13 Mart 2025

Cümə axşamı, 17:24

BRÜSSELİN "MANEVRLƏRİ"

Aİ Sürix protokollarını "diriltmək" istəyir?

Müəllif:

30.10.2013

Mə­lum ol­duğu ki­mi, Aİ-nin "Şərq tə­rəf­daş­lığı" pro­qra­mı çər­çi­və­sin­də qu­rum­la Er­mə­ni­s­tan ara­sın­da As­so­si­a­tiv Sa­zi­şin və azad tica­rət zo­na­sı haq­qın­da ra­zı­laş­ma­nın  im­za­lan­ma­sı pla­nı if­la­sa uğra­dı. Bu­na Er­mə­ni­s­tan pre­zi­den­ti­nin öl­kə­si­nin Gömrük İt­ti­fa­qı­na (Gİ) qo­şul­mağa ha­zır­laş­ma­sı­nı, Av­ra­siya İt­ti­fa­qı­nın ya­ra­dıl­ma­sı pro­se­sin­də fə­al iş­ti­rak edəcəy­i­ni açıq­la­ma­sı sə­bəb ol­du. Doğru­dur, bu­nun­la ya­na­şı, İre­van Aİ ilə As­so­si­a­tiv Sa­ziş im­za­la­maq ar­zu­sun­da qal­dığı­nı da qeyd edib. Am­ma bu, pro­se­sin if­la­sa uğra­ma­sı­nın qar­şı­sı­nı ala bil­məy­ib. Brüssel Er­mə­ni­s­ta­nın ey­ni za­man­da bir-bi­ri­nə zidd iki lay­i­hə­də iş­ti­ra­kı­nın mümkünsüzlüyünü bir­mə­na­lı şə­kil­də bəy­an edib. Be­lə­lik­lə, Er­mə­ni­s­ta­nın ənə­nə­vi "ey­ni vaxtda iki kürsüdə əy­ləş­mək" siy­a­sə­ti Aİ tə­rə­fin­dən rədd olu­nub.

Am­ma bütün bun­lar Brüsse­lin Er­mə­ni­s­ta­nı öz nüfuz da­i­rə­si­nə çək­mək cəh­dlə­rin­dən im­ti­na edəcəyi an­la­mı­na gəl­mir. Bəs o, bu­na han­sı yol­la na­il ol­maq fi­k­rin­də­dir?

Son ay­lar­da baş ve­rən bə­zi ha­di­sə­lər gö­s­tə­rir ki, Aİ məq­sə­di­nə Sü­rix pro­to­kol­la­rı­nı ye­ni­dən gündə­mə gə­tir­mək­lə na­il ol­maq fi­k­rin­də­dir. Er­mə­ni­s­tan rəh­bər­liy­i­nin Mos­k­va­nın xey­ri­nə se­çim et­mə­si bə­zi er­mə­ni ana­li­tik­lər tə­rə­fin­dən Er­mə­ni­s­tan-Türkiyə müna­si­bət­lə­ri­nin nor­mal­laş­dı­rıl­ma­sı pro­se­si­nin if­la­sı ilə əla­qə­lən­di­ri­lir. On­la­rın fi­k­rincə, İrə­va­nın son qə­ra­rın­da Brüsse­lin Türkiy­ə­ni Sürix pro­to­kol­la­rı­nı im­za­la­mağa, Er­mə­ni­s­tan­la sə­r­həd­lə­ri aç­mağa məc­bur edəcəy­i­nə zə­ma­nət ver­mə­mə­si də rol oy­nayıb. Bu üzdən də Er­mə­ni­s­tan ha­ki­miyyə­ti­nin qə­ra­rı Aİ üçün göz­lə­nil­məz ol­ma­ma­lı idi. Ma­raq­lı­dır ki, rə­s­mi İrə­van­dan fər­q­li ola­raq, ek­s­per­t­lər pro­se­sin po­zul­ma­sı­na gö­rə mə­su­liyyə­ti An­ka­ra­nın boy­nu­na at­mır. Bun­dan baş­qa, ilk de­s­t­ruk­tiv ad­dım hə­lə 2010-cu ilin əv­vəl­lə­rin­də Er­mə­ni­s­tan Kon­sti­tu­siya Məh­kə­mə­si tə­rə­fin­dən atıl­mış­dı. Xa­tır­la­daq ki, məh­kə­mə Sürix pro­to­kol­la­rı­nı öl­kə Kon­s­ti­tu­siy­a­sı­na uyğun say­sa da, sə­nə­din 1915-ci il­də Os­man­lı İm­pe­riy­a­sın­da baş ve­rən­lə­rin araş­dı­rıl­ma­sı ilə bağlı bey­nəl­xalq ko­mis­siy­a­nın ya­ra­dıl­ma­sı his­sə­si­nə çox­say­lı dəy­i­şik­lik­lə­rin edil­mə­li ol­duğu­nu açıq­la­mış­dı. Nə­ti­cə­­də An­ka­ra da Dağlıq Qa­ra­bağ mü­na­­qi­şə­si­nə da­ir ye­ni tə­ləb­lər irə­li sür­müşdü.

Er­mə­ni­s­ta­nın son se­çi­mi­nin Sürix pro­se­si­nin if­la­sı ilə əla­qə­lən­di­ril­mə­si­nə Er­mə­ni­s­tan par­la­men­ti­nin spi­ke­ri Ovik Ab­ramya­nın oktya­b­rın 15-də­ki çı­xı­şın­da da gör­mək mümkün idi. Hə­min gün Mon­te­ne­q­ro­nun Bud­va şə­hə­rin­də Av­ro­pa er­mə­ni­lə­ri­nin Av­ro­pa Par­la­men­tin­də ke­çi­ri­lən III qu­rul­tayın­da çı­xış edən Ab­ramyan de- y­ib: "Er­mə­ni­s­tan acı ta­ri­xi xa­ti­rə­lə­ri unu­da­raq heç bir il­kin şərt irə­li sür­mə­dən qon­şu Türkiyə ilə nor­mal mü­na­si­bət­lər qur­maq is­təy­ir­di. Er­mə­ni­s­tan rəh­bər­liyi həm da­xil­dən, həm də di­a­s­po­ra tə­rə­fin­dən cid­di təzyiq­lə­rin ol­ma­sı­na rəğmən, bu ad­dı­mı at­mış­dı. Biz bu siy­a­sə­ti tə­q­dir edən av­ro­pa­lı və ame­ri­ka­lı tə­rəf­daş­la­rı­mı­zın Tür­ki­y­ə­nin kon­struk­tiv möv­qe or­taya qoy­ma­sı­na na­il olacağı­na ümid edi­ridk. Am­ma bu, baş ver­mə­di - Tür­ki­y­ə­­nin an­ti­er­mə­ni siy­a­sə­tin­də heç bir dəy­i­şik­lik ol­ma­dı. Nə­ticə­də Er­mə­ni­s­tan Av­ro­pa ilə ye­ni, bir­ba­şa körpülər qur­maq im­ka­nın­dan məh­rum ol­du". Baş­qa söz­lə, O. Ab­ramyan Qər­­bi Türki- y­ə­yə təcavüzkar Er­mə­ni­s­tan qar­şı­sın­da gü­zə­ş­tə get­mə­si üçün la­zı­mi təzyiq gö­s­tər­mə­mək­də də gü­nah­lan­dı­rır. Bu bəy­a­na­tın iki məq­səd güd­düyünü gu­man et­mək müm­kün­dür:

1) Rə­s­mi İrə­­va­na öl­kə rəh­bər­liy­i­nin Gİ-yə üzvlük qə­ra­rı­nı sərt tən­qid edən Aİ, er­mə­ni di­a­s­po­ru və mü­xa­li­fət qar­şı­sın­da haqq qa­zan­dır­maq;

2) Qər­bin Er­mə­ni­s­tan-Türkiyə sər­həd­lə­ri­nin açıl­ma­sı mə­sə­lə­sin­də An­ka­raya təzyi­qi­nə na­il ol­maq və bu­nun­la da ey­ni vaxtda həm Ru­siy­a­dan, həm də Aİ-dən qa­zanc əl­də et­mək.

Bu­nun­la ya­na­şı, Brüssel cə­sa­rət­siz də ol­sa, müəyyən ad­dım­lar at­ma­q­da­dır. Mə­sə­lən, sentya­b­rın 19-da Av­ro­pa Par­la­men­tin­də  Er­mə­ni­s­tan-Türki­yə müna­si­bət­lə­ri müza­ki­rə olu­nub. Müza­ki­rə­lər­də türk jur­na­list Ç. Ak­tar və er­mə­ni po­li­to­loq R.Ki­ra­kosyan da iş­ti­rak edib­lər. On­lar Sürix pro­to­kol­la­rı­nın müza­ki­rə­si­ni bər­pa et­məy­in mümkün olub-ol­ma­dığı­nı, iki öl­kə ara­­sın­da müna­si­bət­lə­rin yax­şı­laş­dı­rıl­ma­sı üçün han­sı ad­dım­la­rın atı­la bi­lə­cəy­i­ni müza­ki­rə edib­lər. Ç.Ak­tar çı­xı­şın­da Türkiy­ə­də Azər­baycan ami­li­nin böyük rol oy­na­ma­q­da da­vam et­di­y­i­ni, Ba­kı­nın isə bu mə­sə­lə ilə bağlı möv­qey­i­nin ay­dın ol­duğu­nu söy­ləy­ib: "Nə qə­dər ki, Er­mə­ni­s­tan Dağlıq Qa­ra­bağın işğ­a­lı­na son qoy­mayıb, Tür­ki­yə onun­la müna­si­bət­lə­ri­ni yax­şı­laş­dır­­ma­ma­lı­dır".

Türkiy­ə­nin Aİ-də­ki nümay­ən­də­si S.Enel isə "Azad­lıq" ra­dio­su­na açıq­la­ma­sın­da Er­mə­ni­s­tan-Türkiyə müna­si­bət­lə­ri­nin nor­mal­laş­ma­sı­nın bir­ba­şa Dağlıq Qa­ra­bağ müna­qi­şə­si­nin həl­li pro­se­sin­də­ki irə­li­ləy­i­şə, da­ha də­qi­qi, işğ­al al­tın­da­kı Azər­baycan tor­paq­la­rı­nın azad edil­mə­si­nə bağlı ol­duğu­nu  söy­ləy­ib.

Türkiy­ə­nin xa­rici iş­lər na­zi­ri Ə.Da­vu­doğlu­nun İs­ve­ç­rəyə rə­s­mi sə­fə­ri çər­çi­və­sin­də et­diyi çı­xı­şı­nın da məğzi ox­şar olub. O, öl­kə­si­nin Er­mə­ni­s­tan­la müna­si­bət­lə­rin nor­mal­laş­dı­rıl­ma­sı­na önəm ver­diy­i­ni, la­kin bu­nun üçün Azər­baycan tor­paq­la­rı­nın işğ­a­lı­na son qoy­ul­ma­sı­nın vacib­liy­i­ni bil­di­rib.

Bə­zi mə­lu­mat­la­ra gö­rə, bu gün həm Brüssel, həm də bir sı­ra di­g­ər döv­lət­lər hə­qi­qə­tən də Sürix pro­to­kol­la­rı­nın ye­ni­dən müza­ki­rəyə çı­xa­rıl­ma­sı üçün Türkiy­əyə təzyiq gö­s­tə­rir­lər. Ar­tıq şir­nik­lən­dir­mə siy­a­sə­ti­nə də əl atı­lıb. Mə­sə­lən, bu ya­xın­lar­da Aİ Türkiy­ə­nin qu­ru­ma üzvlüyülə bağlı da­nı­şıq­lar­da ye­ni mər­hə­ləyə baş­la­mağa ha­zır ol­duğu­nu bəy­an edib. Qu­rum növ­bə­ti da­nı­şıq­la­rın no­y­a­b­rın 5-də Brüssel­də ke­çi­ril­mə­si­nin mümkün ol­duğu­nu açıq­layıb. Bu, çə­tin ki, tə­sadüf ol­sun. Çünki söz­üg­e­dən pro­ses Türkiy­ə­də iy­ul­da baş ver­miş eti­raz ak­siy­a­la­rı­nın ar­dın­dan məhz Aİ-nin tə­şəbbüsü ilə day­an­dı­rı­lıb.

Bütün ya­şa­nan­la­ra rəğmən, Sürix pro­to­kol­la­rı­nın növ­bə­ti də­fə gündə­mə gə­ti­ril­mə­si­nin də if­las­la nə­ticə­lə­nəcəy­i­ni düşünmək olar. Son iki il­də İrə­van öl­kə pre­zi­den­ti və baş pro­ku­ro­ru­nun si­ma­sın­da Türkiy­ə­nin özü­nə qar­şı cid­di əra­zi id­di­a­la­rı irə­li sü­rüb. Be­lə olan hal­da Sürix pro­to­kol­la­rı­nı ye­ni­dən gündə­mə gə­tir­məyə ça­lı­şan­lar cəh­dlə­ri­nin fay­da­sız­lığı­nı an­la­ma­lı­dır­lar. Di­g­ər tə­rəf­dən, on­lar bü­tün pa­ra­metrlə­rə gö­rə Cə­nu­bi Qaf­qa­zın li­de­ri olan Azər­bayca­nın re­ak­siy­a­­sı­na eti­na­sız­lıq gö­s­tər­mək iq­ti­da­rın­da da dey­il­lər. Azər­baycan isə hə­lə 2009-cu ilin oktya­b­rın­da Sürix pro­to­kol­la­rı­nın im­za­lan­ma­sın­dan dər­hal so­nra özünün sərt və əda­lət­li möv­qey­i­ni or­taya qoy­muş­du. On­lar hə­qi­qə­tən­mi ke­çən dövr ər­zin­də nə­lə­rin­sə dəy­iş­diy­i­ni düşünürlər? Bu za­man kə­siy­in­də nə­sə dəy­i­şib­sə də, bu, Azər­­bayca­nın gündən-gü­nə ar­tan qüd­rə­ti­dir - həm iq­ti­sa­di, həm də hər­bi-siy­a­si sa­hə­də. Üstə­lik, cə­mi bir ne­­çə ay əv­vəl Azər­bayca­nın Av­ro­pa­nın ener­ji təh­lükə­siz­liy­i­nin tə­mi­nin­də­ki ro­lu rə­s­mi­ləş­di­ri­lib - Av­ro­paya qaz ix­racı üçün TAP lay­i­hə­si se­çi­lib, Av­ro­pa şir­kət­lə­ri­lə Azər­baycan qa­zı­nın al­qı-sat­qı­sı ilə bağlı müqa­vi­lə­lər im­za­la­nıb. Gə­lən il is­ti­s­ma­ra ve­ril­mə­si plan­laş­dı­rı­lan Ba­kı-Tbi­li­si-Qars də­mir yo­lu­nun in­şa­sı ba­şa çat­dı­q­dan so­nra isə Azər­baycan Mər­kə­zi Asiya ilə Av­ro­pa­nı bir­ləş­di­rən cid­di nəq­liyyat bən­di­nə çe­v­ri­ləcək.

Be­lə­lik­lə, təcavüzkar və təcrid du­rum­da olan Er­mə­ni­s­ta­na gö­rə heç bir mə­na­sı ol­may­an Sürix pro­to­kol­la­rı­nın ye­ni­dən gündə­mə gə­ti­ril­mə­si­nə dəy­ər­mi? 



MƏSLƏHƏT GÖR:

494