12 Mart 2025

Çərşənbə, 12:54

QALİBSİZ MÜHARİBƏ

Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzinin eksperti Arif KƏSKİNİN "R+" jurnalına müsahibəsi

Müəllif:

14.01.2014

Türkiy­ə­də kor­rup­siya qal­ma­qa­lı get­dikcə qı­zı­şır. De­ka­b­rın or­ta­la­rın­dan baş­la­nı­lan "Böyük rüş­vət" əmə­liyya­tı Türkiy­ə­də siy­a­si böh­ran ya­ra­dıb. Bu­na sə­bəb əmə­liyyat za­ma­nı bir sı­ra iri sa­hib­kar­la­rın və döv­lət mə­mur­la­rı­nın kor­rup­siya it­ti­ha­mı ilə həb­si­dir. Kor­rup­siya qal­ma­qa­lı Türkiyə hö­ku­mə­tin­də dəy­i­şik­lik­lə­rə, ha­kim par­tiy­a­nın sı­ra­la­rın­dan bir sı­ra is­te­fa­la­ra yol açıb. Bu­nun­la ya­na­şı, 500-dən ar­tıq po­lis əmək­da­şı iş ye­ri­ni iti­rib. On­la­rın ara­sın­da yüksək rütbə­li za­bit­lər də var. Ya­xın Şərq Stra­te­ji Araş­dır­ma­lar Mər­kə­zi­nin ek­s­per­ti, pro­fes­sor Arif KƏSKİN Türkiy­ə­də baş ve­rən­lər­lə bağlı fi­kir­lə­ri­ni "R+" jur­na­lı ilə bölüşüb.

- Türkiy­ə­də ya­şa­nan son ha­di­sə­lə­ri necə şərh edər­di­niz?

- Bu­nu də­rin siy­a­si böh­ran ad­lan­dır­maq olar. Öl­kə­nin mil­li təh­lükə­siz­lik si­s­te­mi, döv­lət ida­rə­çi­liyi or­qan­la­rı və sa­ir böh­ran içə­ri­sin­də­dir. Pro­ses ge­niş­lə­nə­rək döv­lət böh­ra­nı xa­rak­te­ri alıb. Bu gün Türkiyə rəh­bər­liyi güclü qüvvə­lər­lə qar­şı-qar­şıy­a­dır. Struk­tu­ru­na və miqya­sı­na gö­rə bu­nu pa­ra­lel döv­lət ad­lan­dır­maq olar. Ey­ni za­man­da, Türkiy­ə­nin ta­ri­xin­də pre­se­den­ti ol­may­an pro­ses ya­şa­nır.

- Türkiyə mət­bu­a­tı ya­zır ki, Əda­lət və İn­ki­şaf Par­tiy­a­sı hö­ku­mə­ti Fə­tul­lah Gü­lə­nin baş­çı­lıq et­diyi di­ni-fəl­sə­fi hə­rə­kat­la üz-üzə­dir. Bu ver­siya nə qə­dər doğru­dur?

- Fə­tul­lah Gü­lən yal­nız Türkiy­ə­də dey­il, bütün dünya­da nüfuz­lu şəx­s­lər­dən­dir. Onun məs­lək­daş­la­rı­nın bütün dünya­da aç­dıq­la­rı tə­d­ris ocaq­la­rı­na nə­zər sal­maq ki­fay­ət­dir. Türkiy­ə­də Gü­lən tə­rəf­dar­la­rı­nın əlin­də nə­hə­ng kom­mer­siya müəs­si­sə­lə­ri, KİV var. 30 il­lik fə­a­liyyə­ti dövründə o, öl­kə­nin siy­a­si da­i­rə­lə­rin­də də böyük nüfuz qa­za­nıb. Bu gün Türkiy­ə­nin siy­a­si are­na­sın­da ən nüfuz­lu 2 siy­a­si pe­so­na var - Rəcəb Tayyib Ər­doğan və Fə­tul­lah Gü­lən. Türkiyə siy­a­sə­tin­də at­mo­sfe­ri məhz bu iki siy­a­sət­çi müəyyən­ləş­di­rir. Fə­tul­lah Türkiy­ə­də ya­şa­ma­sa da, onun kon­kret siy­a­si təş­ki­la­tı ol­ma­sa da, tə­rəf­dar­la­rı müxtə­lif döv­lət və və­tən­daş struk­tur­la­rın­da yer alıb­lar və ümu­mi­lik­də cid­di qüvvə­dir­lər. Baş ve­rən­lər Ər­doğan­la Gü­lən ara­sın­da­kı qar­şı­dur­ma­nın nə­ticə­si­dir. An­ti­kor­rup­siya əmə­liyya­tı­nın kə­s­kin si-y­a­si qar­şı­dur­ma ha­lı­na ke­ç­mə­si, fak­ti­ki ola­raq hö­ku­mət böh­ra­nı­na sə­bəb ol­ma­sı Fə­tul­lah Gü­lə­nin xid­mə­ti­dir. Ye­ri gəl­miş­kən, ke­ç­miş­də is­tər Tür­kiy­ə­nin, is­tər­sə də xa­rici öl­kə­lə­rin ek­s­per­t­lə­ri ha­di­sə­lə­rin bu cür in­ki­şaf edə bi­ləcəy­i­nə da­ir pro­qnoz­lar səs­lən­di­rib­lər. Uzun il­lər ər­zin­də vax­ta­şı­rı Fə­tul­lah Gü­lə­nin, onun müxtə­lif döv­lət struk­tur­la­rın­da­kı, xüsu­si­lə güc struk­tur­la­rın­da­kı si­lah­daş­la­rı­nın nüfu­zu­nun art­dığı­na da­ir xə­bər­lər ya­yı­lıb. Gü­lən tə­rəf­dar­la­rı­nın po­li­s­də, pro­ku­ror­lu­q­da­kı fə­a­liyyə­ti ha­q­da kon­kret mə­lu­mat­lar var idi. La­kin ha­kim Əda­lət və İn­ki­şaf Par­tiy­a­sı dey­i­lən­lə­ri qə­ti şə­kil­də rədd edir­di. İn­di par­tiya Cülə­nin ha­ki­miyyə­tə təhlükə ya­rat­dığı­nı eti­raf edir. Gü­lən tə­rəf­dar­la­rı an­ti­kor­rup­siya əmə­liyya­tı nə­ticə­sin­də ƏİP hö­ku­mə­ti­nə bu cür cid­di zər­bə­ni məhz mə­lu­mat­lı ol­­ma­la­rı, ge­niş im­kan­la­ra ma­lik ol­ma­la­rı üzündən vu­ra bi­lib­lər.

- ƏİP rəh­bər­liyi böh­ran­da ABŞ-ın ro­lun­dan tez-tez da­nı­şır. Va­şinq­to­nun baş ve­rən­lə­rə nə qə­dər ai­diyyəti var?     

- Fə­tul­lah Gü­lə­nin rəh­bər­lik et­diyi hə­rə­kat qərbyönümlüdür. On­la­rın prin­sip­lə­ri­nə, təb­liğ et­dik­lə­ri is­lam dünya­g­örüşünə diq­qət ye­tir­sək, on­la­rın re­g­i­on­da is­tə­ni­lən di­ni ra­di­ka­liz­mə qar­şı ol­duq­la­rı­nı gö­rə­rik. On­­lar həm İra­nın şiə, həm də Sə­u­diyyə Ərə­bi­s­ta­nı­nın sə­lə­fi ra­di­ka­liz­mi­nə qar­şı­dır­lar. "Ma­vi Mər­mə­rə" bə­rə­si ilə bağlı böh­ra­nın ya­şan­dığı vaxt Fə­tul­lah Gü­lən Türkiyə hö­ku­mə­ti­ni tən­qid et­miş­di. Çünki o, İs­ra­il­lə müna­si­bət­lə­rin gə­rg­in­ləş­di­ril­mə­si­nə qar­şı­dır. Gü­lə­nin bu mö­tə­dil möv­­qeyi re­g­i­o­nal ra­di­ka­liz­mə yax­şı al­ter­na­tiv­dir.

Türkiy­ə­də­ki son ha­di­sə­lə­rə gə­lincə, Qərb bu qar­şı­dur­ma­dan öz ma­raq­la­rı üçün ef­fek­tiv şə­kil­də is­ti­fa­də edir. Ər­doğan baş ve­rən­lə­rə mü­na­si­bət bil­di­rər­kən öl­kə­sin­də­ki si­y­a­si böh­ra­nın Qərb tə­rə­fin­dən təş­kil olun­duğu­nu bil­di­rir. O he­sab edir ki, bu­na sə­bəb Qər­bin Türkiy­ə­nin bey­­nəl­xalq are­na­da nüfu­zu­nu son də­­rəcə güclən­dir­mə­sin­dən na­ra­hat ol­ma­sı­dır. Ər­doğa­nın fi­k­rincə, həm Ge­zi par­kın­da­kı nümay­iş­lər, həm də kor­rup­siya qal­ma­qa­lı Türkiy­əyə qar­şı dost müna­si­bə­tin­də ol­may­an qüv­və­­lə­rin  işi­dir. Gü­lə­nin Türkiy­ə­də­ki fə­a­liyyə­ti­ni xa­rici qüvvə­lər­lə əla­qə­lən­di­rən Ər­doğan elek­to­ra­tın Qər­bə qar­şı olan his­sə­si­nin də­s­təy­i­ni qa­zan­­mağa ça­lı­şır. O, prob­le­min da­xi­li prob­lem ol­ma­dığı­nı, böh­ra­na xa­rici qüvvə­lə­rin müda­xi­lə­si­nin yol aç­dığı­nı gö­s­tər­məyə cəhd edir. Ər­doğan bu tak­ti­ka ilə seç­ki­də ona səs ver­miş şəx­slə­rin də­s­təy­i­ni qo­ruy­ub sax­laya bi­lər. Am­ma bu ha­di­sə­lə­ri da­xi­li si-y­a­­si müna­qi­şə ki­mi təh­lil et­mək da­ha doğru olar­dı.

- Baş ve­rən­lə­rə Cümhu­riyyət Xalq Par­tiy­a­sı və Mil­lət­çi Hə­rə­kat Par­tiy­a­sı­nın si­ma­sın­da, müxa­li­fə­tin re­ak­siy­a­sı nə­dən iba­rət­dir?

- Ər­doğan-Gü­lən müna­qi­şə­sin­dən bu par­tiy­a­la­rın hər iki­si "qa­zanc" əl­də et­məyə, əha­li ara­sın­da öz po­pulyar­lıq­la­rı­nı ar­tır­mağa ça­lı­şır­lar. On­la­rın müəyyən də­rəcə­də bu­na na­il ol­duq­la­rı­nı söy­lə­mək mümkündür. ƏİP-in nüfu­zu nə qə­dər aşağı­dır­sa, CXP və MHP-nin nüfu­zu o qə­dər yüksək­dir. Ma­raq­lı­dır ki, ya­şa­nan müna­qi­şə­də bu par­tiy­a­la­rın  heç bir ro­lu yox­dur. Ha­ki­miyyə­tin müxtə­lif eşe­lon­la­rın­da kor­rup­siy­aya da­ir fak­t­lar nə qə­dər çox üzə çı­xar­sa, müxa­li­fət öz imici­ni bir o qə­dər yax­şı­laş­dı­racaq. Bu, siy­a­si are­na­da adi pro­se­s­dir.

- Ma­raq­lı­dır ki, ƏİP-in is­lam­pə­rəst hö­ku­mə­ti Fə­tul­lah Gü­lə­nin is­la­m­çı hə­rə­ka­tı­nı qa­ne et­mir. Mü­na­qi­şə­nin məğzi nə­dən iba­rət­dir?

- Siy­a­si ba­xım­dan bu, ha­ki­miy­yət uğrun­da müba­ri­zə­dir. Ər­doğan­la Gü­lən əv­vəlcə ənə­nə­vi siy­a­si rə­qib­lə­ri­nə qar­şı ko­a­li­siya qur­muş­du­lar. Söh­bət hərbçi­lər­dən, kamal­çı­lar­dan, re­s­pub­li­ka­çı­lar­dan, mil­lət­çi­lər­dən və di­g­ər­lə­rin­dən ge­dir. Ko­a­li­siya bu və­zi­fə­nin öh­də­sin­dən gəl­di. Bütün rə­qib­lər zə­rər­siz­ləş­di­ril­dik­də, mey­dan­da cid­di rə­qib qal­ma­dı­q­da isə ko­a­li­siya dağıl­dı. Bu hal­da Türkiy­ə­nin gə­ləcəy­i­ni ki­min qu­racağı mə­sə­lə­si ön pla­na çıx­dı. İlk bəy­a­nat Ər­doğan­dan gəl­di və o, gülən­çi­lə­rin siy­a­si təş­ki­lat dey­il, di­ni hə­rə­ka­tı təm­sil et­dik­lə­ri­ni bil­dir­di. Baş na­zir bu sə­bə­b­dən gülən­çi­lə­rin siy­a­sə­tə müda­xi­lə­si­nin yol­ve­ril­məz ol­duğu­nu bəy­an et­di. Qar­şı tə­rəf isə bu fi­kir­lə qə­tiyyən ra­zı­laş­may­a­raq, siy­a­si mə­sə­lə­lə­rin həl­lin­də iş­ti­rak et­mək hüquq­la­rı­nın ol­duğu­nu bil­dir­di­lər. Mə­sə­lən, Fə­tul­lah Gü­lə­nin adam­la­rı Tür­ki­y­ə­nin Mil­li Təhlükə­siz­lik İda­rə­si­nin rəh­bə­ri­ni həbs et­məyə ça­lış­dı­lar. Bu, ye­tiş­mək­də olan qar­şı­dur­ma­nın dönüş nöq­tə­si ol­du.

- Fi­k­ri­nizcə, ya­xın gə­ləcək­də had­is­ə­lər nə cür in­ki­şaf edəcək?

- Ər­doğan özünün də bəy­an et­diyi ki­mi, Türkiy­ə­də "pa­ra­lel döv­lət"i dar­ma­dağın et­mək niyyə­tin­də­dir. Müxtə­lif döv­lət struk­tur­la­rın­da ge­niş­miqyas­lı tə­miz­lə­mə əmə­liyya­tı göz­lə­ni­lir. Am­ma böh­ran tez­lik­lə bit­məy­əcək. ƏİP Türkiy­ə­nin siy­a­si are­na­sın­da Gü­lən tə­rəf­dar­la­rı­nı gör­mək is­tə­mir. Fə­tul­lah isə möv­qe­lə­ri­ni be­lə asan­lıq­la əl­dən ver­mək fi­k­rin­də dey­il. Müba­ri­zə müxtə­lif for­ma­lar­da da­vam et­di­ri­ləcək. Hə­lə müx­tə­lif if­şa­e­dici ma­te­ri­al­lar, kom­pro­mat­lar­la do­lu vi­deo­lar və sa­ir yayı­lacaq.

- Bəs bütün bun­lar Türkiy­ə­nin xa­rici siy­a­sə­ti­nə necə tə­sir gö­s­tə­rəcək?

- Şübhə­siz ki, bütün bun­la­rın An­­­ka­ra­nın xa­rici siy­a­sə­ti­nə və Tür­kiy­ə­nin imici­nə tə­si­ri mən­fi olacaq. Ər­doğan "ərəb ba­ha­rı"nın ya­şan­dığı öl­kə­lə­rə ef­fek­tiv döv­lət ki­mi cəl­be­dici mo­del tək­lif edir. Am­ma Tür­kiy­ə­nin özünün siy­a­si böh­ra­nın içə­ri­sin­də ol­duğu ha­zır­kı şə­ra­it­də An­ka­ra Ya­xın Şər­q­də və Mər­kə­zi Asiy­a­da li­der­liyə id­dia edə bil­məz. Nə­ticə­də İra­nın re­g­i­on­da, xüsu­si­lə Su­riya və İra­q­da möv­­qe­lə­ri güclə­nə­cək.

- Yə­ni, ha­ki­miyyət par­tiy­a­sı ilə di­ni-siy­a­si şə­bə­kə ara­sın­da ge­dən bu müba­ri­zə­də ki­min üstünlük qa­za­nacağı hə­lə mə­lum dey­il?

- Ox­şar, ey­ni tip­li siy­a­si qüvvə­lə­rin müba­ri­zə­sin­də qa­lib ha­q­da da­nış­maq çə­tin­dir. Şübhə­siz ki, həm Ər­doğan ziy­an gö­rəcək, həm də Gü­lən. Bu­ra­da müna­qi­şə­dən ki­min da­ha az it­ki ilə çı­xacağı ha­q­da da­nış­maq da­ha doğru olar­dı.


MƏSLƏHƏT GÖR:

518