15 Mart 2025

Şənbə, 00:43

ŞƏT TERAPİYASI

Şanxay əməkdaşlıq təşkilatı qərb ölkələrinə düşmən olmasa da, dost da deyil…

Müəllif:

01.09.2007

Avqustun 16-da Bişkekdə Şan-xay əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti sammiti keçirilib. Quruma üzv olan altı dövlətin liderləri - Qırğızıstan prezidenti Kurmanbek Bakiyev (təşkilatın hazırkı sədri), Çin Xalq Respublikasının sədri Xu Szintao, Rusiya lideri Vladimir Putin, Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev, Tajikistan prezidenti Emoməli Rəhmanov və Özbəkistanın dövlət başçısı İslam Kərimov "Şanxay klubu"ndakı hazırkı durumu və "Şanxay klubu"nun  gələjək məramlarını müzakirə etmək üçün bir araya gəliblər. Müşahidəçi üzvlərdən İran və Monqolustan prezidentləri Mahmud Əhmədinecat və Nambarın Enxbayar, Hindistanın neft və təbii qaz naziri Murli Deora və Pakistanın xariji işlər naziri Xurşid Kasuri də toplantıda iştirak ediblər. 

Sammitdə fəxri qonaqlar da olub - Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov və Əfqanıstanın dövlət başçısı Həmid Karzayi. 

Danışıqlar və bir sıra sənədlərin imzalanma mərasimindən sonra ŞƏT üzvləri Rusiyanın Çelyabinsk vilayətindəki Çebarkul poliqonuna yollanaraq, burada "Sülh missiyası-2007" adlı birgə antiterror əməliyyatları təlimlərinin final mərhələsini izləyiblər.

 

Şaxtalı hava

Təbii ki, Mərkəzi Asiyanın düz mərkəzində mötəbər nümayəndələrin iştirakı ilə keçirilmiş sammit beynəlxalq ijtimaiyyətin diqqətini jəlb etməyə bilməzdi. Müşahidəçiləri ilk andan etibarən iki əsas məsələ narahat edirdi: sammitdə qurumun genişləndirilməsinə dair danışıqlar aparılajaqmı və təşkilat rəsmi olaraq hərbi birliyə çevrilərək NATO-ya alternativ olmağa hazırlaşmır ki? 

Bişkek sammitində bu iki məqamın heç biri baş vermədi. Lakin bu, sammiti diqqətlə izləyənləri sakitləşdirmədi. Onların fikirlərini bilmək üçün ən yaxşı vasitə Qərb mətbuatına diqqət yetirməkdir.

Britaniyanın "The Times" qəzeti "Rusiya NATO-ya rəqib təşkilat yarada biləjəkmi?" sualına özü belə javab verib: "Ötən illə müqayisədə, bu il Rusiyanın belə bir addım atma ehtimalı daha real görünür və hazırda ABŞ-la Avropanın buna müqavimət göstərmək imkanları məhduddur". 

Qəzet ŞƏT üzvlərinin ötən illərlə müqayisədə bu il məqsədə doğru daha israrla irəlilədiyini qeyd edərək, dolayısı ilə ABŞ prezidentini tənqid edib: "Getdikjə daha çox hiss olunan "soyuq müharibə"nin hənirtisii, prezident Buşun özünün potensial dostları üçün təşkil etdiyi yay istirahətləri ilə heç uzlaşmır".

Dumanli Albiondan olan həmkarının fikirlərini Almaniyanın "Suddeutsche Zeitung" qəzeti də təkrarlayaraq bildirir ki, "ŞƏT-in üzvləri bunu rəsmən bəyan etməsə də, təşkilatın siyasi orientasiyası birmənalı olaraq Qərbin əleyhinədir". Vaşinqtonun "İrs" Fondunun eksperti Ariel Koen də əmindir ki, ŞƏT-in çox uzağa  gedən məqsədləri var. "Bi-Bi-Si-də səhər" proqramında çıxış edən Koen deyib: "ABŞ-ın başı İraqdakı qanlı toqquşmalara və İranın nüvə proqramına qarışdığı bir vaxtda, ŞƏT-dəki əsas müttəfiqlər olan Rusiya ilə Çin Birləşmiş Ştatların Mərkəzi Asiyadakı "barmaqlarını sındıra bilər". Vaşinqton ŞƏT-in 2005-ji ildə keçirilən sammitindən dərhal sonra ABŞ-ın Özbəkistandakı aviabazalarının tələm-tələsik bu ölkədən çıxarıldığını, yəqin ki, yaxşı xatırlayır".

Belə görünür ki, Qərb liderləri ŞƏT-in əleyhinə rəsmi bəyanatla çıxış etməsə də, Vladimir Putinin bu blokun "siyasi və iqtisadi məsələlərlə məşğul təşkilat olması", "iqtisadi məsələlərin ön plana çıxması" barədə bəyanatlarına o qədər də inanmırlar.

 

Prioritetlər

Həqiqətən də, "Şanxay klubu"nun üzvləri iqtisadi sahədə əməkdaşlığa böyük önəm verir. Bununla yanaşı,  ŞOS  ölkələrinin belə bir qarşılıqlı münasibətinin nüanslarının analizi zamanı  qurum üzvləri ittifaqının həm siyasi, həm də hərbi birliyi qabarıq görünür. Lakin hər şeyi ardıjıllıqla izləyək…

Bişkekdə keçirilən sammitdə ŞƏT üzvü olan ölkələrin baş nazirlərinin payızda Daşkənddə keçiriləjək toplantısında üzv ölkələrin birgə enerci və nəqliyyat layihələrinin nəzərdən keçirilməsinə dair razılıq əldə edilib. Nazarbayevin "Enerci klubu"nun yaradılması, onun "Asiyanın enerci strategiyasının aparıjı elementlərindən birinə çevrilməsi" və "Şanxay klubu"nun "beyin mərkəzi" olması haqda təklifi daha böyük maraq doğurub. Təşkilatın yekun bəyannaməsində də bu məsələ əksini tapıb. Sənəddə bildirilir ki, energetikanın müxtəlif sahələrində qarşılıqlı səmərəli tərəfdaşlıq həm ŞƏT məkanında, həm də qlobal miqyasda təhlükəsizlik və stabilliyin təmin olunması baxımından əhəmiyyətli ola bilər.

Təbii ki, bu plana Qərbdə kifayət qədər ehtiyatla yanaşılır. Məsələ ondadır ki, ŞƏT-ə həm nəhəng enerci istehsalçıları, həm də istehlakçıları daxildir. Bu baxımdan, Mərkəzi Asiyadakı karbohidrogen ehtiyatları xüsusilə diqqət mərkəzindədir. Və əgər ABŞ regiondan Rusiyadan kənar keçməklə neft və qaz əldə etmək istəyirsə, Moskva əksinə, prosesə nəzarəti maksimum əldə saxlamaq niyyətindədir. Odur ki ŞƏT çərçivəsində razılaşma ABŞ və Avropa İttifaqının Mərkəzi Asiya ilə bağlı planlarına jiddi təhlükə yaradır.

İqtisadi əməkdaşlıqla yanaşı, ŞƏT-in quruma üzv ölkələrin ərazilərində baş verən siyasi proseslərdən xəbərdar olmaq istəyinin artdığı və bu istiqamətdə qurumun fəallaşdığı da göz önündədir. 

Qeyd edək ki, Bişkek sammitindən dərhal sonra Qazaxıstanda parlament seçkisi keçirilib. "Ənənəvi olaraq, postsovet məkanında biz ATƏT-in müşahidə missiyasının seçkiyə ədalətdən uzaq qiymət verməsinin şahidi oluruq. Bu səbəbdən də daha obyektiv mənzərə əldə etmək lazımdır. Odur ki ŞƏT müşahidəçilərinin Qazaxıstanda keçirilən seçkini müşahidə etməsi müsbət amildir", - deyə "Kazinform"a müsahibəsində Rusiyanın Milli Strategiya İnstitutunun rəhbəri Mixail Remizov bildirib. 

 

Nejə deyərlər, şərhə ehtiyaj yoxdur…

Rusiyanın Çelyabinsk vilayətinin Çebarkul poliqonunda "Şanxay klubu"nun keçirdiyi hərbi təlimlər də kifayət qədər maraq doğurur. Təlimlərdə Rusiya, Çin, Qazaxıstan, Özbəkistan, Tajikistan və Qırğızıstandan olan hərbçilər  şərti  "A" dövlətində hakimiyyəti devirməyə çalışan separtçılarla mübarizə aparıb (Fransanın "Frans press" agentliyinin məlumatına görə, təlimlərin ssenarisi daha çox  2005-ji ildə Əndijanda baş verən hadisələri xatırladıb). 

Beləliklə, qurum üzvləri təhlükəyə birgə operativ reaksiya sistemi yaradıb. Görünür, təlimlərdəki igidəsgərlərin görünüşü Rusiya lideri Putini o qədər ruhlandırıb ki, Kreml sahibi elə ordaja ölkənin strateci aviasiyasının uçuşlarını bərpa etmək qərarı verib. Xatırladaq ki, bu uçuşlar 1992-ji ildən dayandırılmışdı. Bütün bunlara Qərbə ünvanlanmış daha bir mesac və ŞƏT-dən olan həmkarlara işarə kimi baxmaq olar. Təxminən belə  anlaşılmalıdır: "Bizim hər an daha da güjləndiyimiz göz qarşısındadır. Güjlülərlə dostluq etmək isə sərfəlidir…".

Lakin birgə güj nümayişinə baxmayaraq, ŞƏT üzvləri hərbi-siyasi blokda birləşmək barədə fikirləri qətiyyətlə rədd edir və bildirirlər ki, onların hərbi sahədə qarşılıqlı fəaliyyəti yalnız antiterror əməliyyatları üçün nəzərdə tutulmuşdur. Görünür, hələlik "Şanxay klubu"nun üzvləri Hindistan, Pakistan, Monqolustan, İran, Əfqanıstan və Türkmənistan kimi ölkələrin də quruma üzvlüyü barədə yalnız söz-söhbətlər aparmağa qadirdirlər.Vahiməli imijin yaradılması üzərində isə böyük bir siyasətçi ordusu işləyir, onlar nüvə arsenalı, insan resursları və ŞƏT-in hazırkı və potensial üzvlərinin böyük ərazilərini fikirlərinin başlıja əsası kimi göstərir. Bununla yanaşı, həmin dairələr bir məqamı unudur ki, NATO-ya belə bir alternativ blok yaranajağı halda, o, hər bir üzv dövlətin milli maraqlarını qorumaqla yanaşı, İranın nüvə proqramı, Kəşmir problemi və Əfqanıstanla Pakistan sərhədindəki terror təhlükəsinin aradan qaldırılması kimi problemlərlə də üz-üzə qalajaq.

Müasir dövrdə o da aydındır ki, iqtisadi birliklər hərbi alyanslardan daha möhkəm və nüfuzlu ola bilər. Bu fikri ŞƏT-ə də aid etmək olar. Artıq qeyd etdiyimiz kimi, Qərb Rusiya və Çinin karbohidrogen ehtiyatları ilə zəngin olan Mərkəzi Asiyada mövqelərini getdikjə möhkəmləndirməsinə laqeyd qala bilməz. Təbii ki, bu məsələdə sərhədlərin yaxınlığı, ümumi tarix və problemlər Moskva və Pekinə kömək edən faktordur. ABŞ və Aİ uzaqda, Rusiya ilə Çin isə qonşuluqdadır. Eyni zamanda, amerikalı analitiklər düşünür ki, ŞƏT üzvləri qarşılarında dayanan məsələləri həll edəjəkləri təqdirdə, ABŞ-ın yardımı və iştirakı olmadan da keçinə bilərlər. Unutmayın ki, ABŞ hələ də bu təşkilatda müşahidəçi statusu ala bilməyib. Yeri gəlmişkən, Bişkek sammitində Vaşinqton, ümumiyyətlə, yada salınmayıb. İştirakçılar şəxsi imkanlar və mənfəətdən danışıblar.

Məsələn, Əfqanıstan ŞƏT-in uzun müddətdir müharibə vəziyyətində yaşayan bu ölkəyə iqtisadi yardımın edilməsi və ya iqtisadi bərpanın həyata keçirilməsi haqda qərarı təsdiqləməsi ilə maraqlanıb. Bu, ilk növbədə, uzun müddətdir ki, kənd təsərrüfatı  əvəzinə, narkotik bitki bejərilməsi ilə məşğul olan yerli kəndlilərə aiddir. 

Bundan başqa, Vladimir Putin və Nursultan Nazarbayev Əfqanıstan ətrafında "təhlükəsizlik zolağı"nın yaradılması təklifi ilə çıxış ediblər. Bu isə Türkmənistan üçün ŞƏT-ə "bilet" ola bilər. Belə ki, bu ölkə Əfqanıstanla kifayət qədər uzun sərhəd zolağına malikdir. Üstəlik, Türkmənistanın bu istiqamətdəki enerci və tranzit imkanlarını da unutmaq olmaz.

Pakistan da "Şanxay klubu"na marağını gizlətmir. "Bizim ölkəmizin ŞƏT-də iştirakı bu qədər böyük xalqların birgə ailəsində ahəng  və sabitliyin inkişafına təsir edəjək. Onlar Pakistanın simasında daim etibarlı dost və kamil tərəfdaş tapajaqlar", - deyə Pakistanın "DAWN" qəzetinə müsahibəsində ölkənin xariji işlər naziri Xurşud Kasuri bildirib. 

Bununla yanaşı, İslamabad ümid edir ki, ölkənin ŞƏT-lə sıx əməkdaşlığı terrorizmin kökünün kəsilməsinə də təsirini göstərəjək. Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidentliyinə namizədlərdən ikisi bəyan edib ki, onlar Ağ evə rəhbərlik edəjəkləri təqdirdə, Pakistana Amerika qoşunları yeridiləjək və buna səbəb İslamabad qüvvələrinin ölkənin şimal-qərbindəki dağlıq ərazilərdə məskunlaşmış "Əl-Qaidə" və "Taliban" yaraqlıları ilə təkbaşına bajara bilməməsidir. Məlumdur ki, hazırkı Pakistan Vaşinqtonla çox sıx şəkildə bağlı olduğundan, onun ŞƏT-ə yolu açıq deyil. Lakin əlbəttə ki, İslamabad özünün alternativ yol seçə biləjəyini də ABŞ-ın diqqətinə çatdırmaq şansından maksimum yararlanmağı düşünür.

Eyni fikirləri Hindistan haqda da söyləmək mümkündür. Bu ölkə nüvə proqramını ABŞ-a "bəyəndirə" bilsə də, enerci korluğu çəkir. Odur ki Dehli də Mərkəzi Asiya resurslarına yiyələnmək istəyir və bu mənada ŞƏT-ə üzvlük lap yerinə düşür.

İrana isə, görünür, çıxış etmək üçün belə yüksək tribunanın verilməsi kifayət edir. BMT Təhlükəsizlik Şurasının Tehrana qarşı sanksiyaları sərtləşdirməyə hazırlaşdığı, ABŞ-ın isə İranla əməkdaşlıq edən dövlətləri dollar vasitəsilə birtərəfli qaydada sıxışdırmağı düşündüyü dövrdə, müxtəlif ölkə KİV-ləri İranın ŞƏT-ə qəbulunun mümkün olub-olmadığını müzakirə edir. Əksər müşahidəçilərin qeyd etdiyi kimi, Mahmud Əhmədinecat Bişkek sammitində özünü son dərəjə korrekt aparıb. Tehranın ŞƏT və onun üzvləri ilə münasibətləri dərinləşdirməyə hazır olduğunu deyən prezident sadəjə hədə və güj yolu ilə danışmağa vərdiş eləyən "bəzi dövlətlər"ə işarə etməklə kifayətlənib.

 

"Dostjasına" ziddiyyət

Bütün bunlarla yanaşı, ŞƏT ölkələri və onların tərəfdaşlarının vahid məqsədlərinin olduğunu da söyləmək mümkün deyil. Diqqətlə nəzər saldıqda "Şanxay alyansı"nın eyni vaxtda bir neçə istiqamətə yönəldiyi üzə çıxır: 

a) Çinlə ABŞ-ın qarşıdurması; 

b) Rusiya ilə ABŞ arasında qarşıdurma; 

v) Çin ilə Rusiya arasında qarşıdurma; 

d) Mərkəzi Asiya ölkələrinin bir-birləri ilə, həmçinin Rusiya və Çinlə qarşıdurmaları; 

e) Mərkəzi Asiya ölkələri arasında ziddiyyət.

 

Əgər ilk iki maddə ŞƏT-in möhkəmlənməsinə müsbət təsir göstərən amillərdirsə, digərləri zaman keçdikjə birliyə zərər vura bilər. Unutmaq olmaz ki, Mərkəzi Asiyanın karbohidrogenləri uğrunda mübarizədə Rusiya ilə Çin bir-birinə rəqibdir. Bu iki ölkə arasında keçmişdə xeyli problem olub və oxşar hallar gələjəkdə də yarana bilər. Ən azı, bəzi rusiyalı ekspertlər tam əminliklə bildirir ki, böyük addımlarla inkişaf etməkdə olan Çin bir müddətdən sonra, demoqrafik problemlərlə üzləşən Rusiyanın boşalan ərazilərinə göz dikə bilər. 

Xu Szintao ilə Vladimir Putinin ŞƏT-in əsas inkişaf xəttinə baxışları da fərqlidir. Əgər Moskva  xətt kimi təhlükəsizlik məsələlərini görürsə, Pekin iqtisadi əməkdaşlığa üstünlük verir. 

Çin və Rusiyanın İranla bağlı mövqeləri də fərqlidir. Əgər Moskva üçün Tehranla oyunlar ABŞ-a təzyiqin bir vasitəsidirsə, Pekinin ABŞ-a qarşı açıq şəkildə əks-mövqe ortaya qoymaq həvəsi yoxdur və o, Tehranı enerci tələbatlarının ödənməsi üçün sərfəli mənbə sayır.

Mərkəzi Asiya ölkələrinə gəlinjə, onlar ŞƏT-də əsas rolun Rusiya və Çin tərəfindən oynanıldığını görməyə bilməz. Bunu heç kəs açıq etiraf etməsə də, həmin ölkələr qurumda "kiçik qardaş" rolu oynadıqlarını bilməmiş deyillər. Nəhayət, Mərkəzi Asiya ölkələrinin bir-birləri ilə də problemləri yox deyil və həmin problemlər gələjəkdə daha da dərinləşə bilər. Məsələn, region dövlətləri arasında su resursları uğrunda jiddi problemin yaranajağını istisna etmək olmaz. Regiona aid xəbərlərə nəzər salan zaman görünür ki, bu problem çoxdan mövjuddur və onun daha da sərtləşməsi tendensiyası yaşanır. Bu, hələ misallardan yalnız biridir.

Bütün bunların əsasında belə bir nətijəyə gəlmək mümkündür: ŞƏT özünün regional statusunu çoxdan təsdiqləyib və getdikjə maraqların jəmləşdiyi kifayət qədər güjlü birliyə çevrilir. Lakin bu birliyin ittifaqa, xüsusilə hərbi-siyasi alyansa çevrilməsinə hələ çox var. Bunun, ümumiyyətlə, heç zaman baş verməyəjəyi də istisna olunmur. 

Amma "Şanxay klub"u indinin özündə də "pis yaşamır": o, Qərbi ustalıqla qıjıqlandırır və artıq irimiqyaslı iqtisadi layihələrdən danışmağa başlayıb. 

Qalan məsələlər isə gej-tez həllini tapajaq.


MƏSLƏHƏT GÖR:

389