14 Mart 2025

Cümə, 22:46

"BU, ADİ POPULİZMDİR"

Leonid Radzixovski: "Miqrasiya haqqında qanuna təklif olunan yeniliklər Rusiyada işləməyəcək"

Müəllif:

30.04.2013

Ru­siya hö­ku­mə­ti mi­q­ra­siya siy­a­sə­ti­nin sər­t­ləş­di­ril­mə­si mə­sə­lə­si­nə ye­ni­dən qayı­dıb. Mə­sə­lən, pre­zi­dent Vla­di­mir Pu­tin Fe­de­ral Mi­q­ra­siya Xid­mə­ti­nin 2015-ci il­dən xa­rici döv­lət­lə­rin və­tən­daş­la­rı­nın Ru­siy­aya yal­nız xa­rici pa­s­por­t­la bu­ra­xıl­ma­sı tək­li­fi­ni də­s­tək­ləy­ib. Bir müddət əv­vəl isə Döv­lət Du­ma­sı­nın Kom­mu­nist Par­tiy­a­sı və Li­be­ral-De­mo­krat Par­tiy­a­sın­dan olan de­pu­tat­la­rı Qı­rğı­zı­s­tan, Taci­ki­s­tan və Öz­bə­ki­s­tan­dan olan mi­q­ran­t­la­ra vi­za re­ji­mi­nin tət­bi­qi tək­li­fi  ilə çı­xış edib­lər. Ru­siy­a­nın mi­q­ra­siya siy­a­sə­ti­ni sər­t­ləş­dir­mə­si­nin onun MDB öl­kə­lə­ri  ilə siy­a­si, iq­ti­sa­di və bey­nəl­xalq müna­si­bət­lə­ri­nə necə tə­sir gö­s­tə­rəcəyi  ilə bağlı ru­siy­a­lı po­li­to­loq Le­o­nid RADZİXOVSKİ ilə söh­bət­ləş­dik.

 - Ru­siya hö­ku­mə­ti­nin bu gün at­dığı ad­dım­la­rı an­la­maq çə­tin­dir: Ru­siy­a­nın əmək mi­q­ran­t­la­rı­na eh­tiy­acı var, ya yox?

 - Ru­siy­aya üz tu­tan mi­q­ran­t­la­rın ək­sə­riyyə­ti Mər­kə­zi Asiya öl­kə­lə­ri­ni təm­sil edir. On­lar, əsa­sən, Taci­ki­s­tan, Öz­bə­ki­s­tan və bir qə­dər də Qı­rğı­zı­s­tan­dan gə­lir­lir. Bil­diy­i­mə gö­rə, Azər­baycan­dan Ru­siy­aya ye­ni mi­q­rant axı­nı çox cüzi­dir. Mi­q­ra­siya siy­a­sə­ti­nin sər­t­ləş­di­ril­mə­si­nin Azər­bayca­na bir­ba­şa ai­diyyəti yox­dur.

Bu mi­q­ran­t­la­rın qar­şı­sın­da Ru­siyaya yal­nız xa­rici pa­s­por­t­la gəl­mək şər­ti qoy­u­lacaq­sa, on­lar sa­dəcə Ru­siy­aya gəl­məy­əcək­lər. Ru­siy­a­da əmək­haq­qı yüksək dey­il, mi­q­ran­t­la­rın həy­at və iş şə­ra­i­ti ağır­dır. Doğru­dur, mi­q­ran­t­la­rın müəyyən də­rəcə­də bil­dik­lə­ri rus di­li ami­li də var. Am­ma bu, çözülmə­si mümkün olan mə­sə­lə­dir. Ko­reya Re­s­pub­li­ka­sın­da, Cə­nub-Şər­qi Asiy­a­da, Fars kör­fə­zi öl­kə­lə­rin­də, Av­stra­liy­a­da Ru­siy­a­da­kın­dan da­ha çox pul qa­zan­maq olar. Yə­ni, Ru­siy­aya mi­q­rant axı­nı əv­vəlcə tə­d­ricən, so­nra­dan isə sürət­lə azal­mağa baş­lay­acaq. Qa­s­tar­bay­ter­lər­siz Ru­siya iq­ti­sa­diyya­tı mö­vcud ola bil­məz. Bütünlükdə in­şa­at sa­hə­sin­də, kom­mu­nal xid­mət­lər­də, ağır fi­zi­ki əmək­də qa­s­tar­bay­ter­lər iş­ləy­ir. Rus­lar, uk­ray­na­lı­lar və be­la­rus­lar ey­ni pu­la bu iş­lə­ri görmürlər. Əmək­haq­qı­nın ar­tı­rıl­ma­sı isə ti­kin­ti­də, hə­m­çi­nin kom­mu­nal sa­hə­də­ki xid­mət­lə­rin maya dəy­ə­ri­nin kə­s­kin şə­kil­də ar­t­ma­sı­na sə­bəb olacaq. Mən hə­lə Ru­siya mə­mur­la­rı­nın qa­s­tar­bay­ter­lər va­si­tə­si­lə qa­zan­dıq­la­rı külli mi­q­dar­da məb­ləğlər­dən da­nış­mı­ram. Mə­sə­lən, qa­s­tar­bay­ter­lə­rə Ru­siy­a­da ma­şın al­maq ica­zə­si ve­ril­mir. On­la­rın tak­si sürücüsü ki­mi iş­lə­mə­si üçün ica­rəyə götürdüklə­ri ma­şın­la­rın sa­hib­lə­ri isə mə­mur­lar­dır. Ey­ni sözü Mos­k­va və di­g­ər şə­hər­lər­də mi­q­ran­t­la­ra ki­rayə ve­ri­lən mən­zil­lər­lə də bağlı söy­lə­mək olar. Bu gün Ru­siy­a­da fan­ta­s­tik məb­ləğdə pu­lu yal­nız qa­s­tar­bay­ter əməyi say­ə­sin­də qa­zan­maq mümkündür.

Be­lə­lik­lə, bu gə­lir mən­bəy­i­nin ləğvi Ru­siy­a­nın ha­kim sin­fi­nin iq­ti­sa­di və mad­di ma­raq­la­rı­na zər­bə vu­rul­ma­sı olar­dı. O üzdən də düşünürəm ki, mi­q­ra­siya qa­nu­nu­na ye­ni dəy­i­şik­lik­lər­lə bağlı tək­li­f­lər iş­lə­məy­əcək. O, müntə­zəm su­rət­də po­zu­lan, əməl olun­may­an, da­im han­sı­sa dəy­i­şik­lik­lə­rin, əla­və­lə­rin və sa­i­rin edil­diyi qa­nun­lar­dan bi­ri­nə çe­v­ri­ləcək. İs­tə­ni­lən hal­da, ye­ni qay­da­lar tam gücü ilə iş­lə­məy­əcək.

- Mos­k­va­nın mi­q­ra­siya siy­a­sə­ti­ni sər­t­ləş­dir­mə­si Mər­kə­zi Asiya öl­kə­lə­ri­ni Gömrük İt­ti­fa­qı­na, da­ha so­nra isə Av­ra­siya İt­ti­fa­qı­na itə­ləyə bi­lər­mi? Axı Be­la­rus və Qa­za­xı­s­tan üçün Ru­siy­a­nın sər­həd­lə­ri tam açıq qa­lacaq...

 - Ru­siya hö­ku­mə­ti­nin mi­q­ra­siya siy­a­sə­ti üzündən Taci­ki­s­tan, Öz­bə­ki­s­tan və Qı­rğı­zı­s­ta­nın Gömrük İt­ti­fa­qı­na qo­şul­ma­la­rı Ru­siya üçün öldürücü olar­dı. Mə­sə­lə ondadır ki, bu Mərkəzi Asiya ölkələri Gömrük İttifaqına elə-belə qoşulmayacaqlar. Onların maddi və iqtisadi yardıma ehtiyacları olacaq, Rusiya isə bu yardımı göstərə bilməz. SSRİ-nin istənilən formatda bərpası Rusiya üçün faciəvi nəticələr verər. Mərkəzi Asiya regionunun inkişafı Rusiya üçün qaldırılması mümkün olmayan yükdür. Bu üç öl­kə­nin əha­li­si bir­lik­də, təx­mi­nən, 50 milyon­dur. Ru­siy­a­da isə 140 milyon əha­li var. Mos­k­va­nın bu öl­kə­lə­ri iq­ti­sa­di, so­si­al ba­xım­dan ay­ağa qal­dır­ma­sı sa­dəcə mümkün dey­il.

- Bu­nu Qı­rğı­zı­s­tan, Uk­ray­na və Azər­bayca­nın Ru­siya obyek­t­lə­ri­nə gö­rə ica­rə haq­qı­nı qar­dır­ma­sı­na Krem­lin ca­va­bı say­maq olar­mı?

 - Düşünürəm ki, bu, adi po­pu­lizmdir. Ru­siya əha­li­si mi­q­ran­t­la­ra ni­f­rət edir. Sə­bəb də müəyyən də­rəcə­də bun­da­dır. Yad­la­ra hər tə­rəf­də ni­f­rət var, müəyyən də­rəcə­də öl­kə­də­ki prob­lem­lə­rə gö­rə mi­q­ran­t­lar gü­nah­lan­dı­rı­lır, kri­mi­nal sta­ti­s­ti­kaya gö­rə də on­lar se­vil­mir və sa­ir. Ha­ki­miyyət də za­man-za­man rus in­sa­nı­nın qayğı­sı­na qal­dığı­nı gö­s­tər­məyə ça­lı­şır. Nə qə­dər pa­ra­dok­sal ol­sa da, evi­ni qı­rğı­za sa­tan pen­siy­a­çı öz­bək qa­s­tar­bay­te­rin tik­diyi mən­zil­də ya­şayır, taci­kin süpürdüyü küçə­də gə­zir, am­ma on­la­ra ni­f­rət edir. Hə­min pen­siy­a­çı­nı mi­q­ran­t­la­rın rus di­li­ni bil­mə­mə­si, onun isə mi­q­ran­t­la­rı ba­şa düşmə­mə­si qə­zəb­lən­di­rir. O, öz şə­hə­rin­də yad­lar­dan qor­xur. Bir söz­lə, nə qə­dər ki, Yer kürə­sin­də in­san­lar var, kse­no­fo­biya da olacaq. Ha­ki­miyyət isə han­sı­sa şə­kil­də bu və­ziyyət­lə oy­na­mağa ça­lı­şır. Hər hal­da, hə­lə ki, mi­q­ran­t­lar üçün şər­t­lə­rin ağır­laş­dı­rıl­ma­sı­na baş­qa iz­ah yox­dur.

 - Ru­siya Döv­lət Du­ma­sı­nın bə­zi de­pu­tat­la­rı­nın tək­lif et­dik­lə­ri ki­mi, Be­la­rus və Qa­za­xı­s­tan­dan baş­qa, Ru­siya MDB öl­kə­lə­ri­nin ha­mı­sı ilə vi­za re­ji­mi tət­biq et­sə necə olacaq? Ha­zır­da hər kə­sə bəl­li olan sə­bəb­lər­dən yal­nız Gürcüstan­la vi­za re­ji­mi qüvvə­də­dir...

 - Bu­nun siy­a­si təzyiq va­si­tə­si ki­mi ger­çək­ləş­di­ril­mə­si ta­ma­mi­lə mümkündür. Am­ma o, yal­nız han­sı­sa kon­kret siy­a­si məq­səd­lə­rə na­il ol­maq üçün qı­samüddət­li siy­a­sət ki­mi həy­a­ta ke­çi­ri­lə bi­lər. Uzunmüddət­li siy­a­sət ki­mi bu va­si­təyə əl atıl­ma­sı mümkün dey­il. Çünki bu hal­da öl­kəyə mi­q­rant axı­nı tam kə­si­ləcək. Gürcüstan­la bu­nu et­mək asan idi. Çünki gürcülər ti­kin­ti­də, kom­mu­nal xid­mət sa­hə­lə­rin­də iş­lə­mir­di­lər. Gürcü mi­q­ran­t­lar Ru­siya iq­ti­sa­diyya­tı­na heç nə ver­mir­di­lər və bu üzdən öl­kə­nin on­la­ra eh­tiy­acı yox­dur. Gürcüstan və ya Bal­tikya­nı öl­kə­lər­lə vi­za re­ji­mi­nin ol­ma­sı Ru­siya üçün təhlükə­li dey­il. Mər­kə­zi Asiy­a­dan olan iş­çi qüvvə­si isə fər­q­li mə­sə­lə­dir.

Azər­bayca­na gə­lincə, bir qrup azər­baycan­lı mi­q­ran­tın ar­tıq və­tən­lə­ri­nə qayıt­maq is­tə­dik­lə­ri­ni bi­li­rəm. Bə­zi­lə­ri ai­lə­si­nin, işi­nin və s. ol­duğu Ru­siy­a­da ya­şa­maq is­təy­ir. Son za­man­lar mən Ru­siy­aya 1-2 il əv­vəl gəl­miş azər­baycan­lı mi­q­ran­t­lar­la rastlaş­mı­ram. Bu­ra­da­kı­lar, əsa­sən, 15-20 il öncə gə­lən­lər­dir. Bu da tə­bi­i­dir. Çünki Azər­baycan­da sa­bit iq­ti­sa­di və­ziyyət hökm sürür. İn­di əv­vəl­ki ki­mi sürət­li iq­ti­sa­di in­ki­şaf ol­ma­sa da, ar­tım ye­nə də da­vam edir. Be­lə olan tə­q­dir­də, in­san­lar hər şeyi ata­raq han­sı­sa baş­qa öl­kəyə nə­dən üz tut­sun­lar? Odur ki, Ru­siy­a­nın mi­q­ra­siya siy­a­sə­ti­ni sər­t­ləş­dir­mə­si­nin ən az ai­diyyəti olacaq öl­kə Azər­baycan­dır. Bu, Mər­kə­zi Asiya üçün re­al prob­lem­dir. Bu, qor­xut­maq üçün və ya bir­də­fə­lik təzyiq ki­mi mümkündür. Da­i­mi siy­a­sət ki­mi isə, bu­nu ta­ma­mi­lə ab­surd sayı­ram.


MƏSLƏHƏT GÖR:

654