15 Mart 2025

Şənbə, 00:40

KİYEV RUSU VEÇESİNİN DAVAMÇILARI

Ukraynanın bütün siyasi partiyaları "oyuna sıfırdan başlamağa" razı olacaqmı?

Müəllif:

15.09.2007

Ukraynada növbədənkənar parlament seçkisinə bir aydan da az vaxt qalıb. Seçki sentyabrın 30-na təyin olunub. Ali Radadakı 450 deputat kürsüsünə 21 partiyanın təmsilçiləri iddialıdır. Onların arasında Ali Radaya keçmək üçün  tələb olunan 3%-lik baryeri aşmaq  şansı prezident yönümlü "Bizim Ukrayna - Xalq Özünümüdafiəsi" Blokunda, Regionlar Partiyasında, Yuliya Timoşenkonun Blokunda (YTB), həmçinin kommunist və sosialist partiyalarında vardır.  

Yuliya Timoşenkonun Bloku  ukraynalı seçijilərə "yarıb-keçmək" vəd edir - onun seçkiqabağı proqramı da məhz belə adlanır. 

Regionlar Partiyasının şüarlarında sosial stabillik məsələsinə xüsusi önəm verilir. Prezident-yönümlü "Bizim Ukrayna" - Xalq Özünümüdafiəsi"  Bloku   deputat toxunulmazlığının ləğvinə  səsləyir. 

Ukrayna Kommunist Partiyası öz plakatlarında diktaturaya yol verməmək öhdəliyi götürür,  ideologiya yaxınlığı olan Sosialist  Partiyası isə yerli özünüidarə orqanlarının səlahiyyətlərinin artırılmasına çalışajağını bildirir. Gözlənildiyi kimi, ölkənin şərqində və jənubunda Regionlar Partiyası daha fəaldır. Jənubda və Krımda  nostalci Kommunist Partiyası  fəallıq göstərir, Mərkəzi Ukraynada isə sosialistlər  geniş təşviqat aparır. Bundan savayı, Mərkəzdə və Qərbi Ukraynada "Bizim Ukrayna" - Xalq Özünümüdafiəsi" Bloku ilə  Yuliya Timoşenko Bloku  arasında seçijilərin  səsləri uğrunda mübarizə gedir.

Lakin politoloqlar hesab edirlər ki, parlamentdə yerlərin çoxunu tutmaq və deməli, hökuməti təşkil  etmək uğrunda mübarizə indiki baş nazir Viktor Yanukoviçin başçılıq etdiyi Regionlar Partiyası ilə Yuliya Timoşenkonun bloku arasında gedəjək. İjtimai rəy tədqiqatlarının son məlumatına görə, seçijilərin 33%-i  Regionlar Partiyasını, 17%-i  Yuliya Timoşenko Blokunu, 12%-i isə  prezidentyönümlü " Bizim Ukrayna- Xalq Özünümüdafiəsi" Blokunu dəstəkləyəjək.  Ali Radada real siyasi bölgünün nejə olajağını hələ ki fərz etmək olar. Seçijilərin öz fikirlərini bu və ya digər tərəflərin xeyrinə dəfələrlə dəyişəjəkləri də istisna edilmir. Bu arada prezident Yuşşenkonun əleyhdarları "atla gediş" etməyi qərarlaşdırmışdılar. Kiyevdə 5-ji çağırış Ali Radanın spikeri Aleksandr Moroz Viktor Yuşşenko tərəfindən buraxılmış  parlamentin sessiyasını  açıq elan edib. O, özünü elə aparır ki, guya vaxtından qabaq  seçkinin olajağından xəbəri yoxdur və buna görə də parlament adi recimdə işləyəjək. Spiker, hətta deputatlar üçün  bütün həftəni planlaşdırmışdı. Ali Radanın  4 sentyabrda plenar recimdə işləyəjəyi, deputatların  sentyabrın 5-dən 7-si də daxil olmaqla komitələrdə və fraksiyalarda işləyəjəyi nəzərdə tutulmuşdu. Morozun fikrinjə, 5-ji çağırış parlament yeni  seçilmiş deputatların andiçmə mərasiminədək fəaliyyət göstərməli idi. Buna görə də indiki Ali Radanın bütün dördünjü sessiyasının işi planlaşdırılıb və gündəlikdəki 640-dək məsələyə baxılmalıdır.

Parlamentin ijlasında Regionlar Partiyasından, sosialist və kommunist partiyalarından ibarət hökumət koalisiyası xalq deputatlarının imtiyazlarının ləğvi barədə qərar qəbul edilməsini və konstitusiyaya deputat toxunulmazlığının aradan qaldırılması barədə düzəliş edilməsini planlaşdırmışdı.  Xatırladaq ki, sonunju məhz Yuşşenko tərəfdarlarının istəyinə uyğun məsələ  idi.

Əksər analitiklərin fikrinjə, Ali Radanın fəaliyyətinin bərpasına jəhd ilk  növbədə SSRİ-nin dağılmasından sonra  Saci Umalatova kimi "inadjıl" kommunistlərin "Xalq Deputatları Qurultayı"nı çağırmasına bənzəyir. Ukrayna prezidentinə yaxın düşərgənin təmsilçiləri hazırki Ali Radanın qeyri-legitim olduğunu və bu səbəbdən də onun ijlasının keçirilməsinin qanunsuz sayıldığını bildirirdilər. Xatırladaq ki, hələ yazda Yuşşenko və Timoşenkonun tərəfdarları deputat səlahiyyətlərindən  əl çəkdiklərinə görə parlament avtomatik olaraq kvorumdan məhrum edilmişdi. Yuşşenkonun  Yanukoviç və Morozla keçirdiyi görüşdən sonra  prezidentin iyunun 5-də   imzaladığı fərmana  əsasən Ali Rada buraxılmışdı.

"Bizim Ukrayna - Xalq Özünümüdafiəsi" Bloku bildirmişdi  ki,  əgər baş nazir və spiker öz deputatlarını  sessiyaya toplasa, blok həmin adamların büdjə vəsaitini dağıtma maddəsi ilə ittiham olunmasına çalışajaq. Dövlət başçısı V.Yuşşenko isə bəyan etmişdi ki, 5-ji çağırış Ali Rada heç bir  vəjhlə  plenar ijlasını keçirə bilməz. Prezidentin sözlərinə  görə,  Ali Radanın hər hansı bir qərarı  qeyri-legitimdir və onun heç bir praktiki qüvvəsi və siyasi effekti yoxdur. Ukrayna Konstitusiyasına əsasən, 5-ji çağırış Ali Radanın  səlahiyyətini itirdiyini qeyd edən Viktor Yuşşenko bildirib ki, "deputatların hər hansı qanunsuz əməli qəti hüquqi qiymətini alajaq, onlar ijtimaiyyət tərəfindən də qınaq obyektinə çevriləjəklər. Aydın olan bir şeyi bir daha aydınlaşdırmaq istəmirəm". Yuşşenko onu da deyir ki, Konstitusiyaya əsasən  Ukraynanın 5-ji çağırış  Ali Radasının  heç bir səlahiyyəti  yoxdur. Qanuna əməl etməyən deputatların hərəkətlərinə lazımi huquqi qiymət veriləjək. 

Parlamentin spikeri Aleksandr Moroz isə (analitiklərin bildirdiyi kimi, son anda məhz onun prezidentin düşərgəsini tərk edərək Yanukoviçlə koalisiya qurması ikinjinin baş nazir postunu tutmasına səbəb olub)  eyhamla deyib ki,  parlamentin yeni tərkibi öz fəaliyyətini hazırki prezidentə qarşı qurajaq. Spiker yeni tərkibdə Ali Radanın dövlət başçısına impiçment elan edilməsi məsələsini qaldıra  biləjəyinə işarə edib. Onun sözlərinə görə, əgər hakimiyyətin hansısa qanadı digər qanadının funksiyalarını öz üzərinə götürməyə çalışarsa, bu, hakimiyyətin qəsb edilməsi kimi qiymətləndiriləjək. Buna görə də məsuliyyət, o jümlədən jinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Yəqin ki, belə hal baş verəjəyi təqdirdə, yeni parlament məsələyə biganə qalmayajaq. Çünki bu gün Ukraynada baş verənləri jəzasız qoymaq olmaz", - deyə Moroz bildirib.

Bütün bunlarla yanaşı, qarşıdan gələn seçkidə Viktor Yanukoviç və tərəfdarlarının parlamentdəki çoxluğu ələ alajaqları ehtimalı yüksək olsa da, məsələni artıq həll edilmiş saymaq olmaz. Üstəlik, növbədənkənar parlament seçkisinin elan edilməsinədək ölkədə siyasi gərginliyin son həddə çatdığını nəzərə alsaq, onların impiçment məsələsini qaldırıb-qaldırmayajağını da indidən söyləmək çətindir. Belə ki, gərginliyin yeni dalğası Yanukoviçin tərəfdarlarının da ondan üz döndərməsinə səbəb ola bilər. Mütəxəssislərin bildirdiyinə görə, istənilən ijtimaiyyətdə 20%-lik eloktorat var ki, onlar "A" partiyasına səs verməyə hazırlaşdığı halda, istənilən an fikrini dəyişərək "B" partiyasını seçə bilər. Elektoratın 60%-i  isə bir seçkidə sağlara, digər seçkidə isə sollara səs verərək, hakimiyyət dəyişikliyini dəstəkləyir. Ölkədə siyasi gərginliyin yenidən artajağı halda məhz bu  altımış faiz Yanukoviçi  dəstəkdən imtina edə bilər.

Bir məqam da aydındır ki, Yanukoviç-Yuşşenko qarşıdurması, Morozun gözlənilməz manevri və Yuşşenko ilə Timoşenkonun tərəfdarlarının parlamenti tərk etməsi hələ aysberqin yalnız görünən tərəfidir. Ukraynada "narınjı inqilab"dan sonra siyasi proseslər  kosmik sürətlə inkişaf edir və 2006-jı ildə seçilmiş parlament həqiqətən də bu gün ijtimaiyətdəki qüvvələr nisbətini əks etdirmir ( 1993-jü ildəki Rusiya parlamenti kimi). Lakin Rusiyada insan tələfatı olmuşdu, tanklardan atəş açılmışdı, televiziyaya hüjum jəhdi göstərilmişdi. Ukraynada isə məsələ sakit durumda, ölkə qanunları və konstitusiyası çərçivəsində baş verir. Üstəlik, məhz bu gün Kiyev özünün demokratiya və parlament ənənələrini: qədim Ukrayna dövləti olan Kiyev Rusunun veçesini, Ukraynanın əsas şəhərlərində, o jümlədən Kiyevdə Maqdeburq hüququnu, kazak dövləti olan  Zaporocye Seçidə getman seçilməsi praktikasını, Avropada  o vaxtın 1710-ju il Lilip Orlik və 1917-1920-ji illərin Ukrayna Xalq Respublikası Konstitusiyasını xatırlayırlar. Bundan başqa, Viktor Yuşşenko seçki ərəfəsində açıq şəkildə bildirib: "Mən 30 sentyabr seçkisinin hansı siyasi nətijələr verəjəyini analiz etməyəjəm. Mən sizə başqa təminat verə bilərəm: zala digər  iş prinsipləri olan siyasi qüvvələr gələjək. Zala dialoq qayıdajaq, zala istənilən aktual məsələlər üzrə danışıqlar prosesi atmosferi qayıdajaq və  nətijədə ümumi ijtimai diskussiya formalaşajaq. Bu səbəbdən də bu gün biz Ukraynada baş verən siyasi prosesləri dəyərləndirən zaman, mən bütün bunları Ukrayna demokratiyasının bərqərar olması anında pozitiv  hal kimi qiymətləndirirəm". 

Bu, görünə biləndən də jiddidir.  Ona görə ki,  prezident qarşısında duranlara "oyuna onun qaydalarına riayət etməklə sıfırdan başlamaq" mesacı verir. Bu çağırış javabsız qalarsa, Regionlar Partiyası  əvvəlki populyarlığından məhrum ola bilər.



MƏSLƏHƏT GÖR:

385