15 Mart 2025

Şənbə, 00:41

TERRORLA PARLAMENTARİZM ARASINDA

Olster sülhə aparan yolu tapmağa çalışır

Müəllif:

01.04.2007

Martın əvvəlində 2003-jü ildən sonra ilk dəfə olaraq Şimali İrlandiyada Assambleyaya seçkilər keçirildi. Qeyd etmək lazımdır ki, Birləşmiş Krallığın qiyamçı əyalətinin əsas və yeganə qanunveriji-ijra orqanına deputatlarının seçkisini 2003-jü il yazında keçirmək planlaşdırılırdı. Lakin  2003-jü il mayın 1-də Britaniya hökuməti Olsterin (Şimali İrlandiya İrlandiyanın bu tarixi əyalətinin böyük hissəsini tutduğundan, onu çox vaxt belə adlandırırlar) bu idarəetmə orqanına seçkiləri təxirə salmaq qərarına gəldi. Səbəb kimi Şimali İrlandiyanın aparıjı siyasi qüvvələri ilə bölgədəki siyasi durumun tənzimlənməsi ilə, ilk növbədə, İrlandiya İnqilab Ordusunun (İRA) tam tərk-silah edilməsi ilə bağlı aparılan və həftələrlə sürən danışıqlarda tərəqqinin olmaması göstərilirdi.     

 

Tarixi qərar

London, Dublin (İrlandiya Respublikasının paytaxtı) və Belfastda (Şimali İrlandiyanın paytaxtı) Britaniya hökumətinin Baş naziri Toni Bler, İrlandiyanın Baş naziri Berti Ahern, "Şinn Feyn" partiyasının lideri Jeri Adams, Olster Yunionist Partiyasının (OYP) başçısı Devid Trembl, həmçinin, ABŞ prezidentinin Şimali İrlandiya problemi üzrə xüsusi nümayəndəsinin və bir sıra digər beynəlxalq vasitəçilərin iştirak etdikləri ən yüksək səviyyəli ikitərəfli və çoxtərəfli görüşlər seriyasından sonra seçkilərin noyabrın 26-da keçirilməsi razılaşdırıldı. Lakin Şimali İrlandiya Assambleyasına seçkilərin təyin olunması xəbərindən doğan ümidlər OYP-nin gözlənilmədən bu təşəbbüsü dəstəkləməkdən imtina etməsi ilə  puça çıxdı. Respublikaçılar tərəfindən verilən zəmanətə baxmayaraq, yunionistlər İRA-nın tərk-silah edilməsi məsələsində daha çox transparentlik və məsuliyyət olması tələbini irəli sürdülər. 

İRA yaraqlıları Britaniya hökumətinə silahı yerə qoymaq və danışıqlara başlamaq vədini yalnız 2004-jü ilin noyabrında verdilər. Hökumət də öz tələbini irəli sürdü: təşkilatın 85 illik terror fəaliyyəti ərzində yığılmış jəbbəxananın təhvili proseduru katolik və protestant kilsələrinin təmsilçilərinin nəzarəti altında həyata keçirilməlidir. Silahların təhvili məsələsi 2004-jü ilin dekabrına qədər həllini tapmasa da, qruplaşma davam etməkdə olan atəşkəsə riayət edərək, döyüş əməliyyatları keçirmirdi. Şimali İrlandiya öz parlamentini seçmək və ijra hakimiyyəti orqanlarını formalaşdırmaq hüququ əldə etdi. Müdafiə, xariji siyasət və maliyyə məsələləri Londonun səlahiyyətlərinə aid edilirdi. İRA yaraqlılarının silahı təhvil verməkdən inadla imtina etmələrinə baxmayaraq, partlayışlara və qətllərə son qoyuldu.

Siyasi prosesə yeni təkan verməyə jan atan Britaniya hökuməti Dublinlə məsləhətləşmələrdən sonra, 2006-jı ilin yazında Şimali İrlandiya Assambleyasına həmin ilin may ayında yenidən toplaşmağa ijazə verən fövqəladə qanun qəbul etdi. Qanunda əyalətdə özünüidarə ijra orqanının formalaşdırılmalı olduğu son müddət də göstərilirdi - 24 noyabr 2006-jı il. Lakin bu müddətə əməl edilmədiyindən, seçkilər jari ilin mart ayının 7-nə təyin edildi.

2007-ji ilin yanvar ayında katoliklərin öz lideri Jerri Adamsın çağırışını dəstəkləyən Şinn Feyn partiyası siyasi gərginliyi aradan qaldıra və Böyük Britaniyadan ayrılmaq uğrunda artıq 30 ildir, mübarizə gedən bölgədə münaqişənin dinj yolla tənzimlənməsinə yol aça bilən bir sıra siyasi addımlar atdı. Bu partiya məhkəmələrin və Şimali İrlandiyanın yenidən qurulmuş polisinin  legitimliyini tanıdı və bundan sonra Şimali İrlandiya sakinlərinin artıq mart ayında öz müstəqil parlamentlərini sejə biləjəklərinə ümid yarandı. Məsələ ondadır ki, Şimali İrlandiyanın muxtar administrasiyasının formalaşdırılması üçün polis qüvvələrinin tanınması Londonun irəli sürdüyü həllediji şərt idi. Şimali İrlandiyanın respublikaçıları, demək olar ki, 86 il məhkəmələrin və polisin qanuniliyini qəbul etmirdilər. Katoliklər polisi protestantlara həddən artıq ilıq münasibətdə ittiham edirdilər. İndi isə Şimali İrlandiyanın katoliklərlə protestantların silahlı qarşıdurması dövründəki polisin yerini tutan islahatlar aparılmış, polisin hər iki dini ijmanın maraqları naminə qərəzsiz hərəkət etməyə jan atdığı vur-ğulanır.

Böyük Britaniyanın Baş naziri Toni Bler bunu tarixi qərar adlandırdı. "Uzun illər ərzində biz zorakılıq və terrorçuluğa adət etmişdik, indi isə dinj çıxış yolu perspektivi var", - deyə Blerin həmkarı, İrlandiyanın Baş naziri Berti Ahern bildirdi. Həqiqətən, katoliklərlə protestantların iştirakı ilə silahlı münaqişə illəri ərzində bölgədə 3600 nəfərdən çox insan həlak olub. İRA ölüm hallarının, azı, yarısına görə məsuliyyəti öz üzərinə götürüb. Zorakılıqlar dalğası son 10 il ərzində səngisə də, tərəflər siyasi kompromislərə çox böyük çətinliklə nail olurlar. Yeri gəlmişkən, son illər İRA da "hərbi əməliyyatlar"a son qoyduğunu bəyan edib və müstəqil müşahidəçilər onun öz hərbi jəbbəxanalarını yararsız hala saldığına əmin olmaq imkanı da əldə ediblər. 

Nəhayət, 7 mart 2007-ji ildə 2003-jü ildən sonra ilk dəfə Şimali İrlandiya assambleyasına seçkilər keçirildi. 108 yerə Olsterin aparıjı siyasi partiyalarını təmsil edən 250 namizəd iştirak etdi.

Səsvermənin 8-9 martda açıqlanan son nətijələrinə görə, assambleyada Britaniyaya meylli Demokratik Yunionist Partiyası (DYP)  ən çox səs qazanaraq, öz təmsilçiliyini 2002-ji ildəki analoci seçkilərlə müqayisədə 6 yer artırdı və parlamentdəki 108 yerdən 36-nı tutdu.  

İrlandiyaya meylli "Şinn Feyn" partiyası da əlavə yerlər əldə etdi (+4). İndi o,  Olster parlamentində 28 yerə malik olajaq. Üçünjü yerə isə 2002-ji illə müqayisədə 9 addım geriləyərək, yeni parlamentdə 18 yer qazanan Olster Yunionist Partiyası (OYP) çıxdı.

Şimali İrlandiyanı İrlandiya Respublikası ilə xalq razılığı mexanizmi vasitəsilə birləşdirməyə tərəfdar olan mötədil katolik  Sosial-Demokrat və Leyborist Partiyası (SDLP) da bu seçkilərdə itki ilə üzləşdi - əvvəlki 18 yerə qarşı 16 yer. Alyans Partiyası parlamentdəki təmsilçiliyini 1 nəfər artırdı - 7 yer. Qalan 3 yeri isə 3 kiçik partiya öz aralarında bölüşdürdülər. 

Seçkilərin nətijələri Olsterin qanunverijilik orqanının yenə də əks siyasi qüvvələr arasında faktiki bölünməsini əks etdirdi. Həm də bu, əvvəllər olduğu kimi, katoliklərlə protestantların mötədil siyasi qüvvələri arasında deyil, onların radikal təmsilçiləri arasındakı qarşıdurmadır. 

İndi Olsterin gələjək koalisyon administrasiyası formalaşdırılarsa, oradakı 10 inzibati vəzifə aşağıdakı kimi bölüşdürüləjək: DYP - 4 nazir (o jümlədən, "birinji nazir"), Şinn Feyn - 3, OYP - 2 və SDLP - 1. 

Lakin problem ondan ibarətdir ki, DYP-nin 40 illik siyasi karyerası katoliklər və onların aparıjı siyasi qüvvələri ilə istənilən barışıq jəhdlərinin inkarına əsaslanan 80 yaşlı lideri Yan Peysli əvvəlki kimi, Şinn Feyn təmsilçiləri ilə hər hansı bir danışıqdan imtina edir. 

Əlavə çətinliklər həm də qonşu İrlandiyanın liderlərinin Şimali İrlandiya münaqişəsindən öz məqsədləri üçün yararlanmaq jəhdlərindən əl çəkməmələrindən irəli gəlir. Məsələn, Britaniya baş naziri ilə birlikdə Olsterdə ijmalararası barışıq prosesinə jəlb olunan baş nazir Ahern Londonda çıxan "Qardian"  qəzetinə fevralın ortalarında verdiyi müsahibəsində "birləşmiş İrlandiya ideyasının möhkəm tərəfdarı olduğunu" açıqlayıb, lakin onu da vur-ğulayıb ki, "ən önəmlisi bu adada sülh və barışığın mümkünlüyüdür. Bizə birlik və sülh lazımdır və bu bizim üçün prioritet olmalıdır". Ekspertlər bu açıqlamanı İrlandiya hökuməti başçısının yazda keçiriləjək parlament seçkilərində "Şinn Feyn"in İrlandiyada kifayət qədər çoxsaylı olan tərəfdarlarının səsini əldə etmək istəyi ilə əlaqələndirirlər.

Lakin bütövlükdə, London və Dublin seçkiləri Olsterdə həddən artıq uzanan və siyasi böhranın tənzimlənməsi və orada koalisyon hökumət formalaşdırılması yolunda önəmli mərhələ kimi nəzərdən keçirir.

Peyslinin "Şinn Feyn"ə münasibətdə kəskin antipatiyasından yaxşı xəbərdar olan Böyük Britaniya hökuməti ona təzyiq göstərərək, "opponentləri ilə" dialoqa məjbur etməyə çalışır. Lakin Londonun bunu etmək üçün kifayət qədər stimulu və "təhdidləri" varmı? London və Dublin artıq bəyan ediblər ki, hər iki partiya martın 26-dan gej olmayaraq, öz aralarında əməkdaşlıq və hakimiyyət səlahiyyətlərinin bölgüsü barədə razılığa gəlməlidir. Əks halda, ertəsi gün yeni seçilən assambleya da bağlanajaq və Olsterdə idarəetmə yenə də Londondan, lakin bu dəfə Dublinin daha geniş iştirakı ilə həyata keçiriləjək ki, bu da DYP-ni çətin ki qane etmiş olsun. "Partiyalar öz işini martın 26-na qədər yerinə yetirmək istəməsələr, yaxud bunu etmək iqtidarında olmasalar, bu bizim üçün problem yaratmayajaq. Biz idarəetməni (Olsterdə) İrlandiya Respublikası ilə birgə həyata keçirəjəyik. Lakin bu, siyasətçilər və Şimali İrlandiya xalqı üçün çox böyük bir fajiə olajaq". Bu sözləri Peysli və Şinn Feyn lideri Jerri Adamsla şəxsən danışıqlar aparan Şimali İrlandiya və Uels işləri üzrə Böyük Britaniya naziri Piter Heyn deyib.  

"Şirnikləndiriji amil" kimi isə London Olsterin gələjək administrasiyasına on milyonlarla funt-sterlinq əlavə maliyyə vəsaiti təklif etməyə hazırdır. Lakin yalnız DYP və Şinn Feyn öz aralarında razılığa gəldikləri halda.  "Bu təkliflər stolun üstündə yeni administrasiyanın gəlişini gözləyəjək, lakin o, formalaşdırılmadığı təqdirdə, təkliflər paketi ləğv ediləjək", - deyə Heyn bildirib. 

Təzyiqlər öz nətijəsini verdi və artıq martın 26-da - Britaniya hökumətinin verdiyi "ultimatum"un vaxtı başa çatmaq üzrə olarkən, Demokratik Yunionist Partiyası (DYP) ilə "Şinn Feyn" Belfastda keçirdikləri tarixi görüşdə mayın 8-də hər iki partiyanın nümayəndələrinin bölgənin koalisyon administrasiyasına göndərilməsi haqda razılığa gəldilər. J.Adamsın sözlərinə görə, Olsterdəki siyasi institutların fəaliyyətinin bərpası haqda qərar, regiondakı siyasi vəziyyətin inkişafında yeni era olajaq. Qeyd edək ki, bu iddia ilə razılaşmaq olar - indiyədək bir-biri ilə dialoqdan imtina edən DYP ilə "Şinn Feyn", nəhayət, düşmənçiliyə son qoyaraq, problemin dinj yolla həllinə ümid yaratmağı bajardılar.

İndiyədək bir-biri lə dialoqdan imtina edən DYP və "Şinn Feyn" martın 26-da düşmənçiliyə son qoyaraq, Olsterdə koalisyon administrasiyanın yaradılması haqda razılığa gəldilər. Bu razılıq münaqişəli regionda sülhün bərqərar olajağına ümidləri artırır.

Transbalkan layihəsinin reallaşması Rusiyaya özünün Balkan bölgəsindəki mövqelərini güjləndirməyə və Bakı-Tbilisi-Jeyhan layihəsinə qoşulmuş ölkələrlə rəqabətdə təşəbbüsə yiyələnməyə imkan verəjək.

Azərbayjanı BTD layihəsinin rəqabətədavamlılığını təmin etmək və özünün Avropanın "enerci xəritəsi"ndəki lider mövqelərini qoruyub-saxlamaq üçün jiddi mübarizə gözləyir. Özü də bu məsələni yalnız Mərkəzi Asiya istiqamətində deyil, Avropa istiqamətində də həll etmək lazımdır.


MƏSLƏHƏT GÖR:

398