15 Mart 2025

Şənbə, 00:45

SEÇİM İMKANI OLSA DA…

Ermənistan nə rusiya, nə də qərb ilə normal münasibətlər qurmaq iqtidarındadır

Müəllif:

01.04.2007

Ermənistan parlament seçkilərinə hazırlaşır və məsələyə məntiqi yanaşsaq, bu seçkilər gələn il keçiriləjək prezident seçkisi önjəsi son və əsas məşq hesab oluna bilər. Artıq ATƏT-in İnsan Haqları və Demokratik İnstitutlar Bürosunun ilk müşahidəçilər qrupu ölkəyə gəlib. Partiyalar isə seçkiqabağı platformalarını açıqlamağa başlayıblar. Yerli ekspertlər hesab edirlər ki, seçkiqabağı kampaniya hələlik son dərəjə jansız və solğun keçir. Hətta rəqiblər arasında qalmaqallar da nəzərə çarpmır.

Ola bilsin, bu süstlük Ermənistanda parlamentin çox az şeyi həll etməsi ilə bağlıdır. Əksər analitiklər də məhz belə düşünür. Bununla yanaşı, seçijilər eyni simaların "savaş"ından, təkrar çıxışları dinləməkdən də bezib. Eyni zamanda, hazırkı "hakim komanda"nın hakimiyyəti əldən buraxmaq fikrində olmadığı aydındır. Artıq Köçəryanın varisi də müəyyənləşdirilib: bu, həbsxanada Stepan Zatikeyanın kamera yoldaşı, son-radan hərbi jinayətkar və "səhra komandiri" olmuş, indi isə Ermənistanın müdafiə naziri və Təhlükəsizlik Şurasının katibi postlarını tutan Serc Sarkisyandır.

Amma bu günlərdə Ermənistanda tamamilə başqa bir intriqa baş qaldırmaqdadır və baş verənlər, ümumiyyətlə, regionda qüvvələr nisbətini dəyişə bilər. Məsələ ondadır ki, "hakimiyyətin ötürülməsi" planının reallaşması ərəfəsində Yerevanın hakim komandası hələ də "Rusiyanın forpostu" ilə Avropa orientasiyası arasında ləngər vurur.

"Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə əməkdaşlığın inkişaf etdirilməsi xəttini götürüb"", - deyə Yerevan Dövlət Universitetindəki məruzəsi zamanı bu qurumun baş katibi Nikolay Bordyuja bildirib. Onun sözlərinə görə, Ermənistan öz təhlükəsizliyini tam şəkildə KTMT ilə bağlayır. Öz növbəsində bu təşkilatın fəaliyyəti də Ermənistanın maraqlarının müdafiəsinə yönəldilib. "Ermənistan KTMT-nin üzvləri arasında əməkdaşlığın genişləndirilməsinə çalışan fəal müttəfiqdir və bu konteksdə biz Yerevanın rolunu son dərəjə yüksək qiymətləndiririk", - deyən Bordyuja,  bu təşkilatın Ermənistan hökumətinin "güj strukturu"na çevrilib-çevrilmədiyinə aydınlıq gətirsəydi, daha yaxşı olardı. 

Daha sonra baş katib Ermənistanın silahla təjhizatında qurumun imtiyazlarından nə dərəjədə yararlandığını açıq şəkildə ortaya qoyub. Söhbət KTMT-nin quruma üzv ölkələrə Rusiya istehsalı olan silahların daxili qiymətlərlə satışını nəzərdə tutan imtiyazından gedir. Məsələ ondadır ki, həmin silah-sursat və Rusiya texnikası Qərbə və MDB-nin digər ölkələrinə daha yüksək qiymətə satılır. "Bu, Ermənistanın KTMT ilə əməkdaşlığının səmərəsinin yalnız bir tərəfidir", - deyə Bordyuja əlavə edib.

Bordyujanın bu səfəri ilə eyni vaxtda, Ermənistanda "NATO həftəsi" də keçirilib. Bu tədbir çərçivəsində Yerevanda olan Şimali Atlantika Alyansının Müdafiə Siyasəti və Planlaşdırma Departamentinin şöbə rəisi Jorj Katsirdakis, NATO-Ermənistan əməkdaşlığının səviyyəsini müsbət qiymətləndirib. Onun sözlərinə görə, alyansın Ermənistanla əməkdaşlığa dair kifayət qədər geniş planı var və bu, hər iki tərəfin maraqlarına javab verir. Tərəflər arasında terrorçuluqla mübarizə və informasiya mübadiləsi sahələrində də əməkdaşlıq nəzərdə tutulur. Katsirdakis eyni zamanda bildirib ki, o, Ermənistanın NATO-ya üzv olmağa hazırlaşmadığını müşahidə edib: "NATO rəsmilərinin indiyədək dəfələrlə bəyan etdiyi kimi, İPAP (fərdi tərəfdaşlıq planı) üzrə əməkdaşlıq həmin ölkənin NATO-ya qəbulunu nəzərdə tutmur. Ukrayna və Gürjüstan kimi quruma üzv olmaq istəyən ölkələr başqa qrafiklə işləyəjək. Konkret olaraq Gürjüstana gəlinjə, o hər şeydən əvvəl qonşuları ilə, ilk növbədə, Rusiya ilə münasibətlərini normallaşdırmalı və yalnız bundan sonra NATO-ya qəbul olunmaq istəyini ortaya qoymalıdır. Biz qarşıdurmaların iştirakçısına çevrilmək niyyətində deyilik, NATO-nun qarşısında başqa vəzifələr durur. İstənilən halda, Gürjüstan 2008-ji ildə alyansın üzvü olmayajaq. Bu, uzunsürən bir prosesdir".

Qeyd edək ki, istənilən ölkədə belə vəziyyəti "balanslaşdırılmış siyasət" və ya bir qədər Rusiyaya meylli olsa da, komplimentar xariji siyasət adlandırmaq olardı. Hər halda, hər bir dövlət kiminlə dostluq edəjəyini özü müəyyənləşdirir. Amma Ermənistanda vəziyyət tamamilə fərqlidir. Məsələ bundadır ki, Yerevanın Rusiya ilə ittifaqında əsas yeri daim "ərazi məsələsi" tutub. Hələ XIX-XX əsrlərdə çar Rusiyasının siyasi texnoloqları erməni millətçiləri ilə açıq şəkildə "oyun oynayırdı": Petroqrada ermənilərin rəhbərlərinə söz vermişdilər ki, "Qərbi Ermənistan"ın, yəni, Türkiyənin altı şərqi vilayəti rus süngülərinin köməyilə "türklərdən azad ediləjək". Doğrudur, burada söhbət müstəqil erməni dövlətinin yaradılmasından yox, "Qərbi Ermənistan"ın Rusiya ərazisinə birləşdirilməsindən gedirdi. 

Amma belə "xırdalıqlar"a heç kim fikir vermirdi. 

Məlum olduğu kimi, müstəqillik uğrunda müharibədə Mustafa Kamal Atatürkün qələbə çalması, Sevrsk müqaviləsinin tarixin arxivinə atılması və Lozanna razılaşmasının imzalanması belə geosiyasi dəyişikliyə imkan vermədi. Amma bununla yanaşı, Moskva daim əvvəlki planlarını həyata keçirmək üçün jəhdlər göstərib. Ötən əsrin 30-ju illərində və İkinji Dünya müharibəsindən sonra, həmçinin, "enerci böhranı" fonunda neftdən gələn yüksək gəlirlərin SSRİ büdjəsini doldurduğu 70-ji illərdə də belə jəhdlərə rast gəlinib. 

Bir sözlə, Ermənistan Rusiya ilə dostluğu müqabilində silah satışında imtiyaz deyil, yuxarıda sözügedən 6 türk vilayətinin "azad olunması"nı gözləyir. Odur ki Yerevan Moskvaya olan sədaqəti müqabilində, Rusiyanın hələ də Türkiyə ilə sərhədlərlə bağlı Qars və Moskva müqavilələrinin ləğvinə jəhd göstərməməsinə görə öz müttəfiqindən injiyir. Rusiyanın Ermənistana satdığı qazın qiymətini qaldırmasından, üstəlik, ermənilərin Moskvaya olan borju müqabilində Rusiyanın nəzarətinə keçən müəssisələrin hələ də işə düşməməsindən sonra isə, artıq erməni siyasətçilər Rusiyaya olan ümidlərin doğrulmadığı qənaətinə gəliblər. 

Nəhayət, sirr deyil ki, Moskva Ermənistana hərbi və diplomatik dəstək versə də, iqtisadi jəhətdən Qərbə layiqli alternativ ola bilməyib. Və bu gün artıq Ermənistanın iqtisadi vəziyyətinin Azərbayjan və Gürjüstandan kəskin şəkildə fərqləndiyi göz qabağındadır.

Amma digər tərəfdən, Ermənistan Qərb ilə də normal münasibətlər qurmaq iqtidarında deyil. Səbəbsə Yerevanın Avrasiyanın böyük bir sektorunun Avropaya "əsas qapısı" olan Türkiyə ilə iqtisadi və siyasi əlaqələrinin sıfır səviyyəsində olmasıdır. Azərbayjan torpaqlarının işğal altında saxlanılması, "üçünjü ölkələr"in parlamentlərində Ankaraya qarşı "erməni qətnamələri"nin qəbuluna göstərilən səylər Türkiyə-Ermənistan sərhədlərinin açılması yolunda əsas maneədir. Üstəlik, Ermənistanda bir çox siyasətçilər hələ də əmindirlər ki, Ankara ilə diplomatik əlaqələrin qurulması yalnız Türkiyənin "erməni soyqırımı"nı etiraf etməsindən sonra mümkündür. Süleyman Dəmirəlin şərtin 5 milyonluq Ermənistan yox, 60 milyonluq Türkiyənin qoymalı olması haqda xəbərdarlığı da hələ ki erməni siyasi isteblişmentinə çatmayıb. 

Bu gün Yerevan Avropanın "xristian Ermənistanı ilə həmrəylik nümayiş etdirərək", Türkiyəni güzəştə məjbur edəjəyinə ümid bəsləsə də, reallıqda, bu o qədər də jiddi gözlənti deyil. 

Beləliklə, bu gün Ermənistanın Rusiya ilə birliyi, sadəjə, məjburi addımdır.

Erməni xalqı kifayət qədər uzun müddət öz dövləti olmadan yaşayıb. Həmin dövlətin yaradılajağına dair vədlərə inanan ermənilər, indiyədək böyük oyunlarda "xırda pul" rolunu oynayıb. Və bu rola o qədər öyrəşib ki, hələ də xariji dövlətlərin maraqları ilə öz mənafeyi arasındaki həddi müəyyənləşdirə bilmir. 

Nətijədə isə nə Rusiya, nə də Qərblə normal münasibətlər qurmağı bajarıb.


MƏSLƏHƏT GÖR:

330