26 Aprel 2026

Bazar, 19:55

CANLI EMOSİYALARIN DİRİJORU

Raul TÜRKKAN: “Hər tamaşanın quruluşunda öz yanaşman var və buna görə tamaşaçı qarşısında məsuliyyət daşıyırsan – bu, mənim seçimim və taleyimdir”

Müəllif:

01.04.2026

Rejissorluq peşəsinin ənənəvi olaraq güclü xarakterlərin və sərt qərarların ərazisi kimi qəbul edildiyi teatr dünyasında qadınlar hələ də öz səslərini eşitdirmək hüququ uğrunda mübarizə aparmalı olurlar. Rejissor olmaq prosesi idarə etmək, ton vermək, tamaşanın bədii iradəsini formalaşdırmaq deməkdir. Qadın rejissor olmaq isə bunu liderliyin hələ də tez-tez kişi davranış modeli ilə assosiasiya olunduğu məkanda etmək deməkdir.

Raul Türkkan açıq qarşıdurmaya girmədən, həmçinin stereotiplərdə “ərimədən” öz yaradıcılıq trayektoriyasını inamla quran rejissorlardan biridir. Onun tamaşaları emosional dəqiqlik, daxili gərginlik və insan təbiətinə diqqətli münasibət məkanıdır. Rəhbər mövqeləri ənənəvi olaraq kişilərin tutduğu mühitdə çalışaraq, o, özünün “güc dili”ni işləyib hazırlayır. Bu, nümayişkaranə deyil, dərindir, peşəkarlığa, intizama və bədii əqidəyə əsaslanır. Kişilər arasında rejissor olmağın nə demək olduğu, teatr iyerarxiyasında nüfuzu necə yaratmaq və mürəkkəb koordinatlar sistemində fərdiliyi necə qorumaq barədə Raul TÜRKKAN ilə söhbətləşdik.

 

- Rejissorluğa gəlişim, ola bilsin, haradasa əvvəlcədən müəyyən edilmişdi. Bəlkə ona görə də instituta artıq yetkin yaşımda, xoreoqrafın, rejissor köməkçisinin fəaliyyətini və yeni nəsə öyrənmək istəyimin “çata bildiyi” hər şeyi əhatə edən təcrübəyə arxalanaraq daxil oldum. Xarakterimdə bir cəhət var: teatr fəaliyyətinin hər bir tərkib hissəsi ilə maraqlanmaq. Mən gecə-gündüz teatrda qala bilərdim ki, işığın necə qurulduğunu, dekorasiyaların necə montaj edildiyini, səs müşayiətinin necə yaradıldığını öyrənim. Müəyyən bir anda diqqətimi tamamilə rejissor yanaşması ələ keçirdi və instituta qəbul elan olunan kimi qərar verdim ki, əgər qəbul olunsam, deməli, bu, mənim taleyimdir. Müsbət cavab verildi və bununla ustadım olan, onun təcrübəsinə və müdrikliyinə bu gün də müraciət edə bildiyim əfsanəvi Cənnət Səlimovanın qrupuna düşməyim təsdiqləndi.

- Bəs kişi və qadın rejissorluğuna dair mübahisə barədə nə deyə bilərsiniz?

- Məncə, rejissor peşəsində gender anlayışı ola bilməz. Üstəlik, layihələrim yalnız teatrla məhdudlaşmır. Burada söhbət, çox güman ki, qabiliyyətdən və iş üçün seçilmiş materiala “daxil olma” bacarığından getməlidir. Buradakı yeganə fərqlər isə ədəbi əsərin müəllifi tərəfindən qaldırılan ortaq mövzuları fərdin dərk etməsi və əlindəki vasitələrdən istifadə edərək onları səhnə tamaşasına necə çevirməsi ilə bağlıdır. Axı, tamaşanı  son nəticədə tamaşaçının necə görə biləcəyi yalnız rejissordan asılıdır. Buna görə də onun bütün tərkib hissələrinə maksimum cəlb olmaq mənim üçün vacibdir. Buraya işıqlandırma və səs, dekorasiya və kostyum eskizləri, səhnənin montajı, aktyorların bir-biri ilə qarşılıqlı əlaqəsi, onların təklif olunan məkanda mövcudluğu daxildir. Bu, peşəkar paranoya deyil. Bu, bir növ orkestrə dirijorluq etməyə bənzəyir. Rejissor harmoniyaya nail olaraq seçilmiş artistlərdən nə istədiyini dəqiq anlamalı, onlara şərti olaraq iki saat yaşayacaqları qəhrəmanları izah edə bilməlidir. Elə isə burada gender fərqi harada hiss oluna bilər? 

- Nə qədər olmasa da...

- Bir çox tədqiqatçı onilliklər ərzində bu aspektə müraciət edib. Əslində, belə halda şərti olaraq təklif olunan tarixçəyə kişi və qadın baxışlarına xas yanaşmadan danışmaq olar: emosional komponentli narrativ adlandırılan nəsnə. Qalanında isə yalnız bir universal meyar var – pis, yaxud yaxşı. Düzü, stereotiplərin mövcudluğunu etiraf etmək lazımdır. Düşünürəm ki, buna rejissor fəaliyyətinin qadın peşələrinin, ümumiyyətlə, mövcud olmadığı dövrdən gəlməsi səbəbdir. Ona görə yəqin kişilər üçün öz əzəli hesab etdikləri sahədə bəşəriyyətin gözəl yarısının nümayəndələrini görmək müəyyən dərəcədə çətindir. Onlar vaxtaşırı qadınların işlərində qüsur axtarırlar. Bundan əlavə, qadına tabe olma aspekti var ki, razılaşın, kişilər bunu xüsusi alqışlamırlar. Bu, mane olurmu? Mənə mane olmur. Mən sadəcə öz işimlə məşğulam ki, onun yüksək nəticələri artıq dəfələrlə həm tamaşaçıların, həm də beynəlxalq səviyyədə peşəkarların tanınması ilə təsdiqlənib. Amma... “Baltik Evi”nin art-direktoru Marina Belyayevanın sözlərini xatırlayıram: “Qadın rejissorluğunun öz xüsusi cəhətləri, həyatımızın problemlərinə özünün daha ruhani reaksiyası var”. Bu, məncə, yalnız materialın təqdimat keyfiyyətini vurğulayır. “Yaşıl çıraq altında” olan məkan isə kişi və qadın bölgüsündən kənardadır... 

- Peşənin çətinliklərinə ciddi hazırlıq sezilir...

- Cənnət xanım hər zaman deyirdi ki, rejissor, hər şeydən əvvəl özünə inanmalıdır. Yeri gəlmişkən, ona çoxlu suallar verir və  maraqlı cavablar alırdım. Məsələn, bir dəfə ondan soruşmuşdum ki, niyə rejissorlar tamaşalara eyni aktyorları seçirlər - bunda digərlərinə qarşı müəyyən ədalətsizlik görmüşdüm. Qeyd edim ki, özüm o zaman rejissorluqla məşğul deyildim. Buna o, özünəməxsus intonasiyası ilə cavab verdi: “Rauleçka, bilirsən, rejissorların gözü öyrəşir və sən artıq o qədər bu aktyorlara alışırsan ki, bilirsən ki, onların qarşısına istənilən vəzifə qoysan, sənə lazım olanı oynayacaqlar”. Və dərhal ardınca əlavə etdi ki, mütləq başqa aktyorları götürmək lazımdır, eksperimentdən qorxmamaq lazımdır. Yaxud başqa nümunə göstərmək istərdim. Rejissorun öz işini necə idarə etdiyini şəxsən müşahidə etmək imkanına malik olan müasir müəlliflər  daxil olmaqla, müəlliflərlə işləmək üçün bir proses hazırlamaq barədə ona müraciət etmişdim. O, buna dərhal cavab verdi: “Müəllif sənə pyesini verib, etibar edib və vəssalam!” Beləliklə, o mənə rejissor peşəsindəki qarşılıqlı münasibətin sərhədlərini düzgün müəyyən etməyi öyrədirdi. Bu, öz baxışını nümayiş etdirmək hüququ və bununla bağlı tamaşaçı qarşısında məsuliyyət deməkdir.  

- Bunda yaratdığınız “Mən Aktyoram” studiyasına olan tələbatın sirri görünür...

- Düşünürəm ki, "Mən Aktyoram”ın universal uğur resepti olaraq yaxşı tədris proqramını və mənim silahdaşlarım olan İnna İmranovanı və Milana Sokolenkonu hesab etmək lazımdır. Mən aktyor ustalığı studiyasını məhz məktəb kimi nəzərdən keçirirəm: dəqiq tədris qrafiki ilə, uşaqlar sentyabrda gəlir, yayda isə imtahan verib sertifikat alırlar. Studiyanın yaranma tarixçəsi müəyyən dərəcədə qızımın yanında olmaq zərurəti ilə bağlı idi. İnkişaf dərnəklərini birləşdirərək, uşaqların aktyor ustalığının incəliklərini öyrənərək özlərində empatiyanı inkişaf etdirdikləri məkan yaradıldı. Onlar qacetsiz və telefonsuz ünsiyyətcil, xeyirxah, mehriban olmağı öyrənirlər. Yeri gəlmişkən, “Arzuların yaratdığı gələcək” tamaşasında telefon və qacetlərin olmaması mənim üçün prinsipial idi. “Mən Aktyoram”da tədris prosesinin sistemi iştirakçılar arasında qarşılıqlı əlaqələrin düzgün qurulmasına yönəlib. Və bu işləyir! Studiyadakıları müşahidə edərək, onların böyüməsinin dinamikasını görəndə sevinirəm. Hər şeydən əvvəl insani aspektdə. 

- Buna baxmayaraq, rejissorluq irsinizdən keçən qadın xəttini qeyd etməmək olmaz.

- Axı, bu, tamamilə məntiqlidir. Bu, qadın dünyasıdır. Hərçənd onu, deyildiyi kimi, kişilər idarə edir. Amma onların arxasında qadınlar dayanır. Məhz onlar kişiləri hərəkətlərə və əməllərə sövq edirlər, hətta onlar bunu onların gözündə öz ciddiliyini göstərmək cəhdində dərk etməsələr belə. Eyni “Emma” ilə mən kifayət qədər uzun müddət yaşadım: hekayə xəttini və personajların qarşılıqlı təsirini yoxlayaraq. “Xoşbəxtliyin qiyməti”ndə qadın mövzusu müharibə ağrısı və sevimli insana görə qorxu içindən keçirdi. Ümumiyyətlə, bu əsərin müəllifi ilə iş olduqca maraqlı oldu. Gecə gənc müəllifi xatırladım və dərhal ona yazdım, gənc rejissorla əməkdaşlıq təklif edərək: özümü nəzərdə tutaraq. Və artıq kifayət qədər gec vaxt olmasına baxmayaraq, o, təcili görüş dəvəti ilə cavab verdi, ondan sonra Qələbə Günü üçün tamaşanın “insenirovka”sı hazırlandı. Biz onu Qalib olan Azərbaycan teatr festivalı çərçivəsində təqdim etdik, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə yeri bölüşdük. Onu Türkiyədə göstərdik, orada sözün əsl mənasında qızlarımızın əllərini öpürdülər. 2025-ci ildə Bakıda Qələbə Günündə oynadıq və Gəncə də nümayiş etdirdik. Və hər dəfə tamaşaçı onu böyük şövqlə izləyirdi. 

- Emosiyalar baxımından teatr səhnəsində nəyi nümayiş etdirmək daha çətindir?

- Bir hekayə ilə başlamaq istərdim. Mən atamı inanılmaz dərəcədə çox sevirdim. O, mənim üçün hər şey idi. Qoyduğum tamaşalarda ata fiquru müəyyən simvolizm daşıyır. Belə ki, “Səmavi”də ataya müraciət var, “Səkkiz sevən”də qəhrəmanlardan biri atasına görə narahatdır, “Xoşbəxtliyin qiyməti”ndə kişi qəhrəman atanın prototipi kimidir. Hətta həyatda da mənim üçün çox şey atamla bağlıdır: yemək, bəzi yerlər, ilk qar. Hərdən elə olur ki, hər hansı bir pyesə marağım yaranır, oxuyuram və anlayıram ki, bəzi məqamlar emosional olaraq mənim üçün o qədər ağırdır ki, onu kənara qoyuram. Bilirsiniz, hər dəfə “Səmavi”də səhnədən Milana Sokolenko qəhrəmanının monoloqunu oxuyanda, tamaşaçıların gözündə yaş olması bir yana, mən də müəyyən bir katarsis yaşayıram. Beləliklə, demək olar ki, quruluş üçün materialın seçimi məndə həmişə daxili şəxsi emosional gərginlik vasitəsilə gedir. Ümumiyyətlə, sevgi ilə bağlı hər şey mənə xoş təsir bağışlayır və bu, Leyla Əliyevanın şeirləri əsasında hazırlanmış “Hər şey sevgi haqqında” tamaşasında öz əksini tapıb. 

- Yeri gəlmişkən, sizin rejissor xəttinizin xarakterik cəhətlərindən biri qadın personajının bir neçə aktrisa tərəfindən canlandırılmasıdır.

- Belə imkanım olanda hər zaman bundan istifadə etməyə çalışıram. Bu, bir növ mənim bu dünyada qadına şəxsi baxışımdır: hər birinin daxilində bir neçəsi “yaşayır”. Yəqin ki, burada belə hissin, ilk növbədə, özümə proyeksiyasına yer var. Özümü güclü, eyni zamanda həssas və aşiq qadın hesab etdiyimi gizlətməyə ehtiyac görmürəm. Bəlkə ona görə bu mövzu mənə yaxındır və bir qəhrəmanın xarakter cəhətlərinin bir neçə simasında bir növ təcəssümsüzləşdirilməsini köçürməyim mənə maraqlıdır. 

- Teatr quruluşları - janr baxımından müxtəlifdir. Onlardan hansı rejissor həlləri üçün sizə daha rahatdır?

- Heç vaxt unutmaram, birinci kursda Cənnət xanım, demək olar ki, məni və Rus Dram Teatrından olan həmkarlarımı - bir kursda oxuduğumuz Yura Omelçenkonu, Farida Nesterenkonu, Bella Safinanı tamaşa qurmaq tapşırığı ilə mat qoydu. Bizi, yəni hələ yenicə təhsilə başlayanları. Və budur mən, hələlik xoreoqraf olaraq, Aleksey Stepanovun “Səmavi, yaxud onun həyatından dörd saat” pyesini seçirəm və onu qəhrəmanın dilindən monoloq janrında həll edirəm. Seçimimi açıqladığım zaman Cənnət xanım ən çətin rejissorluq vəzifəsini öz üzərimə götürdüyümü izah etdi və yenidən düşünməyi təklif etdi. Mənə “Səmavi”nin artıq mənim tərəfimdən “qurulduğu”nu anlamaq üçün çox az vaxt lazım oldu, bunu da Cənnət xanıma bildirdim. O, Azərbaycanın Əməkdar artisti Milana Sokolenkounun cəlb olunacağını öyrənəndə seçimimi qəbul etdi. Bu quruluşla mən sonra müxtəlif festivallara getdim, hətta institutda təhsil müddətində belə. Qeyd etməkdən çəkinmərəm ki, o zaman özüm üçün kəşf etdim ki, monoformat mənim üçün o qədər də çətin deyilmiş və Firuz Mustafanın əsəri əsasında “Maneken”də ona qayıtdım. Bu gün hesab edirəm ki, özümə ən böyük çağırışım məhz həmin “Səkkiz sevən qadın” olub. Çünki komediya janrı hamısından ən çətinidir. Tamaşaçıların gözlərinin yaşarmasına gücüm çatır, amma gülüş mənim üçün “fövqəladə” kateqoriyada olan vəzifədir. “Masa arxasında oxuma” prosesində çox şey gülməli görünür. Amma tamaşa nümayiş etdirilən zaman tamaşaçılar üçün reaksiya doğuracağı gözlənilən sətirlər diqqətdən kənarda qalıb. Halbuki digərlərinə zalda gülüş eşidilir. Bax “Səkkiz sevən”də mən müəyyən dərəcədə müəyyən bir alqoritm tapdım və indi bu janrı da mənimsəyə bilərəm. Ümumiyyətlə, həmişə öyrənməyi sevən, çox oxuyan, baxan, başqa teatrların işləri ilə tanış olmaq üçün getməyə çalışan bir insan olaraq, bu gün səmimi etiraf edə bilərəm ki, Çexova müraciət etməyə cəsarət etmərəm. Hələ mənim üçün uyğun vaxt deyil. 

- Lakin klassik ingilis “Emma”sı artıq sizin tərəfinizdən mənimsənilib...

- “Emma” bir qədər gözlənilmədən müəyyən dərəcədə üstünlüklə qadın tamaşası olub. Şəxsən hesab edirəm ki, rampa ulduzlarının belə üst-üstə düşməsi həm rejissor-quruluşçu, həm insan, həm də qadın kimi mənə nəsib olub. Üstəlik, tamaşaçı da klassik ingilis qadın romanının təfsirini qəbul edib. Bunu həm birbaşa reallıqda, həm də sosial şəbəkələrdə aldığım rəylərə əsaslanaraq deyirəm. Axı, bir qayda olaraq, tamaşaçı zalında əksəriyyət mənə tanış olmayan insanlardır. Onların fikirlərinə inanıram. Çünki incəsənət hər zaman fərdi qavrayışla bağlıdır. Və həmişə minimum iki qütb fikir olacaq, bu, tamamilə normaldır və mən bu faktı tamamilə sakitcə qəbul edirəm. Müxtəlif qiymətli mühakimələrin olması onu göstərir ki, mənim işim laqeydliyə yer qoymayıb. Məgər, bu, teatrın məqsədlərindən biri deyilmi?..



MƏSLƏHƏT GÖR:

70