14 Mart 2025

Cümə, 21:47

AŞAĞI TƏZYİQ, ZƏİF NƏBZ

Nə qədər ki, həmsədr ölkələr İrəvanı konstruktivliyə məcbur etməyiblər, Azərbaycan və Ermənistan prezidentlərinin tez-tez görüşməsinin əhəmiyyəti olmayacaq

Müəllif:

26.11.2013

Təx­mi­nən, iki­il­lik fa­si­lə­dən so­nra Vya­na­nın "Pa­la­is Co­bu­rg" meh­man­xa­na­sın­da Azər­baycan və Er­mə­ni­s­tan pre­zi­den­t­lə­ri İl­ham Əliy­ev­lə Serj Sarqsyan Dağlıq Qa­ra­bağ müna­qi­şə­si­nin həl­li yol­la­rı­nı müza­ki­rə et­mək məq­sə­di  ilə bir araya gə­lib­lər. Döv­lət baş­çı­la­rı həm tək­bə­tək, həm də iki öl­kə­nin xa­rici iş­lər na­zir­lə­ri El­mar Məm­mədya­rov və Ed­vard Nal­bandya­nın, o cümlə­dən ATƏT-in Minsk qru­pu­nun həm­sədrlə­ri İqor Po­pov (Ru­siya), Jak For (Fran­sa), Ceyms Uor­lik (ABŞ) və ATƏT-in fə­al­diyyət­də olan sə­d­ri­nin şəx­si nümay­ən­də­si An­jey Ka­s­pir­şi­kin iş­ti­ra­kı ilə da­nı­şıq­lar apa­rıb­lar.

Bu görüşə diq­qə­tin həd­din­dən ar­tıq ol­ma­sı Dağlıq Qa­ra­bağ müna­qi­şə­si­nin sülh yo­lu ilə ni­zam­lan­ma­sı pro­se­si­nin 2012-ci ilin yayın­da Ka­zan­da ke­çi­ril­miş görüşdən so­nra ye­ni­dən da­la­na di­rən­mə­si  ilə bağlı idi. Pre­zi­den­t­lə­rin Ka­zan görüşünün mo­de­ra­tor­luğu­nu üzə­ri­nə götürmüş Ru­siya "ye­ni­lən­miş Ma­d­rid prin­sip­lə­ri"nə hər iki tərəfin qey­dlə­ri­ni bə­ra­bər şə­kil­də nə­zə­rə al­maq əvə­zi­nə, bir­tə­rə­f­li şə­kil­də onu er­mə­ni tə­rə­fi­nin is­təy­i­nə uyğun­laş­dır­mış­dı. Nə­ticə­də, sə­nəd Ba­kı üçün qə­bu­le­dil­məz şə­kil al­mış və Ka­zan­da tə­rə­f­lə­rin ko­m­ro­mi­sə gəl­mə­si­nə ma­ne ol­muş­du. Ke­çən dövr ər­zin­də Minsk qru­pu həm­sədrlə­ri­nin re­g­i­o­na epi­zo­dik sə­fər­lə­ri, XİN baş­çı­la­rı­nın müxtə­lif öl­kə­lər­də ke­çir­dik­lə­ri görüşlər pro­se­s­də can­lan­ma ya­ra­da bil­mə­miş­di. Minsk qru­pu­nun həm­sədrlə­ri­nin dəy­iş­di­ril­mə­si, 2013-cü il­də pre­zi­dent seç­ki­si­nin ke­çi­ril­diyi Er­mə­ni­s­tan və Azər­baycan­da­kı da­xi­li siy­a­si du­rum da məh­sul­dar da­nı­şıq­la­rın bər­pa­sı­na im­kan ver­məy­ən mə­qam­lar­dan idi. Odur ki, ke­çən döv­rdə müna­qi­şə tə­rə­f­lə­rin­də hər­bi ri­to­ri­ka­nın ar­t­ma­sı, si­lah­lan­ma ya­rı­şı­nın qı­zış­ma­sı, qo­şun­la­rın tə­mas xət­tin­də, az qa­la, hər gün atəş­kə­sin po­zul­ma­sı heç də tə­əccüblü dey­il.

2012-ci ilin ya­zın­da Vla­di­mir Pu­ti­nin ye­ni­dən pre­zi­dent se­çil­diyi Ru­siy­a­da ya­ran­mış və­ziyyə­tə müna­si­bət iki­mə­na­lı idi. Bir tə­rəf­dən, öl­kə­nin xa­rici iş­lər və müda­fiə na­zir­lə­ri prob­le­min hər­bi yol­la həl­li­nə edi­ləcək is­tə­ni­lən cəh­din qə­bu­le­dil­məz ol­duğu­nu, cid­di fə­sad­la­ra yol açacağı­nı bil­di­rir, di­g­ər tə­rəf­dən, Mos­k­va Azər­bayca­na böyük miqya­s­da müa­sir si­lah sat­mağa baş­layır. Özü də bu si­lah­lar yal­nız müda­fiə dey­il, həm də hücum tip­li­dir (tan­k­lar, BMP-lər, zər­bə ver­tolyot­la­rı, böyük ka­libr­li re­ak­tiv qu­rğ­u­lar, HHM va­si­tə­lə­ri və s.) Bu­nun­la ya­na­şı, Ru­siya hər­bi pa­ri­te­ti qo­ru­maq adı al­tın­da Er­mə­ni­s­ta­na da pul­suz və ya son də­rəcə ucuz qiy­mət­lər­lə böyük həcmdə si­lah-sur­sat ve­rib. Ey­ni za­man­da, Ru­siy­a­nın Gümrüdə yer­lə­şən 102 say­lı hər­bi ba­za­sı ye­ni­dən təchiz edi­lib və güclən­di­ri­lib. Bir ne­çə gün əv­vəl isə Mos­k­va­nın Er­mə­ni­s­tan da da­xil ol­maq­la, KTMT üzvlə­ri  ilə ümu­mi HHM si­s­te­mi ya­rat­maq niyyə­tin­də ol­duğu açıq­la­nıb.

Bu dövr ər­zin­də Fran­sa Er­mə­ni­s­­tan­la Azər­baycan ara­sın­da da­nı­şıq­la­rın bər­pa­sı­na is­rar­la ol­ma­sa da, müəyyən cəh­dlər edib. La­kin bu öl­kə­nin ənə­nə­vi ma­raq da­i­rə­si olan Şi­ma­li Af­ri­ka və Su­riy­a­da böh­ra­nın da­vam et­mə­si, hə­m­çi­nin Av­ro­pa İt­ti­fa­qı­nın üzləş­diyi ma­liyyə böh­ra­nı Pa­ri­sə diq­qə­ti­ni Dağlıq Qa­ra­bağ müna­qi­şə­si­nin həl­li pro­se­si­nə yö­nəl­t­mək im­ka­nı ver­məy­ib. Nə­ticə­də, Ba­kı ilə İrə­van ara­sın­da di­a­lo­qun can­lan­dı­rıl­ma­sı tə­şəbbüsünü Bir­ləş­miş Ştat­lar öz üzə­ri­nə götürmə­li olub. Va­şinq­ton təcrübə­li dip­lo­mat Ceyms Uor­li­ki ATƏT-in Minsk qru­pu­na həm­sədr təy­in edib. Ye­ni həm­sədr re­g­i­o­na iki də­fə tək­ba­şı­na sə­fər də edib. ABŞ Döv­lət De­par­ta­men­tinin rəh­bə­ri də bi­la­va­si­tə pro­se­sə qo­şu­lub. ABŞ-ın döv­lət ka­ti­bi Con Ker­ri Türkiy­ə­nin xa­rici iş­lər na­zi­ri Əh­məd Da­vu­doğlu ilə bi­rgə ke­çir­diyi bri­fin­q­də Azər­baycan və Er­mə­ni­s­tan pre­zi­den­t­lə­ri­nin Vya­na görüşü ərə­fə­sin­də on­lar­la te­le­fon­la da­nış­dığı­nı və bu te­le­fon da­nı­şıq­la­rı­nın uzun çək­diy­i­ni bil­di­rib. Ker­ri da­nı­şıq­lar pro­se­sin­də irə­li­ləy­i­şin olacağı­na ümid et­diy­i­ni söy­ləy­ib, özünün bu da­nı­şıq­la­ra tam də­s­tək ver­diy­i­ni bil­di­rib.

Bu ara­da Azər­baycan Pre­zi­den­ti İl­ham Əliy­ev Vya­na görüşü ərə­fə­sin­də rə­s­mi sə­fər­lə Türkiy­əyə, Er­mə­ni­s­tan XİN baş­çı­sı Ed­vard Nal­bandyan isə Mos­k­vaya sə­fər edib. Nal­bandyan Mos­k­va­da ru­siy­a­lı həm­ka­rı ilə bir araya gə­lib.

İl­ham Əliy­e­vin Türkiyə sə­fə­ri­nə gə­lincə, bu öl­kə­nin pre­zi­den­ti, baş na­zi­ri və XİN baş­çı­sı da da­xil ol­maq­la, bütün rəh­bər­liyi Qa­ra­bağ prob­le­mi­nin həl­lin­də Ba­kı ilə tam hə­m­rəy­lik nümay­iş et­di­rib­lər. On­lar er­mə­ni qüvvə­lə­ri­nin Azər­baycan əra­zi­lə­rin­dən çı­xa­rıl­ma­sı­nın vacib ol­duğu­nu bir­mə­na­lı şə­kil­də di­lə gə­ti­rib­lər. E. Nal­bandya­na giz­li rəh­bə­ri olan Ru­siy­a­nın xa­rici iş­lər na­zi­ri Se­rg­ey La­v­ro­vun han­sı tə­li­mat­la­rı ver­diyi mə­lum dey­il. Am­ma on­la­rın bi­rgə ke­çir­dik­lə­ri mət­bu­at kon­fran­sın­da La­v­rov dey­ib: "Tez­lik­lə Er­mə­ni­s­tan və Azər­baycan rəh­bər­lə­ri ara­sın­da bir­ba­şa əla­qə­lə­rin bər­pa olu­nacağı­na ümid edi­rik. Bu müna­qi­şə­nin əv­vəl­lər əl­də edil­miş ra­zı­laş­ma­la­ra əsa­sən, tə­rə­f­lə­ri qa­ne edən for­ma­da həll olun­ma­sı məq­sə­di­lə la­zı­mi at­mo­sfe­rin ya­ra­dıl­ma­sı üçün əli­miz­dən gə­lən yar­dı­mı gö­s­tə­rəcəy­ik".

Bi­la­va­si­tə pre­zi­den­t­lə­rin Vya­na görüşünə gə­lincə, o, Serj Sarqsya­nın görüşdən çı­xan za­man jur­na­list­lə­rə qı­sa şə­kil­də de­diyi ki­mi, "nor­mal" ke­çib. Vya­na görüşünün ye­ku­nun­da Minsk qru­pu­nun həm­sədrlə­ri tə­rə­fin­dən yayıl­mış bi­rgə bəy­a­nat­da isə bu­nun pre­zi­den­t­lə­rin 2012-ci ilin yan­va­rın­da So­çi­də ke­çi­ril­miş sam­mit­dən so­nra ilk görüşü ol­duğu xa­tır­la­dı­lır. Sə­nəd­də da­ha so­nra dey­i­lir: "Pre­zi­den­t­lər mə­sə­lə­nin sülh yo­lu ilə ni­zam­lan­ma­sı­na yö­nə­lən da­nı­şıq­la­ra im­puls ver­mək ba­rə­də ra­zı­lığa gə­lib­lər və na­zir­lə­rə tap­şı­rıq ve­rib­lər ki, həm­sədrlər­lə bir­lik­də da­ha əv­vəl görülən iş­lə­rin əsa­sın­da sülh pro­se­si­ni in­ten­siv­ləş­dir­mək üçün ça­lış­mağa da­vam et­sin­lər".

Həm­sədrlər pre­zi­den­t­lə­rin qar­şı­da­kı ay­lar­da ye­ni­dən görüşmək ha­q­da ra­zı­lığa gəl­dik­lə­ri­ni də açıq­layıb­lar. Minsk qru­pu­nun həm­sədrlə­ri növ­bə­ti ad­dım ki­mi XİN baş­çı­la­rı ara­sın­da görüşün təş­ki­li­ni nə­zər­də tu­tub­lar. Na­zir­lər ATƏT XİN Ş-nin de­ka­b­rın 5-6-da Kiy­ev­də ke­çi­ri­ləcək icla­sı çər­çi­və­sin­də bir araya gəl­mə­li­di­lər. Uzun fa­si­lə­dən so­nra ke­çi­ri­lən ilk görüşdən heç kəs bun­dan ar­tığı­nı göz­lə­mir­di. Onun nə­ticə­si­nə bey­nəl­xalq re­ak­siya da eh­tiy­at­lı-müsbət­dir. ABŞ Döv­lət De­par­ta­men­ti­nin rə­s­mi­si Cen Psa­ki­nin bu ha­q­da bəy­a­na­tın­da dey­i­lir: "Biz Er­mə­ni­s­tan və Azər­baycan pre­zi­den­t­lə­ri­nin ilk ad­dı­mı­nı al­qış­layı­rıq və on­la­rın ya­xın ay­lar­da ye­ni­dən görüşmək ha­q­da ra­zı­lığa gəl­mə­lə­rin­dən ruh yüksək­liyi hiss edi­rik. Bu görüş di­a­lo­qun bər­pa­sı ba­xı­mın­dan vacib ad­dım­dır və iki öl­kə li­der­lə­ri­nin Dağlıq Qa­ra­bağ müna­qi­şə­si­nə son qoy­maq­la bağlı qar­şı­lıq­lı öh­də­liy­in­dən xə­bər ve­rir. ABŞ ATƏT-in Minsk qru­pu­nun həm­sə­d­ri ki­mi, Ru­siya və Fran­sa ilə bir­lik­də iki öl­kə pre­zi­den­ti­ni hər iki tə­rəf üçün cid­di it­ki­lə­rə sə­bəb ol­muş prob­le­min sülh yo­lu ilə həl­li is­ti­qa­mə­tin­də fə­al iş apar­mağa çağı­rır".

Mə­sə­ləyə Fran­sa və Av­ro­pa İt­ti­fa­qı nümay­ən­də­lə­ri də ana­lo­ji for­ma­da re­ak­siya ve­rib­lər. Aİ-nin xa­rici siy­a­sət və təhlükə­siz­lik üzrə ali nümay­ən­də­si Ke­t­rin Eş­to­nun mət­bu­at xid­mə­ti­nin bəy­a­na­tın­da pre­zi­den­t­lə­rin görüşü tə­q­dir edi­lir. "Av­ro­pa İt­ti­fa­qı Dağlıq Qa­ra­bağ müna­qi­şə­si­nin sülh yo­lu ilə həl­li­nə na­il olun­ma­sı üçün bər­pa edil­miş səy­lə­rə kö­mək­lik gö­s­tər­məyə, ATƏT-in Minsk qru­pu çər­çi­və­sin­də tə­rə­f­lər ara­sın­da ina­mın ya­ra­dıl­ma­sı­na töh­fə­si­ni da­vam et­dir­məyə ha­zır­dır", - deyə bəy­a­nat­da  bil­di­ri­lir.

Cüzi is­tis­na­lar­la, ək­sər nüfuz­lu ek­s­per­t­lər, hə­m­çi­nin Azər­baycan, Er­mə­ni­s­tan, Ru­siya, ABŞ və Av­ro­pa KİV də Ba­kı ilə İrə­van ara­sın­da yüksək sə­viyyə­də da­nı­şıq­la­rın bər­pa­sı­nı müsbət qiy­mət­lən­di­rib­lər. Er­mə­ni­s­tan-Azər­baycan müna­qi­şə­si­nin sülh yo­lu ilə həl­li pro­se­sin­də li­der­lər ara­sın­da bir­ba­şa di­a­loq ol­ma­dan irə­li­ləy­iş mümkün dey­il. İs­tə­ni­lən mümkün kom­pro­mi­sin yükünü məhz on­lar öz çiy­in­lə­ri­nə götürmə­li­dir­lər.

Er­mə­ni­s­tan­la Azər­baycan ara­sın­da in­diy­ə­dək apa­rı­lan da­nı­şıq­la­rın təcrübə­si gö­s­tə­rir ki, pro­se­s­dən sürət­li irə­li­ləy­iş göz­lə­məyə dəy­məz. Böyük eh­ti­mal­la da­nı­şıq­la­rın ba­za sə­nə­di ola­raq, "Ma­d­rid prin­sip­lə­ri" sax­la­nı­lacaq. Sa­dəcə, oraya tə­rə­f­lər üçün da­ha qə­bu­le­di­lən olan dəy­i­şik­lik­lər edil­mə­li­dir. Ən baş­lıca­sı isə so­nra­dan on­la­rın re­al­laş­dı­rıl­ma­sın­da sem­mi­t­rik­lik və ar­dıcıl­lığa da­ir ra­zı­lığa gə­lin­mə­li­dir. Va­si­tə­çi­lər üçün ən vaci­bi hər­bi əmə­liyyat­la­rın bər­pa olun­may­acağı­na zə­ma­nə­tin ve­ril­mə­si, er­mə­ni­lər üçünsə bağlan­mış kom­mu­ni­ka­siy­a­la­rı tez­lik­lə açıl­ma­sı və Dağlıq Qa­ra­bağa öz­lə­ri­nə sərf edən sta­tu­sun ve­ril­mə­si­dir­sə, Azər­baycan üçün da­nı­şıq­lar pro­se­si­nin uğu­ru bütün bey­nəl­xalq nor­ma­la­ra zidd şə­kil­də işğ­al edil­miş əra­zi­lə­ri­nin bo­şal­dıl­ma­sı, yüz min­lər­lə məcbu­ri köçkünün hə­min əra­zi­lə­rə qayıt­ma­sı­dır.

Bu məq­sə­də na­il ol­maq üçün Ba­kı öz iq­ti­sa­di və xa­rici siy­a­si im­kan­la­rı ilə ya­na­şı, həm də Türkiy­ə­nin dip­lo­ma­tik də­s­təy­i­nə ar­xa­la­na bi­lər.

Türkiy­ə­nin xa­rici iş­lər na­zi­ri Əh­məd Da­vu­doğlu bu günlər­də Va­şinq­ton­da ame­ri­ka­lı həm­ka­rı Con Ker­ri ilə da­nı­şıq­lar apa­rıb. On­lar ən vacib və kə­s­kin bey­nəl­xalq prob­lem­lə­ri müza­ki­rə edib­lər. Görüşdə Er­mə­ni­s­tan-Türkiyə müna­si­bət­lə­ri­nin nor­mal­laş­dı­rıl­ma­sı və Dağlıq Qa­ra­bağ müna­qi­şə­si­nə də cid­di yer ay­rı­lıb. Ey­ni mə­sə­lə­lər Türkiy­ə­nin baş na­zi­ri Rəcəb Tayyib Ər­doğa­nın noy­a­b­rın so­nun­da Mos­k­vaya edəcəyi sə­fə­ri za­ma­nı da Ru­siya rəh­bər­liyi  ilə ət­ra­f­lı müza­ki­rə edil­mə­li idi. Bu is­ti­qa­mət­də ATƏT-ə sədrlik edən Uk­ray­na və onun gə­ləcək sə­d­ri İs­ve­ç­rə tə­rə­fin­dən də müəyyən ad­dım­lar müşa­hi­də olun­ma­q­da­dır. Tə­rə­f­lə­rin və­tən­daş cə­miyyət­lə­ri ara­sın­da di­a­lo­qun güclən­di­ril­mə­si səy­lə­ri­nin art­dığı­nı da söy­lə­mək mümkündür.

Pro­se­si ölü nöq­tə­dən tər­pət­məy­in mümkün olub-ol­may­acağı­nı de­mək çə­tin­dir. Am­ma sülhə na­il ol­maq üçün ən xır­da im­kan və şan­s­dan be­lə ya­rar­lan­maq la­zım­dır. Çünki bu re­g­i­on və il­lər­boyu uza­nan müna­qi­şə­dən əziyyət çə­kən in­san­lar sülhün yo­lu­nu çox­dan göz­ləyir...



MƏSLƏHƏT GÖR:

700