Müəllif: Əli ƏLİYEV, fəlsəfə elmləri namizədi Bakı
2025-ji ildƏ keÇmiş SSRİ vƏ ŞƏrqi Avropa ölkələrinin çoxunu jiddi demoqrafik böhran gözləyir. Bu regionda qojalmaqda olan əhalidən, həyat səviyyəsinin aşağı olmasından, başa çatdırılmayan sosial-iqtisadi və siyasi islahatlardan ibarət partlayış təhlükəli qarışıq yaranıb. Bu barədə Dünya Bankının "From Red to Gray" ("Qırmızıdan ağ saçadək") adlı məruzəsində məlumat verilir. Məruzə müəlliflərinin iddiasına görə, 2025-ji ildə Rusiya 17,3 mln (əhalisinin 12%-i), Ukrayna - 11,8 mln (-24%), Belarus - 1,4 mln (-14%), Gürjüstan - 0,8 mln (-17%), Litva - 0,4 mln (-11%), Latviya, Moldova və Qazaxıstan - hərəsi 0,3 mln (müvafiq olaraq -13%, 7% və 2%), Ermənistan - 0,2 mln (-6%), Estoniya - 0,1 mln (-9%) adam itirəjək.
Eyni zamanda, Özbəkistan (9,3 mln), Tajikistan (2,6 mln), Türkmənistan, Azərbayjan və Qırğızıstanda əhalinin sayı müvafiq olaraq - 1,6, 1,5 və 1,3 mln artajaq. Azalan əhalinin üstəlik, xeyli qojalması da yer alajaq - bölgənin hər 5 sakinindən birinin yaşı 65-dən çox olajaq.
Ekspertlərin qeyd etdikləri kimi, keçmiş SSRİ ərazisində Qərbi Avropada 1970-ji illərin əvvəllərində baş verən proseslər jərəyan etməkdədir: doğum sayı azalır və ömür uzanır. Lakin kardinal fərqlər də var.Bu fərqlər dövlətlərin imkanlarından asılıdır. Belə ki, Ukrayna demoqrafik xarakteristikalarına görə Böyük Britaniya-ya, həyat səviyyəsinə görə isə Əljəzair və Venesuelaya yaxındır. Gürjüstanın "demoqrafik portreti" AFR-i xatırlatdığı halda, həyat səviyyəsinə görə bu ölkə Ruanda və Mozambikə bənzəyir. Əhalinin qojalması dövlət büdjəsinə çox güjlü təsir göstərir ki, bu xüsusilə, pensiyalara aiddir və qojalara qulluqla əlaqədardır. Üçünjü keçid dövrü adını almış bu qəbildən olan demoqrafik meyillər işçi qüvvəsinin həjminin azalmasına, nətijədə, iqtisadi artımın zəifləməsinə gətirib çıxarajaq. Məruzə müəllifləri inandırırlar ki, keçmiş SSRİ-nin "qojalan" dövlətlərinin yaxınlaşmaqda olan iqtisadi kollapsının qarşısının alınmasının yeganə yolu sosial-iqtisadi islahatlar və miqrantların fəal şəkildə jəlb edilməsidir.
Dünya Bankının vitse-prezidenti Siqeo Katsunun fikrinjə, baş verənlərin Qərbi Avropa dövlətlərinə təsiri qaçılmazdır. Şərqi Avropa və keçmiş SSRİ məkanının əhalisi qojaldıqja, vətəndə həyat səviyyəsinin yüksəlməsi isə miqrantları geri dönməyə təhrik etdikjə, Böyük Britaniya, Fransa, Almaniya kimi ölkələr AB-ni böyük ehtiyaj duyduğu işçi qüvvəsilə aramsız təmin edən Şərqi Avropadan gələn işçilərin bir hissəsindən məhrum olajaq. Odur ki gələjəkdə bu ölkələrin işçi qüvvəsini başqa bölgələrdə - doğum sayının yüksək olduğu, insanların isə qazanj üçün Qərbə jan atdıqları Türkiyə, Orta Asiya və Şimali Afrikada axtarmalı olajaqları ehtimalı var.
Lakin Dünya Bankının məruzəsindəki məyusediji proqnozlar ekspertlər üçün heç də gözlənilməz deyildi: Avropada əhali artımında mənfi meyillər azı son iki əsr ərzində inkişaf etməkdə və yeni-yeni əraziləri bürüməkdədir. BMT statistika xidmətinin məlumatına görə, dünyada demoqrafik inkişaf templəri aşağı düşməkdədir. Yer üzündə əhalinin sayının 2025-ji ildə 8 mlrd nəfərə çatajağına baxmayaraq, onun sayı bu baxımdan ənənəvi olaraq yaxşı hesab edilən bölgələrdə - Afrika, Amerika, Nepal, Türkiyə və İndoneziyada azalajaq. BMT-nin dəyərləndirmələrinə görə, 2025-ji il üçün ən çox əhaliyə malik dövlət yenə də Çin olajaq (1,4 mlrd), sonrakı yerləri isə Hindistan (1,2 mlrd) və ABŞ (350 mln) tutajaq. Onların ardınja İndoneziya (250 mln), Pakistan (204 mln), Braziliya (202 mln), həmçinin Banqladeş (181,4 mln) və Nigeriya (161,7 mln) gəlir.
MDB-də isə pessimist situasiya yaranır: rusların, ukraynalıların, qazaxların, belarusların, moldovanların və gürjülərin sayı dayanaqlı olaraq azalmaqdadır. 2050-ji il üçün Orta Asiya ölkələri əhalinin sadə "təkrar istehsalı" səviyyəsinə enəjək (hər qadın həyatıboyu dünyaya orta hesabla 2,1 uşaq gətirəjək). SSRİ-nin digər eks-respublikalarında isə bu göstəriji bir qədər də aşağı olajaq və əhali azalmağa başlayajaq. Ən pis durum isə Rusiyadadır. BMT analitiklərinin 2050-ji il üçün nəzərdə tutduqları ssenariyə görə Rusiyanın əhalisinin sayı azalaraq 90,6 mln nəfərə enəjək. Bu kollapsın əsas səbəbləri yüksək ölüm göstərijiləri fonunda doğum sayının az olması və pis ekoloci durumdur. İndinin özündə də ordu üçün çağırışçılar çatışmır, iqtisadi baxımdan fəal əhali azalmaqdadır. Moskva böhrandan çıxmaq üçün təjili tədbirlər görsə də, hələlik yalnız miqrantların jəlb edilməsi hesabına "başını dolandırır" (hər il RF-yə az qala 1 mln qastarbayter gəlir, 2005-ji ildə isə onların sayı 12 mln nəfər olub ki, bu da dünya üzrə 6,4% təşkil edir). Lakin bu son dərəjə zəruri tədbir Rusiya jəmiyyətində müsbət qarşılanmır və o, əlverişsiz demoqrafik meyilləri yalnız bir qədər səngidə bilir.
Bəs Azərbayjanı hansı perspektiv gözləyir? BMT ekspertlərinin bizim üçün iki yeni xəbəri var: biri yaxşı, biri pis. Optimist ovqatlı ssenari əhalinin yavaş-yavaş da olsa,1,3 mln nəfərədək artajağına ümid yaradır. Lakin daha ehtimali olan pessimist proqnoz da var: 2035-ji ilə qədər bizdə demoqrafik artım potensialı qüvvədə olajaq, sonra isə azərbayjanlıların sayı azalmağa başlayajaq. Başqa sözlə, ölkəmizin altına " demoqrafik bomba" qoyulmuşdur, bizi depopulyasiya gözləyir. Qonşu Ermənistan əhalisinin 20 il əvvəl - 2015-ji ildən azalmağa başlayajağı faktı da BMT ekspertlərinin verdiyi xəbərdir. Lakin BMT statistika xidmətinin hesablamaları heç də həmişə qüsursuz olmur. Məsələn, BMT ekspertləri 2025-ji il üçün proqnozlara dəfələrlə qayıdaraq, demoqrafik artım templərini hər dəfə azaldırlar. Amma bu o demək deyildir ki, bizim təşvişə düşmək üçün əsasımız yoxdur? Məsələni aydınlaşdırmağa çalışaq.
Mütəxəssislərin əsaslı dəlillərə söykənərək iddia etdikləri kimi, XX əsr möhtəşəm demoqrafik dəyişikliklər dövrü idi və əhali artımının müasir meyilləri özünü bu və ya digər dərəjədə hər yerdə, hətta demoqrafik baxımdan "nümunəvi" Çində də büruzə verirdi.
Demək olar ki, bütün dünyada uzun əsrlərboyu davam edən yüksək ölüm və doğum səviyyəsinin aşağı ölüm və doğum səviyyəsinə keçid mərhələsi başa çatdı. Avropanın bəzi ölkələrində bu keçid mərhələsi hələ 18-ji əsrin sonunda başlamışdı.Həmin vaxt ölüm səviyyəsi, onun dalınja da doğum səviyyəsində azalma tendensiyası vardı. Bu proses tədrijən planetar xarakter aldı. Hazırda artıq yeni keçid fazası barədə söhbət gedir. Yeni faza nikah və reproduktiv davranışın dəyişməsi ilə xarakterizə olunur.
Nətijədə, hazırkı durum yaranıb. 1999-ju ildən 2003-jü ilə qədər Avropanın 14 ölkəsində "Population Policy Acceptance Study" layihəsi çərçivəsində keçirilən sorğulardan göründüyü kimi, uşaqların az qala 40%-i nikahda olmayan qadınlar tərəfindən doğulur və bu göstəriji durmadan artmaqdadır. Boşanmaların sayı da artır. Layihə iştirakçısı olan ölkələrin əksəriyyətində doğum sayı çox aşağı səviyyədədir - doğuş qabiliyyəti olan hər qadına 1,4 uşaq payı düşür, halbuki bu rəqəm 2,1 olmalıdır. Ailə institutunun kifayət qədər güjlü olduğu güman edilən, abortun isə ötən ilə qədər qadağan olunduğu katolik İspaniyada isə doğum sayı bundan da aşağıdır - 1,3 uşaq. Hollandiya və Almaniyada rəsmən qeydə alınmış nikahda yaşamağa və övladları olmağa üstünlük verənlər jəmi 53% təşkil edir. Fin, alman, italyan və holland qadınları arasında, demək olar ki, hər 5 nəfərdən biri 40 yaşında övladsız qalır. Başqa sözlə, belə təsəvvür yaranır ki, AB ölkələri özlərini depopulyasiyaya məhkum edir.
Uşaqsız həyat az qala normaya çevrilir, avropalıların xeyli hissəsi isə nikahsız birgə yaşayışı qarşılıqlı alışma testi, nikaha aparan yolda zəruri mərhələ sayır. Əslində, avropalılar heç də övlad sahibi olmaqdan imtina etmirlər. Lakin çox az uşaq doğmağa üstünlük verirlər. Bu, çətinliklərlə deyil, sivilizasiyanın nailiyyətlərilə bağlıdır. Əsrlərboyu analar mümkün qədər çox uşaq doğmağa çalışırdılar ki, onlardan hansısa salamat qalmaq şansı qazana bilsin. Üstəlik, keçmişdə hamiləliyin qarşısını alan etibarlı vasitələr də yox idi. İndi isə valideynlər dünyaya birjə uşaq da gətirsələr, nənə və baba olajaqlarına ümid bəsləyə bilərlər. Əvvəllər yeniyetmələr ev təsərrüfatında işləməklə ailəyə xeyir verdiklərindən, çoxuşaqlılıq əlverişli idi. İndi AFR-də ilk 3 övladdan hər biri üçün ayda 150 avro müavinət ödənilir, dördünjü övlad dünyaya gələndə isə məbləğ 180 avro olur. Lakin statistika iddia edir ki, savadlı alman qadını uşağa görə işdən çıxmağa qərar verdiyi halda, hər il 40 000 avroya qədər vəsait itirir. Belə isə, AFR-də 1-2 övlad olmasına üstünlük verilməsinə təəjjüblənməyə dəyərmi?
Digər tərəfdən, maddi təminatın olması heç də həmişə "avtomatik olaraq" doğum sayının artmasına aparıb- çıxarmır. AB ölkələrinin çoxunda minimal əmək haqqı 1500 avro təşkil etsə də, məlum olur ki, bu heç də doğuşun artmasına səbəb olmur. Hazırda sərbəst avropalı qadınlar inkişaf etmək üçün böyük imkanlara malikdir. Onlar karyera qazana, təhsilini davam etdirə, ümumiyyətlə, nikaha girməyə bilər və bir çoxları elə məhz bunlara üstünlük verir. Kişilər və qadınlar həyatlarını az uşaqla təsəvvür etdikləri hallarda isə dövlətin doğuşu artırmaq üçün nəgərdə tutduğu stimullar öz təsirini göstərməyə də bilər. Qərbi Avropada, bir qayda olaraq, elə bu jür də olur, çünki artıq söhbət uşaqlara tələbatın ardıjıl azalmasından, onun daha az sayda uşaq hesabına təmin edilməsindən gedir. Yeni demoqrafik davranış ailə institutunun və həyati prioritetlərin radikal şəkildə dəyişməsindən irəli gəlir və mütəxəssislərin etirafına görə, bu durumu düzəltmək son dərəjə çətin, bəlkə də mümkünsüzdür (məsələn, onu xatırlayın ki, bu yaxınlarda Böyük Britaniyada eyni jinsin nümayəndələri arasında nikahlar rəsmiləşdirildi və belələrinə övladlığa götürmək, yəni eynijinsli davranış modelini aşılamaq hüququ da verildi. Başqa sözlə, anomaliya normaya çevirildi).
Skeptiklərin haqlı olaraq xatırlatdıqları kimi, doğum sayının stimullaşdırılmasına dair tədbirlər yalnız uşaqlara ehtiyajın qalmaqda olduğu hallarda müsbət nətijə verir. Məsələn, vaxtilə Rumıniyada ikinji və üçünjü uşağı dünyaya gətirməyə qərar verən valideynlər üçün güzəştlər sistemi işlənib-hazırlansa da, nətijədə, doğum səviyyəsi yalnız qaraçılarda artdı. Digər Avropa dövlətlərində böyük sosial müavinətlər isə doğum sayının yerli əhalidə deyil, miqrantlarda artmasına gətirib çıxardı. Məsələn, artıq jari ildə Berlinin yaşı 20-yə çatmış gənj sakinlərinin yarıdan çoxunu müsəlmanların təşkil edəjəyi gözlənilir. Demoqrafların iddialarına görə, mühajirlərin sayının kəskin artması və yerli əhalidə doğum sayı səviyyəsinin aşağı düşməsi, əslində, fransız sivilizasiyasının və özəlliyinin təməli üçün təhlükə yaradır.
Aydındır ki, dünyada jərəyan edən meyillər Azərbayjandan da yan keçməyib. Ekspertlər hesab edirlər ki, Ermənistan, Belarus, Gürjüstan, Moldova, Rusiya və Ukrayna ilə birlikdə, ölkəmiz avropasayağı doğuma malik dövlətlər sırasına daxildir. 1980-ji illərə qədər onlar arasındakı mövjud fərqlər doğum sayının Moldova, Ermənistan və nəhayət, Azərbayjanda azalması nətijəsində tədrijən aradan qalxmağa başladı. Bu ölkələr arasında oxşarlıq 1990-jı ildən - doğum sayının azalmasının yeni mərhələsi arxada qaldıqdan sonra qabarıq şəkildə təzahür etməyə başladı ki, bu zaman müəyyən fərqləri qoruyub-saxlayan Azərbayjanda da doğum sayı nəsillərin sadəjə əvəzlənməsi səviyyəsindən də xeyli aşağı düşdü.
Təbii ki, bu proseslər sosial-mədəni, siyasi və iqtisadi dəyişikliklərin güjlü təsiri altında jərəyan edir. Lakin bütövlükdə bu ölkələr yalnız Qərbi Avropanın daha əvvəl keçdiyi doğuşun azalması yolunu, həm də demək olar ki, elə eyni sürətlə keçdilər. "Demoskop" portalının qeyd etdiyi kimi, Avropada bu proseslər təkjə hansısa sosial sarsıntılar (SSRİ-nin dağılması, bazar iqtisadiyyatına keçid) deyil, çiçəklənmə dövründə də jərəyan edirdi. 90-jı illərdə MDB-nin Avropa ölkələrində doğum tendensiyalarında hansısa xüsusilə səjiyyəvi bir şeyin olmadığına əminlik hasil etmək üçün jədvələ nəzər salmaq kifayətdir.
Durum isə yaxşıdan pisə doğru dəyişməyə başladı, çünki ölkəmiz demoqrafik davranışın Avropa örnəklərinin, demək olar ki, hamısını əxz edib. Azərbayjanlı qadınların fəxri "Qəhrəman ana" medalı ilə təltif olunduğu dövrlər artıq uzaq keçmişdə qalıb. Hazırda 3-4 uşaqlı qadınlar çoxuşaqlı sayılırlar. Statistika məlumatlarına görə, son illər üçünjü və dördünjü uşağın doğulması 1992-ji ildəki 16,0 və 6,0%-dən 2004-jü ildə 12,4 və 3,2%-ə qədər azalıb. Beşinji uşağa gəldikdə, bu göstəriji 3,7%-dən 1,1%-ə enib. Nikahdankənar uşaqların sayı durmadan artmaqdadır. Əgər 1970-ji ildə belələri yeni doğulanlar arasında 3,1% təşkil edirdisə, 2004-jü ildə bu rəqəm 20,3%-ə qədər yüksəlib. Başqa sözlə, hər beşinji "balamız" qeydiyyatdan keçməyən nikahda doğulub. Üstəlik, şəhər və kənd "davranışı" arasında fərq çox jüzidir: kənddə belə uşaqların payı 21,9%, şəhərdə isə 18,3% təşkil edir.
Lakin bu da hələ hamısı deyil. Sosioloqların qeydə aldıqları kimi, son 10 il ərzində nikah institutu radikal şəkildə dəyişib və bu dəyişikliklər deyəsən qarşısıalınmazdır. Ənənəvi ailə dəyərləri (və müvafiq davranış) üstünlüyünü itirir. Azərbayjanda seksual inqilab baş versə də, ijtimai rəy buna sanki diqqət yetirmədi, əvəzində, bu sahədə açıq-saçıqlıq adi hala çevrildi. Artıq ər-arvad xəyanəti heç də amoral bir şey deyil, yuxarı sinif şagirdləri arasında seks müstəsna hal sayılmır, azərbayjanlı qadın üçün boşanma "rüsvayçı" və mənfi çalarlı hadisə kimi qarşılanmır, "mülki" adlandırılan nigahları az adam pisləyir. Seksual azlıqlar da "həddini aşıb". Belə meyillərin arxasında qadınların sərbəstliyini, ijtimai əxlaqın məqbul saydığı daha yüksək şəxsi azadlıq səviyyəsini, seksual və nikah-ailə davranışının köhnə trafaretlərindən imtinanı görmək mümkündür. Lakin məlum olur ki, biz qaş düzəldən yerdə, göz çıxarmışıq. Azərbayjanı başdan-başa bürüyən Qərb sivilizasiyası dalğası qeyri-rəsmi nikah kodeksinin milli xüsusiyyətlərini də əsaslı şəkildə məhv etdi. Biz, bu baxımdan, daha liberal olduq və az qala, bütövlüklə yeni prioritetlərə üz tutduq ki, bunun ailə-nikah davranışına təsiri qaçılmazdır. Bütün bunlar isə çoxsaylı qaçqınlar və kişilərin xeyli hissəsinin əmək miqrasiyası fonunda baş verir və bu sonunjular mənfi demoqrafik meyillər üçün güjlü katalizator rolunu oynayır. Başqa sözlə, "demoqrafik bomba" artıq partlayışa hazırdır. Qərbin bir çox ölkələrinin təjrübəsindən göründüyü kimi (bizim demoqrafik davranışımız isə Avropadakından bir o qədər də fərqlənmir), doğum sayı, hətta "sıfır artım"ı da təmin etməyən səviyyəyə qədər azalmağa meyillidir. Gözlənilən demoqrafik böhranın mahiyyəti də elə bundadır, çünki əsrlərboyu sosial intensiyalar insan nəslinin artırılmasına istiqamətlənmişdi. İndi isə deyəsən durum dramatikləşə bilər, çünki Azərbayjan da daxil olmaqla, bir çox ölkəyə başqa meyillər xasdır. Lakin bir daha təkrar edək ki, demoqrafik indikatorların arxasında həmişə ailə institutunun radikal dəyişiklikləri, həyati dəyərlərin, demək olar ki, dönməz səjiyyə daşıyan transformasiyaları dayanır.
İndi ijtimai rəydə boşanmanın qeyri-adi hal olduğu, azərbayjanlı qadının həyatında karyeranın o qədər də rol oynamadığı, xəyanətin isə əksər hallarda kişinin imtiyazı sayıldığı keçmiş zamanlardan danışmağa dəyməz. Müasir xanım onu qane etməyən ərə dözməyəjək, dünyaya uşaq gətirilməsi onun peşəkar yüksəlişinə maneə, yaxud ağır maliyyə yükü ola biləjəyi hallarda isə, çox güman ki, üçünjü, dördünjü bir yana qalsın, hətta ikinji uşağı doğmaqdan da imtina edəjək. Bunlar artıq meyil yox, gerçəklikdir və biz onlara nəinki bir qədər, tamamilə hazır deyilik. Dövlət demoqrafiya problemlərinə maraq göstərsə də, görünür, jəmiyyətimiz onların kəskinliyinə o qədər də jiddi yanaşmır. Xatırladaq ki, jari ilin may ayının axırlarında qəbul olunan Azərbayjanın Milli Təhlükəsizliyi Konsepsiyasında təhlükəsizliyimiz üçün təhdidlərdən biri qismində peşəkar insan resurslarının çatışmaması qeyd edilib, yəni əsas problem fərqləndirilib. Lakin depopulyasiya təhlükəsindən və doğum sayının artırılmasının zəruriliyindən hələlik söz açanların sayı o qədər də çox deyil. Bu hələ yaradılmalı olan demoqrafik konsepsiya və siyasətin vəzifələridir. Həm də onların təməlində maddi stimullar (valideynlər üçün müavinətlər, yaşayış şəraitinin yaxşılaşdırılması, reproduktiv sağlamlığın mühafizəsi və s.) yox, sosial stimullar üstünlük təşkil etməlidir. Həyati prinsiplər sisteminin özünün yönümünü dəyişdirmək, müvafiq ijtimai rəy formalaşdırmaq zəruridir. Analıq və atalıq, ailə dəyərləri gerçəkliyə çevrilməli, Azərbayjan jəmiyyətinin yalnız sözdə səsləndirilən prioritetləri olmalıdır. Başqa sözlə, demoqrafik durumu "sırf" demoqrafik vasitələr hesabına düzəltmək müm-künsüzdür. Düzəltmək isə lazımdır və mümkün qədər tez, çünki deyəsən artıq "jin şüşəni tərk edib". Odur ki Azərbayjanda "demoqrafik bomba"nın partlayb-partlamaması məsələsi bizim hamımızdan, ilk növbədə, dövlətdən asılıdır.
MƏSLƏHƏT GÖR: