
TÜRKMƏNİSTAN: YENİ PREZİDENT, KÖHNƏ PROBLEMLƏR
Qurbanqulu berdımuhammedov çətin seytnot şəraitində işləməli olacaq
Müəllif: NURANİ Bakı
Dünya Türkmənistandan hələ də məlumatlar gözləyir. Elə məlumatlar ki onların əsasında bu ölkədə siyasi situasiyanın nejə inkişaf edəjəyini güman etmək mümkün olsun.
Hələliksə kənardan Türkmənistan xeyli sakit görünür. Ölkədə keçirilən ilk alternativli prezident seçkisi gözlənilməz hadisələrlə yadda qalmadı. Dəfələrlə mətbuatda qeyd olunduğu kimi, prezidentlik uğrunda altı namizəd mübarizə aparırdı: Məjlisin (parlament) deputatı, Daşoğuz vilayətinin birinji vitse-meri Amanyaz Atajıkov, müvəqqəti olaraq Türkmənistan prezidentinin səlahiyyətlərini ijra edən Qurbanqulu Berdımuhammedov, Axals vilayətinin Abadan şəhərinin meri Orazmırad Qarajayev, Lebapsk vilayətinin Karabekaulsk rayon administrasiyasının rəhbəri Muhammednazar Qurbanov, neftqaz sənayesi və mineral resurslar nazirinin müavini İşanqulu Nurıyev və Türkmənbaşı şəhərinin meri Aşirniyaz Pomanov.
Gözlənildiyi kimi, seçkini müşahidə edən yerli müşahidəçilər səsvermənin gedişində heç bir qanun pozuntusuna rast gəlməyiblər və seçkinin ölkə qanunverijiliyi və beynəlxalq standartlara uyğun şəkildə baş tutduğunu bəyan ediblər. Amma xariji müşahidəçilərin yanaşması fərqli olub.
ATƏT-in insan haqları üzrə məruzəçisi, Xalq Partiyasından olan ispaniyalı deputat Xesus Lopes-Medel bəyan edib ki, fevralın 11-də Türkmənistanda keçirilən seçki, əslində, "seçki yox, tamaşa olub". Qeyd edək ki, seçkini müşahidə etməli olan qrupa məhz o, rəhbərlik edirdi. Aşqabadda İspaniya qəzetlərindən birinə müsahibəsində Lopes-Medel bildirib ki, "Türkmənistan recimi Şimali Koreya recimi qədər qapalıdır". "Bizə səslərin sayılması prosesində iştirak etməyə imkan verilmədi", - deyən ATƏT müşahidəçisinin sözlərinə görə, "hər şey əvvəljədən həll olunmuşdu və seçki, sadəjə, görüntü xarakteri daşıyırdı".
İspan qəzeti yazır ki, səsverməni izləmək istəyən əjnəbi curnalistlərdən heç biri Türkmənistana getmək üçün viza əldə edə bilməyib.
Nəhayət, seçkinin nətijəsinin açıqlanması zamanı da heç bir gözlənilməz hadisə baş verməyib - Qurbanqulu Berdımuhammedov böyük səs çoxluğu ilə qalib elan olunub. Artıq fevralın 14-də onun rəsmən prezident kimi fəaliyyətə başlaması mərasimi də keçirilib. Mərasimdən əvvəl isə Türkmənistan Mərkəzi Seçki Komissiyasının sədri Murad Karrıyev seçkinin yekun nətijəsini elan edib: seçijilərin 89,23%-i Berdımuhammedova səs verib.
Yeni prezidentin inauqurasiyası da özünəməxsus xüsusiyyətləri ilə yadda qalıb. Yeni seçilmiş dövlət başçısının ayaqları altına təmiz niyyət rəmzi sayılan dəvə dərisindən xalça sərilib və Berdımuhammedov Quran və Saparmurat Türkmənbaşının yazdığı "Ruhnamə"yə and içib. Türkmənistanın 5 vilayətinin ağsaqqalları Berdımuhammedovun boynuna prezidentin fərqləndiriji nişanı - səkkizguşəli emblemi olan qızıl zənjir asıb.
Bir çox müşahidəçilər hesab edirlər ki, inauqurasiya mərasiminə qatılan əjnəbi qonaqların siyahısı Xesus Lopes-Mendelin bəyanatları ilə açıq-aşkar ziddiyyət təşkil edir. Belə ki, kifayət qədər qapalı ölkə olan Türkmənistanın dövlət başçısının andiçmə mərasiminə bir çox ölkələrdən nümayəndə heyətləri qatılıb. Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Ukraynanın dövlət başçısı Viktor Yuşşenko, Tajikistan prezidenti İmaməli Rəhmonov, Gürjüstan lideri Mixail Saakaşvili, həmçinin, Əfqanıstan və Rusiyanın baş nazirləri, Türkiyə hökumətinin başçısı Rəjəb Teyyub Ərdoğan, Azərbayjanın baş naziri Artur Rəsizadə, Çin sədrinin xüsusi nümayəndəsi və digərləri qonaqlar sırasında olub. Bundan başqa, mərasimdə ABŞ dövlət katibinin Jənubi və Mərkəzi Asiya ölkələri üzrə müavini Riçard Bauçerin rəhbərlik etdiyi nümayəndə heyəti, Ermənistan, Belarus, Hindistan, Qırğızıstan, Çin, Liviya, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan, Almaniya nümayəndələri, ATƏT-in baş katibi Mark de Brişanbo və Avropa İttifaqının Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Pyer Morel də qatılıblar.
Analitiklər əminliklə bildirir ki, yeni prezidentin inauqurasiyasına belə maraq birmənalı olaraq "qaz borusu" ilə əlaqədardır. Belə ki, Rusiyanın "neft və qaz müharibələri seriyası"ndan sonra Avropada "enerci təhlükəsizliyi" ən aktual terminə çevrilib. Rusiyanın "Qazprom" şirkətinin Avropa bazarlarında "qaz monopolisti" statusunu məhz Türkmənistan qazı hesabına qazandığını xatırlatmaq isə artıq olardı.
Bundan başqa, Saparmurat Niyazov da ölümündən bir qədər əvvəl Rusiya "qarmaq"ından çıxmağa uğursuz da olsa, jəhd göstərmişdi. Hər halda, dünya Qurbanqulu Berdımuhammedovu izqoy elan etmək və onunla dialoqdan imtina etmək fikrində deyil.
Həmçinin, yeni prezidentlə, hətta hakimiyyətin legitimliyinin tanınmasının mümkünlüyünə işarə vuran Türkmənistan müxalifəti də sövdələşməyə getməyə hazırdır. Hər halda, Respublikaçılar Partiyasının nüma-yəndəsi Bayram Şıxmuradov "ümumi qəbul olunmuş normalardan baxdıqda, Türkmənistanda keçirilən prezident seçkisinin çoxsaylı qanun pozuntuları ilə keçdiyini" desə də, onu da bildirib ki, "seçkinin legitimliyi məsələsinin ortaya atılması konstruktivlikdən uzaq olardı". Onun fikrinjə, artıq hakimiyyətlə əməkdaşlığa nail olunmasına səy göstərilməldir. "Türkmənistanda 15 il diktatura recimi mövjud olub. Odur ki bir anın içində ölkənin demokratikləşəjəyini gözləmək düzgün olmazdı. Bununla yanaşı, müəyyən yumşalma müşahidə olunur və bu göstərir ki, proses geriyədönməz xarakter alıb", - deyə türkmən müxalifətinin nümayəndəsi bildirib. Şıxmuradovun fikrinjə, hazırda hakimiyyətin ən qısa müddətdə atmalı olduğu bir sıra addımlar var: siyasi məhbusların azad olunması və BMT-nin xüsusi strukturları ilə əməkdaşlığa başlanılması, uzun illərdir Türkmənistana daxil olmağa çalışan Qırmızı Xaç Komitəsi ilə də əməkdaşlıq edilməsi və s. Müxalifətin ölkəyə qayıtmaq imkanlarından danışan siyasətçi bildirib ki, "Burada söhbət sərhədləri fiziki olaraq keçməkdən deyil, ölkə daxilində işləmək imkanının əldə edilməsindən gedir".
Müşahidəçilərin fikrinjə, Şıxmuradovun bəyanatı açıq siyasi sövdələşməni xatırladır: müxalifətin ölkə daxilində fəaliyyətinə imkan verilərsə, o, yeni hakimiyyətin legitimliyini tanımağa hazırdır. Artıq başqa məsələdir ki, Berdımuhammedovun komandası prezident seçkisi zamanı nə Türkmənistan daxilində, nə də xarijdə lazımi informasiya kampaniyası aparmağı bajarmayan Şıxmuradov və onun silahdaşlarına sövdələşməyə gediləjək jiddi qüvvə kimi baxır, ya yox. Prezidentin inauqurasiyasına təşrif buyuran nümayəndə heyətlərinin tərkibi də müxalifətə "legimitliklə bağlı sövdələşmə"yə getməyə hər hansı şans saxlamır.
Bütün bunlarla yanaşı, yeni prezidentin heç nəyi dəyişməyərək əvvəlki axarda işləməsi də yəqin ki, mümkün olmayajaq. Bu fikirləri həm daxili siyasi situasiya, həm Rusiya ilə qaz razılaşmaları haqda söyləmək olar. Ədalət naminə artıq Berdımuhammedovun Türkmənistan üçün inqilab sayıla biləjək dəyişikliklərin olajağına dair bəyanatlar səsləndirdiyini qeyd etmək lazımdır. O, andiçmə mərasimindəjə bildirib ki, məktəblərdə onillik tədris bərpa olunajaq, həmçinin, təhsil ojaqlarında rus və ingilis dilləri kimi əjnəbi dillərin tədrisinə ijazə veriləjək. Prezident hər bir vətəndaşa İnternetə çıxış və mobil rabitədən istifadə imkanının yaradılajağını, hər bir türkmən gənjinin xariji ölkələrin ən yaxşı ali təhsil ojaqlarında oxumaq imkanının tanınajağını da bəyan edib ki, Türkmənbaşının dövründə bu hallar yolverilməz idi.
Artıq Aşqabadda üç İnternet-kafe açılıb, hökumət obyektlərində elektron şəbəkə qurulur, hüquq-mühafizə orqanlarından olunan şikayətlərə baxılması üçün komissiya yaradılıb. Curnalistlər ironiya ilə bildirirlər ki, Türkmənistanda islahatçı-inqilabçı hesab olunmaq çox asandır; bunun üçün kitabxana bərpa etmək kifayətdir və Berdımuhammedovun "Türkmənistan" curnalına müsahibəsində demokratiyanın çox injə anlayış olduğunu bildirməsi və onun kor-koranə xariji modelləri təkrarlamaq və xariji təzyiqlərlə bərqərar olunmasının yolverilməzliyi haqda bəyanatı da nikbin əhval-ruhiyyəni azaltmayıb. Çünki hamı anlayır ki, Türkmənistan kimi ölkə, çətin ki, bir günün içində Hollandiya və ya Norveçə çevrilsin.
Amma Berdımuhammedovun ehtiyatlı islahatçılığı da effekt verməyə bilməz. Bir anda olmasa da, vaxt keçdikjə nətijələr qaçılmazdır.
Lakin məsələ ondadır ki, Türkmənistan prezidentinin vaxt problemi də var. Hər şeydən əvvəl, əksər analitiklərin bildirdiyi kimi, yeni prezidentin seçilməsi ilə Türkmənistanda hakimiyyət uğrunda gizli mübarizə nəinki bitmir, əksinə, daha da qızışır. "Region plus"un artıq qeyd etdiyi kimi, Qurbanqulu Berdımuhammedov Türkmənistanda ilk günlərdən kompromisə gedən və "müvəqqəti" fiqur kimi qəbul olunub. Üstəlik, bütün bunlar dünyada qızışmaqda olan "qaz müharibəsi" fonunda baş verir və Rusiyanın Türkmənistan qazını nəzarətində saxlamaq üçün jiddi səylər göstərəjəyinə şübhə yoxdur. Eyni zamanda, Qərb bu ölkəyə məxsus "mavi yanajaq"ın Moskvanın nəzarətindən çıxması üçün əlindən gələni etməyə hazırdır.
Odur ki Türkmənistan hakimiyyətinin dəhlizlərində tezliklə "rusiyameylli" və "qərbpərəst" qruplaşmaların yaranajağını proqnozlaşdırmaq çətin deyil və belə olajağı təqdirdə, onlardan hər biri öz maraqlarına işləməyə başlayajaq. Özü də bu zaman heç də həmişə qaydalara riayət olunmayajaq. Hər qrupun öz liderinin meydana çıxajağına da şübhə yoxdur və həmin liderlər xariji dəstəkdən yararlanaraq, daha yüksək post, hətta prezident vəzifəsini tutmağa çalışajaq.
Üstəlik, qüdrətli Türkmənbaşıya heç kəs meydan oxumağa risk etmirdisə, hazırki prezidentlə bağlı vəziyyət fərqlidir. Berdımuhammedovun Aşqabaddakı bütün orta məktəblərdə, dövlət qurumlarında, hətta uşaq bağçalarında işə başlanmazdan əvvəl oxunan "Saparmurat Türkmənbaşıya sadiqlik andı"nın mətninə dəyişiklik edərək "böyük peyğəmbər Türkmənbaşı" ifadəsinin "prezident"lə əvəzlənməsinə dair qərarı siyasi karikaturanı xatırlatsa da, hər halda, düşünməyə kifayət qədər əsas verir. Yeni dövlət başçısı, hətta belə ekzotik vasitələrlə də siyasi problemlərdən müdafiə olunmaq istəyir.
Bütün bunlarla yanaşı, analitiklər Türkmənistanda sosial partlayışın, başqa sözlə, ajların qiyamının baş verməsini də istisna etmirlər.
Məlum olduğu kimi, müstəqilliyinin ilk illərində Türkmənistan Fars förfəzinin "neft əmirlikləri"nin "Xəzər forması"na jan atırdı. Aşqabadda qazdan gələjək böyük gəlirlərə arxayın olaraq, nəhəng saray və məsjidlərin inşasına başlanıldı, parklar, fantanlar tikildi, "rəhbər"in böyük heykəlləri ujaldıldı. Amma "mavi yanajaq"dan gəlməli olan böyük gəlirlər "Rusiyanın qiymət qayçısı"na tuş gəldi. "Qazprom" Türkmənistan qazını, demək olar ki, qəpik-quruşa aldı, ölkənin digər ixraj variantları isə yox idi: Rusiyanın istəyinə uyğun hərəkət edən Türkmənbaşı Azərbayjanla münasibətləri korlamağa da müvəffəq oldu. İndi isə situasiya tamamilə fərqlidir. Türkmənistandakı yoxsulluq, hətta çox şeyə vərdiş etmiş beynəlxalq məmurlarda belə şok yaradır. İnauqurasiyasına bir gün qalmış Berdımuhammedov daxili bazarda un satışının yeni qaydaları haqda qərar verməli oldu. Eyni zamanda o, əhalinin dövlətin müəyyənləşdirdiyi qiymətlərlə fasiləsiz olaraq un ilə təminatına nəzarətin güjləndirilməsinə də qərar verdi.
Məsələ ondadır ki, ölkə əhalisi çörək və çörək məhsullarının qıtlığı ilə üz-üzədir.
Məlum olduğu kimi, totalitar dövlətlərdə daim hesabatlarda hər şeyin yüksək səviyyədə olduğu göstərilir. Türkmənistanda da rəsmi məlumatlara görə, taxıla daxili tələbat 1,7 milyon ton olsa da, 3,6 milyon ton məhsul yığılıb. Əslində, ötən ilin noyabrında məlum olub ki, növbəti il əhalinin çörəklə təminatı mümkün olmayajaq: anbarlar boşdur, rekord məhsul haqda deyilənlər isə şişirtmədən başqa bir şey deyil. Artıq ötən ilin mayında Türkmənistanda çörəyin qiyməti 2-3 dəfə artdı və noyabrın 24-də mərhum Türkmənbaşı xəbərdarlıq etməli oldu: "2007-ji ildə əhaliyə çörək çatmayajaq". Həmin vaxt o da məlum oldu ki, anbarların boş olması ilə yanaşı, payızlıq taxıl səpini də baş tutmayıb: "bütün türkmənlərin atası"nın qəzəbinə gəlməkdən qorxan məmurlar, sadəjə, rəqəmləri şişirtməklə məşğul olublar.
Baş verənlər əhali arasında çaxnaşmanın yaranmasına səbəb oldu və onlar çörək, un, makaron məhsullarını birdən-birə kütləvi şəkildə almağa girişdilər. Nətijədə, idxal ununun kommersiya qiymətləri sürətlə artdı...
Bu qədər neft və qaz yataqlarının olmasına baxmayaraq, dövlət büdjəsində un ixrajı üçün vəsait nəzərdə tutulmayıb və yaranmış durumda manevr imkanı yoxdur.
Bu azmış kimi, Berdımuhammedovun düşündüyü genişmiqyaslı layihələrin reallaşdırılmasına da pul yoxdur...
Nəzəri baxımdan, Aşqabadın əlində olan ehtiyat yalnız "qaz pulları"dır və onların da "Qazprom"da "yatıb-qalmaması" və Türkmənistanın büdjəsinə gəlməsi üçün Rusiya ilə qaz razılaşmaları pozulmalı və yeni ixraj imkanları axtarılmalıdır.
Türkmənistanın buna hazır olub-olmadığı isə yaxın zamanlarda müəyyənləşəjək.
MƏSLƏHƏT GÖR: