12 Mart 2025

Çərşənbə, 13:06

"SİYASİ ÇƏTİR"

"R+" jurnalının suallarını Cənubi Qafqazda enerji və təhlükəsizlik məsələləri üzrə ekspert, ATƏT-in Minsk Qrupunun sabiq həmsədri və ABŞ-ın Azərbaycandakı eks-səfiri Metyu Brayza cavablandırır

Müəllif:

18.06.2013

-Cə­nab Bray­za, Azər­baycan-Ame­ri­ka fo­ru­mun­da ener­ji böl­mə­si­nin mə­ru­zə­çi­lə­rin­dən bi­ri idi­niz. Azər­bayca­nın ha­zır­kı ener­ji siya­sə­ti haq­qın­da fi­kir­lə­ri­ni­zi bil­mək is­tər­dik...

- Düşünürəm ki, Azər­bayca­nın çox müdrik ener­ji siy­a­sə­ti var. Azər­baycan öz re­sur­sla­rı­nın ix­racın­dan yal­nız pul qa­zan­maq üçün yox, həm də su­ve­ren, müstə­qil döv­lət ki­mi mö­vcud ol­ma­q­dan ötrü is­ti­fa­də edir.

Pre­zi­dent Hey­dər Əliy­e­vin Azər­baycan ya­taq­la­rı­nın xa­rici in­ve­s­ti­siy­a­lar üçün açıq elan edil­mə­si qə­ra­rı­na gəl­dik­də, düşünürəm ki, o za­man  üzə­ri­nə çox böyük ri­s­k­lər götürmüşdü. Mən bi­li­rəm ki, bu qə­rar Ru­siy­a­nın xo­şu­na gəl­mir­di. La­kin o, Mos­k­va ilə ümu­mi dil ta­pa bil­di. İl­ham Əliy­ev də Azər­bayca­nın bir tə­rəf­dən Av­ro­pa və Ame­ri­ka, di­g­ər tə­rəf­dən isə Ru­siya ilə müna­si­bət­lə­rin­də ba­lans ta­pa bil­di. Fik­rimcə, bu, çox ağıl­lı siy­a­sət­dir.

- Bi­zim re­g­i­on­da bo­ru xət­lə­ri üçün təhlükə­lər heç də az dey­il. Azər­bayca­nın Qərb və Cə­nub qon­şu­la­rı - Er­mə­ni­s­tan­la İran za­man-za­man müəyyən hə­də­lər səs­lən­di­rir­lər. Teh­ran bu­nu Ba­kı­nın İra­na qar­şı hər han­sı hər­bi əmə­liyyat­la­ra dəs­tək ve­rə bi­ləcəy­in­dən eh­tiy­at­lan­dığı üçün edir. Bu hə­də­lə­ri cid­di qə­bul et­məyə, on­la­rın ney­tral­laş­dı­rıl­ma­sı üçün ad­dım­lar at­mağa dəy­ər­mi?

- Mən be­lə bəy­a­nat­la­ra cid­di ya­naş­mı­ram. Bu bəy­a­nat­la­rın han­sı sə­bəb­dən səs­lən­di­ril­diy­i­ni, hət­ta on­la­rı ki­min di­lə gə­tir­diy­i­ni bil­mi­rəm. Fi­k­rimcə, Azər­bayca­nın İra­na qar­şı təcavüzü də­s­tək­lə­mə­si mümkün dey­il. Müha­ri­bə ri­s­ki­nin böyük ol­duğu­nu da düşünmürəm. Ümid edi­rəm ki, müha­ri­bə ol­may­acaq. Am­ma Al­lah elə­mə­miş, bu baş ve­rər­sə, fi­k­rimcə, Azər­baycan öz əra­zi­lə­rin­dən İra­na qar­şı hər­bi əmə­liyyat­lar üçün is­ti­fa­də­si­nə ica­zə ver­məy­əcək.

- Bəs Qa­ra­bağla bağlı Er­mə­ni­s­tan­la müha­ri­bə baş­la­sa? Ye­ri gəl­miş­kən, Er­mə­ni­s­ta­nın hər­bi da­i­rə­lə­ri ye­ni müha­ri­bə baş­la­nacağı tə­q­dir­də, Azər­bayca­nın ener­ji in­fra­struk­tu­ru­na qar­şı təcavüzkar niyyət­lə­ri­ni giz­lət­mir­lər.

- Bil­mi­rəm... Düşünürəm ki, bu, sa­dəcə ki­min­sə şəx­si fi­kir­lə­ri­dir. Şəx­sən mən ATƏT-in Minsk qru­pu­na həm­sədrlik edər­kən, da­ha so­nra isə ABŞ-ın Ba­kı­da­kı sə­fi­ri po­s­tu­nu tu­tar­kən, Er­mə­ni­s­tan tə­rə­fin­dən heç za­man be­lə bəy­a­nat­lar eşit­mə­mi­şəm. Müha­ri­bə olar­sa, əl­bət­tə ki, Er­mə­ni­s­ta­nın Azər­bayca­nın bo­ru kə­mər­lə­ri­nə hücu­mu­nu göz­lə­mək olar. On­la­rın im­ka­nı ça­tar­sa, hət­ta ya­taq­lar da hücum­la­ra mə­ruz qa­la bi­lər. Am­ma düşünürəm ki, Azər­bayca­nın öz əra­zi­si­ni qo­ru­ma­sı üçün la­zı­mi im­kan­la­rı var. Nə­hay­ət, əmi­nəm ki, be­lə bir müha­ri­bə ol­mayacaq.

- Fi­k­ri­nizcə, Azər­bayca­nın stra­te­ji ener­ji in­fra­struk­tu­ru­nun müha­fi­zə­si­nə NATO və ya di­g­ər təhlükə­siz­lik qüvvə­lə­ri­nin cəlb edil­mə­si­nə eh­tiy­ac yox­dur?

 - Bu­na eh­tiy­ac yox­dur. Qeyd et­diy­im ki­mi, Azər­baycan öz əra­zi­lə­ri­ni kə­nar yar­dım ol­ma­dan da qo­ruya bi­lər.

Fi­k­rimcə, ən vaci­bi, Oba­ma ad­mi­ni­s­t­ra­siy­a­sı­nın Qa­ra­bağ prob­le­mi  ilə bağlı da­nı­şıq­lar pro­se­si­nə cid­di ya­naş­ma­sı­dır. Bi­li­rəm ki, pre­zi­dent Oba­ma bu pro­se­s­də heç za­man pre­zi­dent Med­ve­de­vin vax­ti­lə oy­na­dığı ro­lu oy­naya bil­məz. Bu, sa­dəcə, Ame­ri­ka­nın uza­q­da, Ru­siy­a­nın isə qon­şu­lu­q­da ol­ma­sı üzündən mümkün dey­il. Üstə­lik, Cə­nu­bi Qaf­qaz Mos­k­va üçün son də­rəcə vacib re­g­i­on­dur. Va­şinq­ton üçün isə Cə­nu­bi Qaf­qaz­la ya­na­şı, di­g­ər re­g­i­on­lar da var.

Bu­nun­la ya­na­şı, he­sab edi­rəm ki, pre­zi­dent Oba­ma və döv­lət ka­ti­bi Ker­ri is­tər Azər­baycan və Er­mə­ni­s­tan­da, is­tər­sə də Av­ro­pa­da hər kə­sə gö­s­tə­rə bi­lər­lər ki, Qa­ra­bağ mə­sə­lə­si vacib mə­sə­lə­dir, Va­şinq­to­nun Mos­k­va, hə­m­çi­nin Pa­ris­lə müna­si­bət­lə­rin­də bu mə­sə­lə də ən yüksək sə­viyyə­də müza­ki­rə olu­nur. Mə­nə elə gə­lir ki, ABŞ-ın döv­lət ka­ti­bi "siy­a­si çə­tir" ro­lu oy­naya­raq pre­zi­den­t­lər Əliy­ev və Sarqsyan ara­sın­da bir­ba­şa di­a­lo­qun qu­rul­ma­sı­na yar­dım edə bi­lər. Bun­suz da­nı­şıq­lar pro­se­sin­də heç bir irə­li­ləy­i­şə na­il olun­may­acaq. Pre­zi­den­t­lər ara­sın­da bu cür açıq da­nı­şıq­lar çox vacib­dir. Tə­əssüf ki, hə­lə­lik be­lə da­nı­şıq­lar apa­rıl­mır. Ame­ri­ka rəh­bər­liyi bu­nun baş tut­ma­sı­na yar­dım edə bi­lər.

- Azər­baycan rəh­bər­liyi Er­mə­nis­ta­nı böyük sülh müqa­vi­lə­si üzə­rin­də işə baş­la­mağa çağı­rır. Er­mə­nis­ta­nın xa­rici iş­lər na­zi­ri də bu ya­xın­lar­da göz­lə­nil­mə­dən öl­kə­si­nin 6 əsas prin­si­pi qə­bul et­diy­i­ni açıq­layıb. Fik­ri­nizcə, Er­mə­ni­s­ta­nın bu bəy­a­na­tı "blef" dey­il  ki? İki öl­kə pre­zi­den­ti­nin görüşünə ha­zır­lıq get­diy­i­ni nə­zə­rə al­saq, ni­zam­lan­ma pro­se­sin­də irə­li­ləy­iş eh­ti­ma­lı nə qə­dər­dir?

- Hər şey­dən əv­vəl, he­sab edi­rəm, da­nı­şıq­lar pro­se­sin­də irə­li­ləy­iş pre­zi­den­t­lər ara­sın­da qar­şı­lıq­lı ina­mın ol­ma­ma­sı üzündən yox­dur. Hər hal­da, mən be­lə düşünürəm.

Er­mə­ni­s­ta­nın hər za­man da­nış­dığı ba­za prin­sip­lə­ri­ni Azər­bayca­nın rədd edəcəy­i­ni düşünmürəm. Fi­k­rimcə, Azər­baycan baş­qa de­tal­dan da­nı­şır: biz bu işi mümkün qə­dər tez gör­mə­li, ye­kun müqa­vi­lə üzə­rin­də ça­lış­ma­lı və mə­sə­lə­ni bi­tir­mə­liy­ik. Mən də bu fi­kir­lə ra­zıy­am. La­kin tə­rə­f­lər da­nı­şıq­la­ra baş­la­dı­q­da ilk ad­dım ye­kun müqa­vi­lə­nin əsa­sı ki­mi, ba­za prin­sip­lə­ri ilə bağlı atı­lacaq.


MƏSLƏHƏT GÖR:

479