15 Mart 2025

Şənbə, 00:40

ÜZÜ BALKANLARA

Azərbaycan diplomatiyası Cənub-Şərqi Avropaya istiqamət alıb

Müəllif:

01.09.2007

Sentyabr və oktyabrın əvvəlləri Azərbayjanın xariji siyasətində Xorvatiya şüarı altında keçəjək. Əvvəljə sentyabrın əvvəllərində xariji işlər naziri Elmar Məmmədyarov ilk rəsmi səfərlə Zaqrebə yollanajaq. Oktyabrın əvvəllərində isə Xorvatiya prezidenti Stepan Mesiç Azərbayjana rəsmi səfərə gələjək (bu, Azərbayjan prezidenti İlham Əliyevin 2005-ji ilin iyununda Zaqrebə etdiyi səfərə javab xarakteri daşıyır).

Xorvatiya Azərbayjanın həm Balkanlarda, həm də ümumiyyətlə, Avropa qitəsində mövqelərinin möhkəmlənməsi baxımından maraqlı və perspektivli ölkədir. Azərbayjanın bu ölkə ilə münasibətlərinin inkişaf etdirilməsi siyasi və iqtisadi, mədəniyyət və turizm sahələrində olduğu kimi, transkontinental nəqliyyat və enerci layihələrinin reallaşdırılmasında da böyük rol oynaya bilər.

Maraqlıdır ki, Xorvatiya bir çox xüsusiyyətlərinə görə Azərbayjanın "Balkan surəti"dir. Avropanın jənub-şərqində yerləşən bu ölkənin ərazisi, demək olar ki, Azərbayjanın ərazisi boydadır - 87,6 min kv. km. O, qitə hissəsi (56 542 kv. km.) və ərazi suları (31 067 kv. km.) hissəsinə bölünür. Son siyahıyaalınmaya əsasən (2001-ji il), ölkə əhalisinin sayı 4,4 milyon nəfərdir. Relyef (ölkədə dağlıq ərazi daha çoxdur) əhalinin qeyri-bərabər paylanmasına səbəb olub. Zaqreb və onun ətrafındakı mərkəzi rayonlar əhalinin daha sıx, dağ vilayətlər (Lika və s.) isə əksinə, seyrək məskunlaşmış ərazilərdir.

Milli tərkibinə görə  ölkədə xorvatlar çoxluq təşkil edir (90%-ə yaxın). Milli azlıqlar arasında daha çoxsaylı qrup  serblərdən  ibarətdir. Xorvatiyada boşnyaklar, italyanlar, majarlar, albanlar, sloveniyalılar, çexlər, çernoqoriyalılar, slovaklar və digər xalqların nümayəndələri də yaşayırlar. Keçmiş Yuqoslaviya ərazisindəki müharibədən sonra əhalisinin etnik tərkibi jiddi dəyişikliklərə məruz qalıb. 2001-ji ildə aparılan siyahıyaalmaya əsasən, 1991-ji ildə Xorvatiya əhalisinin 12%-ni təşkil edən serblər indi ölkədə jəmi 4,5%-dir. Əhalinin böyük hissəsi (87,8%) katoliklərdir. Pravoslavlar 4,42, müsəlmanlar 1,2, protestantlar 0,19%-dir.

Azərbayjanla Xorvatiya arasında tarixi planda da müəyyən oxşarlıqlar var. Bu ölkə də uzun müddət başqa  imperiyanın bir hissəsi olub və imperiyanın  tərkibindən çıxması ağrılı proseslərlə müşayiət edilib. XVIII əsrin sonlarından Xorvatiya Avstriya-Majarıstanın majar hissəsinin tərkibində olub. 1918-ji il noyabrın 29-da parlament onun Avstriya-Majarıstanın tərkibindən çıxaraq serb, xorvat və sloven krallığına (1929-ju ildən Yuqoslaviya krallığına) daxil olması barədə  qərar qəbul edib. Amma bu məsələdə ölkələrimiz arasında müəyyən fərq də  var. Azərbayjan  Rusiya imperiyasınin tərkibindən çıxaraq, SSRİ-nin tərkibinə daxil olanadək 23 ay müstəqil  dövlət kimi fəaliyyət göstərib. Xorvatiyanın tarixində belə hal olmayıb.

Xorvatiya Respublikası (XR) öz müstəqilliyini, təxminən, Azərbayjanla eyni vaxtda əldə edib. 1990-jı ildə burada keçirilən ilk çoxpartiyalı seçkidə Frano Tujmanın rəhbərlik etdiyi Xorvatiya Demokratik Birliyi (XDB) Partiyası qələbə qazanıb. 1991-ji ilin mayında isə Xorvatiyanın müstəqillik məsələsi referenduma çıxarılıb və həmin il iyunun 25-də müstəqillik və suverenlik barədə bəyannamə qəbul olunub. Lakin qanunveriji aktlar və ölkənin Yuqoslaviyanın tərkibindən çıxmaq qərarı yalnız 1991-ji il oktyabrın 8-də qüvvəyə minib. XR-in ilk prezidenti F.Tujman olub və o, 1999-ju ilin dekabrında vəfat edənədək bu postda qalıb. 

1992-ji il yanvarın 13-də Xorvatiyanın müstəqilliyini ilk tanıyanlardan birinin Vatikan olmasını rəmzi məqam hesab etmək olar. Artıq həmin ilin 15 yanvarında Avropa İttifaqı da eyni addımı atıb.

Xorvatiya və Azərbayjanda separatçı hərəkatların başlanmasının səbəbləri və nətijələri arasında da paralellər aparmaq mümkündür. Xorvatiyanın Yuqoslaviyanın tərkibindən çıxmasına yerli serblərin müqavimət göstərməsi (onların sıx məskunlaşdığı rayonlarda) nətijədə silahlı münaqişəyə gətirib çıxarıb. Tanınmamış Serb Kraina Respublikasının silahlı birləşmələri Yuqoslaviya Xalq Ordusunun dəstəyilə (demək olar ki, "Qarabağ separatçıları - Ermənistan ordusu" birliyi ilə tam oxşardır) xorvatların Şərqi Slavoniya, Baranya, Qərbi Srem, Qərbi Slavoniya, Şərqi Liki, Kordun və Şimali Dalmasiya üzərində öz suverenliyini elan etməsinə jiddi müqavimət göstərib. 1991-ji ilin noyabrından münaqişənin həllində BMT fəal şəkildə iştirak etməyə başlayıb. Nətijədə sülhə dəstək əməliyyatı çərçivəsində Xorvatiyaya BMT-nin sülhməramlı kontingenti göndərilib. Xorvatların 1995-ji ilin may-avqust aylarında keçirdikləri iki hərbi-polis əməliyyatından sonra, yalnız Şərqi Slavoniya, Baranya və Qərbi Srem serblərin nəzarətində qalıb. 1995-ji il noyabrın 12-də Zaqreblə serblər arasında Erdutsk razılaşması imzalanıb və sözügedən ərazilər də Xorvatiyanın tərkibinə qatılıb. Danışıqların getdiyi dövrdə isə bölgədə BMT-nin müvəqqəti administrasiyası yaradılıb. 1998-ji il yanvarın 15-də həmin ərazilərin dinj yolla Xorvatiyaya reinteqrasiyası konstitusiya və qanunverijilik sistemi baxımından da tam başa çatdırılıb.

XDB-nin ölkəyə rəhbərlik etdiyi 10 il ərzində Xorvatiya müstəqil dövlət kimi möhkəmlənsə də, həmin dövrdə hakimiyyətdə olan qüvvələrin həddindən artıq millətçi mövqeyi respublikanı beynəlxalq təjrid vəziyyətinə salmışdı. Yalnız 2000-ji ilin yanvarında 6 partiyanı özündə birləşdirən demokratik koalisiyanın hakimiyyətə gəlişindən sonra Zaqrebin tezliklə Avroatlantik strukturlara inteqrasiya kursu Qərb tərəfindən fəal şəkildə dəstəklənməyə başlandı.

Hazırda Xorvatiyanın xariji siyasətində əsas üç prioritet var: Avropa İttifaqı və NATO-nun tamhüquqlu üzvü olması və regional əməkdaşlığın güjləndirilməsi. 

Yeri gəlmişkən, Zaqreb son məqama daha böyük diqqət yetirir və əsaslı olaraq hesab edir ki, yalnız mehriban qonşuluq münasibətləri və qonşu dövlətlərlə qarşılıqlı səmərəli əməkdaşlığı güjləndirməyə çalışan ölkə Aİ üzvlərinin dəstəyinə ümid edə bilər. Xorvatiyanın Avroatlantik strukturlara inteqrasiyası ilə əlaqədar qarşıya qoyulan öhdəliklərə ən çox əməl edən Jənub-Şərqi Avropa ölkəsi olması da təsadüfi deyil.

Azərbayjan-Xorvatiya münasibətlərinin inkişafına gəlinjə, prezident İlham Əliyevin 2005-ji ilin iyununda Zaqrebə səfəri bu inkişaf prosesinə güjlü impuls verib. Həmin səfərin yekununda birgə bəyannamə də imzalanıb. Bu vajib siyasi sənəddə iki ölkənin beynəlxalq və regional məsələlərlə bağlı vahid mövqeyə malik olduğu öz əksini tapıb. Xüsusilə, Zaqreb Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı dəqiq mövqeyini ortaya qoyub və bildirib ki, o, BMT Nizamnaməsinin prinsiplərinə, ATƏT-in əsas sənədlərinə, xüsusilə Helsinki Aktına sadiqdir, münaqişənin sülh yolu ilə, Azərbayjanın ərazi bütövlüyü çərçivəsində və beynəlxalq aləm tərəfindən tanınan sərhədlərinin toxunulmazlığı şərtilə həllini dəstəkləyir. 

İki ölkənin siyasi dialoqun möhkəmlənməsilə əlaqədar qarşılıqlı marağı, iqtisadi-tijari, həmçinin investisiya və humanitar münasibətlərin inkişafını istəməsi ikitərəfli münasibətlərin daha da dərinləşməsi üçün münbit şərait yaradır.

Jənub-Şərqi Avropa və ümumilikdə, Avropa qitəsinin enerci təhlükəsizliyinin təmin edilməsi sahəsində qarşılıqlı fəaliyyətin və əməkdaşlığın vajibliyi də Azərbayjanla Xorvatiyanı bir-birinə yaxınlaşdıran jiddi faktordur. Bu səbəbdən də çox güman ki, Elmar Məmmədyarovun Zaqrebdə keçirəjəyi görüşlərdə məhz enerci məsələləri prioritet yerlərdən birini tutajaq. Balkan regionunun aparıjı paytaxtı olan Zaqrebin Moskva ilə şiddətli enerci siyasəti qarşıdurması fonunda Azərbayjanın müttəfiqinə çevrilməsi Bakı üçün son dərəjə vajib məsələ sayıla bilər. Bu kontekstdə, şübhəsiz ki, Xorvatiyanın Azərbayjan, Türkiyə, Yunanıstan və İtaliyanın iştirakı ilə reallaşdırılan "Nabujjo" və digər layihələrə siyasi dəstək verməsi vajibdir. Xatırladaq ki, sonunju iki dövlət Xorvatiya ilə qonşudur.

Bu məsələdə rəqabət son dərəjə yüksəkdir. Belə ki, Aİ-nin yeni "enerci qapısı" olmağa hazırlaşan Jənubi Avropa neft və qazın böyük hissəsini Rusiyadan alır və bu da təbii ki,  Moskvanın regiondakı çəkisini daha da artırır. Rusiyanın 2006-jı ildə Jənub-Şərqi və Jənubi Avropaya nəql etdiyi qazın həjmi 73 milyard kubmetr olub, bu isə Aİ-yə nəql edilən "mavi yanajaq"ın, təxminən, yarısı deməkdir.

Xatırladaq ki, bu ilin yanvarında Makedoniya, Bolqarıstan və Albaniya Albaniya-Makedoniya-Bolqarıstan Neft Korporasiyasının (AMBO) yaradılmasına dair razılıq əldə edilib. Uzunluğu təxminən 1000 kilometr olajaq həmin boru kəməri Rusiya neftini  Qara dəniz sahillərindən Balkanlar vasitəsilə Aralıq dənizinə tərəf  nəql edəjək. 

Gələn il isə Rusiya və Yunanıstan şirkətləri tərəfindən Burqas-Aleksandrupolis boru kəmərinin inşasına başlanması nəzərdə tutulub. Plana əsasən, layihə 2011-ji ildə reallaşdırılajaq və o zaman bu boru kəməri  ildə 20 milyon ton nefti Bolqarıstanın Qara dənizdəki Burqas limanından Yunanıstana nəql edə biləjək.

Aprelin əvvəllərində isə Xorvatiya, İtaliya, Rumıniya, Serbiya və Sloveniya arasında Panavropa deyilən neft kəmərinin inşasına başlanmasına dair razılaşma imzalanıb. Boru kəmərinin 1,4 min kilometr uzunluğunda olması, Qara dənizdən İtaliyanın Triest limanınadək uzanması nəzərdə tutulub. Həmçinin Avstriya, Çexiya və Almaniyanın mövjud boru kəmərləri şəbəkəsinə məhz həmin kəmərlə ildə 40 milyon ton neftin çatdırılması planlaşdırılır. Artıq  məsələ həmin neftin kimin olajağından ibarətdir. Zaqreblə münasibətlərin iqtisadi-tijari aspekti də Azərbayjan üçün son dərəjə vajib əhəmiyyət kəsb edir. İki ölkə arasında tijarət dövriyyəsi 1 milyon dollardan da aşağı düşüb və hazırda 0,858 milyon dollar kimi gülünj bir rəqəmlə ifadə olunur (söhbət 2007-ji ilin ilk 6 ayının göstərijisindən gedir. Bir il əvvəl bu göstəriji 5,1 milyon dollar olub). Xorvatiyanın regionda ən dinamik və güjlü iqtisadiyyata malik ölkə olduğunu nəzərə alsaq, yaranmış vəziyyət Azərbayjanı heç jür qane edə bilməz. Xorvatiyanın inkişafının makroiqtisadi göstərijilərinə nəzər salmaqla ikitərəfli münasibətlərdəki böyük potensialı görmək mümkündür. Bu ölkədə ümumi daxili məhsulun (ÜDM) həjmi 60 milyard dollara çatıb (adambaşına 13,400 dollar. Ötən il ÜDM-nin artımı 4,6% təşkil edib). Dövlət büdjəsi 18 milyard dollar, ixraj isə 11 milyard dollardır. Xorvatiyanın sənayesi də yüksək templə yüksəlir. Sənayedə emal  sektoru ümumi istehsalın 80%-ni təşkil edir. Ölkənin aparıjı sahələri gəmiqayırma, maşınqayırma, neft emalı, kimya, yeyinti, ağaj emalı, elektrotexnika və əjzaçılıq sənayeləridir. Azərbayjanla Xorvatiya arasında bütün bu sahələr üzrə əməkdaşlıq  yaradılması mümkündür.

Siyasi planda Bakı üçün Zaqrebin Avroatlantik məkana inteqrasiyası, Aİ və NATO ilə qarşılıqlı fəaliyyət sahələrindəki təjrübəsi maraq doğurur. Xatırladaq ki, Xorvatiya Avropa İttifaqına inteqrasiyaya 1999-ju ildən başlayıb. 2001-ji il oktyabrın 29-da Zaqreb və Aİ nümayəndələri assosiasiya və stabilləşdirmə barədə  Saziş imzalayıb, 21 fevral 2003-jü il tarixində isə Xorvatiyanın Aİ-yə qəbulu ilə bağlı rəsmi ərizəsi qurum rəhbərliyinə təqdim olunub. 2004-jü ilin iyununda namizəd ölkə statusu alan Xorvatiyanın Aİ-yə qəbulu ilə əlaqədar formal danışıqlar proseduruna isə 2005-ji il oktyabrın 3-də qurum üzvü olan ölkələrin xariji işlər nazirlərinin görüşündə start verilib. 

Hazırda artıq Avropa İttifaqının növbəti yeni üzvünün məhz Zaqreb olajağını söyləmək üçün də bütün əsaslar var. Ölkə rəhbərliyi Brüssellə  çox effektiv əməkdaşlıq və dialoq sxemi  hazırlayıb və lazım gələrsə, Azərbayjan tərəfi də həmin sxemdən yararlana bilər.

NATO ilə əməkdaşlığa gəlinjə, Zaqreb 2000-ji il mayın 25-dən qurumun Sülh Naminə Tərəfdaşlıq Proqramının iştirakçısıdır. Alyans üzvü olan ölkələrin xariji işlər nazirlərinin 2002-ji ilin mayında Reykyavikdə keçirilən toplantısında isə Xorvatiyanın NATO-ya üzv-lüklə bağlı hazırlığını nəzərdə tutan operativ fəaliyyət planına da buraxılması qərara alınıb. Bununla da Zaqreb NATO-ya üzv olmağa rəsmi namizəd statusu qazanıb. 

2000-ji ilin noyabrında ölkə Ümumdünya Tijarət Təşkilatının üzvü olub ki, bu da həmin təşkilatın üzvü olmağa səy göstərən Bakının məsələ ətrafında Zaqreblə səmərəli müzakirələr aparması üçün zəmin yaradır. 

Xorvatiya diplomatiyasının ATƏT-lə münasibətlərdə də böyük təjrübəsi var. ATƏT-in regionda müharibədən sonrakı bərpa işlərinin həyata keçirilməsi məqsədilə Xorvatiyada 11 ildir fəaliyyət göstərən missiyasının mandatının müddəti artıq başa çatmaq üzrədir. Bölgədə milli azlıqların hüquqlarının təmin edilməsi, ümumiyyətlə, müharibə nətijəsində əldən düşmüş Xorvatiya ijtimaiyyətinin Avropa standartlarına yaxınlaşdırılması  səyləri ATƏT missiyasının vəzifələrinə aid olunub.

Bir sözlə, Azərbayjanla Xorvatiya arasıda Aİ, NATO, ÜTT və ATƏT-lə əlaqədar qarşılıqlı fəaliyyət böyük perspektivlər vəd edir və bu sahələrdə Zaqrebin təjrübəsindən, imkanlarından yararlanmamaq  yanlışlıq olardı.

Artıq qeyd etdiyimiz kimi, Xorvatiya regional əməkdaşlıq məsələsinə böyük önəm verir və onu xariji siyasətinin prioritet istiqaməti sayır.  Bu yaxınlarda  Xorvatiya Jənub-Şərqi Avropada əməkdaşlıq prosesi təşkilatına sədrliyi başa çatdırıb, Mərkəzi Avropada  azad tijarət haqqında sazişin, Balkan regionunda sabitliyin möhkəmləndirilməsi və əməkdaşlığın  inkişaf etdirilməsi  üzrə digər regional  layihələrin təşəbbüsçüsüdür. 

Bütün bu faktlar Xorvatiyanın regionlararası təşəbbüslərə olduqja həssas yanaşdığını göstərir və bu da öz növbəsində, Zaqrebin Bakının irəli sürdüyü təşəbbüslərə də səmərəli şəkildə qoşula biləjəyindən xəbər verir. 

Azərbayjanla Xorvatiya arasında humanitar sahədə, xüsusilə də turizm sahəsində əməkdaşlıq üçün böyük perspektivlər var. Oranın  joğrafi mövqeyi, müxtəlif  istirahət növlərinin varlığı Xorvatiyanı avropalı turistlər üçün jəlbediji məkana çevirmişdir. 2006-jı ildə ölkəyə 10 milyondan artıq əjnəbi turist  gəlmişdir. Xorvatiyanın bir çox görməli yerləri - Dubrovnik (köhnə şəhər), Split (Diokletian sarayı), Troqir, Poreç, Şibenik  şəhərlərinin mədəni-tarixi abidələri , "Plitvits gölləri" milli parkı  YUNESKO-nun himayəsi altındadır.

Beləliklə, Xorvatiya bizim üçün həm siyasi, tijari, ener-getika və humanitar sahələrdə qarşılıqlı səmərəli əməkdaşlıq üçün, həm də Azərbayjanın maraqlarının Jənub-Şərqi Avropada daha geniş şəkildə təmin edilməsi, strateci jəhətdən vajib sayılan bu regionda mövqelərin möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıyır.


MƏSLƏHƏT GÖR:

374