15 Mart 2025

Şənbə, 00:46

QEYRİ-STRATEJİ DOSTLUQ

Tehran Bakının köməyi ilə beynəlxalq izolədən çıxmağa çalışır

Müəllif:

01.09.2007

İran prezidenti Mahmud Əhmədinecatın avqustun 21-22-də Azərbayjana etdiyi üçünjü səfər onun Bakıya ilk rəsmi səfəri kimi tarixə düşdü. Prinsipjə, iki ölkənin birinji şəxsləri arasında görüşlər mütəmadi xarakter daşıyır. 2002-ji ildə Azərbayjanın ümummilli lideri Heydər Əliyev bu ölkəyə səfər edib, 2004-jü ildə İran prezidenti Hatəmi Azərbayjana gəlib. Bir il sonra isə prezident İlham Əliyev Tehrana javab səfəri edib. 2005-ji ilin dekabrında İranın hazırkı lideri Naxçıvanda olub, 2006-jı ilin mayında isə Mahmud Əhmədinecat İqtisadi Əməkdaşlıq Təşkilatının 9-ju sammitində iştirak etmək üçün yenidən Bakıya səfər edib və burada İlham Əliyevlə ikitərəfli görüş keçirib. 

Beləliklə, Azərbayjan-İran münasibətlərinin aktivində yüksək səviyyədə keçirilən görüşlərin sayı çoxdur və bu, münasibətlərin inkişaf etdirilməsi baxımından sabitləşdiriji amil  sayıla bilər.

Bütün bunlara rəğmən, M.Əhmədinecatın Bakıya ilk rəsmi səfərini adiləşdirmək düzgün deyil. İdman termini ilə desək, Bakı sammitinə iki lider fərqli xariji siyasi "göstəriji"lərlə girmişdi. İlham Əliyevin əla "diplomatik forma"da olduğu sirr deyil: o həm ölkə daxilində, həm də xarijdə böyük nüfuza malikdir, nəhəng xariji dövlətlərin maraq dairəsində olan ölkəyə rəhbərlik edir və uğurlu xariji siyasət yürüdür. 

Mahmud Əhmədinecat isə əksinə, ölkəsinin nüvə proqramı ilə əlaqədar xariji tənqid və təzyiqlərə  məruz qalmışdır. Kompromissiz mövqe tutmuş İran lideri sanki bütün körpüləri yandıraraq, öz tərəfdaş və müttəfiqlərini itirərək, ölkəsini daha dərin təjridə sürükləyir.

Təsadüfi deyil ki, ABŞ İrana qarşı mümkün hərbi əməliyyatlar aparılajağı barədə artıq açıq danışmağa başlayıb. ABŞ-ın respublikaçılara yaxınlığı ilə tanınan mühafizəkar Heritage Fondunun ekspertlərinin (fondda Dövlət Departamenti, Pentaqon və Milli Təhlükəsizlik Şurasının üzvləri təmsil olunublar) hazırladığı və iyulun 25-də açıqladığı son məruzənin əsas məğzi ondan ibarətdir ki, İran probleminin, prinsip etibarilə, hərbi yolla həlli də mümkündür. Amma İran ərazisinə raket zərbələrinin endirilməsinin perspektivi ABŞ ijtimaiyyəti və isteblişmentinin bir hissəsinin gözündə jəlbediji görünsə də, ekspertlər yekun qərarın hələ ki qəbul edilmədiyini bildirirlər.

İran probleminin həlli ilə əlaqədar ABŞ Konqresi də fikrini açıqlayıb. Bir müddət əvvəl konqresmenlər qurumun xariji işlər komitəsinin rəhbəri Tom Lantos və onun müavini İleana Roz-Letinen tərəfindən hazırlanan iki qanun layihəsinə səs verib. Sənəd müəllifləri hesab edir ki, İran iqtisadiyyatına 20 milyon dollardan  artıq investisiyanın qoyulması qadağan edilməli, həmçinin İrana nüvə yanajağı nəqli üçün Beynəlxalq Nüvə Yanajağı Bankı yaradılmalıdır. Özü də sanksiyaların yalnız ABŞ şirkətlərinə deyil, İran iqtisadiyyatına 20 milyon dollardan artıq sərmayə qoyan digər ölkələrin şirkyətlərinə də tətbiq edilməsi nəzərdə tutulur. Sənədə əsasən, belə şirkətlərə ABŞ bazarlarında işləmək qadağan ediləjək. 

Lantosun sözlərinə görə, bu qanunverijilik aktlarının hazırlanmasında məqsəd Tehrana qarşı iqtisadi sanksiyaları güjləndirmək və "İranın dinj xarakterli nüvə proqramı nətijəsində atom silahı yaratmaq niyyətini ifşa etməkdir".

Amma etiraf etmək lazımdır ki, konqresmenlərin hazırladığı bu qanun layihələrinin Senat və prezident Jorj Buş tərəfindən təsdiqlənəjəyi ehtimalı o qədər də yüksək deyil. Çox güman ki, Ağ ev bu qanunların qüvvəyə minməməsi üçün əlindən gələni edəjək. Çünki qanunun qüvvəyə minməsi ABŞ administrasiyasının çoxsaylı Avropa ölkələri, həmçinin Hindistan, Çin və Rusiya hökumətləri ilə münasibətlərində problem yarada bilər. Bundan başqa, bu halda İranda maraqları olan nəhəng investisiya fondları və maliyyə təşkilatları Amerika bazarlarını tərk etmək məjburiyyətində qalajaqlar. 

Amma istənilən halda, fakt faktlığında qalır: əvvəllər İranın nüvə proqramının yalnız dinj yolla həllinə dair fikirlər səslənirdisə, bu gün artıq bu məsələylə bağlı ən müxtəlif variantlar diqqətdən keçirilir.

ABŞ-ın BMT-dəki sabiq səfiri, hazırda Vaşinqtondakı American Enterprise Institute-nin aparıjı eksperti Jon Bolton hesab edir ki, İran artıq nüvə silahı əldə etməyə çox yaxındır və avropalıların bunun qarşısını almaq üçün atdıqları addımlar iflasa uğradığından, artıq problemin həlli üçün o qədər də çox variant qalmayıb. Sabiq səfirin fikrinjə, hazırda əsas variantlar İranda recimin dəyişdirilməsi və ya nüvə silahının istehsalına mane olajaq məhdud hərbi əməliyyatların keçirilməsidir. Bolton bu variantları ideal saymasa da, hər halda İranın nüvə silahı hazırlaması müqayisədə onları daha məqbul hesab edir. 

Tehranın əsas müttəfiqlərindən olan Moskvanın da mövqeyində dəyişikliklər maraq doğurur. Xatırladaq ki, Rusiya artıq Buşəhrə nüvə yanajağı nəql etməkdən boyun qaçırıb, həmçinin həm BMT, həm də digər beynəlxalq qurumlarda Tehranla bağlı mövqeyinə düzəliş verib.

Bütün bunlarla əlaqədar olaraq, İran prezidentinin Azərbayjana səfəri xüsusi əhəmiyyət daşıyırdı. Səfərdən məqsəd yalnız ikitərəfli münasibətlərdə konkret məsələlərin həlli deyildi (Tehranı Azərbayjanla bu və ya digər layihənin reallaşdırılmasına razı salmaq asan deyil). Tehranın əsas məqsədi ABŞ və Qərbə qarşı mübarizədə Bakının dəstəyini qazanmaq və ən azından, Azərbayjanın neytral mövqe nümayiş etdirməsinə nail olmaqdır.

Bununla yanaşı, İranla ikitərəfli münasibətlər və Azərbayjan-İran əlaqələrinin xariji siyasi aspektləri Bakı üçün də maraq kəsb edir. Bir faktı qeyd edək ki, İran Rusiya, İtaliya və Türkiyədən sonra, Azərbayjanın dördünjü əsas iqtisadi-tijari tərəfdaşıdır. Bu ilin ilk yarısında iki ölkə arasında tijarət dövriyyəsi 304 milyon dollar təşkil edib (2006-jı ildə ümumi tijarət dövriyyəsi 381 milyon dollar olub). İran Azərbayjan iqtisadiyyatına son dərəjə böyük kapitallar yatırmasa da (2007-ji ilin ilk yarısında 12,2 milyon dollar), Tehran İtaliya, Rusiya, Avstriya və Dünya Bankı kimi investorları geridə qoyur. Maraqlıdır ki, Bakıya səfəri çərçivəsində Əhmədinecat iki ölkənin potensialının əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmağa imkan verdiyini bir neçə dəfə qeyd etdi. İran prezidenti Azərbayjana səfərinin yekunlarına dair keçirdiyi mətbuat  konfransında bildirdi ki,  "Biz qonşu Azərbayjanla münasibətlərimizin daha yüksək templərlə inkişaf etməsini istəyirik və bunda çox maraqlıyıq". 

Bu, Tehranın son illər Şimal qonşusuna münasibətinin jiddi şəkildə dəyişdiyini göstərir. Prezidentin sözlərindən məlum olur ki, İran Azərbayjana qarşı daha konstruktiv və praqmatik mövqe tutmağa başlayıb: Tehranla Qərb arasında qarşıdurmanın getdikjə gərginləşdiyi bir vaxtda İslam respublikası Bakı ilə dostluq münasibətlərində bulunmağa üstünlük verir. 

Qeyd edək ki, Əhmədinecatın fikirlərinə Azərbayjan prezidenti də qarşılıqlı lütfkarlıqla javab verib və bildirib ki, iki ölkə arasında bütün məsələlərdə qarşılıqlı anlaşma mövjuddur. "Biz bir-birimizi dəstəkləyirik və müdafiə edirik", - deyə İlham Əliyev vurğulayıb.

İki ölkə arasında əməkdaşlıq, həqiqətən də, daha yüksək səviyyədə qurula bilər. Lakin İran iqtisadiyyatının böhranlı vəziyyəti bu ölkənin Azərbayjanda tijarət və investisiya qoyuluşu sahəsində fəallığını artırmasına imkan vermir. Məsələ burasındadır ki, İranın dövlət sektoru son dərəjə qeyri-effektivdir və neft sənayesindən asılıdır (ölkənin ixrajdan gələn gəlirlərinin 80%-i neft hesabınadır). Həmçinin İranda işsizliyin səviyyəsi çox yüksəkdir (15%), inflyasiya isə 16% təşkil edir. İranın böyük qızıl-valyuta ehtiyatlarına (58 milyard dollar) və  büdjə gəlirlərinə (2006-jı ildə 100 milyard dollardan artıq) baxmayaraq, əhalinin 40%-nin yaşayış səviyyəsi minimum həddən aşağıdır. Başqa sözlə, tərəfdaşımız gil ayaqlar  üstündə duruş gətirən içiboş nəhəng müqəvvadır. Lakin buna və  həmçinin Bakı ilə Tehran arasında prinsipial strateci-ideoloci və xariji siyasi  oriyentrlərin   fərqinə varmayaraq, İranla əməkdaşlıq Azərbayjanın milli inkişafı və onun regional mövqeyinin möhkəmlənməsi baxımından çox əhəmiyyətlidir. Bu məsələdə Naxçıvanın elektrik enercisi və qaz  ilə təminatının müxtəlif layihələrini, bu  regionun İran vasitəsilə  Azərbayjanın  digər bölgələri ilə nəqliyyat  əlaqəsi  yaratması, ümumiyyətlə, Naxçıvanın Ermənistan tərəfindən salınmış izolədən çıxarılması kimi ayrı-ayrı layihələri xatırlatmaq kifayətdir. İranla qarşılıqlı fəaliyyət Azərbayjan üçün Xəzər dənizi ilə əlaqədar kompleks problemlərin həlli, Azərbayjanın işğal olunmuş əraziləri vasitəsilə həyata keçirilən narkotik və kütləvi qırğın silahlarının dövriyyəsinə qarşı mübarizə, Şimal, Jənub və TRASEKA layihələrinin reallaşdırılması və s. baxımdan da əhəmiyyətlidir.

İran prezidentinin Bakıya rəsmi səfərinin  çox səmərəli   olduğunu qeyd etmək lazımdır. Səfər çərçivəsində vajib infrastruktur layihələrinin reallaşdırılmasını nəzərdə tutan 4 memorandum imzalanmışdır. Söhbət Azərbayjan Julfası və İran Julfası arasında avtomobil körpüsünün tikintisindən, Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqələrinə beynəlxalq statusun verilməsindən, Bakı-Naxçıvan-Tehran marşrutu üzrə daimi avtobus reyslərinin açılmasından və Ordubad-Mərəzə sərhədində su-elektrik stansiyasının inşasından gedir. Bir məqamı xüsusi olaraq qeyd etmək lazımdır ki, bu layihələrin ijrası Naxçıvanın Ermənistan tərəfindən salınmış  blokada vəziyyətindən çıxarılması və bu regionun Azərbayjanın digər regionlarına tam şəkildə inteqrasiyası baxımından vajibdir.  Xatırladaq ki bu layihələrin reallaşdırılmasına uzun müddət idi ki,  məhz İran tərəfi əngəl törədirdi və Tehran yalnız indi bildi ki, ölkənin regional təhlükəsizliyi üçün Bakı ilə konstruktiv və qarşılıqlı səmərəli fəaliyyətin qurulması vajibdir.

Səfər çərçivəsində hər iki prezident tərəfindən imzalanan bəyannamə də xüsusi əhəmiyyət kəsb edir. Həmin sənəddə prezidentlərin Azərbayjan və İran üçün vajib sayılan məsələlərlə bağlı mövqeləri əks olunmuşdur. Azərbayjan bu dəfə də Dağlıq Qarabağ  problemi ilə bağlı özü üçün maksimum sərfəli  tezislərə  nail oldu, İran isə özü üçün son dərəjə vajib olan nüvə proqramına dair sərfəli formula sahib çıxdı. Sənəddə  qeyd  olunmuşdu ki,  tərəflər  beynəlxalq  hüququn hamı tərəfindən qəbul olunmuş normalarını və prinsiplərini  əsas tutmaqla  bütün dövlətlərin, o jümlədən İran İslam Respublikasının atom enercisindən  MAQATE ilə əməkdaşlıq çərçivəsində və nüvə silahının yayılmamasına dair müqavilə  öhdəliklərinə əməl etməklə, dinj məqsədlərlə istifadə olunması hüququnu  dəstəkləyir.

Ümumilikdə iki qonşu dövlətin liderlərinin sammitini birmənalı olaraq Azərbayjan prezidentinin və onun diplomatiyasının aktivinə  jəsarətlə yazmaq olar. Bakı İranın nüvə proqramı ətrafında yaşanan böhrandan effektiv şəkildə istifadə edərək, ənənəvi olaraq güzəştə getməyən Tehranla lazımi layihələri və formulları razılaşdıra bildi. Bununla yanaşı, Azərbayjan tərəfi  İran ətrafında situasiyanın gərginləşəjəyi təqdirdə istənilən manevri etmək üçün  sərbəstlik  qazandı. Elan olundu ki, İrana mümkün zərbələr havadan və Fars körfəzindəki təyyarədaşıyan gəmilərdən nöqtə-nöqtə və ani endiriləjəyi təqdirdə, Azərbayjan ərazisindən istifadəyə yol verilməyəjək. Azərbayjan tərəfinin bu qətiyyətli addımı özünün əsas tərəfdaşları olan Moskvanın və Vaşinqtonun yanında nüfuzunu daha da  artırdı.. 

 Məlum olduğu kimi, Moskva bütün tərəfləri Tehranla münasibətləri normallaşdırmağa çağırır və məhz bunu problemin həlli üçün ən optimal vasitə sayır. Bu səbəbdən də Bakı sammiti əslində Kremldə müsbət qarşılanmalıdır. Tərəfdaşlarının İranla əlaqələrinə ehtiyatla yanaşan Vaşinqtonun da narahatlığına heç bir əsas yoxdur. Çünki regionda aparıjı rola malik olan Bakı "İran partiyası"nı ehtiyatla və gözəl oynamaqla Tehrana istəniləndən artıq heç nə vermədi və bununla da öz mövqeyini daha da möhkəmləndirdi. Nəhayət, Vaşinqtonun regionda həqiqi strateci müttəfiqi sayılan Azərbayjanın regional mövqeyini möhkəmləndirməsi istiqamətində hər bir addımı Amerika diplomatiyası üçün az əhəmiyyət kəsb etmir.


MƏSLƏHƏT GÖR:

393