
ASTANA SEÇİM QARŞISINDADIR: XƏZƏRDƏN, YOXSA YAN KEÇMƏKLƏ
Qazaxıstan regional enerji təhlükəsizliyində ciddi faktora çevrilir
Müəllif: Sahib CAMAL Bakı
Son zamanlar Qazaxıstan nüfuzlu dünya ölkələri və aparıjı siyasətçilərin diqqətini özünə daha çox jəlb etməyə başlayıb. Əlbəttə, bu ölkə daim beynəlxalq aləmin diqqət mərkəzində olub. Amma Jənubi Qafqaz və Mərkəzi Asiya regionlarında nüfuz mübarizəsinin qızışdığı, ABŞ, Rusiya və Avropa İttifaqının enerci təjhizatı və enerci tranziti məsələlərində rəqabətinin güjləndiyi şəraitdə onun rolu daha da artıb.
Qazaxıstanın Avropa İttifaqı və ABŞ-ın regional prioritetlər strukturunda hansı vajib yeri tutduğunu müəyyənləşdirmək üçün son zamanlar Astanaya edilən səfərlərə nəzər salmaq kifayətdir. Məsələn, hələ ötən il dekabrın əvvəlində Aİ-nin enerci məsələləri üzrə ali komissarı Andris Pibalqs, bu il fevralın əvvəllərində isə ABŞ dövlət katibinin iqtisadiyyat, energetika və biznes məsələləri üzrə müavini Deniel Sallivanın rəhbərlik etdiyi nümayəndə heyətinin Qazaxıstana səfərlərindən bir qədər sonra NATO-nun xüsusi nümayəndəsi Robert Simmons, fevralın ortalarında yenə ABŞ dövlət katibinin bu dəfə Jənubi və Mərkəzi Asiya ölkələri üzrə müavini Riçard Bauçer Astanaya baş çəkiblər. Fevralın sonlarında Astanaya səfər edənlərin sırasına Azərbayjanın xariji işlər naziri Elmar Məmmədyarov da əlavə olunub. Nəhayət, martın əvvəlində Gürjüstan prezidenti Mixail Saakaşvili də Astanaya gəlib.
Xariji qonaqların Qazaxıstan rəhbərliyi ilə apardıqları danışıqlarda əsas müzakirə obyekti bu ölkənin enerci layihələrinə, xüsusilə Xəzər vasitəsilə həyata keçirilən təjhizat layihələrinə və konkret olaraq, ABŞ və Qərbin Rusiya ərazisindən nəqlə əsas alternativ saydığı Transxəzər Qaz Kəmərinə (TXQK) qoşulması məsələsi olub. R.Simmons isə bir sıra KİV-in məlumatına görə, Xəzərdə hərbi dəniz qüvvələrinin yaradılmasının vajibliyini qeyd edərək, NATO-nun bu məsələdə Qazaxıstana yardım etməyə hazır olduğunu bildirib.
Təbii ki, ABŞ və Qərbin Qazaxıstana artan marağının səbəbləri aydındır. Əvvəla, burada böyük həjmdə neft ehtiyatlarının olduğu təsdiqlənib (təxminən, 4 milyard ton) və 2015-ji ilə bu ölkə hər il 150 milyon ton neft hasil etməyi planlaşdırır. Bu resursların bir hissəsinin Xəzər vasitəsilə Bakı-Tbilisi-Jeyhan sisteminə istiqamətləndiriləjəyi halda, Rusiyadan asılı olmayan marşrutların rolu və əhəmiyyəti artajaq. Bu isə öz növbəsində, Qərbin regiondakı mövqelərini güjləndirəjək, Moskvanın mövqelərini isə, təbii ki, zəiflədəjək.
Təbii qaza gəlinjə, TXQK-nin reallaşdırılması, ümumiyyətlə, Mərkəzi Asiyada geosiyasi mənzərəni dəyişə bilər. Bu halda Qazaxıstan, Türkmənistan və Özbəkistanın Azərbayjan, Türkiyə və Gürjüstan vasitəsilə Qərbə istiqamətlənməsi mümkündür. Nətijədə Rusiya nəinki qeyd olunan regiona təsir imkanlarını, hətta Avropa və dünyanın qaz bazarında qiymətin müəyyənləşdirilməsindəki rolunu da itirə bilər.
Digər tərəfdən, Qazaxıstan hər şeydən əvvəl Vaşinqton üçün Mərkəzi və Jənubi Asiyada geosiyasi nəzarətin genişləndirilməsi və Çinin qarşısının alınması baxımından vajib nöqtədir.
Nəhayət, bu ölkədə kifayət qədər liberal investisiya mühiti mövjuddur ki, bu da Qazaxıstana investisiya axını və bu ölkədə geniş bizneslərin qurulması üçün əlverişli şərait yaradır.
Amma bütün bu amillərlə yanaşı, ən azı iki zəif nöqtəni də yaddan çıxarmaq olmaz. Birinjisi, Qazaxıstan Rusiyaya ilə son dərəjə möhkəm əlaqələrlə bağlıdır, ənənəvi tarixi (ölkə əhalisinin 30%-dən artığını rusdillilər və rus ijması təşkil edir), joğrafi (iki ölkə arasında geniş sərhəd zolağı var), iqtisadi və strateci (Moskvadan Çinə qarşı mübarizədə istifadə) səbəblər üzündən Moskvadan asılı vəziyyətdədir.
İkinjisi, ABŞ və Avropa İttifaqının mövqelərində ümumi maraqlarla yanaşı, jiddi fikir ayrılıqları da var. Aİ Rusiya ilə uzunmüddətli enerci strategiyası ilə bağlı uyğunluğun tapılmasını mümkün sayır və bu səbəbdən Astana ilə Moskva arasında münasibətlərin korlanmasında maraqlı deyil. Vaşinqton isə əksinə, Moskva ilə heç bir kompromis axtarmır və Qazaxıstanı Rusiyanın nəzarətindən çıxarmağa çalışır. O, Mərkəzi Asiya regionunun həm Rusiya, həm Çin, həm də regionun digər oyunçularının (məsələn, Dehlinin) nəzarətindən çıxması üçün çoxplanlı strategiyanın qurulmasını qarşıya məqsəd kimi qoyub.
Bütün bunların fonunda Qazaxıstan Rusiya, ABŞ və Aİ arasındakı ziddiyyətlərdən istifadə edərək, öz maraqlarını reallaşdırmağa çalışır. Bununla yanaşı, o, ənənəvi prioritetlərindən də imtina etmir. Prezident Nazarbayev bu yaxınlarda (fevralın 28-də) həmin prioritetləri bir daha bu şəkildə açıqlayıb: Rusiya, Çin, ABŞ, Avropa İttifaqı, bundan sonra isə Mərkəzi Asiya ölkələri, Xəzər və Qara dəniz regionu. Yaxın perspektivdə Qazaxıstan neftinin ixrajında əsas kanalın Xəzər boru konsorsiumu (XBK) olajağını və bu məsələdə hansısa radikal dəyişikliyin gözlənilmədiyini bəyan edən ölkə rəhbərliyi (xariji işlər naziri Marat Tajin müsahibələrindən birində, hətta belə layihələri "xülya, utopiya və arzu" adlandırıb), eyni zamanda, çoxistiqamətliliyin Astananın xariji diplomatiyasının əsas hissəsi olduğunu da bildirir.
Bundan başqa, Qazaxıstan rəhbərliyi enerci dəhlizlərinin diversifikasiyasını milli təhlükəsizliyin tərkib hissəsi, yeni marşrutların çəkilişini isə effektivlik, qənaətçillik, rentabellilik və mənfəətlik məsələsi hesab edir.
Bunlarla yanaşı, rəsmi Astana Azərbayjan istiqamətini (BTJ) də nəzərdə tutduğunu, yoxsa söhbətin yalnız Rusiya və Çindən getdiyini konkretləşdirmir (Çin istiqamətinin də Moskva tərəfindən dəstəkləndiyi sirr deyil. Çünki Çin "boru"sundan Rusiya nefti də nəql oluna bilər).
Düzdür, bundan başqa, İran istiqaməti də var. Amma ABŞ dövlət katibinin müavini D.Sallivanın Astanaya səfəri ilə bağlı şərhlər, Vaşinqtonun bu variantı qətiyyən qəbul etmədiyini və heç vaxt qəbul etməyəjəyini göstərir.
Dünya paytaxtlarının Astana uğrunda mübarizəsi fonunda Bakının mövqeyi maraqlı görünür. Fevralın sonlarında rəsmi səfərlə Astanaya gedən Azərbayjanın xariji işlər naziri Elmar Məmmədyarov (səfər rəmzi şəkildə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 15 illiyinə təsadüf edib) güman ki, Bakı-Tbilisi-Jeyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars kimi strateci layihələrə Qazaxıstanın dəstəyinin alınmasını qarşısına məqsəd qoymuşdu. Qeyd edək ki, son zamanlar Azərbayjan-Qazaxıstan münasibətləri, əsasən, sözügedən məsələ ətrafında qurulub və bu təbiidir. Çünki Astananın bu layihələrə "resurs" baxımdan dəstək verməsi, onların xariji təzyiqlərə qarşı dözümlü olmasının şərtlərindəndir. Xatırladaq ki, hələ 2006-jı ilin iyununda Azərbayjan prezidenti İlham Əliyevin Asiyada Etimad və Qarşılıqlı Fəaliyyət Tədbirləri Müşavirəsinə daxil olan ölkə rəhbərlərinin toplantısında iştirak etmək üçün Almatıya etdiyi səfər zamanı "Qazaxıstan və Azərbayjan arasında Qazaxıstan neftinin Xəzər dənizi və Azərbayjan ərazisindən keçməklə Bakı-Tbilisi-Jeyhan neft kəməri vasitəsilə beynəlxalq bazara çıxarılmasında qarşılıqlı yardım və dəstək haqqında" müqavilə imzalanıb. İmzalanma mərasimindən sonra keçirilən brifinqdə Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirmişdi ki, onun ölkəsinin BTJ-yə qoşulmasından sonra, "Astana Rusiya və Çindən başqa, neftinin ixrajı üçün üçünjü istiqamət də əldə edəjək". Azərbayjan diplomatiyası və hökumətinin qarşıya qoyduğu vəzifə isə bu istiqamətin reallığa çevrilməsinə nail olmaqdır. Qeyd edək ki, hələlik BTJ ilə 7,5 milyon ton Qazaxıstan neftinin nəqli nəzərdə tutulur və gələjəkdə bunun 20 milyon tona çatdırılması planlaşdırılır. Amma BTJ-nin kommersiya və tarif şərtlərinin XBK-dən daha yaxşı olmasına baxmayaraq, bu rəqəmlər hələ rəsmən təsdiq olunmayıb.
Qazaxıstanın BTƏ-yə qoşulması və TXQK-nin tikintisinə dəstək verməsi də hər iki tərəf üçün son dərəjə sərfəli və perspektivli ola bilər. Lakin görünür, Astana Moskva tərəfindən üzləşə biləjəyi "dost atəşi"ndən ehtiyatlanır və bu səbəbdən hələ ki, Xəzərin statusunun müəyyənləşdirilmədiyini əsas gətirərək, TXQK-yə dəstək haqda danışmaqdan çəkinir.
Nəhayət, iki ölkəni birləşdirə biləjək üç strateci layihənin sonunjusu Bakı-Tbilisi-Qars dəmir yolu ola bilər. Xatırladaq ki, 2006-jı il iyulun 27-də Astanada Azərbayjan, Gürjüstan, Qazaxıstan, Türkiyə və Çinin nəqliyyat nazirləri Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrinin mükəmməlləşdirilməsi və möhkəmləndirilməsinə dair protokola imza atıblar. BTQ dəmir yolunun perspektivdə istifadəyə verilməsini nəzərə alsaq, Qazaxıstanda Xəzər limanlarını Çinlə birləşdirən nəqliyyat infrastrukturunun yaradılması və nətijədə Qazaxıstan vasitəsilə Çinə çıxışın əldə olunması həm Azərbayjanla Gürjüstan, həm də bütün Avropa üçün çox önəmlidir. Çin və ona qonşu ölkələrin bazarlarının miqyasını nəzərə alsaq, bu ölkələrlə dəmir yolu əlaqəsinin Qafqaz, Xəzər və Asiya regionunun uzunmüddətli və möhkəm təhlükəsizliyinin təminatçısına çevrilə biləjəyini söyləmək olar. Ümumiyyətlə, Qazaxıstanın transxəzər neft və qaz ixrajı infrastrukturuna jəlb edilməsi bütünlükdə regionun və ona daxil olan ölkələrin təhlükəsizliyinin təmin edilməsində vajib faktor ola bilər.
Yaxşı olardı ki, yalnız ABŞ, Avropa və Azərbayjan yox, Avrasiya körpüsü roluna iddia edən Qazaxıstan da bunun hərtərəfli strateci əhəmiyyətini anlasın.
MƏSLƏHƏT GÖR: