12 Mart 2025

Çərşənbə, 13:27

BUYURUQSUZ SİYASƏT

"Azərbaycan ölçülüb-biçilmiş xarici siyasət yürütməyə imkan verəcək maliyyə ilə təmin olunub"

Müəllif:

15.10.2013

Vilnüsdə ke­çi­ri­ləcək "Şərq tə­rəf­daş­lığı" sam­mi­ti­nin ya­xın­laş­ma­sı dünya­nın apa­rıcı güc­lə­­ri­nin diq­qə­ti­ni ye­ni­dən Cə­nu­bi Qaf­qa­za yö­nəl­dib. Sam­mi­tin gündə­liyi re­g­i­o­nun ənə­nə­vi oy­un­çu­la­rı, za­man keç­dikcə post­so­vet mə­ka­nın­da­kı ma­raq­la­rı ha­q­da da­ha fə­al bəy­a­nat­lar səs­lən­dir­mək­də olan Ru­siya ilə Av­ro­pa İt­ti­fa­qı­nın ma­raq­la­rı­nın toq­quş­ma­sı­na yol açıb. Bel­çi­ka­nın Bey­nəl­xalq və Av­ro­pa Siy­a­sə­ti İn­sti­tu­tu­nun ek­s­per­ti Tiys Rom­mens bu ha­q­da fi­kir­lə­ri­ni "R+" jur­na­lı ilə bölüşür.

- Mos­k­va ilə Va­şinq­to­nun re­g­i­on­da təhlükə­siz­liy­in qa­ran­tı fun­k­siy­a­sı­nı öz üzə­ri­lə­ri­nə götürdüklə­ri­ni nə­zə­rə al­saq, Ru­siya-ABŞ müna­si­bət­lə­rin­də­ki gə­rg­in­lik post­so­vet mə­ka­nı­na, xüsu­si­lə Cə­nu­bi Qaf­qa­za necə tə­sir gö­s­tə­rə bi­lər?

- Bu iki öl­kə­nin iki­tə­rə­f­li əmək­daş­lığa də­s­tək bəy­a­nat­la­rı­na, mə­sə­lən, ATƏT-in Minsk Qru­pu çər­çi­və­sin­də əmək­daş­lığın vacib­liy­i­nə da­ir rə­s­mi ri­to­ri­ka­sı­na bax­may­a­raq, re­g­i­on­­da be­lə əmək­daş­lıq müşa­hi­də olun­mur. Su­riy­a­da ya­şa­nan­lar gö­s­tə­rir ki, Mos­k­va ilə Va­şinq­to­nun nə baş ver­diy­i­nə, müna­qi­şə­lə­rin həl­li üçün han­sı ad­dım­la­rın atıl­ma­lı ol­duğu­na da­ir möv­qe­lə­ri bir-bi­rin­dən köklü şə­kil­də fər­q­lə­nir. Görünən odur ki, ABŞ Cə­nu­bi Qaf­qaz­dan uzaq­la­şıb və bu, Ru­siy­a­nın qar­şı­sın­da ma­nevr üçün böyük im­kan­lar aça bi­lər. Ru­siy­a­nın Er­mə­ni­s­ta­nı Gömrük İt­ti­fa­qı­na qoş­maq is­ti­qa­mə­tin­də­ki son uğur­lu cəh­di­nə bu­nun nümu­nə­si ki­mi bax­maq olar.

- Ru­siy­a­nın "Şərq tə­rəf­daş­lığı"nın iş­ti­rak­çı­la­rı ilə bağlı bu cür uğur­lu ma­nevrlə­ri­ni nə­zə­rə al­saq, Vilnüsdə ke­çi­ri­ləcək sam­mit­dən nə göz­lə­mək olar?

- Bu re­g­i­o­na da­ir han­sı­sa pro­qnoz­lar səs­lən­dir­mək çə­tin­dir. Mü­əyyən mən­fi ha­di­sə­lə­rə və ten­den­siy­a­la­ra bax­may­a­raq, "Şərq tə­rəf­daş­lığı"nın idey­a­la­rı­nı hə­lə də re­g­i­on­da yay­maq mümkün olur. Ha­zır­da azad tica­rət zo­na­sı­nın ya­ra­dıl­ma­sı, vi­za re­ji­mi­nin sa­də­ləş­di­ril­mə­si və bir sı­ra di­g­ər pro­qram­lar­la bağlı da­nı­şıq­lar apa­rı­lır. Fi­k­rimcə, Av­ro­pa İt­ti­fa­qı­nın səy­lə­ri nə­ticə­sin­də Uk­ray­na və Gürcüstan ki­mi öl­kə­lər "Şərq tə­rəf­daş­lığı"na sa­diq­lik­lə­ri­ni tə­s­diq­ləy­əcək­lər.

- Aİ-nin Şərq qon­şu­la­rı­na ya­naş­ma­da dəy­i­şik­lik et­mə­si­nə, ya­xud bu is­ti­qa­mət­də ye­ni stra­te­g­iya ha­zır­la­ma­sı­na eh­tiy­ac var­mı? Hər hal­da, Ru­siya re­g­i­o­nu asan­lıq­la Brüsse­lə gü­zə­ş­tə get­mək niyyə­tin­də ol­ma­dığı­nı açıq şə­kil­də gö­s­tə­rir...

- Əsas prob­lem­lər­dən bi­ri Aİ ilə Ru­siy­a­nın tək­lif et­diyi lay­i­hə­lər - azad tica­rət zo­na­sı və Gömrük İt­ti­fa­qı­nın bir araya sığma­ma­sı­dır. Ar­tıq öl­kə­lər bu iki in­te­q­ra­siya pro­qra­mı ara­sın­da ba­lan­sı sax­laya bil­mir və on­lar iki yol­dan bi­ri­ni se­ç­mə­li­dir­lər. Hər bir öl­kə­nin rəh­bər­liyi lay­i­hə­lə­rin mən­fi və müsbət cə­hət­lə­ri­ni təh­lil et­mə­li, on­la­rın han­sı­nın da­ha ma­raq­lı ol­duğu­nu müəyyən­ləş­dir­mə­li­dir­lər. Ru­siy­a­nın siy­a­sə­ti da­ha sərt­dir və "həm qa­m­çı, həm şi­rin qoğal" prin­si­pi­ni nə­zər­də tu­tur. Aİ-nin be­lə im­kan­la­rı ol­ma­dığın­dan o, tək­lif et­diyi iq­ti­sa­di mo­de­lin Ru­siy­a­nın tək­li­fi­lə müqay­i­sə­də da­ha cəl­be­dici ol­ma­sı­na gü­və­nir.

- Am­ma "Şərq tə­rəf­daş­lığı"nın di­g­ər üzvlə­ri­lə müqay­i­sə­də Azər­baycan hə­lə də apa­rıcı re­g­i­o­nal və qey­ri-re­g­i­o­nal föv­qəl­döv­lət­lər ara­sın­da ba­lan­sı uğur­la qo­ruy­ub sax­laya bi­lir...

- Azər­bayca­nın çox­şa­xə­li xa­rici siy­a­sət yürütmə­si, əsa­sən, onun ener­ji re­sur­sla­rı he­sa­bı­na mümkün olur. Bu re­sur­slar re­s­pub­li­kaya Ru­siya ki­mi ener­ji tə­darükçülə­rin­dən müstə­qil ol­maq im­ka­nı ve­rir. Nə­ti­cə­­də, bu cür güclər öz siyasət­lərini ener­ji daşıyıcılarının qiyməti vasi­tə­si­lə Azərbaycana diktə edə bil­mir­lər.

Eyni amil Azərbaycanı lazımi ma­liyyə vəsaitilə də təmin edir və bu, Bakıya ölçülüb-biçilmiş xarici si­­yasət yürütməyə imkan verir. Lakin uzaq perspektivdə enerji re­sursları təchizatı zəifləyəcək. Bəs, o zaman nə baş verəcək? Odur ki, Azərbaycan enerji resursları ehtiyat­larının tükənməsindən sonrakı dövr üçün öz siyasətini indidən planlaş­dır­malıdır.

- Azərbaycan ərazisinin bir his­sə­sinin işğal altında olduğunu dün­yaya daha geniş yaymaq, Av­ropa İttifaqının Dağlıq Qarabağ mü­naqişəsinin həllinə marağını ar­tırmaq üçün hansı işlər gö­rül­məlidir?

- Cavabım bir qədər ədəbsiz səs­lə­nə bilər, amma dondurulmuş mü­na­qişələrin dünyada məşhurlaşdı­rıl­ma­sının ən effektiv üsulu zorakı­lıq­dır. Əlbəttə ki, bunu heç kəs məs­lə­hət bilmir və münaqişənin dinc yol­la uğurlu həlli də ən azı eyni dərə­cə­də diqqət cəlb edəcək, hər kəsin ma­rağında olacaq. Amma xarici qüv­vələr yalnız o zaman Dağlıq Qa­ra­bağ münaqişəsinin həllində işti­raklarını artırmağa çalışacaqlar ki, regional oyunçuların ciddi şəkildə sülh yaratmaqla məşğul olduqlarını gör­sünlər. Başqa sözlə, regional oyun­çular sülhə doğru ilk addım­la­rı­nı atarlarsa, Aİ kimi qeyri-regional oyunçular buna dəstək olmaq üçün səylərini daha böyük ruh yük­sək­liyilə artıracaqlar. Qarabağ prob­le­mi­nin həlli xarici oyunçulardan yox, Azər­baycan və Ermənistandan ası­lıdır.


MƏSLƏHƏT GÖR:

468