15 Mart 2025

Şənbə, 00:45

BÖHRAN VƏ AVROPA İTTİFAQI ARASINDA

12 il əvvəl Avropa Bosniyada müharibəni dayandırsa da, Aİ-yə üzvlüyə can atan bu ölkədə münaqişə üçün münbit şərait qalmaqdadır

Müəllif:

01.01.2008

Balkanlardan söz dü-şən zaman yerli və xarici KİV-in, ekspertlərin, politoloqların və siyasətçilərin əsas diqqəti dərhal Kosovo, Belqrad-Priştina münasibətləri və Kosovo münaqişəsinin həlli prosesinə yönəlir. Lakin daha bir postyuqoslaviya dövləti olan Bosniya və Herseqovinada (BvH) da daxili münaqişə durumu hökm sürür və gərginlik yüksək səviyyədədir. Hazırda Qərbi Balkanlar adlanan regionda stabilliyin asılı olduğu vacib elementlərdən biri də məhz BvH-dir.

1995-ci ildən BvH Deyton razılaşmasının ("Region plus"un arayışına bax) şərtlərinə uyğun yaşayır və iki subyektdən ibarət özünəməxsus çoxpilləli dövlətdir. Söhbət əhalisinin əksəriyyəti bosniyalılar və xorvatlar olan Bosniya və Herseqovina Federasiyasından və əsasən, serblərin yaşadığı Serb Respublikasından gedir. 1995-ci ildə situasiyaya uyğun müəyyənləşdirilən və əsas məqsədi 1992-ci ildən başlamış şiddətli etnik münaqişəni dayandırmaq olan Deyton müqaviləsi bu gün artıq köhnəlir və müasir situasiyaya cavab vermir. Ölkədə 1995-ci ildə yaradılan mürəkkəb inzibati-siyasi sistemin effektiv olmadığı üzə çıxıb. Səslərin sayılmasında çətinlik yaradan çoxpilləli seçki sistemi də qeyri-effektivdir. 

Bundan başqa, BvH-də situasiya daim Kosovo faktorunun təsirini hiss edir. Maraqlıdır ki, müasir Bosniyada iqtisadi inkişaf yalnız monoetnik ərazilərdə (Sarayevo, Banya-Luka, Zenisa və s.) müşahidə edilir. Bölüşdürülməsi mümkün olmayan vilayətlərdə isə durğunluq hökm sürür. Bu səbəbdən də hazırda ölkədə həyata keçirilməsi vacib olan ən əsas məsələ, dövlət strukturunda, ən əsası isə, konstitusiyada bütün ölkənin balanslaşdırılmış şəkildə inkişafını təmin edəcək islahatların aparılmasıdır. Lakin hazırda qüvvədə olan konstitusiyada islahatlar aparılması və ya dəyişiklik edilməsi qeyri-mümkündür, çünki istənilən dəyişiklik BvH-nin bütövlüyünün pozulması və münaqişənin yenidən baş qaldırması kimi risklərə yol aça bilər.

Serbiya, Xorvatiya və Çernoqoriyadan fərqli olaraq, BvH BMT-nin üzvü olsa belə, tam dövlət suverenliyi əldə etməyib, hələ də bəzi vilayətlərdə vacib, bəzən də həlledici rol ali nümayəndəyə məxsusdur. Hazırda bu postu slovakiyalı diplomat Miroslav Layçak tutur. Əvvəllər 2007-ci il iyulun 1-dən ali nümayəndə aparatının fəaliyyətinə son qoyulacağı və onun Avropa İttifaqının xüsusi nümayəndə missiyasına transformasiya ediləcəyi gözlənilsə də, bu baş verməyib. Məlum olub ki, BvH-nı təşkil edən üç xalq - müsəlman-bosnyaklar, xorvatlar və serblər arasındakı ziddiyyətlər o səviyyədədir ki, ölkədə və ümumilikdə regiondakı sabitliyə görə məsuliyyəti  onların qanuni yolla seçdikləri nümayəndələrə təhvil vermək, hələlik, qeyri-mümkündür. Məsələ ondadır ki, polis orqanlarında, təhsildə (hazırda Bosniyada hər bir millətə məxsus uşaqlar ayrı-ayrı məktəblərə gedir) islahatlar, milli-mədəni təsisatların birləşdirilməsi, ölkənin strateji inkişafı kimi çətin məsələlərin öhdəsindən yalnız ali nümayəndənin sərt mövqeyi, qətiyyətli qərarları ilə gəlmək mümkündür. Xüsusilə, Serb Respublikasının təmsilçiləri uzun illərdir ki, iki entitetin -  Bosniya-Xorvat Federasiyası və Serb Respublikasının polis qüvvələrinin ümum-milli polis sistemində birləşdirilməsinə qarşı çıxır. Hazırda hər bir entitetin öz parlamenti və hökumətilə yanaşı, özünəməxsus polis qurumları var və Avropa İttifaqı onları qovuşdurmağa, asayiş keşikçilərinin etnik mənşəyinə görə bölünməsini aradan qaldırmağa çalışır. BvH serbləri hesab edir ki, islahatlar onların respublikasının hüquq və səlahiyyətlərinin məhdudlaşmasına gətirib çıxaracaq. Lakin hər halda, serblər güzəştə getməli olublar: yalnız ali nümayəndənin serblərin etirazına veto qoyacağı haqda xəbərdarlığından sonra serblər bu il sentyabrın sonunda müvafiq razılaşmaya imza atmağa razılaşıblar.

BvH-nin 12 illik inkişaf prosesinin nəticəsindən danışan zaman etiraf etmək lazımdır ki, Deyton razılaşması müharibəni aradan qaldırsa da, etnik zəmində qarşıdurmaya son qoya bilməyib. Münaqişə, sadəcə olaraq, silahlı toqquşmalardan siyasi mübarizə müstəvisinə keçib. 1996-cı ildən bu ölkədə keçirilən çoxsaylı seçkilər də, təəssüf ki, ictimaiyyət və dövlətdə islahatların aparılmasına dair ümumi konsensusun əldə edilməsinə səbəb olmayıb. 

Deyton sülhünün uğuru ondadır ki, sənəd birtərəfli qaydada kiminsə istəyinə əsasən yox, bütün münaqişə tərəflərinin maraqlarının nəzərə alınması, beynəlxalq vasitəçilərin hər birinin mövqeyi və təkliflərini özündə əks etdirməklə qəbul olunub. Bununla yanaşı, prosesdə hələ də problemlər qalmaqdadır və onların həlli vacibdir. Hazırkı mərhələdə "Bosniya həlli"ndə prioritet mərkəzi hakimiyyət strukturlarının möhkəmləndirilməsi, iqtisadi və digər islahatların həyata keçirilməsi, hüquq mühafizə orqanları və məhkəmə sisteminin tam şəkildə dəyişdirilməsi, ən başlıcası isə üç əsas xalqın bazasında vahid Bosniya millətinin yaradılmasıdır.

Konstitusiya layihəsi ətrafında debatlar

Digər postyuqoslaviya dövlətləri kimi, BvH də Avropa İttifaqı və NATO-ya qoşulmağa çalışır. Bu proses isə iqtisadi və hərbi üs-tünlüklərlə yanaşı, dövlətin müəy-yən standartlara cavab verməsini tələb edir və bunlardan başlıcası hakimiyyətin unifikasiyası və mərkəzləşdirilməsidir. Lakin bütünlükdə BvH və onun federasiyalarının paytaxtı olan Sarayevo hakimiyyəti, həmçinin, Serb Respublikasının paytaxtı Banya-Luke ölkənin gələcəyini fərqli görürlər. Bu il ərzində ölkədə yeni konstitusiya layihəsi ətrafında aparılan müzakirələr də bunu bir daha sübut edib. 

Bu sənədlə bağlı tərəflər arasında əsas fikir ayrılığı özünü etnik xətdə - bosniyalılar, xorvatlar və serblər arasında göstərir.

Bosniya müsəlmanlarının konstitusiya layihəsi bir tərəfdən dövlətin desentralizasiyasını, digər tərəfdən isə yeni sənədin heç bir halda BvH-nin ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq-hüquqi subyektliyini sual altına salmamasını özündə əks etdirir. Dövlət təsisatlarının fəaliyyətinin məhdudlaşdırılmasının yolverilməzliyi də əsas şərtlərdən biri sayılır. İndiki halda isə bu tamamilə mümkün görünür. 

Müsəlmanların təklif etdiyi layihənin əsas ideyalarından biri BvH-nin hazırkı bölgüsünün - Bosniya-Xorvat Federasiyası və Serb Respublikası - aradan götürülməsi və ölkənin 5 regiona bölünməsi təşkil edir. Özü də bu zaman bu regionların sərhədləri iqtisadi, coğrafi, nəqliyyat, tarixi və etnik kriteriyalar əsasında müəyyənləşdirilməlidir.

Xorvatların da yeni konstitusiyaya öz baxışları var. Düzdür, müəyyən qədər bu layihə də yuxarıda qeyd olunmuş sənəddəki bəzi müddəaları təkrarlayır. Yəni xorvatlar da dövlətin federasiya və respublikanın birliyinin ləğvini və vilayətlərə bölgünü əsas götürür. Amma bu oxşarlıq hər bir regionun (və ya vilayətin) sərhədinin müəyyənləşdirilməsi prosesi zamanı gərgin mübahisələrin baş qaldırmayacağına zəmanət vermir. Çünki tərəflərdən hər biri - həm bosniyalılar, həm xorvatlar, həm də serblər yeni yaradılacaq istənilən vilayəti özünün etnik ərazisinə çevirməyə çalışacaq.

Lakin buna hələ çox var. Çünki Serb Respublikasının siyasətçiləri onun etnik törəmə kimi saxlanmasını istəyir. Bu baxımdan, onlar əvvəllər dəfələrlə tənqid etdikləri Deyton prinsiplərinin də qorunub-saxlanmasına çalışırlar. Bu həm  serblərin bosniyalılar və xorvatlara olan inamsızlığından, həm də Serb Respublikasında bir çox siyasətçilərin rəsmi Belqradın təsiri altında olması və hələ də öz respublikalarının BvH-dən ayrılaraq, Serbiyaya birləşməsi ideyasından əl çəkməməsindən irəli gəlir. Üstəlik, Kosovonun statusunun müəyyənləşdirilməsi cəhdlərilə əlaqədar olaraq, mütəmadi olaraq, Serb Respublikasının Serbiyaya birləşməsi məsələsinə dair referendum ideyası da ortaya atılır. 

Ümumilikdə götürsək, müasir BvH-də Bosniya dövlətçiliyinin möhkəmlənməsi və mərkəzi hakimiyyətin gücləndirilməsinə yönələn istənilən təşəbbüsə məhz serblər müqavimət göstərir.

Başqa sözlə desək, hazırda qarşıda bir məsələ dayanır - BvH vahid, polietnik  vətəndaş cəmiyyətinin yaradılması istiqamətində addım atacaq, yoxsa siyasi problemlərin üç millət və iki entitet (bəzən onları kiçik dövlət də adlandırırlar) arasındakı qüvvələr nisbəti əsasında müəyyənləşdiyi amorf qurum olaraq qalacaq? Son variant xorvatların yenidən üçüncü - xorvat törəməsinin yadarılması və bununla da BvH federasiyasının dağıdılması tələbini irəli sürməsi təhlükəsini saxlayacaq.

Milli azlıqlar problemi, yoxsa "bomba içərisində bomba"

Bütün bunlarla yanaşı, BvH-nin siyasi-hüquqi problemləri heç də üç xalq arasındakı ziddiyyətlə bitmir. Tədricən, milli azlıq problemi də daha ciddi şəkil almağa başlayır. Məsələ ondadır ki, ölkədə hazırda qüvvədə olan seçki qanunvericiliyinə əsasən, BvH-nin ali idarəetmə orqanının, onun Rəyasət Heyətinin, həmçinin Milli Parlament Palatasının üzvləri yalnız bosniyalılar, serblər və xorvatlar ola bilər və bu üç millətə aid olmayan şəxsin bu qurumlarda təmsil olunması müm-kün deyil. Bu isə BvH-də yaşayan milli azlıqlar - yəhudilər, qaraçılar, çexlər və digərləri arasında narazılığı getdikcə gücləndirir. Ölkənin yəhudi icmasının rəhbəri bununla əlaqədar olaraq, Strasburqdakı Avropa İnsan Haqları Məhkəməsinə şikayət edib və BvH-də yaşayan bütün millətlərin nümayəndələrinin sözügedən orqanlara seçilməsinin mümkünlüyünün təmin olunması məsələsini qaldırıb. 

Həqiqətən də, hazırkı durum ayrı-seçkilik yaradır və BvH-də vahid çoxmillətli birliyin yaradılmasına imkan vermir.

Bundan başqa, artıq uzun illərdir ki, ölkədə istehsalın olmaması üzündən yaranan işsizlik, mühacirət, sosial zəmanətin olmaması və ya zəifliyi, yoxsulluq, keçmiş döyüş meydanlarının minadan təmizlənməsi kimi sosial problemlər həll olunmamış qalır. Aydındır ki, bu məsələlərin cəmiyyət və dövlətin etnik prinsiplərə əsasən təşkilinə əsaslanaraq həll edilməsi mümkün deyil. 

Bosniya dövlətinin möhkəmlənməsi prosesinə problem yaradan daha bir məqam hərbi, həmçinin insaniyyətə qarşı cinayətlərdə günahlandırılan siyasətçilər və hərbçilər üzərində məhkəmə proseslərinin hələ də başa çatdırılmamasıdır. 

Proseslər keçmiş Yuqoslaviyanın Haaqa Tribunalında, BvH, Serbiya və Xorvatiya məhkəmələrində davam etdirilir. Öz əzizlərini itirən insanların gözündə şər hələ də cəzasız, ədalət isə bərpa edilməmiş qalır. Qeyd edək ki, müxtəlif məlumatlara görə, Bosniya və Herseqovinadakı müharibədə ölənlərin sayı 100-250 min nəfər arasındadır. Yaralananlar, qaçqın və məcburi köçkün durumuna düşənləri də bura əlavə edin (müharibə nəticəsində 5 milyonluq əhalinin 1,8 milyonu qaçqına çevrilib).

Bütün bunlarla yanaşı, BvH-nin sülh razılaşmasının reallaşdırıldığı 12 ildə müəyyən nəticələrə nail olduğunu da etiraf etmək lazımdır. Bu dövrdə ölkənin mərkəzi dövlət orqanları fəaliyyət göstərir, ədalət mühakiməsi sistemində, bir sıra vacib sosial-iqtisadi qurumlarda islahatlar həyata keçirilib, cinayətkarlığın sayı isə azalaraq, Avropa İttifaqı ölkələri səviyyəsinə enib. Son 5 ildə ölkədə vahid gömrük xidməti yaradılıb, vahid vergi qanunu qəbul olunub. 1 milyondan artıq qaçqın müharibədən əvvəl yaşadığı ərazilərə qaytarılıb və onların mülkiyyətləri də özlərinə verilib. 

Bütün bu uğurlu islahatlar nəticəsində dekabrın əvvəllərində Sarayevoda Avropa İttifaqı və BvH arasında qarşıdakı illərdə ölkənin quruma üzvlüyü ilə nəticələnə biləcək prosesin başlanmasına dair ilkin razılaşma imzalanıb.

Beynəlxalq ictimaiyyəti BvH-dəki ali nümayəndəsi Miroslav Layçak bildirib ki, ilkin danışıqların başlanması "formal təsiri bağışlasa da, uzun illər davam edən siyasi iflic vəziyyətindən sonra onun nəhəng rəmzi əhəmiyyəti var". 

Onu da qeyd edək ki, tərəflər arasında razılaşma Bosniya polisində də islahatların həyata keçiriləcəyinə dair razılaşmanın əldə olunmasından sonra imzalanıb. Belə ki, Avropa İttifaqı ölkəni sıralarına qəbul etmək istiqamətində ilkin danışıqlara başlanmasından əvvəl BvH-nin qarşısına əsas öhdəliklərdən biri kimi, məhz polis sistemində islahatların reallaşdırılmasını qoyub. 

Beləliklə, danışıqlara başlanmasına dair ilkin razılaşma yalnız iki polis təsisatının birləşməsindən sonra reallaşdırılmış sayılacaq. Bosniya rəhbərliyi isə razılaşmanın "ilkin" olmadığına, tamhüquqlu danışıqlara artıq gələn ilin ortalarında başlanacağına ümid edir.

Bir sözlə, milli-dövlətçilik quruluşu və inkişaf problemlərinin həll edilməmiş qalmasına baxmayaraq, BvH artıq Aİ istiqamətində hərəkətə başlayıb. Bundan başqa, ölkə BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq qurumların tamhüquqlu üzvüdür (BvH 2006-cı il noyabrın 9-da NATO-nun Riqada keçirilən sammitində "Sülh naminə tərəfdaşlıq" proqramına da daxil edilib). 

Bosniyanın İslam Konfransı Təşkilatının üzvü olan yeganə Avropa dövləti olması da az əhəmiyyət kəsb etmir. O, bu qurum çərçivəsində Azərbaycanla da fəal şəkildə qarşılıqlı fəaliyyətdədir. 

Bütün bu faktorları nəzərə alsaq, BvH ilə dialoq və əməkdaşlıq Azərbaycan üçün ciddi əhəmiyyət kəsb edir. Bu səbəbdən də Bakının Bosniya istiqamətində fəaliyyəti fəal olmalı, bosniyalıların əsas rol oynadığı Bosniya dövlətinin stabilləşməsi və möhkəmlənməsinə yönəlməli, onun idarəetmə strukturlarının effektivliyinin artırılmasına, iki ölkə arasında qarşılıqlı əməkdaşlığın inkişafına həsr olunmalıdır.

MƏSLƏHƏT GÖR:

449