DOSTLAR YOX, MARAQLAR VAR
Belfast Kral Universitetinin eksperti, F.Xatçeson İnstitutunun rəhbəri Ceyms DİNQLİNİN "R+" jurnalına müsahibəsi
Müəllif: Çingiz MƏMMƏDOV Bakı
Bu gün Cənubi Qafqaz regional və qeyri-regional ölkələrin və qüvvələrin maraqlarının toqquşduğu məkana çevrilib. Tarixən regionda öz maraqları olmuş Rusiya ilə yanaşı, Cənubi Qafqazda Türkiyə, o cümlədən Qərb - ABŞ və Avropa İttifaqı da fəal rol oynayır. Müxtəlif qüvvələr arasında gedən geosiyasi mübarizə regiondakı ərazi münaqişələri, ilk növbədə, Dağlıq Qarabağ problemilə daha da dərinləşib. Kənardan Azərbaycan ətrafındakı vəziyyət necə görünür? Bu mövzuda həmsöhbətimiz Belfast Kral Universitetinin eksperti, F.Xatçeson İnstitutunun rəhbəri Ceyms Dinqlidir.
- Dünya güclərinin regional dövlətlərə təsiri nə qədərdir?
- Bütün dövlətlər öz maraqlarına və onların subyektiv və obyektiv interpretasiyalarına uyğun siyasət yürüdürlər. Bu baxımdan, hər şey ABŞ-ın dünyaya necə baxmasından, nələri maraqlarına uyğun saymasından, o cümlədən həmin məsələlərə digər dövlətlərin necə yanaşmasından asılıdır. ABŞ çox tez-tez dünyaya uzağı görməyən adam kimi yanaşır və bu, onların nisbətən təcrid durumunda olmalarından, başqa mədəniyyətlərdən xəbərsizliyindən irəli gəlir. Birləşmiş Ştatların Qafqazdakı maraqlarının nədən ibarət olduğunu, onların nə istədiyini bilmək vacibdir. Bilmək lazımdır ki, balanslaşdırılmış siyasət dedikdə, siz nələri nəzərdə tutursunuz, onlar nəyi nəzərdə tuturlar. Bununla yanaşı, üçüncü tərəf faktorunu, məsələn, Rusiya ilə islam dünyasının münasibətlərini də nəzərə almaq lazımdır. Maraqlar naminə praktiki addımlar atılarkən, çox vaxt mənəvi yanaşmalar əsas götürülmür.
- Ermənistan siyasi və iqtisadi baxımdan, demək olar ki, tamamilə Rusiyadan asılı vəziyyətdədir. Amma bu, Ermənistan əhalisinin əksəriyyətinin hazırkı hakimiyyətin siyasətini dəstəklədiyi anlamına gəlmir. ABŞ-ın bu ölkənin xarici siyasi kursuna təsir imkanları varmı?
- Britaniyanın baş naziri lord Palmerston bir dəfə demişdi: "Ölkələrin dostları yox, maraqları var". Bunu nəzərə alın. Xalqın nə istəməsi ilə dövlətin nələri öz maraqları hesab etməsi çox zaman tamamilə fərqli məsələlərdir. ABŞ Qafqazdakı maraqlarını gücləndirmək istəyirmi, Rusiya onlar üçün daha vacibdirmi, Ermənistanın ABŞ üçün hər hansı bir əhəmiyyəti varmı? Nəzərə alsaq ki, VR Qərbin Azərbaycandakı aparıcı neft şirkətidir, bəlkə də, ABŞ regiondakı əsas rolu Böyük Britaniyaya güzəştə getməyə hazırdır. Hazırda Birləşmiş Ştatlar İraq və Əfqanıstandakı iflas, o cümlədən daxili problemlər üzündən regiondakı fəaliyyətini məhdudlaşdırmağa çalışır.
- Siz məni qabaqladınız. Soruşmaq istəyirdim ki, regionumuzda sabitliyin yaradılmasında ABŞ hansı imkanlara malikdir? Çünki bu ölkə dünyanın digər regionlarındakı problemlərin içərisində ilişib qalıb...
- Görünən odur ki, ABŞ konkret səbəblər olmadan Qafqazda daha bir problemli vəziyyətə qarışmaq istəmir. Çünki bura heç də rahat region deyil. Gürcüstanda yaşananlar göstərdi ki, ölkəyə simpatiyanın bəslənməsi və səsləndirilən xoş sözlər onun uğrunda hər şeyə gediləcəyi anlamına gəlmir.
- Bu günlərdə maraqlı hadisə baş verib: Dağlıq Qarabağ münaqişəsinin həllilə məşğul olan ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Türkiyə hökumətinin bu problemlə bağlı mövqeyini öyrənmək üçün Ankaraya yollanıb. Bu, ABŞ-ın Qarabağ problemilə Ermənistan-Türkiyə barışığının bir-birilə əlaqəli məsələlər olmadığına dair mövqeyinə yenidən baxmağa başladığı anlamına gəlirmi?
- Qərar qəbul edənlər vəziyyətdən və şəraitdən asılı olaraq, hər zaman fikirlərini dəyişirlər. ABŞ-ın istədiyi sabitlikdir. Onun hansı vasitə ilə əldə olunması isə ikinci dərəcəli məsələdir. Bundan başqa, Türkiyə getdikcə daha qüdrətli regional gücə çevrilir və bunun müəyyən dərəcədə islamın təsiri altında baş verməsi Vaşinqtonu narahat edir. Amerikada düşünürlər ki, bu, bütünlükdə Yaxın Şərqdə qüvvələr nisbətinə təsir edə bilər. Güman ki, ABŞ-da bu fikir hakimdir. Göründüyü kimi, orada Dağlıq Qarabağ haqda az düşünürlər. Amma Vaşinqton Ermənistanın Rusiyanın nüfuz dairəsindən çıxarılmasına, NATO-nun nüfuz dairəsinə cəlb olunmasına yönəlmiş istənilən təşəbbüsü dəstəkləyəcək. Bu işdə, məhz Türkiyə faydalı ola bilər.
- Bununla əlaqədar olaraq, Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin fevralın 19-da Gəncədə keçirilmiş görüşü haqda da danışmaq istərdik. Bundan başqa, daha bir regional əməkdaşlıq formatı mövcuddur - Azərbaycan-Türkiyə-İran. Azərbaycan-Türkiyə-Gürcüstan-İran formatı regionda Amerika-Rusiya tandeminə ciddi rəqib ola bilərmi?
- Yenə də hər şey maraqlardan asılıdır. Ermənistan Rusiyanın əlaltısıdırsa, onun Rusiyadan uzaqlaşdırılmasına yönəlmiş istənilən cəhd önəmlidir. Amma buna nail olmaq üçün regionun digər dövlətlərinin ortaq maraqları varmı?İran hələ də qatı islam dövlətidir, halbuki bunu dəyişmək istəyirlər. Gürcüstan və Azərbaycanın, sanki, müəyyən ortaq maraqları var. Bu, Qərbpərəst və dünyəvi siyasi kurs, həmçinin iqtisadi əməkdaşlıq potensialıdır. Misal kimi, Bakıdan Qara dənizə uzanan boru xətlərini göstərmək olar. Bu, həm də Türkiyənin regional maraqlarına da uyğun gəlir. Odur ki, əməkdaşlıq imkanları var.
- Azərbaycan ərazi bütövlüyünü sülh yolu ilə bərpa etməyə çalışır. Bunun üçün o, Ermənistana öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxardıqdan sonra regional əməkdaşlığın üstünlüklərindən yararlanmağı təklif edir. Günlərin birində bu təklifin qəbul ediləcəyini gözləmək olarmı?
- Burada əsas ya dərhal hərbi qələbə qazanmaq, ya da qarşı tərəfi iqtisadi məsələlərlə həvəsləndirməkdir. Əlbəttə ki, siz onların da ərazi bütövlüyü məsələsinə necə yanaşdıqlarını, nələri öz maraqları saydıqlarını bilməli və bununla oynamalısınız. Ermənistanda əməkdaşlığa böyük maraq yaratmaq ən yaxşı siyasətdir. Amma eyni zamanda, hərbi-strateji şəraitə də nəzər salmaq lazımdır. Unutmayın ki, hər bir ölkə rahat qorunacaq sərhədlər istəyir. Və bu istəyin Dağlıq Qarabağın Azərbaycanın nəzarətinə qaytarılması ilə necə uzlaşdığını nəzərə almaq lazımdır.
- Belə bir fikir var ki, ABŞ-la İran arasında münasibətlərin mümkün yaxşılaşması Qərb üçün Cənubi Qafqazın əhəmiyyətini azaldacaq. Bu haqda nə düşünürsünüz?
- Burada da vəziyyətə və mövqelərə baxmaq lazımdır: ABŞ regiondan nə istəyir və nə üçün? Üstəlik, Birləşmiş Ştatların maraqları bütünlükdə Qərbin maraqları ilə heç də hər zaman üst-üstə düşmür. Böyük Britaniyanın, o cümlədən Avropa İttifaqının Azərbaycanda öz vacib maraqları var. Bu mənada, bəlkə də, diqqəti daha çox ABŞ-a yox, Qərbin digər aparıcı oyunçularına, onların arzularına yönəltmək lazımdır. İran-Amerika münasibətlərinin yaxşılaşması Azərbaycanın önəmini daha da artıra bilər. Çünki bu halda regional imkanlar genişlənəcək. Odur ki, ABŞ-ın regionla bağlı iqtisadi maraqları daha da güclənə, o, bu regionda daha fəal ola bilər.

MƏSLƏHƏT GÖR: