25 Noyabr 2024

Bazar ertəsi, 04:45

ALINMADI

Erməni isteblişmentində «Ordunu necə edək?» sualına cavab yoxdur

Müəllif:

15.03.2021

Ermənistan Sovet və postsovet məkanında bir neçə dəfə son dərəcə şübhəli «nailiyyət»lərə imza atıb. 1972-ci ildə SSRİ-də ilk «kidneppinq», yəni pul əldə etmək məqsədilə uşaq oğurluğu burada baş verib. O zaman quldurlar yerli «sexçilərin» əkiz oğullarını oğurlamış, üstəlik, uşaqları dərhal öldürmüş, amma «bazarlığı» uzun müddət davam etdirmişdilər.

5 avqust 1977-ci ildə «əsrin oğurluğu» da İrəvanda baş vermişdi: yerli oğrular Ermənistan SSR Dövlət Bankına girərək, o dövr üçün astronomik sayılacaq məbləğ – 1,5 milyon sovet rublu oğurlamışdılar.

Elə həmin il Ermənistanda çekistlər əsl terror hadisəsinin üstünü açmışdılar. Məlum olmuşdu ki, Moskvada bir neçə «cəhənnəm maşını»nı, həmçinin metronu Stepan Zatikyanın başçılıq etdiyi yerli millətçilər partladıbmış.

Keçmiş SSRİ ərazisində ən səs-küylü terror aktı da İrəvanda törədilib. 1999-cu il oktyabrın 27-də Nairi Unanyanın başçılıq etdiyi 5 terrorçu Ermənistan parlamentinə soxularaq, orada qətliam törədib. Bu zaman bir neçə şəxslə yanaşı, parlamentin spikeri və ölkənin baş naziri də qətlə yetirilib.

2016-cı ilin iyulunda yeni terror aktı – İrəvanın mərkəzində polis bazası ələ keçirilib. Terrorçular bu hadisəni də 70-ci illərin yaxşı, daha doğrusu pis ənənələrinə uyğun həyata keçiriblər – bazanın qapısı yük maşını ilə dağıdılıb, insanlar girov götürülüb və s.

Nəhayət, 2021-ci ilin fevral-mart aylarında Ermənistan postsovet məkanında daha bir ilkə imza atmaq «şans»ı qazanmışdı – ölkədə klassik hərbi çevriliş cəhdi olub. Amma o, necə deyərlər, alınmadı.

 

Çevriliş, amma… ordusuz?

İrəvan beynəlxalq informasiya məkanı üçün davamlı olaraq istefalar, mitinqlər, nümayişlər, qalmaqallı ifşalar və s. haqda «qaynar» xəbərlər «istehsal edir». Yəqin ki, janrın qaydalarına görə, «qaynar» xəbərlər və proqnozlar silsiləsi bu cür davam etməli idi: yaranmış vəziyyətdə hansı qrup və ya kimin klanı özünü qalib saya bilər, məğlub kimdir, bu məğlubiyyət uzunmüddətlidirmi və s.

Amma Ermənistanda yaşanmaqda olan daxili siyasi qarışıqlıq necə bitərsə bitsin, bir şey dəqiqdir: burada baş verənlər sadəcə siyasi böhran deyil. Bəli, Ermənistanda dövlətçilik modelinin dağılması prosesi gedir. Ən başlıcası isə, hazırkı böhran Ermənistanın həyatında son dərəcə xoşagəlməz məqamı da üzə çıxarıb – sən demə, Ermənistanda ordu ümumiyyətlə yoxdur.

Dünyada, təxminən, 20 dövlət var ki, onun rəsmi olaraq ordu institutu mövcud deyil. Məsələn, Yaponiyada ordu əvəzinə Özünümüdafiə qüvvələri var. İslandiyada silahlı qüvvələr olsa da, o, klassik anlamda ordu deyil. Kosta-Rikada ordu hələ 1948-ci ildə Mülki qvardiya ilə əvəzlənib. Haitidə ordu ABŞ qoşunlarının ölkəyə daxil olmasından sonra rəsmən buraxılıb. Panama, həmçinin Vanuatu, Palau, Nauru kimi ada dövlətləri də silahlı qüvvələri ləğv ediblər və səbəb onun saxlanmasının son dərəcə baha başa gəlməsi olub. Formal olaraq Ermənistanı bu dövlətlərin sırasına aid etmək olmur. Çünki bu ölkənin bütün müvafiq qanunlarında ordunun mövcudluğu təsbit olunur, bütün ranqdan olan siyasətçilər «poqonlu adamlara» hörmətini nümayiş etdirməyi lazım bilir. Lakin son dramatik olaylar bir həqiqəti də açıq şəkildə ortaya çıxarıb: Ermənistanda formal olaraq, əlbəttə ki, ordu, müdafiə naziri, baş qərargah, generallar və digər yüksək rütbəli zabitlər var. Amma faktiki olaraq, ordu yoxdur!

 

Darmadağının nəticəsi

Bu yerdə yenə də Ermənistan üçün acınacaqlı nəticələr vermiş 44 günlük Qarabağ müharibəsinə qayıtmaq lazım gəlir. Bu, sadəcə, məğlubiyyət deyil. Ermənistanın praktiki olaraq, bütün real hərbi potensialı məhv edilib. Azərbaycan Prezidenti İlham Əliyev xalqa Laçın rayonunun azad olunmasından sonra ünvanladığı müraciətdə Ermənistan ordusunun məhv edilmiş texnikasının tam siyahısını oxumuşdu. Söhbət sözün əsl mənasında ciddi rəqəmlərdən gedir. Hələ 2020-ci ilin oktyabrında, yəni müharibənin qızğın vaxtında Ermənistan tərəfinin məhv edilmiş və qənimət kimi götürülmüş tanklarının sayı 280-i ötürdü. Azərbaycan Prezidenti o zaman kifayət qədər əsaslı sual qoymuşdu: «Haradandır onlarda bu qədər tank? Bir də ki, bu, bütün bu məsələni tənzimləyən beynəlxalq konvensiyalara ziddir. Bəs, bu konvensiyalara monitorinq aparmalı olan qurumlar niyə buna fikir verməyiblər?»

Ekspertlər öz növbələrində, dərhal 1990-cü ildə imzalanmış Avropada Adi Silahlı Qüvvələr haqqında Müqaviləni yada salıblar. Bu sənəddə iştirakçı dövlətlərin neçə tank, BMT, 100 mm və daha böyük kalibrli artilleriya qurğusu, hərbi təyyarə və hücum vertolyotlarına sahib ola biləcəyi konkret göstərilir. Daha sonra SSRİ dağılıb, kvotalar respublikalar arasında bölünüb. Buna əsasən, Ermənistan və Azərbaycan arsenallarında 220 tank, eyni sayda hərbi zirehli maşın, 285 artilleriya sistemi, 100 hərbi təyyarə və 50 hücum vertolyotu saxlaya bilərlər. Ermənistan rəsmən 110 tankının olduğunu bəyan etmişdi…

Amma indi məlum olur ki, son müharibə zamanı Ermənistanın 300-dən artıq tankı məhv edilib və ya qənimət kimi götürülüb. Bu, ilk növbədə, Ermənistanın uzun illər ATƏT-in müəyyənləşdirdiyi kvotanı sistemli şəkildə pozduğunu, Azərbaycanın işğal olunmuş ərazilərində ciddi «zirehli yumruq» yığdığını təsdiqləyir. İrəvan bütün hərbi gücünü məhz Qarabağa toplamışdı. Çünki o, beynəlxalq birlik tərəfindən tanınan sərhədlərinin KTMT-dən olan müttəfiqləri və Rusiyanın Gümrüdəki hərbi bazası tərəfindən qorunacağına əmin idi. Demək, arxa cəbhədən narahat qalmamaq, bütün qüvvələri Qarabağa cəmləmək olardı…

Amma indi nə var idisə, hamısı məhv edilib və ya qənimət kimi götürülüb. Müharibənin nəticələri göstərib ki, Ermənistan ordusu hərbi vəzifəsinin – işğal olunmuş yad torpaqların qorunub saxlanması – öhdəsindən gəlmək gücündə deyilmiş. Səbəb isə heç də «razmapet»lərin (yüksək rütbəli hərbçilər) qəflətən beynəlxalq hüquq və sərhədlər haqda düşünməyə başlamaları deyil. Onların buna sadəcə, gücü və bacarığı yetməyib – müasir şəhər folklorunda buna «neyniyək, alınmadı» deyirlər.

 

Ermənisayağı «Malinovkada toy»

Hərbi məğlubiyyət, ciddi ruh düşkünlüyü, 10 min fərari – bütün bunlar, təbii ki, Ermənistanın hərbi reytinqini «sıfırın altına» salır. Ermənistan ordusunun köhnə problemləri də davam edir – görünməmiş həddə korrupsiya, əsgərlərin adi məişət pozğunluğu və s. «Strateji əhəmiyyətli kalsona»a nə qədər desən lağ etmək olar. Amma təcrübə göstərir ki, real müharibədə döyüş qabiliyyətinə, həqiqətən də, hər şey təsir göstərir – əsgər “payok”undan tutmuş, alt paltarınadək.

Xarici arenada döyüş qabiliyyətini tam itirsə də, Ermənistan ordusu daxili arenada güclü alət olaraq qalır. Başqa sözlə, Ermənistan ordusunun döyüş qabiliyyəti olmasa da, «silahlı adamlar»ı var. Yerli siyasətçilər isə bütün qüvvələrilə bu «silahlı adamlar»ı öz daxili siyasi çəkişmələrinə cəlb etməyə çalışırlar. Nəzərə alsaq ki, Ermənistanda siyasi bəyanatlarla yalnız, məsələn, Baş qərargah rəisi deyil, hətta korpus komandirləri çıxış edir, onların siyasi proseslərə cəlbi tamamilə mümkündür. Əslində, hələ 2000-ci illərdə Ermənistanda silahlı qüvvələrdə «türmə qanunları»nın işlədiyini bildirirdilər. Orada komandirlər bir-birləri ilə gəzdikləri kortecdəki «Cip»ləri, şəxsi mühafizəçilərin sayı və s. ilə yarışırlar. 2008-ci ildə Levon Ter-Petrosyanın tərəfdarı olan generallar ordudan istefa verib. Hakimiyyətə yeni gəlmiş Nikol Paşinyan isə ordunu «Qarabağ klanı»nın tərəfdarlarından təmizləmək üçün «təmizləmə» əməliyyatına başlayıb. Amma o, istəyinə nail ola bilməyib. Nəhayət, müharibənin qızğın vaxtında oliqarxlar, siyasi partiyalar və s. öz silahlı dəstələrini artırmağa başlayıblar. Bu isə vətəndaş müharibəsinin bir addımlığı deməkdir.



MƏSLƏHƏT GÖR:

222