Müəllif: Aydan ƏLİYEVA Bakı
"Yatan adam" ABŞ, Almaniya və İtaliyanın yüzlərlə yuxu mərkəzlərinin araşdırma obyektidir. Elə bir fikir yaranır ki, yuxudan rahat iş yoxdur. Bu belədir. Amma, hazırda çoxları öz yuxusundan razı deyil. Böyüklərin narazılıq səbəbləri sırasında həyəcan, depressiyalar, kədər, xəstəliklər, uşaqlarda isə valideynlərdən incimək var. Nəticədə, insan öz həyatında yalnız çox qiymətli olan yuxu saatlarından deyil, həm də istirahət və rahat həyat imkanından da məhrum olur. Bu gün hər üç Yer sakinindən biri yuxusuzluqdan şikayət edir. Həkimlər belə adamlara psixoterapiya və antidepressantlar yazırlar.
Niyə yatmırıq?
Çoxları sual verirlər ki, niyə biz hər gün bu işıqlı, gözəl dünyanı qoyub yorğan altına girməliyik? Cavab sadədir: əgər insan üçcə gün yatmasa, onda psixi pozuntular müşahidə edilir. Yuxusuzluğun işgəncəsi aclığınkından daha ağırdır. Günün sonunda beyin səliqə-sahmana kəskin ehtiyacı duyulan bir anbara bənzəyir. Gecə istirahəti barədə təsəvvürlər təxminidir: yatan zaman beyində ayıq zamanda olduğundan daha az sayda neyronlar işləyir. O, məlumatları çeşidləyir, yararlıları yadda saxlayır. Çinlilər deyirlər: yuxuda asqırmaq uğursuzluğadır. Və bu belədir. Əgər şərait yaxşıdır və yaxşı yatmaq mümkündürsə, onda gecə yuxu zamanı ən önəmli problemlər həll olunur, çünki yuxu sadəcə şüuraltına daxil olmaq, onun arxivlərində eşələnmək imkanı yaradır. Belə olan halda, yuxugörmə ətraf dünyadan psixoloji müdafiə mexanizmi rolunu oynayır.
Əgər axşam sizin kefiniz yaxşı olubsa, nə olur-olsun, səhər yenə də yaxşı vəziyyətdə olacaqsınız. Amma bunun üçün elə şərait lazımdır ki, insan sutkanın yuxuda keçirdiyi üçdəbir hissəsindən şişmiş deyil, dincəlmiş gözlərlə qalxsın. Yuxu bizim orqanizmin yeganə bərpa olunmaq imkanıdır. Yuxusuzluq səbəbindən miqren, infarkt, insult yaranır, immunitet aşağı düşür, biz daim yorğunluq hiss edir, özümüzdən və ətrafdan narazı qalırıq. Gündən-günə təkrarlanan bu yorğunluq əsəb pozuntusuna, depressiyalara gətirir, orqanizmin sürətli qocalmasına səbəb olur.
Amma çox adam bilmir ki, yuxusuzluğun və ya narahat yatmağın əsas səbəbləri sırasında həm də bizim hər gecə "qərq olduğumuz" yatağın əlverişsiz şəraiti də var və bu da şəksizdir ki, insan yalnız rahat yataqda dincələ bilir. Amma biz günümüzün 6-8 saatını hansı yataqda keçiririk? Müxtəlif yataq növləri mövcuddur: pambıq, lələk-tiftik, ənənəvi yun döşək və yorğanlar.
Ancaq alimlər tərəfindən sübut edilib ki, istifadə zamanı onlar özlərinə toz, kir, müxtəlif insan tullantıları yığırlar və bunun əvəzində bizə çoxsaylı toz gənələri "bəxş edirlər", biz də gecəboyu həmin gənələrin təcrübə obyektinə çevrilirik. Heç kimə sirr deyil ki, bu, bir çox allergiya hallarının və nəfəs yolu xəstəliklərinin əsas səbəbidir. Sintetik, sintepon yataqlar da var ki, insan sanki polietilen torbada yatır və bədəni öz ifrazatının içində boğulur.
Yun hər şeydən üstündür!
Azərbaycana təmiz yundanyataqağları və ev paltarı gətirən "Kampol" şirkətinin prezidenti Anna Məmmədovanın sözlərinə görə, rahat yuxu problemini həll etmək üçün ilk öncə, yuxu mədəniyyəti haqqında biliklərə müraciət etmək lazımdır. Yuxunun hər şeydən öncə yataqdan başlandığı nəzərə alınarsa, bizim çoxumuzun qoyun yunundan düzgün işlənməmiş yorğan-döşəkdə uzanaraq, tük yastıqlara baş qoymaqla narahatlıq keçirməyimizin səbəbi aydın olar.
"Çox illər öncə alimlər tərəfindən insan sağlamlığı üçün ən təbii və yararlı material olan yundan optimal yataq işlənib. Çağdaş yuxu gigiyenası araşdırmaları göstərir ki, yalnız canlı heyvanlardan qırxılmış yun yuxu vaxtı insandan ayrılan zəhərli maddələri zərərsizləşdirə və istilik mübadiləsini yaxşılaşdıra, əlverişli mikroiqlim yarada bilər, artıq nəmişlik və gigiyena məsələsini həll edə bilər. Yun insan üçün təbiətin ən əlverişli məhsuludur. Çağdaş texnologiyalar yun yatağı həddindən xoş, gözəl və sadə etməyə qadirdir", - deyə Məmmədova bildirir.
Gəlin müəyyənləşdirək!
Tük yatağa və ya ənənəvi yatağa uzanan zaman yuxu bizim qüvvəmizin bərpasına imkan yarada bilərmi? Bəlli olub ki, yox. Yuxu zamanı əzələlər zəifləyir və bədən daha isti örtük istəyir. Dəri bədənin istiliyini nizamlamalı olur, buna görə də bizim yatdığımız yatağın isti olması və maddələr mübadiləsinə mane olmaması çox önəmlidir. Yun yorğanlar və tük yastıqlar üçün astarlar kip parçadan tikilir. Buna görə də bizim alışdığımız yataqlar havanı pis keçirir. Bütün bunlar orqanizmin çox qızmasına və tərləməyə səbəb olur.
Bədən öz buxarlanma məhsulları ilə nəfəs almağa məcburdur ki, bu da sağlamlığa mənfi təsir göstərir. Adi yatağın havanı pis keçirməsi üzündən yatan insan tərəfindən itirilən 300 ml-ə qədər nəmlik tük yastıqlarda insan gözü ilə görülməyən mikroblar üçün münbit şərait yaradır. Bu hətta sağlam adamda belə allergiyaya səbəb ola bilər, əgər atmosferdə gənələrin mövcudluğu yol verilən həddən yüksək - bir qram toza 100 gənə - olarsa, bu da astmanın inkişafına gətirə bilər. Çoxları, yəqin ki, uzun müddət işlənmiş tük yastıqların nəyə çevrildiklərini görüblər: onlar bizim küləyə verib, günəş şəfəqləri altında qurutmağa çalışdığımız çürüntü və ovuntuya dönürlər.
Anna Məmmədovanın sözlərinə görə, "Kampol" şirkəti tərəfindən təqdim edilən çağdaş yataqlar hava keçirən və istilik izolyasiyalıdır. Dərinin oksigenlə zənginləşməsinə imkan yaradır və karbon qazının çıxmasına mane olmur. Hazırda milyonlarla avropalı müxtəlif xəstəliklərin müalicəsi, həyat tonusunun yüksəldilməsi, orqanizmin iş qabiliyyətinin və ətraf mühitin zərərli amillərin təsirinə dözümünün artırılması üçün yun yataqlardan istifadə edir. Amma yunun ən qiymətli xüsusiyyəti lanolindir. Bu nə deməkdir? Dəri törəməsi olan yun lifləri xarici təbəqə buynuz hüceyrələrindən ibarətdir. Dəridə tükün yanında yerləşən piy vəzləri suda həll olunmayan yun piyləri ifraz edir və bu, yunun üzərini örtərək onu mexaniki və atmosfer təsirlərindən qoruyur. Piy və tər qarışaraq həmin heyvani mumun - lanolinin əldə edilməsinə imkan yaradır. Bu qiymətli maddə bir sıra krem və sürtkülərin əsasında durur. "Kampol"un məhsullarının düzəldildiyi yun kimyəvi maddələr və boyalarla emal edilmədiyinə görə, bioloji xüsusiyyətlərini və insan sağlamlığı üçün çox yararlı olan lanolini özündə saxlayır. Lanolin 35-37 dərəcə istilikdə əriyir və asanlıqla dəriyə keçir, əzələlərə, sümüklərə, onurğaya, nəfəs sisteminə müsbət təsir göstərir, qan dövranını stimullaşdırır. Məhz yunu düzgün saxlamamaq, tez-tez yuyub gün altında qurutmaq üzündən ənənəvi Azərbaycan yatağı öz müalicəvi xüsusiyyətlərini qorumur - bu cür qulluq nəticəsində lanolin yuyulur, günün altında qurutmaq isə onu əridir və tamamilə yoxa çıxarır.
Hər şey təbiətdə var!
Yun yataq radikulit, osteoxondroz və revmatizmdən əziyyət çəkən adamlar üçün xüsusilə yararlıdır. Niyə? Radikulit onurğa ilə bağlı olan xəstəlikdir. Osteoxondrozda isə onurğalararası disklər elastikliyini itirir və onlarda çatlar əmələ gəlir, bu da uğursuz yatağın yaratdığı xəstəliklərdəndir. Radikulitdən əziyyət çəkən adamlara ənənəvi yataqda yatmaq olmaz. Gecə vaxtları bədən temperaturu bir qədər aşağı düşür və insan qızınmağa çalışaraq, yorğana bürünür. Amma müəyyən müddət sonra həddindən çox isti olduğundan onu atır. Nəm bədən ani olaraq soyuyur və artıq səhər biz boynumuzu döndərə, əyilə bilmirik.
Bu ona görə baş verir ki, quru itiliyə ehtiyacı olan bədən adi, havakeçirməz yorğan altında onu ala bilmir. Yun isə nəmi özünə çəkərək, bədənə nəfəs almaq imkanı yaradır, tərlə birgə dəridən ayrılan zərərli maddələri neytrallaşdırır. Yun nəmi istənilən toxuculuq lifi ilə müqayisədə yeddi dəfə tez çəkir, bu da bədənin quru və isti qalmasına imkan yaradır. Bugünkü yuxu gigiyenası araşdırmaları təsdiq edə bilərlər ki, canlı heyvandan qırxılmış qoyun yunu zərərli maddələri təsirsizləşdirir. Yun məmulatlar hərəkət-dayaq aparatı xəstəliklərinə, allergiyaya, astma (bronxial) xəstəliklərinə düçar olan, qan dövranı pozuntuları müşahidə edilən adamlara da tövsiyə edilir. Onlar baş və diş ağrılarından da yaxa qurtarmağa imkan yaradır.
"Payızda və yazda insanlar virus infeksiyalarına yoluxmağa xüsusi meyilli olurlar. Əgər siz xəstələnibsinzsə, müalicə kompleksinə qoyun yununu da daxil etməyi unutmayın. Pnevmaniya zamanı onun istifadəsi çox gözəl nəticələr verir. Otit, qaymorit, çənəaltı limfadenitlərin sağaldılmasında da qoyun yunu xüsusi yardım edir. Qoyun yunundan quru kompresslər ağrını azaltmağa və xəstəliyi sağaltmağa kömək edir. Belə hallarda oynaqları qoyun yunu ilə bürümək yararlıdır. Və bizim şirkət merinos yunundan müalicə-profilaktika yönümlü yüksək keyfiyyətli məmulatların geniş çeşidini təqdim edir".
Hazırda "Kampol" şirkəti Avropa ölkələrindən Azərbaycana kəşmirdən, dəvə, lama-alpak, Avstraliya, Argentina və Avropa merinosunun yunundan yorğan, yastıq, geyim, bərpa vasitələri, qış və yay yataqağları gətirir. Qoyunların xüsusi üsulla qırxılması bu məmulatlara qeyri-adi yüngüllük və zəriflik verir. Bu üsul elastik liflər əldə etməyə imkan yaradır ki, bu da parçanı həddindən yumşaq edir. Beləliklə, yuxunuz şirin olsun.
MƏSLƏHƏT GÖR: