
QEYRİ-SÜLH PLANI
BMT nümayəndəsinin səyləri Kosovo münaqişəsi ətrafında vəziyyəti daha da qarışdırdı
Müəllif: Sahib CAMAL Bakı
Serbiya - Kosovo münaqişəsinin nizamlanması prosesi özünün ən gərgin və məsuliyyətli fazasına qədəm qoysa da, hələ heç kəs bu fazanın final mərhələsi olduğunu birmənalı şəkildə söyləyə bilmir. Bölgədə etnik təmizləməyə beynəlxalq əməliyyat vasitəsilə son qoyulmasından 8 il keçir. Bu müddət ərzində 2 milyon əhalisi olan ərazi BMT-nin nəzarəti altındadır və NATO-nun 16 min nəfərlik hərbi kontingenti hələ də buradadır. Bu dövr ərzində ABŞ və Avropa İttifaqının münaqişənin mümkün həlli variantının tapılması istiqamətindəki diplomatik səyləri davam edib. Bu səylər bir tərəfdən, Kosovoda yaşayan serb azlığın hüquqlarının qorunması şərtilə bölgəyə müstəqillik verilməsinə, digər tərəfdən, Serbiyanın narazılığı və Belqradın Kosovo ilə diplomatik və hərbi əlaqələri kəsməsinin qarşısını almağa yönəldilib. Bununla yanaşı, münaqişənin həlli ilə bağlı veriləjək qərar "Balkan meydanı"nın daha bir vajib iştirakçısı olan Rusiyanın qıjıqlanmasına səbəb olmamalı idi. Qeyd edək ki, hazırda Kosovodakı BMT personalının sayı azaldılır. Lakin Təhlükəsizlik Şurasının qətnaməsi olmadan, qurum bölgəyə nəzarəti tamamilə Avropa İttifaqının inzibati və polis qüvvələrinə verə bilməz.
Planın bəzi detalları
Fevralın əvvəllərində BMT baş katibinin Kosovonun statusu ilə bağlı aparılan danışıqlar prosesindəki xüsusi nümayəndəsi Marti Axtisaari hazırladığı planı Serbiya və Kosovo rəhbərliyinə təqdim edib. Buna qədər isə - yanvarın sonlarında - Vyanada həmin plan Kosovo üzrə "Əlaqə altılığı"nın üzvlərinə - ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya və Rusiya diplomatlarına təqdim olunub. Lakin Axtisaari planın detallarını açıqlamaqdan imtina edib və onun əvəzinə bu missiyanı qərbi diplomatlar və onlara yaxın ekspertlər üzərlərinə götürüblər.
Əksər diplomatlar BMT nümayəndəsinin Belqrada gətirdiyi təklifləri bölgəyə müstəqillik verilməsi üçün əsas sayılajaq platforma adlandırıb. Amma planda Kosovonun konkret olaraq "müstəqilliyi" ifadəsi yer almayıb. Təqdim olunan plana görə, Kosovo avtomatik olaraq müstəqillik qazanmasa da, müstəqil dövlətin bir çox hüquqlarına malik olajaq. Belə ki, sənəddə Kosovonun beynəlxalq müqavilələr imzalamaq və beynəlxalq qurumlara üzv olmaq hüququ tanınır. Bundan başqa, bölgənin öz konstitusiyası, bayraq və himni də daxil olmaqla, rəmzləri olajaq. Bayraqda albanların hazırda istifadə etdikləri ikibaşlı qartaldan fərqli olaraq, bölgənin çoxmillətlilik xarakteri əksini tapajaq. Bundan başqa, plana əsasən, buradakı milli azlıqlara, xüsusilə serblərə son dərəjə istisna hüquqlar və müdafiə zəmanəti veriləjək. Mülki nəzarət orqanının nəzarəti altında peşəkar və çoxmillətli "Kosovo təhlükəsizlik qüvvələri"nin yaradılması (2500 nəfərlik, üstəlik, 800 ehtiyat qüvvə), onların yüngül silahlarla təjhizatı da nəzərdə tutulan məsələlər sırasına daxildir. Əyalətə sərhədlərinə nəzarət haqqı da veriləjək.
Beləliklə, Kosovo yalnız suverenlik istisna olmaqla, faktik olaraq, müstəqil dövlətin bütün atributlarını əldə edəjək. Keçid dövründə bölgəyə rəhbərliyi NATO kontingentinin dəstəyi ilə Beynəlxalq Mülki Nümayəndəlik həyata keçirəjək (keçid dövrünün nə qədər olajağı göstərilmir).
Sözügedən planı şərh edən Amerikanın "Washington Post" qəzeti yazır ki, BMT Təhlükəsizlik Şurası planda nəzərdə tutulan şərtləri təsdiqləyən kimi, albanların rəhbərlik etdiyi Kosovo özünün müstəqilliyini elan edə və bundan dərhal sonra ABŞ-ın, həmçinin, əksər Avropa ölkələrinin dəstəyinə ümid edə bilər. Serbiya baş verənlərə etiraz etsə də, prosesin qarşısını ala bilməyəjək. Bununla yanaşı, qəzet hadisələrin başqa jür inkişafını da mümkün sayır: Kosovodakı serb ekstremistlər bölgəyə müstəqillik verilməsini jiddi zorakılıq aktları ilə qarşılaya bilərlər.
Eyni zamanda, müstəqilliyin tam olmamasından hiddətlənən alban millətçilərin eyni yolu seçməsi də mümkündür. "Kosovonun şimalında və ya qonşu Bosniyada potensial serb dövlətinin meydana çıxajağını da gözləmək olar", - deyə qəzet yazır.
Belqrad Axtisaarinin planını rədd etdi
Planın real məğzini Serbiyanın ona reaksiyası ilə də müəyyənləşdirmək olar. "Kosovonun Serbiyadan ayrılaraq müstəqil dövlət kimi mövjudluğu bizim üçün qəbulolunmazdır", - deyə Serbiya prezidenti Boris Tadiç bildirib: "Axtisaarinin planı Kosovonun müstəqilliyinə yol açır. Serbiya, həmçinin, bu dövlətin prezidenti kimi şəxsən mən Kosovonun müstəqilliyi ilə razılaşmayajağıq".
BMT planında konkret olaraq "Kosovonun müstəqilliyi" haqda danışılmamasına gəlinjə, Tadiç bildirib ki, "Kosovonun müstəqilliyinin bəyan edilməsi beynəlxalq hüquqa zidd olajaq və təhlükəli siya-si, hüquqi presedentə çevriləjək".
Bununla yanaşı, prezident qeyd edib ki, Axtisaarinin təşəbbüsündə bir çox sahələr üzrə təkliflər var ki, buraya hakimiyyətin desentralizəsi, kilsə və monastırların qorunması və s. daxildir. Tadiç Axtisaarinin planının detalları haqda ölkə parlamentindəki fraksiya liderlərini məlumatlandırajağına söz verib.
Serbiyanın Baş naziri Voislav Koştunisa da təqdim olunan plana prezidentdən heç də az etiraz etməyib. O, hətta BMT nümayəndəsinin təkliflərini "qeyri-legitim" adlandırıb. Koştunisanın sözlərinə görə, bununla "onlar BMT nizamnaməsini və beynəlxalq hüququn prinsiplərini pozur": "Odur ki Axtisaarinin təqdim etdiyi plan qeyri-legitimdir". Hökumət başçısı hesab edir ki, Axtisaari öz mandatının verdiyi səlahiyyətlərdən kənara çıxıb. "Onun təklifləri yalnız Kosovonun statusu məsələsinə deyil, həmçinin, Serbiyanın suverenliyi və ərazi bütövlüyünə toxunur, beynəlxalq aləm tərəfindən tanınan sərhədləri pozur", - deyə baş nazir bildirib.
Xatırladaq ki, bir müddət əvvəl keçirilən parlament seçkisində Koştunisanın 46 deputat mandatı qazanan Serbiya Demokrat Partiyası digər siyasi təşkilatları Kosovonun müstəqilliyini tanıyajaq dövlətlərlə bütün münasibətlərin kəsiləjəyinə dair birgə bəyanat qəbul etməyə çağırıb. Baş nazir hesab edir ki, bu halda Serbiya 60-jı illərdə AFR-in ADR-i tanıyan dövlətlərə qarşı tutduğu mövqeni nümayiş etdirməlidir. Bölgənin müstəqilliyini birmənalı şəkildə rədd edən Belqrad bununla yanaşı, Kosovo albanlarına "ən yüksək muxtariyyət" təklifini irəli sürərək, bu ərazidə bir serb siyasətçisinin dili ilə desək, heç olmasa, "Serbiya suverenliyinin görüntüsünün" saxlanılmasını təklif edir.
Axtisaarinin planına Kosovonun özündə də münasibət birmənalı deyil. Bir sıra alban qurumlarının nümayəndələri bölgəyə tam müstəqilliyin verilməsini tələb edir. Onlar artıq BMT nümayəndəsinin Kosovoya səfəri zamanı paytaxt Priştinada etiraz aksiyalarının keçirilməsinə qərar veriblər.
Amma bununla yanaşı, bölgənin baş naziri Aqim Çeku Axtisaarinin təkliflərinin uğurlu olajağına ümid etdiyini bildirib. Onun fikrinjə, sənəd Kosovonun müstəqilliyinə yol açır. "Vasitəçilərin təkliflərində "müstəqillik" ifadəsi işlənməsə də, plan müstəqil dövlətin yaranmasına aparır. İnanıram ki, ilin sonunadək biz özümüzün yekun statusumuzu müəyyənləşdirə biləjəyik", - deyə Kosovo albanlarının baş naziri bildirib.
Bütün bunlarla yanaşı, Kosovonun siyasi dairələri hesab edir ki, Serbiyanın "səbrini daşıtmaq" lazım deyil. Çünki Belqradın BMT və Avropa İttifaqı ilə əməkdaşlıqdan imtinası, üstəlik, Rusiyanın qeyri-müəyyən mövqe tutması Kosovonun yalnız avropalı "vəkilləri" tərəfindən birtərəfli qaydada tanınmasına gətirib çıxara bilər. Belə olarsa, prosesin legimitliyi şübhə altına düşəjək. Odur ki müstəqilliyi münaqişə və Belqradla uzunsürən gərgin münasibətlər nətijəsində deyil, BMT Təhlükəsizlik Şurası çərçivəsində aparılan sülh prosesi ilə əldə etmək daha məqsədəuyğundur. Bu məsələ ilə bağlı Kosovo rəhbərliyinin yüksəkrütbəli siyasi məsləhətçisi Muhamet Hamitinin fikirlərinə Britaniyanın "Financial Times" qəzeti yer ayırıb: "Biz 1999-ju ildən müstəqilik. İndi isə suverenliyimizin beynəlxalq aləm tərəfindən tanınmasını istəyirik. İstəmirik ki, müstəqilliyimiz və suverenliyimiz bizə hədiyyə kimi verilsin".
Avropa İttifaqının mövqeyi
Avropa İttifaqı quruma son altı ayda rəhbərlik edəjək Almaniyanın timsalında BMT-nin Kosovo münaqişəsinin həllinə dair planına dəstək verib. "Aİ rəhbərliyi Axtisaarinin hər iki tərəf ilə danışıqların dərinləşdirilməsi, onlara təklif etdiyi plan əsasında dialoq aparılması təşəbbüsünü dəstəkləyir", - deyə Almaniyanın Aİ adından yaydığı bəyanatda bildirilir. - "Aİ rəhbərliyi Belqrad və Priştinanı danışıqları ilkin şərt irəli sürmədən aparmağa çağırır. Hər iki tərəf məsuliyyət və həssaslıq nümayiş etdirməli, real kompromislər uğrunda çalışmalıdır".
Aİ hesab edir ki, Kosovonun yekun statusunun müəyyənləşməsi regionda sabitliyin əldə edilməsində həllediji rol oynayajaq. "Bundan başqa, problemin həlli Serbiya, Kosovo və bütünlükdə regionun Avropa və Avroatlantika strukturları ilə yaxınlaşmasında mühüm rol oynayajaq", - deyə "İnterfaks"ın məlumatına görə, bəyanatda qeyd olunur. Öz növbəsində, qurumun genişlənmə üzrə ali komissarı Oli Ren Belqrad və Priştinanı Kosovonun statusunun müəyyənləşdirilməsi prosesində "dərindən və konstruktiv şəkildə" iştirak etməyə çağırıb. Oli Ren bildirib ki, Avropa Komissiyası Martti Axtisaarinin Kosovonun statusuna dair hazırladığı plana tam dəstək verir. Diplomatın sözlərinə görə, Aİ Qərbi Balkan ölkələrinin quruma inteqrasiya perspektivinə sadiqdir və bu, Belqradın Kosovo üzərində suverenliyindən imtinasının özünəməxsus kompensasiyası kimi qəbul edilə bilər.
Ümumiyyətlə, həm ABŞ, həm də Aİ Kosovo münaqişəsinə Balkanlarda qeyri-sabitliyin əsas səbəbi kimi baxır və açıq şəkildə bildirir ki, uzun illərdir davam edən problemdən çıxış yolu, hətta mərhələlərlə olsa belə, yalnız Kosovoya müstəqillik verilməsidir. Bununla yanaşı, onlar bu müstəqilliyin regionda gərginliyə əlavə stimul verməsində və narazı Serbiyanın javab addımları atmasına səbəb olmasında maraqlı deyillər. Bu üzdən Aİ və NATO anlayır ki, onlar Serbiyanı təqdim olunan sülh planının qəbul edilməsinin vajibliyinə inandırmaq üçün hələ çox iş görməlidirlər.
Bununla əlaqədar bir faktı da qeyd etmək lazımdır ki, son zamanlar Aİ-nin sözügedən problemlə bağlı indiyədək vahid olan mövqeyində ilk "çatlar" əmələ gəlməyə başlayıb. Bir müddət əvvəl gözlənilmədən Polşa və Slovakiya Axtisaarinin planını kəskin tənqid edib. Polşa prezidenti bəyan edib ki, Kosovoya, sadəjə, Serbiyanın tərkibində geniş muxtariyyət verilməlidir.
Slovakiya parlamentinin Beynəlxalq Məsələlər Komitəsinin rəhbəri isə hesab edir ki, onun ölkəsindəki majar azlıqlar Kosovo presidentindən istifadə edə bilər.
Sözügedən plandan, həmçinin, Kanada, Rumıniya, Majarıstan, İspaniya və digər ölkələr də, yumşaq desək, məmnun deyil. Həmin ölkələr öz ərazilərində etnik və separatçı münaqişə ojaqlarının olduğunu unutmayaraq, təhlükəli presidentin yaşana biləjəyindən ehtiyatlanır.
ABŞ və Aİ-nin aşmalı olduqları maneələrin başında isə Moskvanın inadkar mövqeyi dayanır. Xatırladaq ki, fevralın əvvəlində Rusiyanın xariji işlər naziri Sergey Lavrovun Vaşinqtonda ABŞ rəhbərliyi ilə görüşləri zamanı, tərəflər Kosovo münaqişəsi ilə bağlı mövqelərinin yaxınlaşmasına nail ola bilməyiblər. Moskvaya dönəndən sonra rusiyalı nazirin etiraf etdiyi kimi, "Kosovo məsələsində Moskva ilə Vaşinqtonun mövqelərində prinsipial fərqlər var". "Hələlik problemin hansı yolla həll olunajağına dair bizim ümumi baxışlarımız yoxdur", - deyə nazir bildirib.
Eyni ziddiyyət Moskva ilə Avropa İttifaqı arasında da yaşanır və bu, Lavrovun "Avropa üçlüyü" ölkələrinin təmsilçiləri - Almaniyanın xariji işlər naziri Ştaynmayer, Aİ-nin xariji siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Havyer Solana və xariji işlər üzrə avrokomissar B.Ferraro-Valdnerlə keçirdiyi görüşdə bir daha özünü göstərib. Kosovo münaqişəsinin həllinin bu il Aİ üçün ən vajib məqamlardan biri olduğunu deyən Solana bu işdə Rusiyanın üzərinə "böyük məsuliyyət" qoysa da, bu mövqeyinə javabda Moskvadan dəstək ala bilməyib.
Bundan əlavə, ən çətin məqamlardan biri də odur ki, Vaşinqton və Avropa paytaxtları hələ də Kosovo məsələsinin həlli ilə bağlı əsas suala javab tapa bilməyib - Rusiyanı nejə sakitləşdirməli və NATO ilə Aİ-nin kluarlarında faktiki razılaşdırılmış həll variantına Moskvanın da "hə" deməsi üçün, ona "hansı məbləği ödəməli"?
Moskvanın bu məsələdə "çox yüksək qiymət" istəyəjəyi isə istisna olunmur. Xatırladaq ki, hələ yanvarın ortalarında Rusiya XİN başçısı Lavrov bəyan edib ki, Moskva BMT Təhlükəsizlik Şurasının Kosovo münaqişəsinin həllinə dair qərarını yalnız o halda dəstəkləyəjək ki, həmin qərar həm Belqradı, həm də Priştinanı qane etsin. Bundan başqa, nazir xatırladıb ki, Kosovo ilə bağlı 1999-ju ildən etibarən qüvvədə olan qətnamədə, lazım olarsa, Kosovoya son dərəjə məhdud sayda Serbiya ordusunun qayıtmasını mümkün edən bənd var.
Qeyd edək ki, həmin bəndə əsasən, Serbiya hərbçiləri bölgədə sərhəd keçidləri və serb kilsələrinə nəzarət məqsədilə oraya göndərilə bilər. Moskvanın bu xatırlatması Qərbi narahat etməyə bilməzdi. Lakin dünya ijtimaiyyəti üçün daha təhlükəli siqnal Rusiyanın Kosovo presidentini postsovet məkanındakı münaqişələrə jəlb etmək istəyi olmalıdır. Etiraf etmək lazımdır ki, Moskvanın bunu etmək üçün həm beynəlxalq-hüquqi, həm də siyasi və hərbi baxımdan böyük imkanları var. Kreml artıq bu istiqamətdə ilk siqnallarını göndərməyə başlayıb. Rusiya XİN-in rəsmi saytında mətbuat üçün yerləşdirilən məlumatın başlığı belədir: "Rusiyanın xariji işlər nazirinin müavini Q.B.Karasin ilə Dnestryanı Respublikanın xariji işlər naziri V.A.Litskay arasında görüş haqqında".
Beləliklə, Kosovo münaqişəsinin həllinə dair növbəti danışıqlar ərəfəsində situasiya daha qarışıq və qeyri-müəyyən vəziyyətə gəlib çıxıb. Belqrad və Priştina əvvəlkitək əks mövqelərdədir, dünyanın aparıjı ölkələri isə problemin tezliklə həll ediləjəyinə inamın az olduğunu bildirir. Bununla yanaşı, onlar "serb piroqu"nun daha sərfəli şərtlərlə bölüşdürülməsi üçün yeni diplomatik "savaş"a hazırlaşırlar. Kosovo probleminin həlli prosesinin hazırkı mərhələsinin xüsusiyyəti də məhz bundadır.
MƏSLƏHƏT GÖR: