD) ter­ror təş­ki­la­tı­nın ən fə­al düşmə­ni olan İran həm də hər­bi ba­xım­dan güclü döv­­lət­dir. Am­ma o, çə­tin ki, İD-nin öh­də­sin­dən tək­ba­şı­na gə­lə bil­sin. İran hə­lə­lik öz sər­həd­lə­ri­ni qo­ru­mağa, İD ilə müba­ri­zə apar­mağa na­il olur. Qərb öl­kə­lə­ri üçünsə İra­nın ter­ror­çu­la­ra qar­şı hər­bi ko­a­li­siy­a­da iş­ti­ra­kı vaci­b­dir. Bu­ra­da Yə­mən­də baş ve­rən­lə­rin də ro­lu var. Bun­dan baş­qa, Ba­rak Oba­ma pre­zi­den­t­lik müddə­ti­nin so­nun­da par­tiy­a­sı­nın ak­ti­vi­nə da­ha bir siy­a­si na­iliyyət yaz­dır­mağa ça­lı­şır­dı: son 37 il­də ilk də­fə ola­raq, ABŞ və İra­nın bir­ba­şa iş­ti­ra­kı ilə ra­zı­laş­ma əl­də olu­nub. Da­ha bir amil isə əl­bət­tə ki, Av­ro­pa öl­kə­lə­ri­nin İran iq­ti­sa­diyya­tı­na, onun ener­ji­da­şıyıcı­la­rı­na ma­raq gö­s­tər­mə­si­dir.

- İra­nın Cə­nu­bi Qaf­qaz­da nüfu­zu­nu ar­tı­racağı­nı göz­lə­mək olar­mı?

- İran bütün həm­sər­həd əra­zi­lər­də nüfu­zu­nu ar­tır­maq üçün mak­si­mum güc sərf edir. Onun xa­rici siy­a­sə­ti­nin is­ti­qa­mət­lə­rin­dən bi­ri də Cə­nu­bi Qaf­qaz­dır. Pre­zi­dent Ru­ha­ni­nin ŞƏT, BRHÇC və Av­ra­siya İt­ti­fa­qı­nın sam­mit­lə­rin­də iş­ti­ra­kı bu­nu tə­s­diq­ləy­ir. Be­lə­lik­lə, İran san­k­siy­a­la­rın ləğvin­dən so­nra, qar­şı­lıq­lı müna­si­bət­lə­rin in­ki­şaf et­di­ril­mə­si üçün zə­min ya­ra­dır. Qərb və Ru­siya mət­bu­a­tın­da san­k­siy­a­la­rın ləğvin­dən dər­hal so­nra, Teh­ra­nın Qər­bin qucağı­na atı­lacağı ya­zı­lır. Am­ma bir şeyi an­la­maq la­zım­dır ki, im­za­lan­mış ra­zı­laş­ma iki tə­rə­fin qar­şı­lıq­lı şə­kil­də həy­a­ta ke­çir­mə­li ol­duq­la­rı kom­pleks təd­bir­lər pla­nı­dır. Onun icra­sı­na ra­zı­laş­ma­nın BMT Təhlükə­siz­lik Şu­ra­sın­da tə­s­diq olun­ma­sın­dan so­nra baş­la­nı­lacaq. Bu ha­q­da qə­ra­rı və san­k­siy­a­la­rın ləğvi qə­ra­rı­nı məhz BMT TŞ qə­bul et­mə­li­dir. Bu­nun üçün 90 gün vaxt ay­rı­lıb. Ra­zı­laş­ma ABŞ Kon­qre­sin­də və İran Məcli­sin­də də ra­ti­fi­ka­siya olun­ma­lı­dır.

Mə­lum ol­duğu ki­mi, bu qa­nun­ve­rici or­qan­lar­da ra­zı­laş­ma­nın əleyhdar­la­rı heç də az dey­il. Yə­ni, san­k­siy­a­la­rın tam ləğvi heç də ya­xın gə­ləcəy­in işi dey­il. İra­nın siy­a­si və ya iq­ti­sa­di ba­xım­dan re­g­i­on­da irə­li­lə­mə­si yal­nız 1-2 il­dən so­nra mümkün olacaq. Bu ra­zı­laş­ma­nın həy­a­ta ke­çi­ril­mə­si­ni lə­ng­i­dəcək bir çox me­xa­nizmlər var.

- Av­ro­pa­da san­k­siy­a­la­rın ləğvi­nin iq­ti­sa­di per­spek­tiv­lə­ri haq­qın­da ge­niş müza­ki­rə­lər ge­dir. Bə­zi siy­a­sət­çi­lər he­sab edir­lər ki, İra­nın nə­hə­ng ba­za­rı­nın dünyaya açıl­ma­sı re­g­i­on­da "pul yağı­şı­na" yol açacaq. İran iq­ti­sa­diyya­tı­nın ka­pi­tal­laş­dı­rıl­ma­sı­na 70-100 milyard dol­lar­lıq in­ve­s­ti­siy­a­nın tə­ləb olun­duğu dey­i­lir...

- İran üçün ge­niş im­kan­la­rın açıl­ma­sın­dan yal­nız tə­rə­f­lə­rin ra­zı­laş­ma­nın şər­t­lə­ri­nə tam əməl edəcək­lə­ri şə­ra­it­də da­nış­maq mümkün olacaq. La­kin nə­zə­rə al­maq la­zım­dır ki, bi­rinci­si, bu, bir an­lıq pro­ses dey­il, ikinci­si, 35 il­lik qa­pa­lı­lı­q­dan so­nra İran­da xa­rici ka­pi­ta­lın qo­run­ma­sı­na və ge­ri qay­ta­rıl­ma­sı­na zə­ma­nət ve­rən qa­nun­ve­rici­lik yox­dur. Ora­da bi­rgə şir­kət­lə­rin fə­a­liyyə­ti ilə bağlı da qa­nun­ve­rici­liyə rast gə­lin­mir. Yə­ni, İran xa­rici şir­kət­lə­rin fə­a­liyyə­ti üçün qa­nun­ve­rici ba­za­nın ya­ra­dıl­ma­sı is­ti­qa­mə­tin­də çox əziyyət çək­mə­li­dir. İran­da xa­rici şir­kət­lər iş­ləy­ib, la­kin bu, iki­tə­rə­f­li ra­zı­laş­ma­lar­la tən­zim­lə­nib. Ora­da xa­rici şir­kə­tin İran­dan bir­ba­şa mən­fə­ət da­şı­ma­sı hal­la­rı ol­mayıb. Bu va­cib mə­sə­lə­ni həll et­mək la­zım­dır. Ha­tə­mi­nin pre­zi­den­t­liyi dövründə qa­nun­ve­rici­lik­lə bağlı müəyyən iş­lər görülüb. Ha­zır­da isə İran­da sərt da­xi­li siy­a­si müba­ri­zə ge­dir. Ora­da Qər­blə, xüsu­si­lə ABŞ-la müna­si­bət­lə­rin bər­pa­sı­na qar­şı olan cid­di qüvvə­lər var. Odur ki, İra­nın qa­pı­la­rı­nı xa­rici ka­pi­ta­lın üzünə ge­niş açacağı, "pul yağı­şı"nın ya­­şa­nacağı inan­dı­rıcı görünmür. Doğru­dur, ar­tıq in­di­dən san­k­siy­a­la­rın ləğvi ilə əla­qə­dar İra­na müəyyən ka­pi­tal axı­nı baş­lay­acaq. La­kin bu, İran qa­nun­ve­rici­liy­i­nin im­kan­la­rı ba­xı­mın­dan məh­dud olacaq.

- Ra­zı­laş­ma­nın əl­də edil­diyi açıq­la­nar-açıq­lan­maz min­lər­lə iran­lı bu ha­di­sə­ni bay­ram et­mək üçün İran şə­hər­lə­ri­nin küçə­lə­ri­nə axı­şıb. Əha­li san­k­siy­a­la­rın ləğvi ilə gündə­lik həy­at­la­rın­da müsbət dəy­i­şik­lik­lə­rin baş ve­rəcəy­i­ni göz­ləy­ir. San­k­siy­a­la­rın ara­dan qal­dı­rıl­ma­sı İran­da siy­a­si is­la­hat­la­ra, siy­a­si si­s­te­min li­be­ral­laş­dı­rıl­ma­sı­na yol aça bi­lər­mi?

- Hə­qi­qə­tən də iran­lı­lar ra­zı­laş­ma­nın əl­də olun­ma­sı haq­qın­da xə­bə­ri se­vinclə qar­şı­layıb­lar. La­kin bu­nun İran şə­hər­lə­ri­nin küçə­lə­rin­də bay­ram edil­mə­si əha­li­nin mütləq ək­sə­riyyə­ti­nin Qər­bi öl­kə­lə­rin­də gör­məyə ha­zır ol­duğu an­la­mı­na gəl­mir. Bu, qə­tiyyən be­lə dey­il. Pro­qres­siv əh­val­lı əha­li­nin bir his­sə­si, or­ta si­nif, ziy­a­lı­lar, biz­nes eli­ta­sı, tə­lə­bə gənclər qlo­bal İn­ter­net dünya­sın­da, so­si­al şə­bə­kə­lər­də ya­şayır, dünya­da ya­şa­nan pro­ses­lər­lə ma­raq­la­nır və sa­ir. On­lar an­layır­lar ki, Qər­blə əla­qə­lə­rin ge­niş­lən­di­ril­mə­si öl­kə, cə­miyyət, iq­ti­sa­diyyat üçün böyük im­kan­lar açacaq. La­kin on­la­rın sayı ümu­mi əha­li­nin mak­si­mum 30%-ni təş­kil edir. İran­lı­la­rın, əsa­sən, kənd yer­lə­rin­də, ki­çik şə­hər­lər­də ya­şay­an ək­sə­riyyə­ti ənə­nə­vi, di­ni dəy­ər­lə­rə sa­di­q­dir. On­lar is­lam in­qi­la­bı ru­hun­da tər­biyə alıb­lar və Qərb dünya­sı ilə is­tə­ni­lən əla­qəyə böyük eh­tiy­at­la, şübhə ilə ya­na­şır­lar. Öl­kə­nin rəh­bə­ri olan ay­ə­tul­la Xam­nei da­im Qər­bi şər, de­s­pot ad­lan­dı­rır və onun­la müba­ri­zə­nin vacib­liy­i­ni bil­di­rir. Müha­fi­zə­kar iran­lı­lar üçün san­k­siy­a­la­rın ləğvi iş yer­lə­ri­nin açıl­ma­sı, in­flya­siy­a­nın azal­ma­sı, iq­ti­sa­di du­ru­mun yax­şı­laş­ma­sı, da­xi­li ba­za­rın in­ki­şa­fı an­la­mı ve­rir. On­lar bu­nu qə­tiyyən İran ba­zar­la­rı­na Qərb şir­kət­lə­ri­nin gə­li­şi ki­mi qə­bul et­mir­lər. Ya­xın gə­ləcək­də İran re­ji­mi­nin məğzi­nin dəy­i­şəcəyi haq­qın­da da­nış­mağa dəy­məz. Ola bil­sin, Ru­ha­ni hö­ku­mə­ti­nin möh­kəm­lən­mə­si, Qər­blə əmək­daş­lıq siy­a­sə­ti­nin da­vam et­di­ril­mə­si, öl­kə­də ümu­mi iq­ti­sa­di və­ziyyə­tin yax­şı­laş­ma­sı cə­miyyət­lə li­be­raldüşün­cə­li in­san­la­rın ar­t­ma­sı­na yol aç­sın. Bu, ha­zır­da hö­ku­mə­tə baş­çı­lıq edən mö­tə­dil is­la­hat­çı­la­rın də­s­təy­i­nin ar­t­ma­sı­na sə­bəb ola bi­lər. Or­ta per­spek­tiv­də İra­nın da­xi­li siy­a­si həy­a­tın­da de­mo­kra­tik prin­sip­lə­rin ge­niş­lən­mə­si haq­qın­da da da­nış­maq mümkün olacaq. Gə­lən ilin fe­v­ra­lın­da di­ni li­de­rin Qa­zi­lər Şu­ra­sı­na (Ek­s­per­t­lər Şu­ra­sı) seç­ki ke­çi­ri­ləcək. Ha­zır­kı li­de­rin ki­fay­ət qə­dər yaş­lı ol­duğu­nu nə­zə­rə al­saq, Qa­zi­lər Şu­ra­sı­nın onun va­ri­si mə­sə­lə­si­ni gündə­mə gə­ti­rəcəyi is­tis­na dey­il. Ar­tıq di­ni li­de­rin sə­la­hiyyət­lə­ri­nin azal­dıl­ma­sı, onun si­y­a­­si sa­hə­də nüfu­zu­nun azal­dıl­ma­sı haq­qın­da fi­kir­lər səs­lən­di­ril­mək­də­dir. Be­lə fi­kir­də olan­lar di­ni li­de­rin yal­nız din, so­si­al, mə­də­ni və s. sa­hə­lər­də sə­la­hiyyət sa­hi­bi ol­ma­sı­nı la­zım bi­lir. Hər hal­da, İra­nın siy­a­si si­s­te­min­də dəy­i­şik­lik­lər per­spek­ti­vi haq­qın­da, ən azı, 1 il so­nra da­nış­maq müm­kün ola­caq. Prin­sipcə, İra­nın döv­lət si­s­­te­min­də de­mo­kra­tik dəy­ər­lə­rin güc­lən­­mə­si ten­den­siy­a­sı müşa­hi­də olun­ma­q­da­dır. La­kin bütün bun­lar çox zə­if, lə­ng ad­dım­lar­la ge­dir.

- Bəs san­k­siy­a­la­rın ləğvi nef­tin qiy­mə­ti ki­mi vacib mə­sə­ləyə han­sı tə­si­ri gö­s­tə­rəcək? Hər hal­da, nə­hə­ng neft eh­tiy­at­la­rı­na ma­lik İran dünya­nın neft ba­za­rı­na qə­dəm qoy­acaq...

- Bu mə­sə­lə çox­la­rı­nı ma­raq­lan­dı­rır. Fi­kir ve­rin, 2011-ci ilə­dək İran fə­al şə­kil­də neft sa­tıb. Nef­tin qiy­mə­ti­ni yüksək həd­də sax­lay­an isə heç də İran ami­li ol­mayıb. İra­na san­k­siy­a­la­rın tət­biq edil­diyi və Teh­ra­nın neft sa­tı­şı­nın 2 də­fə azal­dığı vaxtda, "qa­ra qı­zıl"ın qiy­mə­ti ucuz­laş­mış­dı. Yə­ni, dünya­da nef­tin qiy­mə­ti­nin for­ma­laş­ma­sın­da di­g­ər amil­lər rol oy­nayır. OPEK öl­kə­lə­ri neft ha­si­la­tı­nın azal­dıl­ma­sı haq­qın­da qə­rar qə­bul et­məz­lər­sə, İran nef­ti­nin dünya ba­zar­la­rı­na çıx­ma­sı qiy­mə­tə azal­ma is­ti­qa­mə­tin­də yal­nız cüzi tə­sir gö­s­tə­rə bi­lər. Onu da qeyd et­mək la­zım­dır ki, İra­nın neft sa­hə­sin­də­ki im­kan­la­rı çox köh­nə­lib. Bu sa­hə tex­ni­ki ba­xım­dan ye­­ni­lən­mə­dikcə, İran ba­za­ra böyük həcmdə ener­ji­da­şıyıcı­la­rı tək­lif edə bil­məy­əcək. Bu sa­hə­nin müa­sir­ləş­di­ril­mə­si isə ye­nə də xa­rici in­ve­s­ti­siy­a­lar he­­sa­bı­na mümkündür. Yal­nız bu hal­da İran­da neft ha­si­la­tı­nın həcmi­nin cid­di şə­kil­də ar­t­ma­sın­dan da­nış­maq mümkün olacaq. Bu­na da vaxt lazımdır.


MƏSLƏHƏT GÖR:

685