7 May 2024

Çərşənbə axşamı, 22:03

ŞİMALDAN TƏŞƏBBÜS

Sankt-Peterburq Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin dosenti, politoloq Aleksandr SotniÇenkonun "R+" jurnalına müsahibəsi

Müəllif:

01.09.2015

Yay mövsümü Er­mə­ni­s­­tan və Azər­baycan si­lah­lı qüvvə­lə­ri­nin tə­mas xət­tin­də gə­rg­in­lik­lə yad­da qal­dı. Er­mə­ni tə­rə­fi­nin ay­rı-ay­rı di­ver­siya əməl­lə­ri, Azər­baycan Or­du­su­nun möv­qe­lə­ri­nin iri­çap­lı si­lah­lar­dan, qum­ba­ra­a­tan­lar­dan atə­şə tu­tul­ma­sı müxtə­lif lo­kal toq­quş­ma­la­ra, in­san tə­lə­fat­la­rı­na sə­bəb ol­du. Bu­nun­la ya­na­şı, Dağlıq Qa­ra­bağ müna­qi­şə­si­nin həl­li­nə da­ir da­nı­şıq­lar pro­se­si də əv­vəl­ki­tək "da­la­na di­rən­miş" və­ziy­yət­də­dir. Mü­na­qi­şə­nin həl­li ilə mə­şğ­ul olan ATƏT-in Minsk Qru­pu həm­sədrlə­ri­nin re­g­i­o­na son sə­fə­ri isə Azər­baycan və Er­mə­ni­s­tan rəh­bər­lə­ri­nin görüşünün təş­­ki­li­nə yö­nəl­miş­di.

Sankt-Pe­ter­burq Döv­lət Uni­ver­si­te­ti­nin Bey­nəl­xalq müna­si­bət­lər fakültə­si­nin do­sen­ti, po­li­to­loq Alek­sandr  SOT­Nİ­ÇEN­KO "R+"a mü­sa­­hi­bə­sin­də Dağlıq Qa­ra­bağ müna­qi­şə­si­nin həl­li per­spek­tiv­lə­ri­lə bağlı fi­kir­lə­ri­ni  bölüşüb.

- BMT Baş As­sam­bley­a­sı­nın sentyab­r­da Nyu-York­da ke­çi­ri­ləcək ses­siy­a­sın­da uzun fa­si­lə­dən so­nra, Azər­baycan və Er­mə­ni­s­tan pre­zi­den­t­lə­ri­nin növ­bə­ti gö­rüşünün baş tu­tacağı göz­lə­ni­lir. Görüşdən Qa­ra­bağ müna­qi­şə­si­nin ni­zam­lan­ma­sı is­ti­qa­mə­tin­də irə­li­ləy­iş göz­lə­mək  olar­mı?

- Tə­əssüf ki, görüşdə hər han­sı cid­di irə­li­ləy­i­şin əl­də olu­nacağı­nı düşünmürəm. Və­ziyyət fak­ti­ki ola­raq 20 il əv­vəl ol­duğu ki­mi­dir. Fi­k­­rimcə, tə­rə­f­lə­rin ra­zı­lığa gə­lə bi­ləcək­lə­ri ye­g­a­nə mə­qam hər han­sı­sa hu­ma­ni­tar ak­siya, atəş­kə­sə əməl olun­ma­sı ilə bağlı ola bi­lər. Re­al irə­li­ləy­iş üçün isə hə­lə­lə­ik im­kan­lar görmürəm.

- Ru­siya va­si­tə­çi­lər ara­sın­da hər za­man fə­al­lığı ilə se­çi­lib. Son za­man­lar isə is­tər Ba­kı, is­tər­sə də İrə­van Ru­siy­a­nın müna­qi­şə tə­rə­f­lə­ri­nin si­lah­lan­dır­ma­sı siy­a­sə­tin­dən  na­ra­zı­dır. Müna­qi­şə­nin həl­lin­də va­si­tə­çi olan Ru­siya tə­rə­f­lə­rə si­lah, o cümlə­dən hücum si­lah­la­rı sat­maq­la han­sı məq­səd­lə­ri güdür? Bu mər­hə­lə­də Ru­siy­a­­dan müna­qi­şə­nin həl­li­nə yö­nəl­miş cid­di ad­dım­lar göz­lə­mək  olar­mı?

- Tə­rə­f­lə­rin si­lah­lan­dı­rıl­ma­sı ilə bağlı mə­sə­lə bə­sit­dir. Ru­siya də­fə­lər­lə bəy­an edib ki, KTMT və Av­ra­siya İt­ti­fa­qı­nın üzvü olan Er­mə­ni­s­tan onun hər­bi-siy­a­si müttə­fi­qi­dir. Odur ki, Ru­siya Er­mə­ni­s­ta­nı is­tə­ni­lən hal­da si­lah­lan­dı­racaq.

Di­g­ər tə­rəf­dən Mos­k­va re­g­i­on­da gə­rg­in­liy­in ar­t­ma­sı­na im­kan ver­mə­mək üçün Azər­bayca­na da ey­ni həcmdə si­lah-sur­sat sat­mağa ça­lı­şır. Yə­ni vəzyyət ABŞ-ın İs­ra­il və ərəb öl­kə­lə­ri­lə müna­si­bə­tin­də ol­duğu ki­mi­dir: Va­şinq­ton İs­ra­i­lə ərəb öl­kə­lə­ri­nə ümu­mi­lik­də ver­diyi si­lah qə­dər si­lah sat­mağı vəd edir. Be­lə­lik­lə, müəyyən pa­ri­tet qo­ru­nub sax­la­nı­lır.

Ru­siy­a­nın nə edə bi­ləcəyi ha­q­da su­al isə, da­ha mürək­kə­b­dir.  Dağlıq Qa­ra­bağ müna­qi­şə­si hə­qi­qə­tən çə­tin prob­lem­dir. Am­ma, o, re­g­i­o­nal in­te­q­ra­siya çər­çi­və­sin­də həl­li mümkün müna­qi­şə­dir.

- Ru­siya ek­s­per­t­lə­ri ara­sın­da Qa­ra­bağ prob­le­mi­nin va­hid in­te­q­­ra­siya bir­liyi çər­çi­və­sin­də həl­li idey­a­sı da­ha po­pulyar­dır.

- Düşünürəm ki, müna­qi­şə bu və ya di­g­ər for­ma­da, mə­sə­lən, Er­mə­ni­s­tan və Azər­bayca­nın Av­ra­siya İt­ti­fa­qı­na in­te­q­ra­siy­a­sı çər­çi­və­sin­də çözülə bi­lər. Bu­na re­g­i­on­dan uza­q­da yer­lə­şən Av­ro­pa, ABŞ ki­mi qlo­bal oy­un­çu­la­rın dey­il, lo­kal oy­un­çu­la­rın müna­qi­şə­nin müza­ki­rə­si­nə cəl­bi­lə də na­il ol­maq mümkündür. Söh­bət, ilk növ­bə­də, İran­dan və Türkiy­ə­dən ge­dir. Bu hal­da Qaf­qaz­da­kı di­g­ər müna­qi­şə­lər ki­mi, Qa­ra­bağ prob­le­mi də həll olu­na bi­lər. Bu is­ti­qa­mət­də 2008-ci il­də müəyyən adım­lar atıl­mış­dı - Ər­doğan Qaf­qaz­da Təhlükə­siz­lik və Əmək­daş­lıq Plat­for­ma­sı­nın ya­ra­dıl­ma­sı­nı tək­lif et­miş­di. Bu­nu ide­al say­ma­sam da, təx­mi­nən, bu is­ti­qa­mət­də irə­li­lə­mək la­zım­dır.

Bu pro­ses­lə­rin tə­şəbbüska­rı isə əl­bət­tə ki, Ru­siya ol­ma­lı­dır. Odur ki, Ru­siy­a­nın iş­ti­ra­kı ol­ma­dan re­­g­i­on­da heç bir müna­qi­şə­nin "do­nu açıl­may­acaq". Er­mə­ni­s­tan və Azər­baycan da əs­lin­də diq­qə­ti Ru­siy­aya yö­nəl­dib, on­dan müəyyən ad­dım­lar göz­ləy­ir. Odur ki, Mos­k­va re­g­i­on­da müna­qi­şə tə­rə­f­lə­ri­ni bu və ya di­g­ər də­rəcə­də qa­ne edəcək sülhə na­il olun­ma­sı pro­qra­mı ilə çı­xış et­mə­li­dir.

- Ba­kı isə ən azı, in­di­ki mər­hə­lə­də Av­ra­siya İt­ti­fa­qı­na üzv­lüyün onun üçün ma­raq­lı ol­ma­dığı­nı bəy­an edib. Bu­nun­la ya­na­şı, be­lə bir fi­kir var ki, Ru­siya işğ­al al­tın­da­kı tor­paq­la­rın qay­ta­rıl­ma­sı­na kö­mək edər­sə, Azər­baycan söz­üg­e­dən təş­ki­la­ta üzv ola bi­lər.  Bu fi­kir nə qə­dər əsas­lı­dır?

- He­sab edi­rəm ki, Dağlıq Qa­ra­bağ müna­qi­şə­si Azər­bayca­nın Av­ra­siya İq­ti­sa­di İt­ti­fa­qı­na in­te­q­ra­si­y­a­sı­nın müza­ki­rə­sin­də, bu ha­q­da di­s­kus­siy­a­lar­da əsas möv­zu ola­caq. Am­ma bu, Azər­bayca­nın in­di­ki mər­­hə­lə­də təş­ki­la­ta üzvlükdən im­ti­na­sı­nın əsas sə­bə­bi   dey­il.

Əsas sə­bəb Av­ra­siya İt­ti­fa­qı­nın hə­lə­lik özünü böyüyən, ef­fek­tiv in­ki­şaf edən təş­ki­lat ki­mi tə­s­diq­lə­mə­mə­si­dir. Yə­ni Ru­siya bir sı­ra böh­ran­la­rı ara­dan qal­dır­ma­lı­dır. Av­­ra­siya iq­ti­sa­di mə­ka­nı, mə­sə­lən, Av­ro­pa İt­ti­fa­qı ki­mi di­na­mik in­ki­şaf edən bey­nəl­xalq təş­ki­la­ta çe­v­ri­lər­sə, Azər­baycan üçün cəl­be­dici qu­rum olacaq.  Bu za­man mümkün in­te­q­ra­siy­a­dan, bu in­te­q­ra­siy­a­sı­nı Qa­ra­bağ prob­le­mi­nin həl­li kon­tek­s­tin­də müza­ki­rə­sin­dən da­nış­maq olar.

Gü­man ki, Ru­siya prob­le­min re­g­i­o­nal sə­viyyə­də müza­ki­rə­si­nin əsa­sı­nı təş­kil edəcək ye­ni ma­raq­lı ideya or­taya qoy­ma­lı­dır. Hə­lə­lik­sə ye­ni və ma­raq­lı heç nə düşünül­məy­ib.

- Ye­ri gəl­miş­kən, Azər­baycan Av­ra­siya İt­ti­fa­qı­na təm­kin­lə ya­naş­maq­la bə­ra­bər, di­g­ər nə­hə­ng in­te­q­ra­siya bir­liyi olan ŞƏT ilə əla­qə­lə­rin güclən­mə­si­nə də ma­raq gö­s­tə­rir. Bu, Av­ra­siy­aya in­te­q­­ra­siya idey­a­sı­nın Ba­kı üçün ma­raq­lı ol­duğu­nu, böyük per­spek­tiv­lə­rə ma­lik­liy­i­ni söy­lə­məyə əsas ve­rir­mi?

- Əl­bət­tə ki, Azər­baycan üçün bu möv­zu, ideo­lo­g­iya böyük per­s­pek­tiv­lə­rə ma­lik­dir. İs­tə­ni­lən hal­da, biz yax­şı bi­li­rik ki, Qərb öl­kə­lə­ri üçün Azər­baycan ki­fay­ət qə­dər de­mo­kra­tik öl­kə sayıl­mır. O, özü üçün la­zı­mi an­da Azər­bayca­nı Uk­ray­na­say­ağı "de­mo­kra­tik­ləş­dir­mə­yə" ça­lı­şa bi­lər. Azər­baycan da bu­nu yax­şı bi­lir və mümkün qə­dər bu sse­na­ri­dən qa­ç­mağa ça­lı­şır. Odur ki, al­ter­na­tiv in­ki­şaf yol­la­rı öy­rə­ni­lir və bu­ra­da söh­bət həm də Av­ra­siya mə­ka­nı­na in­te­q­ra­siy­a­dan ge­dir. Mə­nim fi­k­rimcə, Av­ra­siya struk­tur­la­rı­na in­te­q­ra­siya Azər­bay­can üçün böyük per­spek­tiv­lə­rə ma­lik­dir. Bu, ilk növ­bə­də, va­hid mə­kan çər­çi­və­sin­də həy­a­ta ke­çi­ri­lə­cək nəq­liyyat sa­hə­sin­də əmək­daş­lığa, Ru­siya ilə əmək­daş­lığa aid­dir. İlk növ­bə­də isə Azər­baycan Aİİ, İraq və Türkiyə ara­sın­da əmək­daş­lıq üçün yax­şı körpü ola bi­lər.


MƏSLƏHƏT GÖR:

608