15 Mart 2025

Şənbə, 00:37

ABŞ CƏNUBİ QAFQAZDA RADAR YERLƏŞDİRMƏK İSTƏYİR

Bu, regionda və dünyada təhlükəsizliyi möhkəmləndirəcəkmi?

Müəllif:

15.03.2007

Şimali Koreya və İranın nüvə və raket proqramları ABŞ və onun müttəfiqlərinin obyektlərinə raket zərbələrinin endirilə biləjəyi ilə bağlı təhlükənin artmasına səbəb olub. Vaşinqton bu təhlükəni önləmək üçün Hava Hüjumundan Müdafiə (HHM) sistemlərinin müxtəlif yerlərdə yerləşdirilməsi planını nəzərdən keçirir. İlk baxışdan bu məsələnin birbaşa Azərbayjana aidiyyəti olmadığını düşünmək olar. 

Lakin martın əvvəlində Brüsseldə keçirdiyi mətbuat konfransında general-leytenant Henri Oberinq Pentaqonun HHM sistemlərinin yaradılması planı çərçivəsində Qafqazda radiolakasiya stansiyası qurmağı düşündüyünü söyləməklə, bu məsələni bir andaja bizim üçün də aktuallaşdırdı. Onun sözlərinə görə, daha güjlü RLS-in işə salınması üçün mobil radarın quraşdırılması nəzərdə tutulur (raketəleyhinə qurğular isə Polşada yerləşdiriləjək). Amerikalı general bildirib ki, bu hələlik yalnız layihədir və Qafqaz ölkələri ilə bu haqda hər hansı müzakirələr aparılmayıb. Lakin bəzi dövlətlərin, xüsusilə Rusiyanın hərbi və dövlət dairələrindən bu açıqlamaya reaksiyası özünü çox gözlətmədi.

Rusiyalı ekspertlər hesab edirlər ki, Qafqazda quraşdırılajaq radar Rusiya Hərbi Hava Qüvvələrinin (HHQ) Qara dəniz, Ermənistan və Xəzərdəki fəaliyyətini izləyəjək. HHQ-nin sabiq komandanı Anatoli Kornukovun fikrinjə, Qafqazda quraşdırılajaq Amerika RLS "birbaşa Rusiyanın milli təhlükəsizliyinə toxunur". "Çox güman ki, həmin qurğu dairəvi hərəkət edəjək ki, nətijədə onun vəzifəsi bizim ölkəmizin jənub regionunu izləməkdən ibarət olajaq", - deyə keçmiş komandan bildirib. Onun fəaliyyətdə olan həmkarı, ordu generalı Vladimir Mixaylov isə ABŞ-ın hərbi infrastrukturunun yerləşdirilməsi üçün öz ərazisini ayırmaq istəyən ölkələrə xəbərdarlıq edərək bildirib ki, buna javab olaraq Rusiya J-400 raket-zenit sistemini həmin istiqamətə yönəldəjək. Rusiya ən yüksək səviyyədə bəyan edib ki, o, digər vasitələri də nəzərdən keçirir. Məsələn, Moskva etiraz olaraq "Orta məsafəli raketlərin məhvi"nə dair müqavilədən çıxa bilər. Qeyd edək ki, sözügedən razılaşma ötən əsrin 80-ji illərinin sonlarında, hələ Mixail Qorbaçovun dönəmində imzalanıb və dünyada nüvə-raket qarşıdurmasının xeyli azalmasına səbəb olub. 

Rusiyanın sabiq müdafiə naziri, hazırkı hökumətdə isə baş nazirin birinji müavini Sergey İvanov isə bildirib ki, NATO-nun genişlənməni davam etdirməsi fonunda, Avropada adi silahlanmaya dair müqavilə faktiki olaraq öz qüvvəsini itirməkdədir və Moskva bu müqaviləylə nəzərdə tutulan məhdudiyyətlərə əməl etməyə bilər.

Qeyd edək ki, mövjud limitlərə baxmayaraq, Rusiyanın ortaməsafəli raketlərini inkişaf etdirməsi və ya çoxaltmasının Azərbayjan və Gürjüstanda ABŞ radarlarının yerləşdirilməsi və ya NATO-ya inteqrasiyası ilə birbaşa bağlılığı yoxdur. Çünki Moskva bu qərarı Bakı ilə Tbilisinin ən loyal və ehtiyatlı siyasət yürütməsi fonunda da verə bilər. Lakin Şərq-Qərb xətti boyunja qarşıdurmanın, hətta lokal şəkildə olsa belə, bərpasının bizim üçün neqativ nətijələri istisna olunmamalıdır. Bu baxımdan, həm Tbilisinin, həm də Bakının bu məsələ ilə bağlı öz müttəfiqləri, NATO-nun yüksək rütbəli nümayəndələri və ABŞ-ın hərbi-siyasi rəhbərliyi ilə intensiv məsləhətləşmələr aparması heç də təəjjüblü deyil.

Fevralın sonlarında Türkiyə Baş Qərargahının rəisi, ordu generalı Ergin Sayqun Azərbayjana səfər edərək, Silahlı Qüvvələrin NATO standartlarına keçməsi prosesi ilə tanış olub. Türkiyənin Gürjüstanda olduğu kimi, Azərbayjanda da hərbi aerodromları müasirləşdirməsi ehtimalına toxunan Sayqun qeyd edib ki, Ankara Azərbayjanın müdafiə güjünün artırılması istiqamətində səylərini bundan sonra da davam etdirəjək. 

Onun ardınja isə Bakıya Türkiyənin Quru Qoşunları komandanı İlkər Başbuğun rəhbərlik etdiyi hərbi nümayəndə heyətinin səfəri olub. Bu zaman yüksək rütbəli hərbçilərlə məsləhətləşmələr davam etdirilib. 

Martın 8-9-da isə artıq Türkiyənin baş naziri Rəjəb Teyyub Ərdoğan Azərbayjana təşrif buyurub. Təbii ki, onun səfərinin məqsədi yalnız Türkiyənin Azərbayjandakı səfirliyinin yeni binasının açılışında iştirak və Türkiyə-Azərbayjan diaspor təşkilatlarının forumuna qatılmaqla məhdudlaşmırdı. Baş nazirin Bakıya səfərinin televiziya kameralarından kənarda qalan əsas hissəsi İran ətrafında gərginləşən vəziyyətə dair məsləhətləşmələr, Azərbayjanın NATO-ya inteqrasiya məsələsində mövqeyinin dəqiqləşdirilməsi, həmçinin, Vaşinqtonun Bakıya hərbi xarakterli mürajiətinə reaksiya məsələlərinin müzakirəsi ilə bağlı idi.

Diplomatik mənbələrdən əldə olunan məlumata görə, martın 15-17-də NATO baş katibinin Jənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Robert Simmonsun da Azərbayjana səfəri planlaşdırılıb. Missiyanın məqsədi alyans ilə Bakı arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsinin aparılmasıdır. 

Martın son rübündə isə Azərbayjanın xariji işlər naziri Elmar Məmmədyarov Vaşinqtona səfər edəjək və orada ABŞ-ın dövlət katibi Kondoliza Rays ilə görüşəjək. Heç şübhə yoxdur ki, həmin görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı, Azərbayjanın NATO-nun genişlənməsi məsələsinə dair mövqeyinin müəyyənləşdirilməsi, bölgədə ABŞ-a məxsus radarın yerləşdirilməsi ehtimalı, həmçinin, İran ətrafında yaranmış vəziyyət müzakirə obyekti olajaq.

Beləliklə, Bakı, hətta qardaş Türkiyənin nüma-yəndələri ilə keçirdiyi görüşlərdən sonra da çətin dilemma qarşısındadır. Bir tərəfdən, Azərbayjanın uzunmüddətli təhlükəsizliyi və inkişafı ilə bağlı maraqlarının Qərb iqtisadiyyatına və hərbi məkanına inteqrasiyaya, ABŞ-la strateci tərəfdaşlığın möhkəmləndirilməsinə bağlı olduğu məlumdur. Amma digər tərəfdən, Tehranın, xüsusilə də Moskvanın bu prosesə göstərəjəyi reaksiya ilə hesablaşmamaq da ehtiyatsızlıq olardı. Hər halda, Birləşmiş Ştatların bizi qorumaq haqda vədləri hələ ki yalnız söz olaraq qalır və bununla bağlı hər hansı öhdəliklər müqavilələrlə rəsmiləşməyib. Superdövlət olan ABŞ-ın okeanın digər tərəfində olduğu halda, Rusiya və İran müvafiq olaraq Azərbayjanla şimaldan və jənubdan həmsərhəddir. Kritik məqamda Azərbayjan və Gürjüstana operativ hərbi dəstək göstərmək imkanı yalnız Türkiyədədir və bu səbəbdən də müəyyən məsələlər məhz Ankara ilə razılaşdırılmalıdır. Mart ərzində aparılan danışıqlara elə bu prizmadan yanaşmaq lazımdır.

Qərb siyasətçiləri və hərbçiləri Kreml ilə sərt bəyanatlarla "atışmaq" istəmirlər və bildirirlər ki, nə Avropa ölkələrində qurulan lokal raketəleyhinə müdafiə sistemi, nə də xüsusilə də köməkçi radar Rusiya üçün heç bir təhlükə yaratmır. Onların sözlərinə görə, hətta həmin qurğu Şimala tərəf fırladılsa belə, bu RLS-in güjü Rusiya raketlərinin havaya buraxıldığını müəyyənləşdirməyə kifayət deyil. Özü də onsuz da ABŞ ərazisində quraşdırılmış erkən xəbərdarlıq sistemi bu işin öhdəsindən uğurla gəlir.

Bundan başqa, Vaşinqtonun sözügedən planının reallaşdırılmasında əsas hədəf və obyektin İran olduğu ortadadır. ABŞ-ın Raket Əleyhinə Müdafiə Agentliyinin spikeri Rik Lener bildirib ki, "amerikalı mütəxəssislər RLS-in mümkün qədər İran ərazisinə yaxın yerdə quraşdırılmasını istəyirlər". Moskvanı buna inandırmaq məqsədi ilə amerikalılar, hətta məsləhətləşmə mexanizmindən də istifadə edib. Martın 9-da Vaşinqtonda Rusiya və ABŞ hərbi qurumlarının nümayəndələri arasında məsləhətləşmə keçirilib və müzakirələr yüksək səviyyəli "Mazurkeviç-Edelman qrupları" arasında aparılıb. Qeyd edək ki, tədbirin belə adlandırılmasına səbəb danışıqlarda iştirak edən nümayəndə heyətlərinə rəhbərlik edən şəxslərin adları ilə bağlıdır: Rusiya tərəfindən Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq Baş İdarəsinin rəisi Anatoli Mazurkeviç, qarşı tərəfdən isə Pentaqonun rəhbərinin siyasi məsələlər üzrə müavini Erik Edelman.

İndi isə ABŞ-ın planını bir kənara qoyaraq Rusiya və İranın Azərbayjana münasibətinə nəzər salaq. Ermənistanda Azərbayjan və Türkiyəyə tərəf istiqamətlənmiş, özü də yalnız müşahidə deyil, həm də zərbə endirmək imkanında olan qurğular yerləşdirən (S-300 və hətta, S- -400 qurğuları) Rusiyanın Bakıdan Amerika radarları ilə bağlı öhdəlik tələb etməyə haqqı çatırmı? Bakı Rusiyanın strateci müttəfiqlərinin ərazilərində nələr saxlamasına, Azərbayjan torpaqlarının beşdəbir hissəsini işğal etmiş və onu azad etmək fikrində olmayan Ermənistana iqtisadi və hərbi planda dəstək verməsinə sonadək göz yuma bilməz. Moskvada hədədolu bəyanatlar səsləndirən şəxslər unutmamalıdırlar ki, Rusiya ilə Azərbayjanın münasibətlərinin kəskin şəkildə pisləşməsi rusların Moskvan üçün son dərəjə əhəmiyyətli olan Qəbələ RLS-dən istifadəsini də mümkünsüz edə bilər.

İrana gəlinjə, prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, Bakı bu ölkənin nüvə proqramı ilə bağlı yaranmış problemin birmənalı olaraq dinj yolla həllini dəstəkləyir. Eyni zamanda açıq şəkildə bəyan olunub ki, Azərbayjan İrana qarşı hərbi əməliyyatların keçirilməsində öz ərazisindən istifadəyə imkan verməyəjək və bu prosesdə hansısa formada iştirakı düşünmür. Amma təbii ki, sözügedən müharibənin başlayajağı halda, onun bizə nejə təsir göstərəjəyi ilə bağlı narahatlıq və suallar meydana çıxır. Axı Tehran müharibənin başlanajağı təqdirdə, ABŞ-ın bütün dünyadakı maraqlarına zərbələr endirəjəyini bildirir. Belə olan halda, Azərbayjan özünü təhlükəsizlikdə hiss edə bilərmi?

Hətta İran bizim ərazimizə zərbə endirməsə belə, Moskva tərəfindən qızışdırılan Ermənistanın ABŞ-İran səs-küyündən istifadə edərək, Azərbayjanın neft borularına və terminallarına raket zərbələri endirməyəjəyi və baş verənləri Tehranın üzərinə yıxmayajağına zəmanət yoxdur. 

Odur ki Azərbayjanın hava məkanına olan hər hansı təhlükəni qeydə ala biləjək Amerika radarının burada quraşdırılması (Rusiyanın nəzarətində olan Qəbələ RLS-ə ümid etmək olmaz, həm də bu qurğu daha uzaq məsafələrdəki raket fəallığını qeydə almaq üçündür) təhlükəsizliyin möhkəmlənməsində kifayət qədər müsbət rol oynaya bilər. Nəzərə almaq lazımdır ki, Vaşinqtonla Bakı arasında bir sıra oxşar qarşılıqlı fəaliyyət təjrübəsi mövjuddur və onları çox uğurlu adlandırmaq olar. Azərbayjan ərazisində ABŞ-ın vasitəçiliyilə quraşdırılmış iki RLS fəaliyyət göstərir. Faktiki olaraq, Amerikanın "Qafqaz striji" layihəsinin nətijəsi olan həmin qurğular Azərbayjanın su və hava məkanına nəzarət potensialını nəzərəçarpajaq dərəjədə artırıb. Qeyd edək ki, həmin RLS-lər formal olaraq HHM sisteminə deyil, sərhəd qurumlarına məxsusdur.

Göründüyü kimi, seçim etmək çətindir və hələlik nə rəsmi Bakı, nə də Tbilisi məsələ ilə bağlı mövqeyini izah etməyə tələsir. Xatırladaq ki, Gürjüstanın xariji işlər naziri Gela Bejuaşvili mətbuat nümayəndələri ilə söhbəti zamanı bu suala javab verməkdən yayınaraq bildirib ki, Vaşinqton hələ ki, Tbilisiyə qeyd olunan məsələ ilə əlaqədar heç bir mürajiət etməyib. 

Öz növbəsində Azərbayjanın Prezident Aparatının Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Novruz Məmmədov da Vaşinqtonun Bakı ilə bu istiqamətdə hər hansı danışıqlar aparmadığını söyləyib. Müdafiə Nazirliyi isə ölkə ərazisində ABŞ-a məxsus HHM sistemlərinin quraşdırılmasının mümkünsüzlüyünü bildirərək, bunu Azərbayjan Konstitusiyasında xariji ölkələrə məxsus hərbi bazalara qoyulan qadağa ilə əsaslandırıb.

Bir məqamı da əlavə edək ki, HHM sistemləri kimi obyektlər yalnız ABŞ-ın NATO üzrə müttəfiqlərinin ərazisində yerləşdirilə bilər. Bu isə o deməkdir ki, ərazisində RLS-in quraşdırılmasına razılıq verən ölkənin alyansa inteqrasiyası son dərəjə sürətlənəjək. Belə olan halda, NATO-ya inteqrasiya ilə əlaqədar kifayət qədər problemli məsələlər, öz ərazisində ABŞ HHM sistemlərinin quraşdırılması və İran problemi Gürjüstan və Azərbayjan üçün son dərəjə çətin və təhlükəli məqama çevrilir.

Amma güman edirəm ki, qeyd olunan məsələlərlə bağlı mövqelərin təjili surətdə dəqiqləşdirilməsinin vajibliyi haqda fikirlər daha çox KİV-in sensasiya axtarışından irəli gəlir. Azərbayjan Silahlı Qüvvələrinin NATO standartlarına keçməsi prosesi hələ 2008-ji ildə başa çatdırılmalıdır. Söhbət silahlı qüvvələrdə struktur dəyişikliklərindən, konkret olaraq, ordu hissələrinin müəyyən birləşmələrinin Şimali Atlantika Alyansının tələblərinə uyğunlaşdırılmasından gedir. Eyni zamanda Avropada ABŞ-a məxsus HHM sistemlərinin işə salınması, ən tezi, 2011-ji il üçün nəzərdə tutulub və məhz həmin il Polşada 10 HHM-dən ilk 3-ü işə salınajaq. İranın hərbi obyektlərinə endirilə biləjək zərbələrə gəlinjə, yayılmış fikirlərə baxmayaraq, bu qətiyyən yaxın həftələr və ya ayların işi deyil. 

Amma istənilən halda, qoyulmuş suallara javab verilməli olajaq. Həmin javablar isə Azərbayjanın strateji seçimini müəyənləşdirəjək və bu məsələdə yanılmaq olmaz.


MƏSLƏHƏT GÖR:

456