15 Mart 2025

Şənbə, 00:36

BİRİNCİ RESPUBLİKA VƏ BÖYÜK DÖVLƏTLƏRİN MARAQLARI

ADR-in müstəqilliyinin dəstəklənməsi "Müttəfiq ölkələr"in (Ingiltərə, Fransa, ABş, Italiya) və Türkiyənin Qafqaz regionundakı uzunmüddətli məqsədlərinə uyğun gəlmirdi

Müəllif:

01.06.2008

"Region plus"un əvvəlki (№10 (54), 15 may 2008-ji il) nömrəsində dərj edilmiş  "Maydan aprelə kimi" məqaləmizdə biz ADR-in ideologiyasının, daxili və xariji siyasətinin bir sıra jəhətlərinə baxdıq, onun məğlubiyyətinin başlıja səbəblərinə toxunduq. Bu məqalədə də biz həmin mövzunu davam etdirmək və daha ətraflı bəhs etmək istərdik. 

Qeyd etmək gərəkdir ki, 1920-ji ilin yanvar ayında ADR-in de-fakto tanınması Azərbayjanı beynəlxalq hüququn tamhüquqlu subyektinə çevirmədi və ölkə tam həjmdə başqa ölkələrin hüquqi, siyasi və hərbi müdafiəsindən yararlana bilmədi. Diplomatik və başqa münasibətlərin qurulmasına, ikitərəfli və beynəlxalq sazişlərin bağlanmasına yol açan de-yure,  yaxud tam və yekun tanınmadan fərqli olaraq, de-fakto tanınma müvəqqəti, natamam və məhdud xarakterli idi. 

Baxmayaraq ki belə tanınma forması rəsmi xarakter daşısa da bu, Avropanın aparıjı ölkələri ilə ADR arasında tam diplomatik münasibətlərin qurulmasına səbəb olmadı, sadəjə, simvolik olaraq, onların Azərbayjandakı mövjud, faktik olaraq hakimiyyətdə olan hökumətlə qarşılıqlı əlaqələrə və əməkdaşlığa hazırlığını göstərirdi. 

Adətən, bu jür tanınmadan sonra tijarət və konsulluq əlaqələri, məhdud siyasi münasibətlər qurulur və bunlar ADR-lə bağlı da baş verdi. Müəyyən əlverişli xariji və daxili zəminlər olduqda de-fakto tanınma de-yure tanınmaya keçid mərhələ ola bilərdi. Anjaq Azərbayjan dövlətçiliyinin inkişaf etdiyi 1918-ji ilin reallıqları bu jür zəminlər yaratmadı. Avropa ölkələrinin çoxu (Belçika, İsveçrə, Hollandiya, Finlandiya, Polşa və başqaları) Bakıda məhz konsulluq missiyaları açmışdılar. 

Tam keyfiyyətli diplomatik münasibətlər xeyli sonra ADR kimi "aralıq tanınma" durumunda olan qonşu Gürjüstanla qurulmuşdu, bu ölkə ilə hərbi-müdafiə paktı 16 iyun 1919-ju ildə bağlanmışdı. Tbilisi xariji təhlükələrə müqavimət göstərmək üçün Azərbayjanla siyasi, diplomatik və hərbi səylərin birləşdirilməsində maraqlı idi. 

Qeyd etmək lazımdır ki, Türkiyə ADR ilə sülh və dostluq haqqında sazişi 4 iyun 1918-ji ildə bağlasa da, anjaq sentyabra qədər sənədi rəsmi olaraq təsdiq etmədi və Azərbayjanı müstəqil dövlət kimi tanımadı. Gənj türklər həmin mərhələdə ADR-in peyda olmasına uzunmüddətli Panturan siyasətlərinə yardım edən amil kimi baxdılar. Polşamənşəli tanınmış amerikalı alim Tadeuş Svietoxovski bununla bağlı qeyd edib ki, "Türklər Jənub-Şərqi Qafqaza yaranmaqda olan Turan imperiyasının bir hissəsi kimi baxırdılar. Bu imperiyaya Şimali Qafqaz, İranın şimal hissəsi və Türküstan da daxil olmalı idi". 

Osmanlı Türkiyəsi tərəfindən Azərbayjanın rəsmi tanınması yalnız 23 sentyabr 1918-ji ildə  imzalanmış gizli Almaniya-Türkiyə protokolunda təsdiq olunub. Sözügedən protokolun birinji bəndində bildirilirdi ki, Türkiyə Gürjüstanı, Ermənistanı və Azərbayjanı tanıyır, öz qoşunlarını Ermənistandan və Azərbayjandan çıxarajaq. Almaniya isə yalnız Gürjüstanı tanıyır, anjaq Ermənistan və Azərbayjanda konsulluq açajaq. Anjaq buna baxmayaraq, Türkiyə ADR-in bütün mövjudluq müddətində Bakıda öz diplomatik nüma-yəndəliyini açmaq məsələsini təxirə salırdı, bunu müttəfiq dövlətlərin razılığının olmaması ilə izah edirdi. 

ADR-in tamdəyərli tanınması üçün çıxış edən yeganə ölkə İran oldu. Bakıda 1919-ju ilin dekabr ayından 1920-ji ilin mart ayına qədər keçirilən Azərbayjan - İran konfransının 20 mart 1920-ji ildə keçirilmiş yekun ijlasında dostluq, tranzit və tijarət sazişləri, konsulluq və poçt-teleqraf konvensiyaları bağlanıb. Həm də İran nümayəndə heyətinin başçısı Təbatabai öz hökuməti adından ADR-in de-yure tanınması barədə açıqlama verib. İran diplomatiyası tərəfindən yaradılmış bu presedentə baxmayaraq, Azərbayjanın siyasi elitası üçün bu, təmsilçilərinin də etiraf etdiyi kimi, daha çox "mənəvi önəm" daşıyırdı. Bu, Azərbayjan hakimiyyətinin xariji siyasət mövqelərinin möhkəmlənməsinə təsir göstərmədi və göstərə bilməzdi. 

Birinji Dünya müharibəsində qələbə çalmış aparıjı Antanta dövlətləri (ABŞ, İngiltərə, Fransa və İtaliya) tərəfindən ADR-ə tam dəyərli siyasi və diplomatik dəstək verilməməsi onunla bağlı idi ki, "böyük dördlük" ölkələri ADR-in və ya keçmiş Rusiya imperiyasının ərazilərində yaranmış başqa milli respublikaların tanınması məsələsinə müstəqil məsələ kimi deyil, Sovet Rusiyası ilə münasibətlərdən doğan məsələ kimi baxırdılar. ADR-in müstəqilliyinin tanınması "rus məsələsi"nin həllindən jiddi asılı idi. Antantada bu məsələ dedikdə, Rusiyanın monarxiya və ya burcua-demokratik quruluşunun bərpası siyasətinin uğuru və ya iflası düşünülürdü. 

Azərbayjanın müstəqilliyinin siyasi və diplomatik baxımdan dəstəklənməsi də Antanta üçün strateci olan bu məsələnin nejə həll edilməsindən asılı  idi. Təsadüfi deyil ki, hətta ADR-i de-fakto tanıdıqdan sonra belə, aparıjı müttəfiq dövlətlərin təmsilçiləri çox vaxt məsələ ilə bağlı fikir ayrılığı müşahidə edilən yayındırıjı açıqlamalar verməyə başladılar. Bu, tanınma məsələsinə keçmiş Rusiya imperiyasının məkanında mövjud olan əsas siyasi mübarizə iştirakçıları - bolşeviklər, daxili və xariji müxalifət, həmçinin yeni yaranmış respublikalar ilə diplomatik oyunda vajib element kimi baxılmasından qaynaqlanırdı. Bu dövlətlər ADR rəhbərliyini öz siyasi dəstəklərinin dəyişməzliyinə inandırmağa çalışır, onların düşmənlərinə isə tanınma prosedurunun respublikanın özünə deyil, hökumətinə şamil edildiyini söyləyirdilər.     

Antanta, xüsusilə də Britaniya siyasətinin bu jəhəti Denikinin memuarlarında öz əksini tapıb. "Yeni quruluşlar" adlandırdığı Rusiya "ujqarlarının" yalnız muxtariyyətini qəbul edən ağ general bununla bağlı xatırlayırdı: "Konfrans tərəfindən (Paris sülh konfransı nəzərdə tutulur - müəllif) Azərbayjana və Gürjüstana göstərilən münasibət Bakı və Tiflisə söhbətin müstəqilliyin tanınmasından getməsi barədə fikirləşməyə əsas verdi, mən buna etiraz etdim. Anjaq bu gün rəsmi açıqlama aldım ki, dövlətlər ərazilərin deyil, faktiki hökumətlərin müstəqiliyini tanıyıblar". De-fakto tanıma Avropa diplomatiyasını ADR hökumətinə qarşı hər hansı bir öhdəlikdən azad edirdi və bu, açıq-aydın Azərbayjanda demokratik quruluşun bolşevik üsul-idarəsi ilə "əvəzlənməsi" zamanı özünü göstərdi.  

Arxiv sənədlərinin təhlili Antanta ilə Rusiya antibolşevikləri arasında dünyanın siyasi xəritəsində "yeni quruluşlar"ın gələjək yerinin nejə olajağı barədə vahid fikir olduğunu ehtimal etməyə imkan verir. Bunu Əlimərdan bəy Topçubaşovun Rusiyanın keçmiş xariji işlər naziri S.Sazonovla İstanbulda keçirdiyi görüşün hesabatında da görmək olur. Sazonov 1910-16-jı illərdə Rusiya xariji işlər naziri olmuş, daha sonra Parisdə Denikin və Kolçakın nümayəndəsi olub. 9 yanvar 1919-ju ildə Sazonov bildirib ki, Jənubi Qafqaz respublikalarının, o jümlədən Azərbayjanın  müstəqil statusu həm neobolşevik Rusiyası üçün, həm də onun Avropa müttəfiqləri üçün qəbuledilən deyil: "Biz bolşeviklərdən yaxa qurtaran kimi, Rusiyadan ayrılmaq istəyən xalqlara yenidən geri  qayıtmağı buyurajağıq",- deyə keçmiş Rusiya naziri ADR-in nümayəndə heyəti ilə söhbətin gedişində bildirib. Sazonov davam edib: "Qafqazın Rusiyadan ayrılmasına çox çətin ki, hamı razılaşsın. İnanın mənə, sizə, gürjülərə və ermənilərə bunu onlar bizdən tez deyəjəklər. Bu məsələdə onların marağı Rusiyanın və Qafqazın bütün xalqlarının maraqları ilə üst-üstə düşür".

Beləliklə, ADR Antanta tərəfindən yalnız bolşevik Rusiyasını iqtsadi blokadaya salmaq, onu strateci baxımdan önəmli olan vilayətlərdən təjrid etmək, onun Avropa və Jənubi Qafqaz istiqamətlərində təsir dairəsini daraltmaq, son nətijədə Rusiyanı rəqabət aparajaq dövlətlər sırasından çıxarmaq üçün lazım olan səviyyədə dəstəklənirdi. Və 1920-ji ilin əvvəllərində müttəfiq dövlətlərin bolşeviklərə münasibətində prioritetlərin dəyişməsi ilə milli respublikalara, o jümlədən ADR-ə də maraq azaldı. 

İlkin mərhələdə, yəni 1918-1919-ju illərdə aparıjı müttəfiq dövlətlər Sovet Rusiyasına sivilizasiyalı Qərbə bolşevik  təhlükəsinin mənbəyi kimi baxaraq, onun bütün sərhədləri boyunja geosiyasi mövqelərinin zəifləməsinin vajibliyi məsələsində həmfikir idilər. Antantanın formalaşan Rusiya əleyhinə siyasətinin ən fəal tərəfdarı London idi. Rusiyanın zəifləməsini istəmək üçün Britaniyanın dərin köklü səbəbləri var idi. London Rusiyaya bütün Avrasiya qitəsi boyunja geosiyasi düşməni kimi baxırdı və çar Rusiyasının yerində mərkəzləşdirilmiş güjlü dövlətin yaradılmasında maraqlı deyildi. Bu ölkənin Balkanlarda, Yaxın və Orta Şərqdə, xüsusilə də Hindistanda Britaniyanın maraq zonalarına iddia etmək niyyətinə düşməsindən qorxurdu.  Britaniyanın hərbi naziri Uinston Çerçill sanırdı ki, keçmiş Rusiya imperiyasını London hakimiyyətinə tabe etmək yalnız hərbi ekspedisiya məsələsi deyil, həm də dünya siyasəti ilə bağlı məsələdir. Sovet Rusiyasına aid məşhur "kommunizmi beşiyində boğmaq lazımdır" sözlərinin müəllifi Çerçill idi. 

Bunun nətijəsində məhz London Sovet Rusiyasının ərazisinə silahlı müdaxilənin özünəməxsus liderinə, əsas "nişançı"sına çevrildi. Almaniya ilə müharibə qurtardıqdan sonra İngiltərə hökuməti tərəindən Rusiyaya qarşı başlanmış hərbi müdaxilənin sonrakı genişlənməsinə yönəlmiş bir sıra qərarlar qəbul edildi (ingilis qoşunu Rusiyaya hələ 1918-ji ilin yazında və yayında göndərilmişdi). Bununla bağlı general Denikinə və admiral Kolçaka yardım və dəstək verilməsi qərara alındı. 30 noyabr 1918-ji ildə ingilis hökuməti Arxangelskdə və Vladivostokda olan nümayəndələrinə Rusiyaya qarşı aşağıdakı siyasəti yürütməyi qərara aldığını bildirdi: "Murmansk və Arxangelskin işğalı davam etməlidir, Sibir ekspedisiyası davam etdirilməlidir, çexləri Qərbi Sibirdə qalmaq üçün razı salmağa jəhd etməli, beş Britaniya briqadasının yardımı ilə Bakı-Batum dəmir yolunu tutmaq, Novorossiyskdə hər jür hərbi materiallarla təjhizat şəklində general Denikinə yardım etmək, Baltikyanı dövlətləri hərbi təjhizatla təmin etmək". 

Bütövlükdə 1919-ju ilin martına kimi müttəfiqlər Rusiyaya bir milyona yaxın əsgər, o jümlədən 200 min yunan, 190 min rumın, 40 min italyan, həmçinin ingilis, fransız və serblərin hər birindən 140 min əsgər yollamışdılar. Anjaq hətta Rusiyanın işlərinə bu jür güjlü və artan müdaxilə şəraitində Britaniya baş naziri "rus məsələsi"nin silah və güj yolu ilə həlli siyasətinin səmərəliliyinə şübhə ilə yanaşırdı. 1919-ju ilin başlanğıjında Lloyd-Jorj Sovet Rusiyası ilə münasibətlərdə optimal kurs haqqında düşünərək, nəhəng və çətin nəzarət edilən Rusiyaya müdaxilə siyasətinin nə dərəjədə səmərəli olajağı barədə sual verib. 

Britaniya fəhlələrinin bolşevik təbliğatına təhlükəli həssaslığını qeyd edən Lloyd-Jorj öz ölkəsinin sosial-siyasi zəifliyini vurğulayıb: "Biz sənaye millətiyik, yanğın təhlükəsi qarşısında müdafiəsizik. Partlayış üçün, bəlkə, sadəjə qığıljım da kifayətdir". Britaniya siyasətçisinin hesabında geosiyasi düşünjələr də yer alırdı: "...Əgər Rusiya çölə çəkilsə, onda kim Almaniyanın Şərqə təsirinin genişlənməsinin, "Dranq nax Osten"in qarşısını alar, Avrasiya məkanında Berlinin dominatlığına kim mane ola  bilər, onu Balkanlarda və Yaxın Şərqdə kim dayandıra bilər?". Versal konfransına hazırlıq mərhələsində Qərbin ikinji güjü olan Britaniya konstruktiv yanaşmaya köklənməyə çalışırdı. 

ABŞ-a gəldikdə isə o, daha çox Paris konfransında öz yeni dünya təşkilatı - Millətlər Liqası layihəsini işə keçirməyin qayğısında idi. Prezident  Vilsonun təkidi ilə 1919-ju ilin yanvar ayında müttəfiqlərin yüksək hərbi şurası Paris konfransının gündəliyini müəyyən etdi.  Orada Amerika diplomatiyasının aşağıdakı prioritetləri yer aldı: 

1. Millətlər Liqası; 

2. Reparasiya məsələsi; 

3. Yeni dövlətlər; 

4. Ərazi problemləri; 

5. Müstəmləkə mülkləri. 

1918-ji iln sonlarından - 1920-ji ilin əvvəlinə kimi keçən dövrdə Vaşinqtonun Avropa siyasətinin əsasında elə bir tarazlıq yaratmaq jəhdi dururdu ki, almanlar ingilislər və fransızların, Avropanın kiçik dövlətləri böyüklərin başını qatsınlar.  

Yalnız bu jür sistem ABŞ-ın müharibədən sonrakı dünyada lider durumunu, həmçinin Ümumavropa və dünya arbitri rolunu təmin edə bilərdi. "Parçalanmış Avropanı ABŞ-ın nəhəng iqtisadi güjlərindən asılı vəziyyətə salmaq, Birləşmiş Ştatların rəhbərlik etdiyi dünya təşkilatı yaratmaq, Avropanın 1914-1918-ji illərdə zəifləməsi nətijəsində dünya siyasətində baş vermiş irəliləmələri möhkəmləndirmək, Şərqi və Mərkəzi Avropada sosial inqilabı dayandırmaq və ya məhdudlaşdırmaq, bundan sonra qalibiyyətlə ABŞ-a qayıtmaq, öz adını tarix səhifələrinə yazmaq və ABŞ-ı dünya başçısına çevirmək" - bu, Vudro Vilsonun Parisdəki fəlsəfəsi və siyasi xətti idi. 

Amerika siyasətinin Rusiya istiqamətinə gəldikdə isə, o da yuxarıda bəhs edilən xətdən qaynaqlanırdı. Rusiya Almaniyanın əleyhinə balans yaradaraq Avropanın vədlər və tarazlaşdırma sisteminin elementinə çevrilirdi.  Məhz bu səbəbdən, keçmiş Rusiya İmperiyasının ərazisində yaranmış respublikalara onların tanınması baxımından deyil, Mərkəzi Rusiya ilə tarazlıq yaratmaq, bolşevik hökumətini onun üçün ayrılmış vəzifəni yerinə yetirməyə jəlb etmək kontekstində baxılırdı. Bu yanaşma  Paris konfransına ilkin hazırlıq mərhələsi zamanı 1918-ji il oktyabrın 30-da Amerika prezidenti tərəfindən təsdiq edilmiş ABŞ "sülh proqramı"na şərhlərdə öz əksini tapıb. "Vilsonun 14 maddəsi" adlanan və Amerika diplomatları üçün rəhbər sənədə çevrilən şərhlərdə qeyd edilirdi ki, "rus probleminin mövjudluğu, göründüyü kimi, aşağıdakı kimi şərtlənir: 1) müvəqqəti hökumətlərin tanınması; 2) bu hökumətlərə və ya bu hökumətlərin vasitəsilə yardımların verilməsi".   

ABŞ-ın Rusiya siyasəti üçün müəyyənediji amillərdən biri də onların Avropa müttəfiqlərindən fərqli olaraq Rusiyada maraqları tijarət dövriyyəsi, sərmayə yatırımı və təhlükəsizlik baxımından az idi. Amerika tarixçisi A.Meyerin fikrinjə, Rusiya Amerika üçün nisbətən az maraqlı idi: "Amerika hərbi-dəniz dövləti olduğundan, kontinental Rusiya onun üçün təhlükə doğurmur. Bu baxımdan Vaşinqtonun başlıja məqsədi Yaponiyanı tezliklə Şərqi Sibirdən çıxarmaq və orada Amerika təsir dairəsi yaratmaqdır". Vilsonun Rusiyaya hərbi müdaxilə məsələsində qərarsız olduğunu qeyd edən A.Meyer bildirir ki, Almaniyanın məğlubiyyəti və alman dövlətinin faktik parçalanması ilə bu qərarsızlıq "Vilsonu təxirə salmadan güj tətbiq etmək və həllediji hüjum etmək əvəzinə, daha çox movjud durumu qorumağa yönəltdi". 

Yuxarıda sadalananlarla bağlı olaraq ABŞ keçmiş Rusiya imperiyasının ərazisində yaranmış respublikaları, o jümlədən ADR-i də tanımağa və siyasi dəstək verməyə tələsmirdi.  ADR-in Versal sülh konfransındakı nümayəndə heyətinin başçısı Əlimərdan bəy Topçubaşov Parisdən Bakıya yolladığı məlumatlarında məhz ABŞ-ın bu mövqeyinə diqqət yetirib. O, qeyd edib ki, 28 Mayda (1919-ju il) nümayəndə heyətinin üzvləri ilə görüşündə ABŞ prezidenti Vilson öz ölkəsinin mövqeyini aydın və birmənalı şəkildə ifadə edib:

1. ABŞ dünyanı kiçik hissələrə bölmək istəmir; 

2. Azərbayjan Qafqaz konfederasiyası ideyasına qoşulsa, bu onun üçün daha yaxşı olardı; 

3. Millətlər Liqasının tapşırığı ilə bu konfederasiya hansısa dövlətin himayəsində olardı; 

4. ADR-in tanınması məsələsi rus problemindən tez həll oluna bilməz.

Arxiv sənədləri göstərir ki, ABŞ bu mövqedə ADR-in bütün mövjudluğu ərzində qalıb. Avqustun 13-də Amerika generalı J.Harbordun Jənubi Qafqaza tanışlıq səfəri hazırlanan zaman ABŞ-ın Paris konfransındakı nümayəndə heyətinin başçısı Topçubaşova mürajiət edərək bu missiyaya köməklik göstərməsini xahiş etmişdi. Lakin o, aşağıdakıları xüsusilə qeyd etmişdi: "Öz-özlüyündə bu missiyanın göndərilməsi və onun müxtəlif rəsmi fəaliyyətləri Birləşmiş Ştatlar hökuməti tərəfindən Azərbayjan hökumətinin və ya Azərbayjanda mövjud olan hər hansı bir hökumətin tanınması demək deyil". 

1919-ju ilin sonlarına kimi ABŞ və onun avropalı müttəfiqləri bolşeviklərin əleyhinə olan  müxalifət qüvvələrinin qələbəsinə ümid etməyə davam edirdilər və yeni respublikaların taleyini bolşevik - ağqvardiyaçı qarşıdurmasının nətijəsi ilə əlaqələndirirdilər. 1919-ju il noyabrın 10-da amerikalı konqresmen Çandler Ə.Topçubaşova ABŞ dövlət katibinin "kiçik ölkələr"in müstəqilliyi barədə mövqeyi barədə məlumat verərkən qeyd edib ki, Dövlət Departamenti "kiçik xalqların müstəqilliyi ideyasına qarşı deyil". Anjaq o həm də bildirib ki, "Amerika hökuməti Millətlər Liqası barədə məsələni tam həll etməyənə qədər və Kolçaka bolşevizmi məhv etməkdə nəyə qadir olduğunu sübut etmək üçün tam imkanlar yaratmayana qədər tanınma mümkün deyil".    

Anjaq 1919-ju ilin payızında Qızıl Ordunun qazandığı qələbələr Vaşinqtonda siyasi əhval-ruhiyyənin yavaş-yavaş dəyişməsinə səbəb oldu və "kiçik ölkələr"in müstəqilliyinin tanınması məsələsinə ABŞ-ın yanaşması dəyişməyə başladı. Həminki dövrün bu xüsusiyyətini yuxarıda adıçəkilən məktubunda Çandler də göstərib: "Yəqin ki, Ştatların senatorlarının və nazirlik məmurlarının beyinlərində Kolçakın, Denikinin və Yudeniçin tam məğlubiyyətindən sonra  nə etmək barədə sual yaranır. Məsələ bolşevik reciminə tabe olmaqda deyil. Mənim fikrim budur ki, Kolçakın və başqa generalların qələbə çala bilməyəjəyi tam aydın olsa, hökumət təxirə salmadan Azərbayjanı və başqa kiçik ölkələri tanıyar. Düşünürəm ki, kiçik xalqlar müstəqilliklərinin tanınması üçün daha bir neçə ay gözləməli olajaqlar".  

Qeyd edək ki, ABŞ siyasətçisinin proqnozları özünü doğrultdu, 1920-ji ilin yanvar ayında bolşeviklərin Qafqazdakı qələbə yürüşlərindən narahat olan müttəfiqlər ADR-in və Gürjüstanın müstəqilliyini de-fakto tanıdılar. 

Başqa bir Avropa ölkəsi olan İtaliyanın təmsilçiləri isə Paris konfransında  ADR-in nümayəndə heyətinin üzvləri ilə söhbətlərində isə "Əgər Rusiya Federativ Respublikası yaranarsa (burada bolşevik respublikasından  yox, burcua-demokratik respublikasından söhbət gedir - müəllif), mümkündür ki, Qafqaz Konfederasiyası onun tərkibinə daxil olsun".  

Bu yanaşmanın inkişafı kimi 1919-ju ilin iyun ayında İngiltərənin fəal təşəbbüsü ilə müttəfiq dövlətlər tərəfindən Kolçakın keçmiş Rusiya imperiyası ərazisində hakim kimi tanınması məsələsinə baxılırdı. Bu, Parisə nümayəndə heyəti göndərmiş Estoniya, Latviya, Gürjüstan, Belarus, Ukrayna və Azərbayjan tərəfindən nota ilə qarşılandı. 

Müttəfiqlərindən fərqli olaraq, Fransa ADR-in müstəqilliyini tanımağa hazır olduğunu daha az bəyan edirdi. İlk önjə, 1917-ji ilin dekabr ayında Fransa və Britaniya öz aralarında keçmiş Rusiya imperiyasının ərazisi ilə bağlı "məsuliyyət dairələri" müəyyən etmişdilər, London bu sazişin fəaliyyətini 13 noyabr 1918-ji ildə təsdiq etmişdi. Bu "bölgü" nətijəsində Britaniya Şimali və Jənubi Qafqazı "əldə etdi". Fransanın məsuliyyət zonasına isə  Ukrayna, Krım və Bessarabiya daxil oldu. Öz müttəfiqlərinin - ABŞ, İngiltərə və İtaliyanın Rusiya əleyhinə siyasətini dəstəkləyən rəsmi Paris öz qarşısına bir qədər fərqli məqsədlər qoymuşdu.  

Müharibədən ən çox zərər çəkmiş ölkə kimi Fransa Avropa məsələlərində Almaniyanın neytrallaşdırılmasına çalışırdı. Buna görə də Rusiyanın deyil, Brest sülh müqaviləsi üzrə Almaniyanın müttəfiqi olan bolşevik hökumətinə qarşı çıxış edirdi. O, Rusiyada Almaniyanın təsirini tarazlaşdıra bilən recimin bərqərar olmasına çalışırdı. Anjaq Rusiyada belə bir recimin yaxın zamanlarda formalaşa bilməyəjəyini anlayan Paris Şərqi Avropada öz forpostu kimi Polşaya üstünlük verirdi və Avropada Almaniyaya yönəlik kontrbalans siyasətini dəstəkləyirdi. Bu baxımdan Polşanın qonşu Litva və Ukraynaya ərazi iddialarını dəstəkləməyə məjbur idi.

Digər tərəfdən, Almaniya ilə strateci qarşıdurma çərçivəsində Fransa Baltikyanı ölkələrdə və Ukraynada separatizmin dəstəklənməsində maraqlı idi. Bu ölkələrin müstəqil statusunu mümkün Almaniya-Rusiya yaxınlaşmasına və Reyn üzrə tarixi qonşusunun güjlənməsinə maneçilik sayırdı.    

Şübhəsiz ki, müharibədən sonra Fransa və Britaniya arasında yaranan və Paris sülh danışıqlarının gedişində artıq hiss edilən rəqabət çərçivəsində London tərəfindən Bakı regionunun zəngin neft yataqlarını əlinə keçirməyə jəhdlər edilməsi Parisi narahat edirdi. Çünki bu, İran körfəzində Britaniyanın aparıjı rolu da nəzərə alındıqda, onu neft hasilatı üzrə inhisarçıya çevirirdi. Anjaq bu narahatlıq Fransa siyasəti üçün Jənubi Qafqaz istiqamətində jiddi praktik nətijələr əldə edilməsinə səbəb olmurdu. 

Bu səbəbdən ADR Fransa diplomatiyası üçün maraq və diqqətçəkən mövzuya çevrilmədi. Azərbayjanın müstəqilliyinə Fransanın mövqeyinin çox aydın ifadəsi Bakıdan Paris sülh konfransına yollanmış nümayəndə heyətinə göstərilən münasibət oldu. Yanvarın 4-də Bakıdan yola düşən heyət viza almaq üçün üç ay İstanbulda gözləməli oldu. Azərbayjan nümayəndə heyəti yalnız aprelin 22-də təsadüfi İtaliya gəmisi ilə İstanbuldan Romaya, oradan da Parisə yola düşə bildi.

Beləliklə, İranda, Türkiyədə, Hindistanda və Jənubi Qafqaz regionunda maraqları olan Qərb dövlətləri, xüsusilə də Britaniya bolşevizmi əvvəlki kimi öz mövqelərinə zərbə vuran amil saymalarına baxmayaraq, Qərbə dost olan ADR-i tanımaqla Rusiyanın gələjəyi məsələsi ilə bağlı öz manevr imkanlarını zəiflətmək istəmirdilər. 

Hadisələrin bu jür inkişafı artıq 1919-ju ilin sonunda Əlimərdan bəy Topçubaşova Azərbayjan rəhbərliyi üçün əlverişsiz olan belə bir nətijəyə gəlməyə imkan verdi: "Müttəfiqlər bizim müstəqilliyimiz məsələsini müzakirəyə çıxarmaq istəmirlər, görünür, buna tərəfdar deyillər. Doğrudur, ayrı-ayrı ölkələrin təmsilçiləri ilə görüşlərdə hər biri xeyirxah münasibət göstərir və müstəqillik əldə etmək üçün bizim gördüyümüz işləri dəstəkləməklə öz ehtiramlarını bildirirlər. Əksər hallarda mətbuat təmsilçilərindən, deputatlardan, iqtisadi təşkilatlardan və s.-dən eyni sözləri eşitmək mümkündür. 

 

Anjaq həqiqi mənada bizim məsələmizin müsbət istiqamətdə həlli barədə vəziyyət dəyişməz olaraq qalır, hər şey sizə iyunda və iyulda yazdığım kimidir. Daha doğrusu, bizə söylənən əsas motiv əvvəlki kimidir və Ümumrusiya məsələsi həll edilənə kimi biz bunu hamıdan və tez-tez eşidəjəyik". Daha sonra ADR nümayəndə heyətinin başçısı davam edib: "Bu jür javabların arxasında, şübhəsiz, müttəfiqlərin planları, tapşırıqları, arzu və istəkləri gizlənir. Bəziləri, məsələn, İtaliya və Fransa doğrudan Rusiyanın yenidən dirçəlməsini istəyirlər. Bəziləri, yəni İngiltərə və Amerika isə özlərini elə göstərirlər ki, guya bunu istəyirlər".


MƏSLƏHƏT GÖR:

519