24 Noyabr 2024

Bazar, 11:47

DƏHLİZLƏR DİVARLA BİTİR

Qarabağdakı «Qızılbulaq» və «Dəmirli» mədənlərinin yarımçıq qalmış monitorinqi nə ilə bitəcək?

Müəllif:

15.12.2022

«Dəhlizlər divarla bitir, tunellər isə işığa çıxarır». Bir zamanlar Vladimir Vısotskinin ifa etdiyi mahnılardan birinin sözləri belə idi. Laçın dəhlizi sözün birbaşa və dolayı mənasında divarla bitmir! Amma bu yolda baş verən dramatik hadisələr Azərbaycan-Ermənistan münasibətlərinin açıq-aşkar ləngiməkdə olan normallaşması prosesini həm «divara dirəyə», həm də «işığa çıxara» bilər.

Dekabrın 11-dən Cənubi Qafqazla bağlı əsas xəbərlər məhz buradan – Laçın dəhlizindən gəlir. Şuşanın yaxınlığından keçən yolda azərbaycanlı fəallar piketə başlayıb. Qarşı tərəfdə isə zirehli maşınlarla «silahlanmış» rus sülhməramlılarının kordonu. «Yol böhranı»nın səbəbinə gəlincə, bu, Azərbaycan üçün son dərəcə vacib və ciddi mövzudur – faydalı qazıntıların qanunsuz hasilatı.

 

Yeraltı sərvətlərin talanı və «açıq qapı» rejimi

Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə mis, molibden, qızıl, tikinti daşı və s. daxil olmaqla, zəngin faydalı qazıntı yataqlarının olduğu haqda Azərbaycanda hələ 44 günlük müharibədən xeyli əvvəl də danışılırdı. Dünyanın əksər ölkələrində yataqların qanunsuz istismarı ciddi cəzalar, mülki iddialar nəzərdə tutur – bu, nəticədə, ölkələrə dəyən maddi və ekoloji ziyanın miqyasından asılıdır. Lakin Azərbaycan resurslarının o cümlədən xarici şirkətlərin də iştirakı ilə talandığını sübut edən peyk çəkilişləri olsa da, qanunsuz hasilat davam edirdi.

Bakı Vətən müharibəsi nəticəsində torpaqlarını erməni işğalından azad edib. Nəticədə, «Vecnəli» qızıl yatağına, həmçinin «Söyüdlü» («Zod yatağı») yatağının böyük hissəsinə və s. də nəzarət bərpa olunub. Bununla yanaşı, iki yataq – «Qızılbulaq» qızıl və «Dəmirli» mis-molibden yataqları Qarabağ iqtisadi rayonunun müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarətində qalmış hissəsindədir. Müharibə zamanı yaranmış fasilədən sonra həmin yataqların istismarı bərpa edilib. Azərbaycan KİV-də orada aparılan mədən işlərinin, nəticədə əldə edilmiş materialları Laçın dəhlizi vasitəsilə Ermənistana daşıyan yük maşınlarının fotoları dəfələrlə dərc olunub və onların dəhliz ilə tam maneəsiz hərəkət etdiyi hər kəsə nümayiş etdirilib. Yeri gəlmişkən, Azərbaycan tərəfində Rusiya sülhməramlı kontingentinin fəaliyyəti ilə bağlı çoxsaylı suallar bunadək də yaranmışdı. Ölkənin istər Xarici İşlər, istərsə də Müdafiə Nazirliyi dəfələrlə bəyanatla çıxış edərək, sülhməramlıların komandanlığından öz press-relizlərində Qarabağ regionunun qəsəbələrinin adlarını doğru, Azərbaycan qanunvericiliyinə, inzibati-ərazi bölgüsünə uyğun göstərmələri tələb olunmuşdu. Yəni «Stepanakert» yox, Xankəndi, «Mardakert» yox, Ağdərə, «Madagiz» yox, Suqovuşan və s. Əvvəllər Bakının bu narahatlığı Rusiya hərbi komandanlığının diqqətinə konfedensianal kanallarla çatdırılırdısa, indi bu, açıq bəyan olunur.

Ciddi sual yaradan daha bir məsələ ilə rusların Laçın dəhlizinə keçiddə qurduqları nəzarət-buraxılış məntəqəsinin iş rejimi ilə bağlı idi. Bu işdə qüsurlar əvvəllər də qeydə alınırdı. Əldə edilmiş razılaşmaya görə, Ermənistan və Rusiya vətəndaşlarının buradan sərbəst keçmək hüququ var. Üçüncü ölkələrin vətəndaşları isə bunun üçün Azərbaycan hökumətindən icazə almalıdırlar. Lakin bir neçə ay əvvəl Fransa prezidentliyinə namizəd Valeri Pekress və Avropa Parlamentinin sabiq deputatı Eleni Teoxarus Xankəndiyə səfər ediblər. Bu azmış kimi, Qarabağa Vova Vartanov kimi terrorçular da ayaq basır ki, bu da Azərbaycanı haqlı olaraq, hiddətləndirir.

Nəhayət, 14 İran vətəndaşının Xankəndiyə səfəri Azərbaycanın səbrini tükəndirib.

 

«Dinc inşaatçılar», yoxsa diversantlar?

Azərbaycan mətbuatının məlumatına görə, noyabrın 24-də 14 İran vətəndaşı Xankəndiyə keçib. Lakin bunun üçün Azərbaycan tərəfindən heç kim icazə almayıb. Yəni qanunsuzluq ortadadır. Amma bu, aysberqin yalnız görünən tərəfidir. Bu 14 «fars qonağ»ın 12-si İranın Xuzistan əyalətinin, daha dəqiq desək, İzə şəhərinin sakinləridir. Burada əhalinin böyük bir hissəsini ermənilər təşkil edir, erməni dili isə əsas dillərdən hesab olunur. Ən maraqlısı isə bu şəhərdə İranın terror və diversiyalar üzrə ixtisaslaşmış xüsusi xidmət orqanlarının məxfi bazasının yerləşməsidir.

Bir sözlə, Xankəndiyə yollanmış iranlıların xalça və xurma satanlar olmadıqlarına heç bir şübhə yoxdur.

Bunun ardınca İranın Ermənistana səxavətlə verdiyi hədiyyələr haqda məlumatlar yayılıb. Rəsmi Tehran qonşusuna gizli şəkildə yerli istehsal olan 600 raket göndərib – 500 ədəd tankəleyhinə idarə olunan «Dehlaviyeh» və 100 ədəd «Almas». Tank əleyhinə bu cür raketləri mütəxəssislər «terrorçuların ideal silahı» adlandırır – onlar nisbətən kiçik və yüngüldür, onlarla tankla yanaşı, zirehli limuzini və ya sərnişin avtobusunu da vurmaq mümkündür. Sirli «fars qonaqlar»ın Xankəndiyə Qarabağın müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarətində qalmış hissəsindəki terrorçu qruplara bu silahla davranma qaydalarını öyrətmək üçün yollandıqları istisna deyil.

Amma bu siyasi «dostluq» Azərbaycanda heç kimi təəccübləndirməyib. İran-Ermənistan əməkdaşlığının tarixi uzundur və bu, hər zaman özünü həm də xüsusi xidmət orqanlarının fəaliyyətində göstərib. Bəs sülhməramlılar iranlıları Xankəndiyə necə buraxıb?

Çoxları üçün gözlənilməz olsa da, İran vətəndaşları ilə bağlı məsələdə Azərbaycan «kəşfiyyat müharibəsi»ni də udub. Bakı Qarabağa yollanmış iranlıların sənədldərinin sürətini, həmçinin onların bu səfər zamanı istifadə etdikləri mikroavtobusun fotolarını yayıb. Rusiya sülhməramlılarının komandanı Andrey Volkov bu iranlıları «dinc inşaatçılar» kimi təqdim etməyə çalışsa da, ona heç kim inanmayıb. Qonşu Ermənistanda kifayət qədər kadr olduğu halda İrandan inşaatçı gətirilməsinə nə ehtiyac var? Qarabağda xarici mütəxəssislərin də iştirakını zəruri edən hansı miqyaslı tikinti işləri aparılır ki? Nəhayət, dekabrın 13-dək Xankəndidə qalmalı olan «inşaatçılar» niyə bu informasiya yayılar-yayılmız, tələsik şəkildə oradan çıxarılıblar? Bir sözlə, Azərbaycanın sülhməramlılara kifayət qədər iradı və iddiası var. Amma tətik rolunu bu oynamayıb.

 

Pozulmuş monitorinqin qiyməti

Dekabrın 3-də Azərbaycanın Ekologiya və İqtisadiyyat nazirliklərinin əməkdaşları, həmçinin «AzerGold» şirkətinin təmsilçiləri Daşaltıya yollanıblar. Bir neçə saat sonra orada general Volkov da peyda olub. Azərbaycan tərəfi «Qızılbulaq» və «Dəmirli» yataqlarında monitorinq aparmaq, onların qanunsuz işlənməsinə son qoymaq və aparılmış qanunsuz fəaliyyətin nəticələrini qiymətləndirmək niyyətini bəyan edib. Əldə olunmuş razılaşmaya əsasən, monitorinq dekabrın 10-da keçirilməli idi. Lakin adıçəkilən qurumların nümayəndələri mədənə yollanan zaman son dərəcə qəzəbli yerli ermənilər onların yolunu kəsib. Az sonra gəlişi ilə Xankəndidə vəziyyəti qarışdırmış məşhur rusiyalı oliqarx Ruben Vardanyan da onlara qoşulub. O, özünü «dövlət naziri» kimi təqdim edərək, danışıqlar tələbi irəli sürüb. Eyni mənzərə digər mədəndə də təkrarlanıb. Nəticədə, azərbaycanlı təmsilçilər Şuşaya qayıtmaq məcburiyyətində qalıblar. Məhz bu hadisəyə, yəni monitorinqin pozulmasına cavab olaraq, azərbaycanlı ekoloqlar Şuşa-Xankəndi yolunda etiraz aksiyasına başlayıb.

 

Dəhlizdən çıxış axtarışında

Piketçilərin tələbləri sadə və aydındır: general Volkov ilə görüş, mədənlərdə monitorinqin aparılması, ekoloji terrora son qoyulması. Bununla yanaşı, Azərbaycan tərəfi humanitar nəqliyyat vasitələrini buraxmağa, Xankəndi sakinlərinin humanitar problemlərini çözməyə hazır olduqlarını bildirirlər. Bunu rəsmi şəxslər açıq və birbaşa deyirlər. Hər şey qarşı tərəfin siyasi iradəsinə bağlıdır.

 

RƏY

XANKƏNDİ-ŞUŞAYOLUNDAKIVƏZİYYƏTİNBEYNƏLXALQ-HÜQUQİASPEKTLƏRİ

Azərbaycanınbubölgəsindəhadisələrinnecəinkişafetdiyinədairortayaçıxanəsassuallardanbiribudur: sülhədəstəkqüvvələri (SDQ) hansıaddımlarıatmalıdır?

Bizdəkivəziyyətinxüsusiyyətiilknövbədəondadırki, SDQMonitorinqmissiyasının (MM) təsdiülənmiş mandatı yoxdur qəbuledəndövlətləqarşılıqlıanlaşmamemorandumuimzalanmayıb. MissiyanınbölgəyəgəlişininhüquqiəsasıonunAzərbaycanınsuverenərazisindəfəaliyyətgöstərməsinəölkərəhbərliyininrahılığıdır. Bumənada, qeydolunmalıdırki, daxilihüquqiprosedurlarhələbaşaçatmayıb.

Missiyadaüçdövlətiştirakedir: qəbuledəntərəfkimiAzərbaycan, missiyadaözhərbikontingentləriiləiştirakedəniştirakçılarisəRüusiyailəTürkiyə. Birməqamıdavurğulamaqvacibdir: missiyanınmaliyyələşdirilməsihərüçdövləttərəfindənhəyatakeçirilir.

Azərbaycanınrəsmimövqeyinəgörə, 28 ilərzindəATƏT-invasitəçiliyiiləçözülməliolan«DağlıqQarabağmünaqişəsi» həllinitapıb. BugünAzərbaycanınqarşısındabaşqahədəflərdurur:

- ErmənistanRespublikasınınAzərbaycanasilahlıtəcavüzününnəticələrinintamaradanqaldırılması;

- ErmənistanSilahlıQüvvələrinin 857 minAzərbaycanvətəndaşınaqarşıhəyatakeçirdiyitotaletniktəmizləməninnəticələrininaradanqaldırılması, qaçqınməcburiköçkünlərinlayiqlitəhlükəsizşəraitdədaimiyaşayışyerlərinəqaytarılması;

- AzərbaycanRespublikasındakompaktyaşayanerməniəhalininölkəyəsiyasihüquqireinteqrasiyasınıntəmini.

SDQMMölkəyəməhzbuhədəflərənailolunmasıüçünköməkçialətkimidəvətolunublar.

Reinteqrasiyaprosesidövlətimizinhüquqimüstəvisinəreinteqrasiyaediləcəkəhaliyəhansısaxüsusihüquqiüstünlüklərinverilməsininəzərdətutmurbu, müzakirəmövzusudeyil.

Beynəlxalqtəcrübəyəəsasən, sülhməramlımissiyanınfəaliyyətimüəyyənmüddətüçünnəzərdətutulurqəbuledəndövlətonlarahansısasuverenhüquqlar, toxunulmazlıqsəlahiyyətlərivermir. Müvafiqolaraq, SDQMMkimihərbi-texnikialətinfəaliyyətiAzərbaycanındövlətstrukturlarınınfəaliyyətinəyardımçərçivəsiniaşabilməz. SDQMMrəhbərliyibunuanlamalıqəbul


MƏSLƏHƏT GÖR:

116