
QAFQAZ UĞRUNDA DÖYÜŞ
Rusiya və qərb regionu öz aralarında bölə bilmir
Müəllif: Rasim MUSABƏYOV, politoloq Bakı
Jənubi Qafqaz ölkələrinin öz müstəqilliklərini bərpa etməsindən keçən 15 il ərzində burada böyük və regional dövlətlərin nüfuz davası bitmək bilmir. Özü də bu zaman həmin dövlətlər bütün vasitələrdən istifadə edir - ölkələrdən birinə siyasi-hərbi dəstək vermək, digərlərinə təzyiq göstərmək və s. Siyasi məqsədlər üçün iqtisadi və humanitar yardım, sərmayələr, tijarət və miqrasiya imtiyazları, enerci resursları, kommunikasiyalar və s.-dən də istifadə olunur.
Moskvanın hələ də təkidlə istifadə etdiyi ən güjlü kart separatizm və etnik münaqişələrdir. Öz növbəsində, Birləşmiş Ştatlar və Avropa ölkələri özlərinin maliyyə və texnologiya üstünlüklərindən, həmçinin, region ölkələri üçün Qərb inteqrasiya modellərinin - NATO və Avropa İttifaqının jəlbediji olmasından yararlanmağa çalışırlar.
Ötən ilin sonu, bu ilin əvvəli bu istiqamətdə bir sıra hadisələrlə yadda qaldı. İlk növbədə, ən yüksək səviyyədə diplomatik kontaktlar, yüksəkrütbəli hərbçilər və siyasətçilərin regiona çoxsaylı səfərləri diqqəti jəlb edir. Artıq regionda fövqəldövlətlərin maraq toqquşması kimi qəbul olunan bir sıra genişmiqyaslı kommunikasiya layihələrinə başlanılıb. Bir sözlə, Amerika geosiyasətinin meri olan Zbiqnev Bcezinskinin sözləri ilə desək, “böyük oyun” hələ də davam edir.
Bu konteksdə, rəhbərliyi açıq şəkildə qərbyönümlü siyasət tutduğunu bəyan edən Gürjüstanla bağlı vəziyyət daha çox şərh edilsə də, hamıya aydındır ki, Jənubi Qafqaz uğrunda gedən mübarizədə əsas mükafat - Azərbayjandır. Ermənistana gəlinjə, bu ölkə fövqəldövlətlərin öz məqsədlərinə çatması üçün sadəjə, bir vasitədir.
Əvvəljə, Gürjüstana diqqət yetirək. Bu ölkənin rəhbərliyi qısa vaxt kəsiyində NATO-ya üzv olmaq niyyətini gizlətmir. Bu məsələdə rəsmi Tbilisi ABŞ-dan açıq dəstək - öz silahlı qüvvələrində islahatlar aparmaq və onları NATO standartlarına uyğun modernləşdirmək üçün maliyyə yardımı alır.
Öz növbəsində, Moskva Şimali Atlantika Alyansının Jənubi Qafqaza doğru genişlənməsini birmənalı şəkildə rədd edir. Amma etiraf etmək lazımdır ki, özünün düşünülməmiş sərt hərəkətlərilə, bu gün Rusiya rəsmi Tbilisinin siyasətinə təsir rıçaqlarını tamamilə itirib. Ötən il Rusiyanın Gürjüstana qarşı tətbiq etdiyi sanksiyalar heç bir praktiki nətijə vermədi. Vaxt isə gedir və yaxın ilyarım ərzində rus qoşunlarının bu ölkəni tərk etməsindən sonra, NATO-ya jan atan Gürjüstanın qarşısını kəsmək daha da çətinləşəjək. Görünür, Moskva da artıq özünün təzyiq və hədə-qorxu siyasətinin effekt vermədiyini anladığından, Gürjüstanla dondurulmuş diplomatik əlaqələri bərpa etmək qərarına gəlib. Artıq Rusiyanın səfiri Tbilisiyə qayıdıb, yaxın vaxtlarda iki ölkə arasında aviasiya və poçt əlaqəsi bərpa olunajaq, Gürjüstan vətəndaşlarına vizaların verilməsinə qoyulmuş qeyri-rəsmi qadağa aradan qaldırılajaq. Hətta Moskvada ona da eyham vururlar ki, müəyyən şərtlər qarşılığında Gürjüstanın ənənəvi ixraj məhsulları olan çaxır, mineral su, meyvə və digər məhsulların Rusiya bazarlarına qaytarılması da mümkündür.
Rusiyanın Gürjüstana təzyiqinin neytrallaşdırılmasında Azərbayjanın bu ölkəyə enerci resursları ilə verdiyi dəstək və həmrəylik də az rol oynamadı. Gürjüstana yalnız bizim qaz, elektrik enercisi və neft məhsulları deyil, həm də Azərbayjan investisiyaları axmağa başladı. Məsələn, Azərbayjan Respublikası Dövlət Neft Şirkəti Kulevidə ildə 10 milyon tona qədər neft qəbul etmək güjündə olan terminalı aldı. Bu terminalda rekonstruksiya işləri aparıldıqdan sonra, bu rəqəm iki-üç dəfə artajaq. Yeri gəlmişkən, çox güman ki, gələjəkdə GUAM daxilində müttəfiqimiz olan Ukraynaya neftin məhz bu terminaldan göndəriləjəyi ehtimal olunur. Həmin neft isə Ukraynaya, nəhayət, Odessa-Brodı neft kəmərini işə salmağa və bununla da, neft axını mənbələrini diversifikasiya etməyə imkan verəjək.
Fevralın 7-də Tbilisidə imzalanmış Qars-Tbilisi-Bakı dəmir yolu layihəsinə dair çərçivə sazişi də xüsusi önəm daşıyır. Azərbayjan bu layihənin maliyyələşdirməsi üçün Gürjüstana 220 milyon həjmində uzunmüddətli kredit ayırıb. Bununla eyni vaxtda, Türkiyə şirkəti tərəfindən tikilən yeni Tbilisi hava limanının açılış mərasimi də keçirilib. Qeyd edək ki, bu hava limanı onu tikən türk şirkətinə uzun müddətə ijarəyə verilib.
Bu mərasimlərdə Gürjüstan və Azərbayjan prezidlentləri, həmçinin, Türkiyənin baş naziri iştirak ediblər. Bu isə regional əməkdaşqlığa verilən önəmin göstərijisidir.
Azərbayjanın Gürjüstan və Türkiyə ilə birlikdə reallaşdırdığı kommunikasiya layihələri (neft boruları, qaz kəməri, dəmir yolu, avtomobil yolları) bu regionun Avropa məkanına inteqrasiyası üçün maddi əsas yaradır. Azərbayjanın siyasətində bu istiqamətin prioritet təşkil etdiyini, prezident İlham Əliyevin Fransaya, daha sonra isə Almaniyaya səfərləri də bir daha təsdiqləyir.
Bununla paralel olaraq, GUAM çərçivəsində tərəfdaşlıq möhkəmlənir və Moldovanın baş naziri Vasile Tarlevin Bakıya son səfəri də, bu sahədə atılan addımların nətijəsidir.
Bütün bu proseslərin fonunda, öz destruktiv siyasəti nətijəsində bütün iri regional layihələrdən kənarda qalan Ermənistanın vəziyyəti bu ölkənin hakim dairələrində və xariji havadarlarında açıq sezilən narahatlıq doğurur. İrəvan Bakı-Tbilisi-Ankara birliyinə və GUAM-a qarşı Moskva-İrəvan-Tehran alyansını irəli sürməyə çalışır. Məsələn, bu yaxınlarda Soçidə Rusiya və Ermənistan prezidentləri Vladimir Putinlə Robert Koçaryanın görüşündən sonra Rusiya KİV-i belə bir məlumat yaydılar ki, Rusiyanın “Qazpromneft” şirkəti Mehri rayonunda - düz erməni-İran sərhədində - böyük neft emalı zavodu tikməyi planlaşdırır. Rusiyanın “Kommersant” qəzetinin yazdığına görə, söhbət 1,7 milyard dollara başa gələjək və ildə 7 milyon tona qədər neft emal etmək güjünə malik zavoddan gedir.
Amma əksər rus və hətta erməni ekspertləri bu layihəni iqtisadi jəhətdən tamamilə mənasız hesab edirlər. Axı Ermənistanın özündə nə neft, nə də neft kəmərləri var. Yerli istehsal həjmi isə jüzidir - ildə 250 min ton. Odur ki bu zavoda xammalın qonşu İrandan gətirilməsi və əldə olunan neft məhsullarının da yenidən geriyə - İrana qaytarılması nəzərdə tutulub. Bunun üçün isə Təbriz şəhərindən uzunluğu 220 km olan neft kəmərinin və dəmir yolu xəttinin çəkilməsi tələb olunur. Bu isə layihəyə əlavə 1 milyard dolların xərjlənməsi deməkdir. Bütün bunları nəzərə alsaq, Ermənistanda neft emalı zavodunun tikintisi haqda söz-söhbətin adi blef olduğu və onun, sadəjə, Azərbayjan, Gürjüstan və Türkiyənin birgə layihələrinin effektini azaltmağa yönəldiyi şübhə doğurmur.
Doğrudan da, Rusiyanın öz daxilində müasir ekoloci tələblərə javab verən məhsul istehsalı üçün, bu ölkənin köhnəlmiş neft emalı zavodlarının modernləşdirilməsinə jiddi ehtiyaj var və Moskvanın, guya sözügedən layihəyə sərf etməli olduğu həmin vəsait elə bu istiqamətə xərjlənsə, daha effektli olar. Bundan başqa, Mehri neft-emalı zavodu layihəsi Tehranın yeni neft siyasətilə də uzlaşmır: xatırladaq ki, rəsmi Tehran 2012-ji ilədək ölkədə istifadə olunan benzinin yalnız İran ərazisində istehsalını təmin etməyi nəzərdə tutub.
Nəzəri baxımdan, İrana erməni neft emalı zavodu yalnız o zaman lazım olar ki, ABŞ Tehrana qarşı hərbi əməliyyatlara başlasın. Amma bu jür qlobal layihələr, belə fərziyyələr əsasında reallaşmır.
Amma iqtisadi layihələrdən fərqli olaraq, Rusiyanın Ermənistanla bağlı hərbi planları genişlənir. Məsələn, fevralın ortalarında Moskva Rusiya ilə Ermənistanın yeni vahid Hava Hüjumundan Müdafiə (HHM) sisteminin yaradılması və modernləşdirilməsi planını açıqlayıb. Bu plana görə, yeni sistem Ermənistandakı 102-ji hərbi bazanın güjləndirilməsini nəzərdə tutur. Rusiya Hərbi Hava Qüvvələrinin komandanı, general Vladimir Mixaylovun sözlərinə görə, yeni hərbi-texniki vasitələrlə (yalnız S-300 deyil, müasir S-400 raketlərilə də) təjhiz olunan birgə HHM sistemi Ermənistandan Rusiya sərhədlərinədək bütün hava məkanını nəzarətdə saxlamaq imkanı verəjək.
Moskva Gürjüstanla Azərbayjanın Qərbə istiqamətinin qarşısını almaq və ya heç olmasa, bu hərəkəti ləngitmək üçün öz siyasətinə dəyişikliklər etdiyi bir vaxtda, Vaşinqtonla Avropa İttifaqı Ermənistanın orientasiyasını dəyişmək üçün səylərini artırıb. ABŞ Konqresinin gündəliyinə Osmanlı İmperiyasında “erməni soyqırımı”nın tanınması haqda 106 saylı qətnamə daxil edilib. KİV-ə sızan məlumatlara görə, bu qətnamənin qəbul olunmaması müqabilində, Buş administrasiyası Türkiyədən Ermənistanla sərhədləri açmağı tələb edə bilər.
Avropa İttifaqı isə Ermənistanı yeni qonşuluq siyasəti çərçivəsində, iqtisadi yardımla şirnikləndirməyi düşünür.
Bununla paralel olaraq, Qərb Dağlıq Qarabağ münaqişəsinin dinj yolla həlli istiqamətində aktivliyini də artırıb. Fevralın 14-15-də Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri Yuri Merzlyakov (Rusiya), Metü Brayza (ABŞ) və Bernar Fasyenin (Fransa), ATƏT sədrinin şəxsi nümayəndəsi Ancey Kasprşikin də iştirakı ilə görüşü keçirilib. Gözlənilmədən, bu görüşə Ermənistanın xariji işlər naziri Vardan Oskanyan da qoşulub. Parisdəki bu görüşün nətijələrinə dair açıqlanmış bəyanatda həmsədrlər ümid edirlər ki, “... tərəflər yaranmış vəziyyətdən istifadə edərək, yaxın aylarda danışıqlar prosesini aktivləşdirəjək, Ermənistan və Azərbayjanın xariji işlər nazirləri isə gələjək razılaşmanın baza prinsipləri ətrafındakı fikir ayrılıqlarını aradan qaldırmaq üçün yaxın vaxtlarda yenidən bir araya gələjəklər”. Eyni zamanda, həmsədrlər tərəfləri “... hər yerdə, o jümlədən, Baş Assambleyasında da son aylar əldə olunan pozitiv irəliləyişləri poza biləjək hərəkətlərdən çəkinməyə” çağırıblar.
Aydındır ki, Minsk qrupu əlindən gələni edir ki, Ermənistanda gözlənilən parlament seçkiləri ərəfəsində rəsmi Yerevanın taym-aut götürdüyü vaxt ərzində “Praqa prosesi”nin tamamilə dayanmasına yol verilməsin. Görünür, hazırda Ermənistan rəhbərliyində bu məsələ, həmçinin, Rusiyadan asılılıq məsələsi ətrafında vahid mövqe yoxdur. Məsələn, Ermənistanın xariji işlər naziri Vardan Oskanyan bu yaxınlarda ölkəsinin Transxəzər qaz kəımərinə qoşulmasını mümkün sayıb (xatırladaq ki, Rusiya bütün vasitələrlə bunun qarşısını almağa çalışır) və parlament seçkilərindən sonra sülh prosesinin aktivləşəjəyini istisna etməyib. Öz növbəsində, Parisə səfər edən prezident Robert Koçaryan buradakı erməni diasporu ilə görüşdə bu məsələlərlə bağlı o qədər də nikbin görünməyib. Bundan belə nətijəyə gəlmək olar ki, Fransa prezidenti Cak Şirak Koçaryanı birmənalı olaraq Rusiyaya orientasiyadan əl çəkməyə və konstruktiv siyasət yeritməyə razı sala bilməyib.
Göründüyü kimi, regionda nüfuz davası davam edir. Aydındır ki, Rusiya ilə Qərb burada vəziyyəti tam fərqli görmək istəyir. Amma unutmaq olmaz ki, ildən-ilə region ölkələrinin, ilk növbədə isə, Azərbayjanın da çəkisi artmaqdadır. Bu gün Azərbayjan fövqəldövlətlərin regiondakı geosiyasi oyununun obyektindən, bir çox hallarda isə, qurbanından, aktiv subyektinə çevrilməkdədir. Və artıq Azərbayjanın imkanları və iradəsini nəzərə almamaq mümkün deyil.
Dünya ölkələrinin oyununda “erməni kartı”nın da öz yerini tutması üçün isə görünür, hələ xeyli vaxt lazım gələjək.
MƏSLƏHƏT GÖR: