27 Aprel 2024

Şənbə, 17:43

VAXT İTİRMƏK OLMAZ

"R+"-un suallarını Türkiyədəki Strategic Outlook Beynəlxalq Tədqiqat mərkəzinin rəhbəri Yusif Çinar cavablandırır.

Müəllif:

28.07.2015

-Tə­əssüf ki, biz söh­bə­ti­mi­zə kə­dər­li və faci­ə­li bir ha­di­sə ilə baş­­la­maq məcbu­riyyə­tin­dəy­ik. "İs­lam Döv­lə­ti" İD ya­raq­lı­la­rı­nın Şan­lı­ur­fa vi­lay­ə­ti­nin Su­ruc qə­sə­bə­sin­də tö­rət­dik­lə­ri ter­ror ak­tı nə­ticə­sin­də, Su­riy­a­nın İD ilə PYD kürd təş­ki­la­tı­nın üzvlə­ri ara­­sın­da də­fə­lər­lə əl­dən-ələ ke­ç­miş Ko­­ba­ni şə­hə­ri­nə hu­ma­ni­tar mis­siya ilə yol­la­nan on­larca in­san hə­lak ol­du. Mə­lum ol­duğu ki­mi, ter­ror ak­tın­dan so­nra İs­tan­bul­da və di­g­ər şə­hər­lər­də hö­ku­mət əley­hi­nə eti­raz ak­siy­a­la­rı baş­lan­dı. Bu ha­di­sə­dən so­nra kürd si­lah­lı bir­ləş­mə­lə­ri ilə İD ara­sın­da­kı müba­ri­zə­nin, Ya­xın Şər­q­də ya­şa­nan xa­os və hərc-mərc­liy­in Türkiy­əyə sı­ç­ray­acağı­nı de­mək olar­mı?

- İD şəx­si hey­ə­ti­nin böyük his­sə­si­ni iraq­lı sünni­lər və ABŞ, Av­ro­pa, Şi­ma­lı Qaf­qaz və Or­ta Asiy­a­dan on­la­ra qo­şul­muş şəx­slər təş­kil edir. Ter­ror­çu­la­rın sayın­da­kı ar­tım əsa­sən Adıy­a­man, Bi­ng­öl, Mar­din, Diy­ar­bə­kir, Kır­şə­hir, Konya, An­ka­ra və İs­tan­bul şə­hər­lə­rin­dən gə­lən Türkiyə və­tən­daş­la­rı he­sa­bı­na­dır. Ye­ni qo­şu­lan­la­rın böyük bir his­sə­si­nin kürd əsil­li ra­di­kal is­la­m­çı­lar­dan iba­rət ol­ma­sı, bi­zə gə­ləcək müna­qi­şə­lə­rin xa­rak­te­ri haq­qın­da müha­ki­mə yürütməyə im­kan ve­rir. Kürd­lər öz ara­la­rın­da, müstə­qil kürd is­lam döv­lə­ti­nin ya­ra­dıl­ma­sı uğrun­da çı­xış edən ra­di­kal is­la­m­çı­la­ra və 80-ci il­lər­də müstə­qil kürd döv­lə­ti­nin qu­rul­ma­sı­nı is­tə­mə­lə­ri­nə bax­may­a­raq, bu gün da­ha çox mux­ta­riyyət is­təy­i­ni di­lə gə­ti­rən se­kulyar kürdlər ola­raq iki ye­rə bölünüblər. Hal-ha­zır­da İD sı­ra­la­rın­da Mər­kə­zi Ana­do­lu və Konya­dan üç min­dən çox ter­ror­çu var və bu ra­di­kal kürdlər-is­la­m­çı­lar ilə se­kulya­rist kürdlər ara­sın­da­kı müna­qi­şə­nin həm də Türkiy­ə­nin bütün əra­zi­si­nə yayıl­ma­sı təhlükə­si­ni da­ha da güc­lən­di­rir. Ona gö­rə də İD-ə qar­şı ye­ni və tə­sir­li stra­te­g­iy­a­nın ha­zır­lan­ma­sı­na eh­tiy­ac ya­ra­nıb. 

Ya­xın Şər­q­də mö­vcud böh­ra­nın fo­nun­da, Türkiy­ə­nin in­di­ki sərt xa­rici siy­a­sət vek­to­ru da­ha çe­vik, praq­ma­tik xa­rici siy­a­sət kur­su ilə əvəz olun­ma­lı­dır. İD təhlü­kə­si ilə müba­ri­zə­də ko­a­li­siya üzrə tə­rəf­daş­la­rın səy­lə­ri­ni bir­ləş­dir­mək üçün Türkiyə da­ha əzmkar möv­qe tut­ma­lı­dır. Baş­qa söz­lə, An­ka­ra İD ilə müba­ri­zə­də ko­a­li­siya qüvvə­lə­ri üçün "yol xə­ri­tə­si" olacaq ta­ma­mi­lə ye­ni müba­ri­zə stra­te­g­iy­a­sı­nı ha­zır­la­ma­lı­dır.

Di­g­ər bir təhlükə isə, Türkiy­ə­­də­ki da­xi­li qüvvə­lə­rin ba­lan­sı­na tə­sir edə bi­ləcək "kürd mə­sə­lə­sin­dən" or­taya çı­xır. Da­nı­şıq­lar pro­se­sin­də ya­ran­mış fa­si­lə və İD-nin PYD-yə qar­şı təzyi­qi­nin ar­t­ma­sı, PKK-dan Türkiy­əyə qar­şı olan təhlükə­ni güclən­di­rə bi­lər.

- Su­rucda ter­ror ak­tı, iy­u­nun 7-də ke­çi­ri­lən par­la­ment seç­ki­lə­rin­dən so­nra ko­a­li­siya da­nı­şıq­la­rı­nın get­diyi qey­ri-müəyyən­lik fo­nun­da baş ve­rib. Siz, ümu­mi­lik­də, bu mə­sə­ləyə necə ya­na­şır­sı­nız? Gə­rg­in­liy­in ar­t­ma­sı və hücum­la­rın da­vam et­mə­si eh­ti­ma­lı, ya­ran­mış və­ziyyət­də növ­bə­dən­kə­nar seç­ki­lə­rin ke­çi­ril­mə­si­nin məq­sə­də­uyğun­luğu haq­qın­da nə düşünürsüz?

- Seç­ki­lər dövründə MHP (Mil­liyyət­çi Hə­rə­kat Par­tiy­a­sı) və XDP (Xal­qla­rın De­mo­kra­tik Par­tiy­a­sı) ha­kim AKP ilə bir yer­də hö­ku­mət for­ma­laş­dır­ma­q­dan im­ti­na edəcək­lə­ri­ni bil­dir­di­lər. Am­ma ye­nə də AKP da­xi­lin­də MHP ilə ko­a­li­siya hö­ku­mə­ti­nin ya­ra­dıl­ma­sı üzrə ümid­­lər var. 

AKP və MHP öz ara­la­rın­da ra­zı­la­şacaq­la­rı hal­da, bu da­ha çox "seç­ki­qa­bağı hö­ku­mət" olacaq. 

AKP və CHP (Cümhu­riyyət Xalq Par­tiy­a­sı) ara­sın­da ko­a­li­siy­a­nın ya­ra­dıl­ma­sı da­ha inan­dı­rıcı görünür. Seç­ki­lər­dən əv­vəl müha­fi­zə­kar ka­ma­list­lə­rin CHP-dən ay­rıl­ma­sı par­tiy­a­nın so­si­al-de­mok­tat tə­mayülünün qo­ru­nub sax­lan­ma­sı­nı tə­min et­miş­di. So­si­al-de­mo­krat CHP, hö­ku­mə­tin da­ha əla­qə­lən­di­ril­miş subyek­ti ola bi­lər, ən azı, öz siy­a­sə­ti­ni AKP-nin siy­a­sə­ti­nə düşmən­çi­lik möv­qey­in­də qur­maz. Hər hal­da, Su­rucda­kı par­t­layış Tür­kiy­ə­də hö­ku­mə­tin ya­ra­dıl­ma­sı­nın zə­ru­ri­liy­i­ni bir da­ha tə­s­diq­ləy­ir. Siy­a­si par­tiy­a­la­ra ko­a­li­siya hö­ku­mə­ti­nin ya­ra­dıl­ma­sı­na da­ir da­nı­şıq­lar pro­se­si­ni sürət­lən­dir­mək la­zım­dır. Ey­ni za­man­da bu par­t­layış, növ­bə­dən­kə­nar seç­ki­lə­rin ke­çi­ril­mə­si eh­ti­ma­lı­nı zə­i­f­lə­də bi­lər, çünki ha­zır­da Türkiy­ə­ni, müvəq­qə­ti hö­ku­mət ida­rə edir. Ak­tu­al prob­lem­lə­rin çox­luğu nə­zə­rə alın­dı­q­da, tə­k­rar seç­ki­lə­rin ke­çi­ril­mə­si, öl­kə­də və­ziyyə­tə mən­fi tə­sir gö­s­tə­rə bi­lər. Bun­dan baş­qa, Türkiy­ə­nin qon­şu­la­rı da, və­tən­daş müha­ri­bə­lə­rin­dən çə­tin­lik­lər çə­kə­rək ağır dövrlər ya­şayır, İD, PYD və PKK qüvvə­lə­ri isə bö­lg­ə­də əzə­lə­lə­ri­ni nümay­iş et­di­rir­lər. Ye­ni hö­ku­mət, ilk növ­bə­də, qon­şu döv­lət­lər­lə prob­lem­lə­rin həl­li ilə mə­şğ­ul olacaq. Bu re­a­bi­li­ta­siya pro­se­si da­ha iki il çə­kə bi­lər. 

Yox əg­ər ko­a­li­siya ya­ran­ma­sa, Türkiyə növ­bə­dən­kə­nar seç­ki­lə­rin ke­çi­ril­mə­si üçün qiy­mət­li za­ma­nı iti­rə bi­lər, bu da ki nə­ticə­də, Türkiy­ə­də icti­mai təhlükə­siz­lik ilə bağlı prob­lem­lə­rə sə­bəb ola bi­lər.

- Əg­ər ko­a­li­siya hö­ku­mə­ti qu­rul­sa, bu Türkiy­ə­nin xa­rici siy­a­sə­ti­nə necə tə­sir edəcək?

- Tə­əssüf ki, in­di Türkiyə xa­rici siy­a­sə­ti­nin uğur­lu ol­duğu­nu deyə bil­mə­rik. Əg­ər ko­a­li­siya ya­ra­dıl­sa, öl­kə­nin xa­rici siy­a­sət kur­su bir­mə­na­lı şə­kil­də AKP-nin nə­za­rə­tin­də ol­may­acaq. Bu, o mə­naya gə­lir ki, XİN baş­çı­sı dip­lo­ma­tik iş təcrübə­si olan AKP üzvü ol­may­an de­pu­tat təy­in edi­ləcək. Baş­qa söz­lə, bu, Türkiy­ə­nin Ya­xın Şərq siy­a­sə­tin­də­ki ro­man­tik au­ra­nı ləğv edə­rək, Türkiy­ə­ni meh­ri­ban qon­şu­luq siy­a­sə­ti­nə apa­racaq dip­lo­mat olacaq.

- Son par­la­ment seç­ki­lə­rin­dən so­nra MHP is­tis­na ol­maq­la, hər bir par­tiy­a­nın Məcli­s­də­ki mil­lət və­kil­lə­ri için­də Türkiy­ə­nin er­mə­ni mən­şə­li və­tən­daş­la­rı da mö­v­cud­dur. Üstə­lik, AKP ilə ko­a­li­siya ya­rat­ma­q­da ən şan­s­lı par­tiya ola­rak görülən CHP da­xi­lin­də Er­mə­ni­s­tan­la müna­si­bət­lə­rin ni­zam­lan­ma­sı pro­se­si­ni də­s­tək­ləy­ən de­pu­tat­lar fə­a­liyyət gö­s­tə­rir. Bü­tün bun­lar, əg­ər ko­a­li­siya ya­ra­dı­lar­sa, Türkiy­ə­nin "er­mə­ni mə­sə­lə­sin­də­ki" möv­qey­in­də də öz ək­si­­ni ta­pacaq­mı?

- Er­mə­ni əsil­li Türkiyə və­tən­daş­la­rı­nın Mil­li Məcli­s­də ol­ma­sı öl­kə­nin nümay­ən­də­lik im­kan­la­rı­nın sə­viyyə­si­nin ar­t­ma­sı və de­mo­k­ra­tiy­a­nın in­ki­şa­fı ba­xı­mın­dan se­vin­dir­məyə bil­məz. Əks hal­da, er­mə­ni əsil­li və­tən­daş­la­rın xa­ricdə­ki er­mə­ni di­a­s­po­ru­nun nə­za­rə­ti al­tı­na düşə bi­ləcəy­i­ni eh­ti­mal et­mək olar­dı. Gü­man edi­rəm ki, gə­ləcək is­tə­ni­lən hö­ku­mət, Er­mə­ni­s­tan­la bağlı mə­sə­lə­də Azər­bayca­nın ma­raq­la­rı­nı nə­zə­rə ala­raq fə­a­liyyət gö­s­tə­rəcək.

- İran və ABŞ ta­ri­xi sa­ziş im­­za­la­dı­lar. Bu, bütövlükdə re­g­i­o­na və Türkiyə ilə müna­si­bət­lə­rə ne­cə tə­sir edəcək?

- İran və ABŞ ara­sın­da mü­na­­si­­bət­lə­rin yum­şal­ma­sı­nın əsas sə­bə­bi - "İs­lam Döv­lə­ti"­dir. Ya­xın Şərq qan gölünə dö­nər­kən, son dövrlər­də re­g­i­on­da iki öl­kə­nin pro­ses­lə­rə tə­sir et­mək və on­la­rı dəy­iş­dir­mək gücünün əv­vəl­ki dövrlə­rə gö­rə nis­bə­tən zə­i­f­lə­diyi dey­i­lə bi­lər. Bun­lar - Türkiyə və İs­ra­il­dir. 

İs­ra­il, əv­vəl­dən ABŞ və İran ara­sın­da müna­si­bət­lə­rin hər han­sı bir va­ri­an­t­la ni­zam­lan­ma­sı və da­nı­şıq­la­ra qar­şı ne­qa­tiv möv­qe tut­du. Və ABŞ-da özünün güclü lob­bi­si ol­ma­sı­na bax­may­a­raq, o pre­zi­dent Oba­ma­nı, "İran mə­sə­lə­sin­də" fi­k­rin­dən da­şın­dı­ra bil­mə­di. Türkiyə isə, vax­ti­lə Qər­blə İran ara­sın­da va­si­tə­çi ro­lu­nu oy­na­sa da, so­nra­kı mər­hə­lə­də nüvə ni­zam­lan­ma­sı pro­se­sin­dən sı­xış­dı­rı­lıb çı­xar­dıl­mış­dı. 

Düşünürəm ki, İra­nın re­g­i­on­da ro­lu­nun güclən­di­ril­mə­sin­də ən baş­lıca amil İD-nin qar­şı­sı alın­ma­sı mümkün ol­may­an fə­a­liyyə­ti­dir. İran, xüsu­si­lə də "Ti­k­rit" əmə­liyya­tın­dan so­nra İD-ə qar­şı fə­al müqa­vi­mət gö­s­tə­rir və bu mə­sə­lə­də ABŞ ilə ey­ni möv­qe­dən çı­xış edir. İs­ra­il isə, Su­riya və İra­q­da qey­ri-sa­bit­liy­in öz mil­li təhlükə­siz­liy­i­nə təhlükə tö­rət­mə­diy­in­dən əmin­dir və İD mə­sə­lə­sin­də su­s­ma­q­da da­vam edir. Türkiyə öz növ­bə­sin­də he­sab edir ki, İD və PYD ara­sın­da qar­şı­dur­ma və bu­nun nə­ticə­sin­də PKK ya­raq­lı­la­rı­nın Türkiyə əra­zi­sin­dən ke­çə­rək Su­ri­y­a­ya get­mə­si öl­kə­nin mil­li təh­lükə­siz­liy­i­nə bir­ba­şa təhlükə da­şı­mır. Be­lə möv­qe İD-nə qar­şı tə­sir­li təd­bir­lə­rin ha­zır­lan­ma­sı­na ma­ne olur. ABŞ İran­la ya­xın­laş­ma­sı­nın bu öl­kə üzə­rin­də nə­za­rə­ti asan­laş­dı­racağın­dan əmin­dir. İran isə İD fə­a­liyyə­ti­nə qar­şı tək­ba­şı­na müba­ri­zə apar­maq iq­ti­ra­dın­da dey­il. Bu­nun­la əla­qə­dar, pre­zi­dent Bu­şun ha­ki­miyyə­ti dövründə re­g­i­o­na ye­ri­dil­miş Ame­ri­ka or­du­su­nun tə­lə­sik şə­kil­də or­dan çı­xa­rıl­ma­sın­dan so­n­ra əmə­lə gə­lən va­ku­u­mu da unut­maq ol­maz. Bu boş­luq İD-nin güclən­mə­si­nə gə­ti­rib çı­xa­ran amil­lər­dən bi­ri­dir. Türkiyə, ABŞ və İran ara­sın­da müna­si­bət­lə­rin ni­zam­lan­ma­sı pro­se­si­ni də­s­tək­ləy­ər­kən, İD-yə qar­şı ya­ran­mış ko­a­li­siya da kö­mək et­mə­li­dir ki, İran, Ya­xın Şər­q­də ya­ran­mış boş­luğun öz xey­ri­nə is­ti­fa­də edə bil­mə­sin. 

- Və son­da, Türkiy­ə­də Çi­nə qar­şı hər il Ra­ma­zan ayı za­ma­nın­da qey­də alı­nan mən­fi əh­va­li-ru­hiyyə ilə bağlı fi­kir­lə­ri­ni­zi bil­mək is­tər­dik. Çin­də uyğur əsil­li mə­mur­la­ra oruc tut­maq qa­dağan olun­sa da, di­g­ər müsəl­man­lar üçün di­ni ənə­nə­lə­rin göz­lə­nil­mə­si və din azad­lığı məh­dud dey­il. Türkiyə me­dia­sı­nın yay­dığı və guya çin­li­lə­rin öz uyğur həm­və­tən­lə­ri­nə qar­şı vəh­şi­lik­lə­ri əks et­di­rən, fo­to və vi­deo­ma­te­ri­al­la­rın isə sax­ta ol­duğu üzə çı­xıb. Si­zin fi­k­ri­nizcə, pre­zi­dent Ər­doğa­nın Çi­nə sə­fə­ri ərə­fə­sin­də bu prob­lem ət­ra­fın­da eh­ti­ras­la­rın gə­rg­in­ləş­mə­si ki­mə sər­fə­li­dir?

- Bi­rinci­si Türkiy­ə­nin şə­hər­lə­rin­də ko­rey­a­lı­la­rı çin­li he­sab edə­rək on­la­ra hücum et­mək­lə "uy­g­ur mə­sə­lə­si­nin" həll edil­məy­əcəy­i­ni ba­şa düşmək la­zım­dır. Şər­qi Tür­küstan - Çi­nin da­xi­lin­də mux­tar vi­lay­ət­dir. Bu əra­zi­də ya­şay­an türk-müsəl­man­la­rın həy­at sə­viyyə­si­nin əl­ve­riş­li şə­ra­i­ti­nin tə­min olun­ma­sı üçün Türkiyə, on­lar­la key­fiyyət­li iq­ti­sa­di və so­si­al müna­si­bət­lə­ri in­ki­şaf et­dir­mə­li­dir. Əks tə­q­dir­də, Türkiy­ə­də­ki küçə nümay­iş­lə­ri, "Əl-Qa­i­də" İD və bun­la­ra bən­zər təş­ki­lat­la­rın türk uyğur­la­rına olan tə­si­rini güclə­ndirə bi­lər. Bu cür tə­x­ri­bat xa­rak­ter­li fə­a­liyyət­lər Tür­kiyə ilə Çin ara­sın­da­kı müna­si­bət­lə­ri zə­i­f­lə­də bi­lər.



MƏSLƏHƏT GÖR:

668