
NAİLİYYƏTLƏR VƏ PERSPEKTİVLƏR
Guam - "müxtəlif dövlətlərin öz səylərini birləşdirmək bacarığının göstəricisidir"
Müəllif: Rasim MUSABƏYOV, politoloq Bakı
İyulun əvvəlində Batumidə "Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM"ın III sammiti keçirildi. Samitin işində Azərbaycan, Ukrayna, Gürcüstan, Polşa, Litva, Rumıniya prezidentləri, həmçinin Türkiyə, Bolqarıstan, ABŞ, Yaponiya, Laitva və Estoniyanın nümayəndələri iştirak ediblər. Ümumilikdə, Batumidə dünyanın 25 ölkəsi və beynəlxalq təşkilatlarının nümayəndələri iştirak ediblər.
Sammitin gündəliyində regionda birgə enerji və nəqliyyat layihələri, GUAM ölkələrinin aparıcı beynəlxalq təşkilatlar - BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı və NATO ilə əlaqələri, həmçinin bir sıra digər mövzular müzakirə edilib. Bundan başqa, forum çərçivəsində ABŞ, Yaponiya və Polşa təmsilçilərinin iştirakı ilə "GUAM+" formatında xüsusi görüşlər keçirilib. Bu danışıqlar zamanı beynəlxalq siyasətin aktual məsələləri, ikitərəfli əlaqələr və enerji probleməri müzakirə edilib.
Sammitdə qəbul edilmiş "GUAM Avropanın Şərqini birləşdirir" adlı qətnamədə təşkilatın yaxın perspektivdə prioritetləri müzakirə edilib. Həmçinin, tədbirdə Avtomobil Nəqliyyatı Beynəlxalq İttifaqı çərçivəsində hazırlanmış "Yeni Avrasiya nəqliyyat təşəbbüsü" adlı marşrutun reallaşdağı bəyan edildi. Qeyd edək ki, bu layihə üzrə GUAM-ın transxəzər və transqaradəniz dəhlizlərinin inkişafına dair razılığa gəlinib. Sənəddə həmçinin təşkilatın nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və ümumi nəqliyyat siyasəti konsepsiyasının hazırlanmasına dəstək ifadə edilib. Sənədi Ukrayna, Gürcüstan, Azərbaycan, Litva, Polşa prezidentləri, həmçinin sammit iştirakçısı olan ölkələrin QHT-ləri imzalayıblar.
Batum sammitinin yekunlarından danışarkən, GUAM-ın baş katibi Valeri Çeçelaşvili bildirib: "Bizim əsas məqsədimiz - GUAM çərçivəsində elə bir əməkdaşlığı qurmaqdır ki, o, Avropa standartları, praktikası və kriteriyalarına əsaslansın. Bu, milli prioritetlərimizə uyğun olaraq, Avropa ilə yaxınlaşmağımıza yardım edəcək. Bu, bizim ümumi xarici siyasi prioritetimizdir və bizim gələcək inkişaf platformamız da buna əsaslanır. Batumi sammiti də sübut etdi ki, GUAM - Avropa İttifaqına üzvlük planlarına yardım edən bir Avropa təşkilatıdır".
GUAM üzvü olan dövlət başçıları da analoji bəyanatlarla çıxış ediblər. "Bizi yalnız keçmişimiz deyil, həmçinin, gələcəyimiz də birləşdirir. Biz hamımız Avropaya inteqrasiyada maraqlıyıq və panavropa təhlükəsizliyi modelinə qoşulmağa hazırıq. Və mən əminəm ki, bu gün əsas tutduğumuz mövqeni davam etdərsək, qarşıya qoyulan məqsədə nail olacağıq"- deyə Ukrayna prezidenti Viktor Yuşşenko bildirib.
Sammitin yekunlarına dair mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev isə GUAM-ın fəaliyyətinin digər prioritet sahəsinə diqqət yetirib: "Regional təhlükəsizlik məslələri nəzərdən kənar qalmamalıdır. Bizim gələcək iqtisadi, sosial inkişafımız regional təhlükəsizlik məsələlərindən asılıdır. Bu gün bizim dövlətlərimizin ərazi toxunulmazlığı pozulub. Gürcüstan və Azərbaycan öz ərazilərində etnik təmizləmələrlə üzləşib. Bu siyasətin nəticəsində yüz minlərlə insan qaçqın düşüb, öz ev-eşiklərini, mülkiyyətini itiriblər, onların elementar hüquqları pozulub. Separatçıların təcavüzünün qurbanlarının sayı daha çoxdur. Biz yekdilliklə o fikirdəyik ki, ərazi bütövlüyü mütləq bərpa olunmalıdır. Və Azərbaycanda əlimizdən gələni edirik ki, problem siyasi yolla həllini tapsın. Amma bu öhdəlik beynəlxalq hüquq və ərazi bütövlüyü prinsipi çərçivəsində yerinə yetiriməlidir. Odur ki, rejional təhlükəsizlik məsələlərinə daha çox diqqət yetirilməlidir".
Daha sonra İlham Əliyev vurğulayıb ki, "bu gün enerji təhlükəsizliyi bütün dünyanın gündəmində olan ən əsas məsələdir. Və Gürcüstanla Azərbaycan dost və müttəfiq dövlətlər kimi bu təhlükəsizliyin təmin olunması üçün əlindən gələni edir. Məsələn, bu gün biz Odessa-Brodı-Qdansk-Plotsk neft kəməri layihəsinin reallaşması istiqamətində səylərimizi davam etdiririk… Bizim dostlarımız - Ukrayna, Polşa və Litva da bu layihələrdə iştirak edirlər. Mən əminəm ki, vaxt keçdikcə, regional tərəfdaşlıq və əməkdaşlıq daha da möhkəmlənəcək. Bu gün artıq Xəzər, Qara dəniz və Baltika ölkələrinin yeni nəqliyyat dəhlizlərinin tikintisi, müxtəlif xalqların kommunikasiya şəbəkələrinin qurulması istiqamətində əllərindən gələni edirlər ki, bu təhlükəsizliyin təmin olunması istqamətində əlaqələri genişlənir. Bu, sübut edir ki, müxtəlif dövlətlər öz səylərini birləşdirməyə qadirdir",- deyə Azərbaycan prezidenti vurğulayıb.
Öz növbəsində, sammitdə ev sahibi qismində çıxış edən Gürcüstan prezidenti Mixail Saakaşvili GUAM ölkələrinin energetika və nəqliyyat sahəsində əməkdaşlığını yüksək qiymətləndirərək, aqressiv separatizmə qarşı birgə mövqenin olduğunu bir daha bəyan edib. Axı, Gürcüstanın NATO-ya can atmasından narazı qalan Moskvanın təzyiqilə üzləşmiş Tbilisinin bu cür həmrəyliyə çox ehtiyacı var.
Polşa prezidenti Lex Kaçinski də çıxışında eyni mövqe nümayiş etdirib. "Polşa Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir. Mən həm Abxaziya və Cənubi Osetiya, həm də Dağlıq Qarabağı nəzərdə tuturam. Təbii ki, heç bir dövlət öz ərazisində başqa ölkənin silahlı qüvvələrinin mövcudluğuna dözə bilməz. Dağlıq Qarabağa da xarici imperialist qüvvələr daxil olub, odur ki, beynəlxalq hüquq kobudcasına pozulub",- deyə Polşa prezidenti vurğulayıb.
L.Kaçinski həmçinin əminliyini bildirib ki, Ukrayna ilə Gürcüstan mütləq NATO-nun üzvlüyünə qəbul ediləcəklər. Hər halda, Varşava əlindən gələni edəcək ki, artıq bu ilin sonunadək bu dövlətlər NATO-ya qəbul üzrə fəaliyyət planına cəlb edilsinlər.
Batumi sammitində Moldova prezidenti Vladimir Voroninin iştirak etməməsi KİV-də müxtəlif fərziyyələrə səbəb olub. Qeyd edək ki, Moldova lideri GUAM-ın ötən il Bakıda keçrilmiş sammitinə də qatılmamışdı. Mətbuatın yazdığına görə, Voronin Moskvanın dəstəyi ilə Dnestryanı problemin həllinə nail olmaq üçün Rusiya ilə siyasi oyun oynayır. Voronin 2009-cü ildə keçiriləcək parlament seçkilərində qalib gəlmək üçün də məhz bu taktikadan istifadə edir. V.Voronin nəinki GUAM-ın on illik fəaliyyətinə yekun vurulan sammitə qatılmadı, həm də bu tədbirə baş nazir və ya xarici işlər nazirini deyil, daxili işlər nazirini göndərdi. Batumi sammiti ərəfəsində Moldova pezidenti jurnalistlərlə görüşündə açıq şəkildə GUAM-dan uzaqlaşma siyasətini yeritdiyini qabartdı.
Moldova parlamentinin spikeri Mariann Lupu da bu təşkilatın perspektivinə şübhə ilə yanaşdığını gizlətmədi. Kişinyovun GUAM-a münasibətindəki bu cür qeyri-ardıcıllığa və Moskva ilə Qərb arasında get-gəl etməsinə indiyədək dəfələrlə rast gəlinib. GUAM-ın Batumidəki sammiti Kremlin bu təşkilatı neytrallaşdırması, hətta mümkün olarsa, məhv olunması istiqamətində səylərini artırdığı bir dövrə təsadüf edib. Bir çox rusiyalı siyasətçi və analitiklərin fikrincə, bu təşkilat açq şəkildə anti-Rusia xarakteri daşıyır. Gürcüstan və Ukraynaya qarşı siyasətində Moskva açıq şantaj və təzyiq siyasətindən istifadə edir, vaxtaşırı bu ölkələri enerji resurslarına qiymətin bahalaşması ilə hədələyir, özü də açıq hədə və hərbi təziqlərdən də istifadə edir. Amma bu siyasət Bakıya o qədər də təsir etmir. Azərbaycan rəhbərliyi Rusiya ilə hər iki tərəf üçün əlverişli şəraitdə əməkdaşlığa hazır olduğunu nümayiş etdirsə də, eyni zamanda, Rusiyanın təsiri altına keçmək və Avroatlantika məkanına inteqrasiyaya dair strateji kursdan imtina məsələsi heç müzakirə obyekti də deyil.
Moldova rəhbərliyi isə təzyiqlər qarşısında acizdir və özünü çox qeyri-ardıcıl aparır. Enerji və maliyyə baxımından müstəqilliyi ilə fərqlənən, həmçinin Cənubi Qafqazdakı strateji əhəmiyyəti baxımından seçilən Azərbaycandan fərqli olaraq, Moldova kasıb, parçalanmış identiçnostğ (millətin bir hissəsi özünü moldovan, bir hissəsi isə rumın heçab edir), özünün iqtisadi cəhətdən ən çox inkişaf etmiş ərazisi olan Dnestryanıya nəzarət etməyən bir ölkədir. Üstəlik, Voronin Moldova üçün ən yaxın ölkə olan Rumıniya ilə də münasibətləri gərginləşdirməyi "bacarıb".
Əlbəttə ki, GUAM-a üzv olan hər bir ölkə öz siyasətini özünün milli maraqlarına uyğun şəkildə qurmaqda azaddır. Amma Kişinyovun GUAM daxilidə formalaşan birgə layihələrdən kənarlaşaraq, Mosvanın təsiri ilə bu qurumun inteqrasiya proeslərini ləngitməsi, təşkilatın fəaliyyətinə yenidən baxmağı vacib edir. Özü də bu zaman heç bir faciə baş verməyəcək - necə ki, Özbəkistanın GUAM-dan çıxması qurumu dağıtmadı.Ələlxüsüs da nəzərə alınsa ki, Polşa, Litva və Rumıniya da GUAM-a maraq göstərir.
Gələcəkdə GUAM-ın fəaliyyətində bu və ya digər formada Qazaxıstanın da iştirakı istisna olunmur. Astana özünün enerji resurslrının xarici bazarlara çıxarılmasında diversifikasiyada, özü də bu zaman transxəzər dəhlizindən istifadədə olduqca maraqlıdır. Bundan başqa, qazaxlar Gürcüstan və Ukraynadakı layihələrə investisiyalar qoyuluşunu da artırır. Təsadüfi deyil ki, GUAM-ın Bakıda keçirilmiş əvvəlki sammitində Qazaxıstan XİN başçısı səviyyəsində iştirak etmişdi. Düzdür, Batumi sammitində bu ölkənin heç bir nümayəndəsi iştirak etməyib,amma bu, Qazaxıstanın bu təşkilata marağının azaldığına dəlalət etmir.
Qazaxıstan və onun təcrübəli prezidenti Nursultan Nazarbayev iqtisadi layihələri siyasi layihələrdən daha üstün hesab edir. Amma bunlar bir-birindən ayrı mövcud ola bilməzlər. Getdikcə, Qazaxıstan özünün Avropa abmisiyalarını daha qabarıq şəkildə ortaya qoyur. Çünki bu, təkcə böyük Asiya dövləti yox, həm də Avropa ölkəsidir. Tezliklə Qazaxıstan postsovet ölkələri sırasında ATƏT-ə sədrlik edən ilk dövlət olacaq. Proqnozlaşdırılan və ehtiyatlı Qazaxıstanın Avroatlantika istiqamətindəki addımları Astananın gözündə GUAM-ı daha cəlbedici edəcək. Öz növbəsində, Qazaxıstanın bu təşkilata qoşulması GUAM-ın da çəkisini artırardı.
Amma hələlik bütün bunlar gələcəyin məsələləridir. Hələliksə GUAM üzvləri arasında tərəfdaşlığı gücləndirmək, əməkdaşlıqda maraqlı olan tərəflərlə əlaqələri möhkəmləndirmək lazımdır. GUAM-da sədrliyi öz üzərinə götürən Gürcüstan, Azərbaycanın sədrliyi zamanı yaranmış müsbət tendensiyaları davam etdirməlidir. Bu həm GUAM üzvü olan dövlətlər, həm də onların ABŞ-dan başlayaraq Yaponiyayadək - Qərb və Şərqdəki tərəfdaşlarının maraqlarına uyğundur.
MƏSLƏHƏT GÖR: