15 Mart 2025

Şənbə, 23:52

ABXAZİYADAKI "SEÇKİ"DƏN KİM QAZANDI?

Cənubi Qafqazdakı "separatizm virusu" son dərəcə təhlükəli ola bilər

Müəllif:

15.03.2007

Martın 4-də tanınmamış Abxaziya Respublikasında "parlament seçkiləri" keçirilib. "Parlament"dəki 35 yerin sahiblərini bir dəfəyə müəyyənləşdirmək mümkün olmadığından, ikinji tura ehtiyaj yaranıb. Buna baxmayaraq, Suxumi seçkinin Abxaziyanın "müstəqilliyini bir daha təsdiq etdiyi" haqda tələm-tələsik bəyanatlar səsləndirməyə başlayıb. 

Əksər müşahidəçilərin rəyi belədir ki, separatçı recimlərdə seçkilər ijtimaiyyətin hakimiyyət üzərində nəzarətinin təşkili deyil, daha çox bölgənin "müstəqil dövlət" imijinin yaradılmasına hesablanır. Özü də bu zaman həmin "seçkilər"in ssenariləri də oxşar olur: hər "seçki"də onu izləməyə özlərindən başqa heç bir qurumu təmsil etməyən "müstəqil müşahidəçilər" dəvət olunur. Hərçənd, çox vaxt həmin "müşahidəçilər"in təmsil etdikləri təşkilat və ölkələr təəjjüb doğurmaya bilmir. Məsələn, Abxaziyaya təşrif buyuranlar arasında, hətta Qərbi Səhra  nümayəndələri də olub və onlar "seçki"nin bütün standartlar və normalara javab verdiyini tələm-tələsik bəyan ediblər. Yeri gəlmişkən, həmin müşahidəçilər arasında Kosovo təmsilçiləri yox idi. Görünür, hər halda dünya siyasətində beynəlxalq hüquq deyil, "komanda oyunu" prioritet təşkil edir…

 

"Təmizləmə"dən sonrakı "seçkilər"

Abxaziya separatçılarının keçirdiyi seçki haqda Gürjüstanın mövqeyi tamam fərqlidir. Rəsmi Tbilisi, ilk növbədə, bölgədən onun əvvəlki əhalisinin böyük bir hissəsinin qovulduğunu xatırladır.

Prezident Mixail Saakaşvili Qoridəki hərbi bazaya baş çəkən zaman Abxaziyada keçirilən "seçki"ni məzhəkə adlandıraraq, ona kifayət qədər sərt münasibət bildirib: "Abxaziyada baş verən növbəti qanunsuzluq heç zaman heç kəs tərəfindən tanınmayajaq. Unutmayaq ki, oradan xariji elementlərin köməyi ilə 400-500 min insan qovulub və hazırda Abxaziyada əhalinin sayı 100 mindən də azdır". Prezidentin fikrinjə, "separatçılar və onların himayədarları Abxaziyadan yüz minlərlə insanı qovan zaman onların bir daha oraya qayıtmaq istəməyəjəklərinə ümid ediblər". Saakaşvilinin sözlərinə görə, hazırda Gürjüstanda qanunsuzluq və ədalətsizliklə heç zaman barışmayajaq yeni gənj nəsil formalaşıb. "Biz qisas almaq haqda deyil, birgə fəaliyyət və gələjək haqda düşünürük", - deyə dövlət başçısı vurğulayıb.

Gürjüstanın baş naziri Zurab Noqaideli isə bəyan edib ki, rəsmi Tbilisi Abxaziya tərəfinə "Heç bir ilkin şərt irəli sürmədən münaqişənin siyasi həllinə nail olunması məqsədilə danışıqlara başlamağı təklif edir". Separatçı recimin keçirdiyi "seçki"yə gəlinjə, baş nazir bildirib ki, "Bu nəinki qanunsuzluq, həm də mənəviyyatsızlıqdır". Z.Noqaideli də bu fikrini 1992-1993-jü illərdə silahlı qarşıdurma nətijəsində Abxaziyadan yerli əhalinin 80%-nin qovulması ilə əsaslandırıb.

Bir qədər sonra Abxaziyada keçirilən "parlament seçkiləri"lə bağlı Gürjüstan Xariji İşlər Nazirliyinin bəyanatı yayılıb: "Martın 4-də Abxaziyanın separatçı rəhbərliyi "parlament seçkisi" adı altında növbəti qanunsuz əmələ yol verib. Qanunsuzluq bütünlüklə Abxaziya regionu ərazisində, xüsusilə də Qalsk rayonunda separatçı recimin güj strukturlarının əhaliyə analoqu olmayan təzyiqləri fonunda keçirilib". XİN-in bəyanatında da qeyd olunur ki, "Seçki 1992-1993-jü illərdə silahlı etnik təmizləmə siyasəti nətijəsində müxtəlif millətlərdən ibarət yerli əhalinin əksər hissəsinin qovulduğu bölgədə" keçirilib.

Qeyd edək ki, baş verənlərə etiraz edən yalnız Gürjüstan rəhbərliyi deyil. Abxaziyanı ölkənin digər hissəsindən ayıran İnquri çayının sahilində gürjü gənjlərdən ibarət qrup etiraz aksiyası keçirib. Bundan istifadə edən abxaz separatçıları həmin ərazidəki körpünü atəşə tutublar. "Abxaziya prezidenti"nin Qalsk rayonundakı "səlahiyyətli nümayəndəsi" hətta belə bir bəyanat da səsləndirib: "Mən Gürjüstanın Zuqidski rayonunun rəhbərliyini xəbərdar etmişdim ki, etiraz aksiyası iştirakçılarının İnquri körpüsünə tərəf hərəkətə başlayajağı halda, Abxaziya tərəfi ilk olaraq havaya xəbərdarlıq atəşi açajaq. Bundan sonra da hərəkətin dayandırılmayajağı halda, nümayişçilərin atəşə tutulajağına dair də xəbərdarlıq etmişdim". 

Beləliklə, gözlənildiyi kimi, separatçılar seçki farsı vasitəsilə gərginliyin son dərəjə artmasına nail ola biliblər.

Eyni zamanda, burada başqa bir məqam da var. "Parlament seçkisi" əvvəljədən Abxaziyanın guya "müstəqil dövlət" olması görüntüsünün yaradılmasına hesablansa da, əslində, bundan daha çox Gürjüstan qazandı. Belə ki, baş verənlərə dünya ijtimaiyyətinin reaksiyası birmənalı və təsirli olub. ABŞ Abxaziyada keçirilən "seçki"ni tanımadığını açıq şəkildə bəyan edib. Dövlət Departamentinin mətbuat katibi Şon Makkrmakın sözlərinə görə, Vaşinqton Gürjüstanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir,  Abxaziya münaqişəsinin sülh yolu ilə həllini istəyir. Makkormakın fikrinjə, bölgədə keçirilən "seçki" "beynəlxalq aləmin münaqişənin ədalətli və uzunmüddətli həlli istiqamətində göstərdiyi səylərə maneədir". O, uzun müddətdir ki, Abxaziyadan qovumuş iki yüz mindən artıq qaçqının ev-eşiklərinə dönə bilmədiklərini də xatırladıb: "Geri dönməyə nail olanlar isə orada insan haqlarının pozulması halları ilə üzləşirlər. Biz bölgənin rəhbərliyindən geri dönən insanların haqlarının qorunmasını və digər qaçqınların da evlərinə qayıtması üçün şəraitin yaradılmasını tələb edirik".

Qeyd edək ki, Vaşinqtondan əvvəl sərtliyinə görə heç də ondan geri qalmayan bəyanatlarla NATO və Avropa İttifaqı da çıxış edib. Hazırda Aİ-yə sədrlik edən Almaniyanın adından Berlində açıqlanan kommünikedə qeyd olunur ki, "Gürjüstanın bu rayonunda seçkilər yalnız bütün qaçqınlar və daxili miqrantların öz evlərinə qayıtmasına şərait yaradıldıqdan sonra keçirilə bilər". 

NATO-nun baş katibi Yap de Hoop Sxeffer isə öz növbəsində bəyan edib ki, alyans Abxaziyada keçirilən "seçki"ni tanımır və Gürjüstanın ərazi bütövlüyünü dəstəkləyir. "Mən artıq bir dəfə Abxaziyada keçirilmiş "referendum" haqda fikirlərimi bildirmişdim və hazırda bir daha həmin mövqeyimi təkrar edirəm. NATO Gürjüstanın ərazi bütövlüyünü birmənalı və qəti şəkildə dəstəkləyir və bu səbəbdən də sözügedən seçkini tanımır", - deyə o qeyd edib.

Qeyd edək ki, Rusiyanın maraqları baxımından da Abxaziyadakı "seçki" birmənalı qiymətləndirilməyib.

 

"Qara dəniz xülyası"

Suxumidə baş verən gərginlikdə Moskvanın rolunun olmamasına bu gün artıq ən sadəlövh insanlar da inanmır. Abxaziya separatçılarının Rusiya tərəfdən dəstək almasına dair indiyədək kifayət qədər gizli və açıq faktlar ortaya çıxıb. Gürjüstandan portağal idxalını qadağan edən Rusiyanın bu meyvə növünün Abxaziyadan gətirilməsinə ijazə verməsindən tutmuş, Soçi ilə Suxumi arasında elektrik qatarının işləməsinə, Abxaziya vətəndaşlarının jiblərində Rusiya pasportu gəzdirməsinədək bütün hallar deyilənlərə sübutdur. 

Digər tərəfdən, Rusiyanın dəstəyi abxaz separatçılarının siyasi mövjudluğu üçün yeganə vasitədir.

Aydındır ki, bu məsələdə Rusiyanın öz maraqları var. Bir tərəfdən, Jənubi Osetiya kimi, Abxaziya da Moskvanın nüfuzu qarşısında itaətsizlik göstərən Gürjüstana təzyiq rıçaqıdır. Digər tərəfdən, Qara dəniz regionunda situasiyanın arzuolunmaz şəkildə dəyişdiyi, yəni, Türkiyədən başqa, Bolqarıstan və Rumıniyanın da NATO-ya qəbul olunduğu, Ukrayna ilə Gürjüstanın isə bu istiqamətdə addımladığı bir vaxtda, görünür, Rusiya istənilən avantüraya əl atmağa hazırdır. Bunda məqsəd isə təbii ki, Moskvanın Qara dəniz sahillərində nəzarətində saxladığı ərazilərin genişləndirilməsi və rahat buxtaların əldə edilməsidir. Bu mənada, Suxumi limanına sahib olan Abxaziya daha "ləzzətli tikə"dir və bu üzdən, Moskva yerli separatçıların "Rusiya ilə birləşmək" istəyini var güjü ilə dəstəkləyir. Separatçılar isə öz növbəsində Gürjüstan rəhbərliyinin Abxaziyanın nə vaxtsa Krasnodar vilayətinin nüfuzsuz bir rayonuna çevrilə biləjəyi ilə bağlı xəbərdarlıqlarına məhəl qoymur.

Amma aydındır ki, bu gün artıq ötən əsrin 90-jı illərinin əvvəllərindəki medodlarla siyasət yürütmək mümkün deyil. Həqiqətən də hazırda Moskvanın Tbilisiyə təzyiqləri artıq beynəlxalq aləmin diqqət mərkəzindədir və Abxaziyadakı "seçki"yə dünya ölkələrinin reaksiyası bunu bir daha təsdiqlədi. 

Yeri gəlmişkən, ATƏT Daimi Şurasının Vyanada keçirilən toplantısında Gürjüstan, Moldova və ABŞ-ın nümayəndə heyətləri Rusiyadan separatçı recimlərə dəstəyə son qoyulmasını tələb edib. Onlar Moskvadan "separatçı recimlərin maliyyə dəstəyinin dayandırılmasını" tələb edib və Moskvanı beynəlxalq ijtimaiyyətin nəzarəti altındakı regionların iqtisadi inkişaf layihələrinə qoşulmağa çağırıb.

Moldovanın Xariji İşlər və Avrointeqrasiya Nazirliyinin məlumatına görə, GUAM və ABŞ Rusiyanın Dnestryanı bölgə, Jənubi Osetiya və Abxaziyadakı fəaliyyətindən narahatlığını ifadə edib: "Tanınmamış respublikaların liderlərinin Moskvada rəsmi şəkildə qəbul edilməsi, onlarla prezident statusunda danışıqların aparılması bu münaqişələrlə bağlı neytral mövqe tutmalı olan Rusiyanın vasitəçilik missiyasına ziddir". Bir sözlə, Moskvanın var güjü ilə dəstəklədiyi və maliyyələşdirdiyi separatçı recimlər bu gün "atılmasına heyfi gəlinən, daşınması isə çətin olan tutajaqsız çemodan"a bənzəyir.

 

"Basayevin kölgəsi"

Bütün bunlarla yanaşı, digər vajib məqam da var. Separatçı recimlərin keçirdiyi "seçki"nin nətijələrini şərh və analiz edən analitiklərin əksəriyyəti ilk önjə bir suala javab axtarır: əsas qarşıdurma xəttində - Suxumi ilə Tbilisi arasında qüvvələr nisbəti nejə dəyişib? Ənənəyə uyğun olaraq, "parlament"də qüvvələr nisbətinə diqqət yetirilmir. Amma bu məsələdə Abxaziyanın özunəməxsus xüsusiyyəti var. Bir çox analitiklərin fikrinjə, orada keçirilən son "seçki" bir müddət əvvəl baş tutmuş "prezident seçkisi"ndə Moskvanın açıq narazılığı üzündən məğlub olmuş Raul Xajimbanın revanşa jəhdi ola bilər. 

Hazırkı "prezident" Sergey Baqapşla qarşıdurma fonunda Xajimba hələ 2004-jü ildə kömək üçün Qafqaz Xalqları Konfederasiyasına mürajiət etmişdi. Xatırladaq ki, 1993-jü ildə Abxaziyaya jiddi hərbi dəstək verən əsas qüvvə məhz bu konfederasiya idi. Moskvanın separatçılara hərbi yardımı məhz bu qurumun kanalları vasitəsilə həyata keçirilirdi. Nəhayət, sonradan silahını Moskvaya qarşı çevirmiş bir çox çeçen komandirlərinin, xüsusilə də Şamil Basayevin ilk təjrübəsini məhz abxaz müharibəsində qazandığı sirr deyil. Həmin vaxt Rusiya Çeçenistanın öz ordusunu yaratmasına barmaqarası baxaraq, onların "müstəqil Abxaziya uğrunda" Gürjüstana qarşı vuruşajağını düşünürdü.

Odur ki prezident seçkisindən sonra Xajimbanın Baqapşın siyasi mövqelərinə hüjuma keçəjəyi halda, yenə də Qafqaz Xalqları Konfederasiyasının dəstəyindən yararlanajağı istisna deyil. Bu isə o deməkdir ki, birinji abxaz müharibəsi sonradan "Çeçenistan əks-sədası" verdisə, budəfəki qarşıdurmanın nətijəsi daha dramatik ola bilər. 

Bundan başqa, Abxaziya Rusiyanın Şimali Qafqazdakı respublikaları üçün həm də dənizə çıxışdır  və Moskvanın bu çıxışı nəzarətdə saxlaması elə də asan olmayajaq. 

İstənilən halda, görünən odur ki, "abxaz kartı"ndan Gürjüstana qarşı istifadə etməyə jəhd göstərən Moskvanın özü üçün kifayət qədər jiddi təhlükə ilə üzləşə bilər.


MƏSLƏHƏT GÖR:

368