14 Mart 2025

Cümə, 21:37

MAYDAN APRELƏDƏK

Cəmi 23 ay mövcud olmuş Azərbaycan Demokratik Respublikası müasir Azərbaycana çox qiymətli dünyəvi dövlət quruculuğu təcrübəsini irs qoyub

Müəllif:

15.05.2008

Demək olar ki, iki il mövjud olmuş Birinji Respublika Azərbayjan xalqının milli-demokratik hərəkatının inkişafında zirvə nöqtəsi olub. Bu hərəkatın təkamülünə təsir edən xariji amillər belə Azərbayjan jəmiyyətinin liderlərinin siyasi yönümü ilə üst-üstə düşürdü. Onlar milli dövlət qurujuluğu təjrübəsini və ideologiyasını azərbayjanlıların bağlı olduğu üçlük əsasında formalaşdırıblar. Bu üçlük Türk Dünyası ilə etnik, İslam Dünyası ilə dini və Avropa dəyərləri və idealları ilə mədəni bağlılıqdan ibarətdir. 

Bu xüsusiyyət Birinji Respublikanın dövlət qurujuluğunun fəlsəfəsində əks olunub. Bu fəlsəfənin əsas rəmzi olan azərbayjançılıq türkçülük, islamçılıq və müasirliyin, yəni birbaşa azərbayjanlıların etnik, dini və mədəni bağlılığının sintezidir. 

Azərbayjanın yeni tarixinin araşdırıjısı, Amerika tarixçisi Tadeuş Svietoxovski Azərbayjan milli özünü dərkinin müəyyən edilməsində Avropa və Rusiya təsirləri ilə yanaşı "İslam Dünyası ilə vəhdətin, türklərlə etnik qohumluğun və İran azərbayjanlıları ilə eyniliyin dərk edilməsinin" də təsirinin olduğunu qeyd etməklə yanaşı, həm də etiraf edib ki, "həmin dövrdə azərbayjanlı liderlər öz milli xüsusiyyətləri ilə daha çox seçilirdilər və bu da onları Ümumrusiya Müsəlmanlar Birliyi, pantürkizm  və Jənubi Qafqaz federalizmi kimi geniş miqyaslı hərəkatlara tabe olmaqdan saxlayırdı".

Azərbayjanın dövlətçilik ideologiyası o qədər də uzun çəkməyən inkişaf dövründə mürəkkəb və dolambaj yollardan keçib. Hələ 1917-ji ilin payızında Azərbayjanın aparıjı partiyalarının və  hərəkatlarının proqramlarında dövlət müstəqilliyi məqsəd kimi nəzərdə tutulmurdu. Məsələn, ADR parlamentində 28 yer qazanmış və 18 bitərəf deputatla birgə ən iri parlament fraksiyası təşkil etmiş (parlamentdəki 96 yerdən 46-nı götürmüş) Türk Federalistlər Partiyasının ("Müsavat"ın) proqramının "Dövlət qurujuluğu" bölməsində qeyd edilirdi ki, partiya aşağıdakıları qarşısına məqsəd qoyur: "a) bütövlükdə Rusiya əraizində milli-ərazi-federativ əsaslarda demokratik respublikanın yaradılması; o jümlədən, b)Azərbayjan, Türküstan, Qırğızıstan və Başqırdıstan ərazi muxtariyyətlərinin yaradılması; v) Volqaboyu və Krım tatarlarının və bütövlükdə türk xalqlarının milli muxtariyyətlərinin yaradılması". Ərazi muxtariyyəti Azərbayjan jəmiyyətinin digər siyasi qüvvələrinin də məqsədlərinin yuxarı həddi idi. 

Anjaq Rusiyada mərkəzdənqaçma meyllərinin güjlənməsi və Jənubi Qafqazda  dövlət inzibati idarəetməsinin pozulması "ərazi muxtariyyəti", yəni Azərbayjan jəmiyyətinin demokratik federativ Rusiya çərçivəsində müstəqilliyinin dəyişdirilməsinə səbəb oldu. Bunun yerini Jənubi Qafqaz respublikalarının konfederasiyası çərçivəsində Azərbayjan ijmasının müstəqilliyi ideyası tutdu. Bu da 1918-ji ilin aprel-may aylarında Zaqafqaziya Federasiyası kimi sınaqdan keçirildi. Zaqfederasiyanın ləğv edilməsindən sonra keçmiş federasiyanın seymindəki Azərbayjan nümayəndəliyi Azərbayjan Milli Şurasını təşkil etdi ki, Şura da mayın 28-də ADR-in yaradılmasını elan etdi. 

Anjaq müstəqillik elan edildikdən sonra da - Paris konfransına qədər və onun gedişi zamanı da Jənubi Qafqaz respublikalarının ittifaqı ideyası ADR-in proqram sənədlərində, onun rəhbərlərinin və diplomatlarının rəsmi yanaşmalarında mərkəzi yer tutub. Əlimərdan bəy Topçubaşov  tərəfindən 1918-ji ilin noyabr ayında hazırlanmış və İstanbulda Antanta dövlətlərinin diplomatik nümayəndəliklərinə təqdim edilmiş "Memorandum"da da bu ideya aşağıdakı şəkildə ifadə edilmişdi: "Jənubi Qafqaz millətləri arasında sıx əlaqələr,  xüsusilə də iqtisadi sahədə ümumi maraqların olması israrla indi mövjud olan İsveçrə İttifaqının əsasında duran konfederasiya prinsiplərinə əsaslanmış siyasi birliyin yaradılmasını tələb edir... Jənubi Qafqazın konfederativ quruluşu haqqında fikirlər yalnız mötədil liberallar, Azərbayjan, gürjü və erməni millətçiləri arasında deyil, həm də indi Jənubi Qafqaz diyarında yaşayan bütün millətlərin itifaqını istəyən sosial-demokratlar arasında da sürətlə tərəfdarlar tapmağa başlayır". 

Yanlış olaraq Paris konfransında gürjü və erməni nümayəndələri tərəfindən Zaqafqaziya konfederasiyası ideyasının dəstəklənəjəyini düşünən və onun "tərkibinə həm də Şimali Qafqazın yeni yaranmış dövlətlərinin daxil olması ilə" inkişaf edəjəyinə inanan Ə.Topçubaşov ümid edirdi ki, bu "xilasediji ittifaq" Avropa dövlətləri tərəfindən də dəstəklənəjək və bəyəniləjək. 90 il keçəndən sonra bu gün ADR liderlərinin "konfederativ Qafqaz" ideyasına israrlı sadiqliyinin səbəblərini araşdırarkən qeyd etmək lazımdır ki, Birinji Respublikanın rəhbərliyi ADR-in müstəqilliyinin sazlanması üçün əlverişli regional və beynəlxalq şərait yaratmağa çalışırdılar. Azərbayjanın vəziyyəti Avropa dövlətlərinin sosialist partiyalarının liderləri tərəfindən himayə edilən və Rusiyanın dözümlü yanaşdığı Gürjüstandan, həmçinin "erməni məsələsinin" həllində maraqları naminə iştirak edən Avropa dövlətləri tərəfindən güjləndirilmiş diasporun siyasi fəallığı hesabına dəstəklənən Ermənistandan fərqlənirdi. Gənj Azərbayjan dövləti xariji siyasət, hərbi və iqtisadi sahələrdə müstəqilliyinin təmin edilməsi üçün möhkəm və səmərəli resurslara malik deyildi. 

Belə olan şəraitdə ADR liderlərinin Qafqaz xalqlarının ittifaqına və Qafqaz Respublikalarının konfederasiyasına çağırması tamamilə əsaslandırılmış və qanunauyğun idi. Onların fikrinjə, bu addım ən azı iki məsələni həll edəjəkdi. Birinjisi,  artan bolşevik təhlükəsi qarşısında birləşmiş müdafiə təşkil ediləjəkdi və "xilasediji ittifaq" tezisi də buradan qaynaqlanırdı. İkinjisi isə siyasi-diplomatik məsələ idi ki, bu da Paris konfransında müttəfiq dövlətlər tərəfindən Gürjüstanın, Erməistanın və Azərbayjanın müstəqilliyinin tanıması məsələsini asanlaşdırmaq məqsədi daşıyırdı. 

Qeyd etmək lazımdır ki, Azərbayjan rəhbərliyində məsələyə ümumi yanaşma olsa da, belə konfederasiyanın gələjəyinə müxtəlif baxışlar mövjud idi. Paris konfransında ADR nümayəndə heyətinə rəhbərlik etmiş, özündə ümummilli idealları, Avropa meylini və Şərq praqmatizmini harmonik şəkildə birləşdirmiş, heç bir partyanın tərkibində olmamış və 1917-20-ji illər ərzində həmişə bitərəf qalmış Ə.Topçubaşov, həmçinin Azərbayjan hökuməti və Xariji İşlər Nazirliyi üçün əsas məsələ respublikanın müstəqilliyinin tanınması idi. ADR-də ən yüksək dövlət vəzifəsi olan parlament sədri seçildiyindən həm də dövlət başçısı olan Topçubaşov ölkənin gələjəyi üçün Rusiyanın önəmini anlayırdı. Onun anlamında konfederasiya daha çox yardımçı önəm dayşıyırdı və ADR-in Avropa ölkələri və Rusiya tərəfindən tanınmasından sonra onun aktuallığı arxa plana keçə bilərdi. 

Başqa siyasətçilər, ilk növbədə Məmmədəmin Rəsulzadə və ölkə rəhbərliyinin bolşevik  Rusiyasına etibar etməyən və başlıja olaraq Türkiyəyə istiqamətlənmiş sağ, radikal qanadı üçün isə konfederasiyanın müdafiəediçi rolu önəmli idi. Onların fikrinjə, Rusiya tərəfindən daimi təhlükə şəraitində Qafqaz uzun müddətə konfederativ şəkildə olmalıdır. Rəsulzadə Türkiyədə mühajirətdə olduğu zaman 30 noyabr 1922-ji il tarixdə İstanbulda çıxan "Yeni Şark" qəzetinə verdiyi müsahibəsində Jənubi Qafqaz respublikalarının SSRİ-yə daxil olması ilə bağlı sualı aşağıdakı kimi javablandırıb: "İndiki federasiya onların özünün Rusiyaya birləşmə istəyi olmadan yaradılıb. Anjaq qafqazlıların düşündüyü federasiya Qafqazı şimaldan gələn daşqından qoruyan bənd olmalı idi". O, bu fikrə Paris mühajirəti günlərində də sadiq qalırdı.

1930-ju ildə Parisdə nəşr olunmuş "Panturanizm haqqında. Qafqaz problemi ilə bağlı" kitabçasında ADR-in keçmiş rəhbərlərindən biri əvvəlki kimi konfederasiyanın birləşdiriji və müdafiə jəhətlərindən bəhs edir: "Əgər köhnə zamanlarda Qafqaz qonşu xalqların qarşılıqlı mübarizəsi üçün meydan idisə, son dövrlərin birgə yaşayışı və çəkilən iztirablar açıq-aşkar göstərdi ki, ayrı-ayrı Qafqaz xalqlarının separat fəaliyyəti yalnız bu xalqın özü üçün deyil, həm də Qafqazın qalan xalqları üçün bədbəxtçilik mənbəyinə çevrilirdi.  Birgə tarix, oxşar əzab-əziyyətlər, daha doğrusu oxşar talelər Qafqazın bütün xalqlarında ümumi və biri birinə az da olsa bənzər psixologiya formalaşdırıb. Bütün Qafqaz xalqlarının məruz qaldığı dəhşətli terror və qırmızı imperializm illəri bu xalqları daha da yaxınlaşdırdı və onlar ümumi milli-siyasi maraqları dərk etməyə başladılar".

Anjaq Qafqaz xalqlarının siyasi xadimlərinin və Qafqaz mühajirətinin ümumi əhval - ruhiyyəsini ifadə etdiyini düşünən Rəsulzadə həm də öz ənənəvi yanaşmasından fərqlənən və daha geniş əhatəli nətijələr də çıxarırdı: "Azad Qafqaz yalnız onun xalqlarının xoşbəxt həyatına zəmanət deyil, həm də  beynəlxalq aləm üçün jiddi amil deməkdir. Bizim daima şimal təhlükəsi ilə üz-üzə qalan jənub qonşularımız yalnız bufer dövlət kimi azad və konfederativ Qafqaz formalaşdıqdan sonra öz talelərindən arxayın ola bilərlər. Şübhə yoxdur ki, Ümumqafqaz dövlətçiliyi uğrunda bizim fəaliyyətimiz gerçək uğurlar gətirsə idi, Jənub qonşularmızın da bizə və bizim işimizə hörməti artardı". 

Göründüyü kimi, Qafqaz konfederasiyası ideyası artıq iqtisadi və siyasi əlverişlilik çərçivəsindən kənara çıxır. Öz müdafiə və diplomatik funksiyaları ilə "Jənub qonşularını", yəni Türkiyə  və İranı "Şimal təhlükəsindən", yəni sovet Rusiyasından qorumağa yönəlik "bufer" mənasında daha geniş geosiyasi önəm qazanır. 

Anjaq Jənubi Qafqazda 1918-1921-ji illərdə baş verən real hadisələr ADR rəhbərlərinin bölgənin konfederativ quruluşu barədə çağırışlarının gerçəkləşdirilməsinə heç bir ümid yeri qoymurdu. 1918-1920-ji illərdə Ermənistan həm öz ərazisində sıx yaşayan dinj azərbayjanlı əhaliyə qarşı, həm də Azərbayjanın Göyçə-Zəngəzur və Qarabağ bölgələrində yaşayan azərbayjanlılara qarşı fasiləsiz olaraq terror və deportasiya siyasəti yürüdürdü. Bundan başqa, 1918-ji ildə Ermənistan silahlı qüvvələri Gürjüstan ərazisinə girərək, bu respublika ilə qanlı müharibəyə başlamışdı. Bu hadisələr üç Qafqaz respublikasının konfederativ birləşməsi jəhdlərini yalnız mümkünsüz etməklə və xəyali nəzəriyyəyə çevirməklə bitmirdi, həm də beynəlxalq aləmdə respublikaların müstəqilliyinin tanınması sahəsi öndə olmaqla, bütün sahələrdə birgə diplomatik fəaliyyətin hazırlanmasına imkan vermirdi. 

Birinji Respublikanın hökumətinin daxili və xariji siyasətdə əsas istiqamətlərinin və uğurlarının təhlilini aparmadan da qeyd etmək olar ki, o, dünyəvi demokratik dövlət qurujuluğu ilə bağlı həm müsbət, həm də mənfi məqamlarla və uğursuzluqlarla zəngin çox qiymətli irs qoyub. ADR bütün müsəlman dünyasının ilk demokratik parlament respublikası idi. 

Onun daxili və xariji siyasəti Azərbayjan xalqının və onun ziyalı elitasının XX-ji yüzilliyin başlanğıjına xas olan proqressiv ideallara və dəyərlərə, mədəni plüralizmə bağlılığını, dini və siyasi dözümlülüyünü əks etdirib. Bu da qanunauyğun idi ki, ADR Şərqin qadına seçki hüququ verən ilk ölkəsi idi. Həm də Avropada birinjilərdən olaraq jinsindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar üçün bərabər seçki hüququ vermişdi. Bu, 20 noyabr 1918-ji il tarixli "Azərbayjan parlamentinin yaradılması haqqında" qanunda və  21 iyul 1919-ju il tarixli "Azərbayjan Respublikasının Müəssislər Məjlisinə seçkilər haqqında qaydalar"da öz əksini tapıb. 

Bu baxımdan ADR-in demokratiya və plüralizm prinsiplərinə əsaslanan siyasəti daşnak Ermənistan hökumətinin siyasətinin tam əksi idi. Ermənistan mövjud olduğu müddətdə -  1918-ji ilin may ayından 1920-ji ilin dekabr ayına kimi öz ərazisində yalnız azərbayjanlılara qarşı deyil, həm də ruslara və kürdlərə qarşı deportasiya və soyqırım siyasəti yürüdüb. 

Təsadüfi deyil ki, Böyük Britaniya Xariji İşlər Nazirliyi tərəfindən 1919-ju il dekabrın 24-də Ermənistanın və  Azərbayjanın daxili siyasi vəziyyəti ilə bağlı hazırlanmış məxfi məruzədə bildirilirdi ki, Ermənistanın hakim "Daşnaksutyun" partiyası  öz marağından çıxış edrək ifrat sosial görüşlərə meyl edib, yəni prinsipsizlik göstərərək həm bolşeviklərlə, həm də irtija ilə birləşib. 

1919-ju il aprelin 14-dən 1920-ji ilin aprel ayına kimi hakimiyyətdə olmuş Usubbəyov hökuməti ilə bağlı isə qeyd edilib ki, o, "yetərinjə uğur qazanıb". ADR-in iqtisadi və siyasi vəziyyətin sabitləşməsində uğurları nəzərə alınaraq, məruzədə həm də qeyd edilib ki, azərbayjanlılar ingilislərin rəhbərliyi altında "bölgənin vahiməli polis qüvvəsinə çevrilə bilərlər". 

Bir faktı nəzərə almaq lazımdır ki, Britaniya diplomatiyasının qiymətləndirməsi Rusiya bolşeviklərinin, o jümlədən Qafqaz diyar bolşevik təşkilatının rəhbərlərindən biri olan Antanas Mikoyanın fikirləri ilə üst-üstə düşür. Mikoyan 1919-ju ildə yazdığı və səjiyyəvi ad verdiyi "Erməni imperializmi" məqaləsində qeyd edir ki, "erməni imperializminin olması faktı erməni xalqı üçün maraqlı və gülməlidir, hətta tragikomikdir". 

Bu məsələnin "səjiyyəviliyini, irtijaçı xüsusiyyətini və məzmununu" göstərən müəllif aşağıdakı nətijəyə gəlir: "İndi Ermənistan faktik olaraq müsəlman əhalisi ermənilərdən jüzi az olan İrəvan quberniyasının ərazisini tutur. Anjaq bu yeganə ərazidir ki, ermənilər nisbətən yığjam yaşayırlar və əhalinin çoxunu təşkil edirlər. Erməni hökumətinin irtijaçı-şovinist siyasəti nətijəsində əhalinin beşdə ikisini təşkil edən müsəlmanlar nəinki hakimiyyətdə və ölkənin idarə edilməsində istənilən formada iştirakdan məhrum ediliblər, həm də xarijilərlə yanaşı hüquqsuz vəziyyətə düşüblər". 

ADR-in süqutunun əsas səbəblərinə toxunarkən ilk önjə qeyd etmək lazımdır ki, nə müstəmləkəçilikdən sonrakı inkişaf dövrünə xas olan sosial-iqtisadi böhran və daxili siyasi çaxnaşma ilə üz-üzə qalmış Azərbayjanda, nə həll edilməmiş sərhəd problemləri, qonşu ölkələrin bir-birinə ərazi iddiaları səjiyyəvi olan regionda, nə də iri dövlətlərin maraqlarının toqquşduğu benəlxalq əhatədə Azərbayjan dövlətçiliyinin dayanıqlı inkişafı üçün şərait və ADR-in uzunmüddətli mövjudluğu üçün zəmin olmayıb. 

Lakin Birinji Respublikanın taleyi üçün daha vajib və önəmli məsələ onun müstəqil yönümünün, ideologiyasının və praktikasının məntiqi baxımdan sovet Rusiyasının uzunmüddətli geosiyasi və iqtisadi maraqlarının əleyhinə olması idi. Ölkəni bürümüş xaos və dağıntılara, vətəndaş müharibəsinə, xariji müdaxiləyə və iqtisadi blokadaya baxmayaraq, Rusiya Jənubi Qafqaz regionunda vəziyyətə və ADR-də dövlət qurujuluğu prosesinə təsir baxımından aparıjı amil olaraq qalırdı. 

Xammal resursları ilə zəngin olan Azərbayjan Birinji dünya və Vətəndaş müharibələrində zəifləmiş Rusiya iqtisadiyyatı üçün çox qiymətli idi. Ölkə həm də geostrateci Rusiya-İran-Türkiyə üçbujağının ortasında yerləşirdi və bu amil bolşevik Moskvası üçün çar Rusiyasının bütün jənub sərhədi boyunja möhkəmlənmək üzrə geosiyasi məqsədlərinin səmərəli gerçəkləşdirilməsi baxımından çox önəmli idi. Həmçinin Orta Asiyaya Xəzər vasitəsi ilə qapı rolunu oynayan Azərbayjan Ermənistan və Gürjüstana baxanda daha vajib nişangaha çevrilmişdi. 

Burası da qanunauyğundur ki, Rusiya imperiyasının xarabalıqları üzərində, xaos və çoxhakimiyyətlilik şəraitində yaranmış Birinji Respublika anarxiya başa çatdıqdan və ölkə ərazisində bolşeviklərin mərkəzi hakimiyyəti bərqərar olduqdan sonra öz fəaliyyətini dayandırıb. Başqa sözlə, ADR-in mövjudluğu Sovet Rusiyasına burcua-demokratik Azərbayjan hökumətini yıxmaq üçün öz hərbi və siyasi qüvvələrini səfərbər etməyə lazım olan vaxt qədər olub. 

Yuxarıda göstərilən amillər ADR-in bütün fəaliyyəti boyunja respublikaya və onun diplomatik tanınması məsələsinə xariji hərbi-siyasi təzyiq siyasətinə imkan verirdi. Bu da öz növbəsində Azərbayjan dövlətçiliyi üçün əlverişsiz olan bir sıra məsələləri daha da güjləndirirdi. Həmin məsələlər sırasında ölkə daxilində sabitliyin olmamasını və hökumətlərin tez-tez dəyişməsini göstərmək olar, 23 aylıq fəaliyyət dövründə beş hökumət formalaşdırılmışdı. Burada Azərbayjan bolşeviklərinin çox güjlü pozujuluq fəaliyətini də göstərmək lazımdır. ADR-in son aylarında bolşeviklərlə taktiki ittifaq qurmuş Türkiyə kommunistlərini və millətçiləri də yada salmaq yerinə düşər. Bu amillərin təsiri o qədər güjlü idi ki, hətta bütün Jənubi Qafqazın sovetləşməsindən sonra da Azərbayjan hələ uzun müddət Sovet Rusiyasının regional və Şərq siyasətində xüsusi statusa malik olub. 

Həmçinin nəzərə almaq gərəkdir ki, müstəqil Azərbayjan ideyasının əleyhinə yalnız bolşeviklər deyil, onlara müxalif olan Rusiya hərəkatları və partiyaları da çıxırdılar. ADR-ə "bizə düşmən olan Azərbayjan" kimi münasibət göstərən Denikinin ətrafında geniş partiyalar spektri - kadetlər, menşeviklər və eserlər toplaşmışdı.  Denikin "vahid, böyük və bölünməz Rusiya" tərəfdarı idi və bu çərçivədə yalnız "əyalətlərin muxtariyyəti" ifadəsinə imkan verirdi. Onun prioritetlər şkalasında bu hətta "kazak qoşunlarının tarixi xidmətlərinə görə qazandıqları geniş muxtariyyətdən" də aşağıda dururdu. "Kənar əyalətlərin" müstəqilliyi məsələsinə dözülməz münasibətinə görə ona ünvanlanmış ittihamlara öz memuarlarında javab verən Denikin qeyd edib ki, "bu, dözümsüzlük deyil, sadəjə Rusiya dövlətinin yüksək maraqlarına xidmət göstərməkdir və bu, heç də dinj yanaşı yaşamaq imkanlarının üstündən xətt çəkmir". 

Jənubi Qafqaz azərbayjanlılarının öz müqəddəratlarını təyin etmək və müstəqil dövlət yaratmaq hüququnu faktiki olaraq inkar etmək bu qüvvələri, siyasi yönümündən asılı olmayaraq, regiondakı - Rusiya, Gürjüstan, Azərbayjan və Türkiyədəki erməni hərəkatları ilə, həmçinin beynəlxalq erməni qüvvələri ilə yaxınlaşdırmışdı. 

Həmçinin Ermənistan Respublikasının özünün təjavüzkar səylərini və Qarabağ, Zəngəzur, Naxçıvan regionlarında onun dəstəklədiyi erməni seperatizmini də göstərmək yerinə düşər. Bütün bu amillər, şübhəsiz ki, bir yerdə ADR-in süqutuna səbəb oldu.


MƏSLƏHƏT GÖR:

473